Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   2   3   4   5   6   7   8   9   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
20 
Aşıq ƏLƏSGƏR 
 
“BƏLĠ”, - DEYĠB 
YOL-ƏRKANA GƏLMĠġƏM 
 
“Bəli”, - deyib yol-ərkana gəlmişəm
Nəqş olub sinəmdə eşqin kitabı. 
Çeşmi-nübüvvətə aşiq olmuşam, 
Bir suala verrəm yüz min cavabı.  
 
Gövhər sözüm məclislərdə yayılı, 
Arif ondan mətləb qanıb ayılı.  
İbadət eyləyən mömin sayılı, 
Səxavətin ondan çoxdu savabı.  
 
Haqdı sözüm, yetirəsən isbata, 
Yemə riba, meyl eləmə qiybata.  
Şəriətdə haramdı zina-ləffata,  
Ondan bəd yazırlar xəmri-şərabı.  
 
Xaliqindən utan, məndən utanma, 
Şəcərətil-mövti heç səhl sanma. 
Miyata qail ol, qafil dolanma,  
Haqdı mizan, Sirat, qəbir əzabı.  
 
Əgər zərrə qalsa xümsün, zəkatın, 
Hərgiz qəbul olmaz sovmü səlatın.  
Haqq yanında möhr olunmaz baratın, 
Salarlar boynuna odda tənabı.  
 
Dəyəndə yarpağa, səslənər guşun, 
Fəhm eylə, cəm olsa idrakü huşun. 
Sürüldü karvanın, köçdü tay-tuşun, 
Fərmani-qüdrətin budu xitabı.  
 
Aldanma dünyanın bu fənasına, 
Gül olmaz gövhərli xəzanasına. 
Özün yetir şahın astanasına, 
Dərdlərə dərmandı, dərin turabı.  
 
Yazıq Ələsgərəm, zarü binəva
Elə iş tut, olsun dərdinə dava.  
Aldanıbsan nəfsə, tapıbsan hava, 
Dərk eləyib qanmayıbsan hesabı.  
 
 
BU DÜNYADA ÜÇ ġEY 
BAġA BƏLADI 
 
Bu dünyada üç şey başa bəladı, 
Yaman oğul, yaman arvad, yaman at.  
İstəyirsən qurtarasan əlindən, 
Birin boşla, birin boşa, birin sat.  
 
Ov keçdi bərədən, ata bilməzsən, 
Uçdu getdi əldən, tuta bilməzsən.  
Yerisən, yüyürsən, çata bilməzsən
Görürsən ki, baxtın yatdı, sən də yat.  
 
Qılma Ələsgəri məhrumi-didar, 
Zülf eylə ləbindən bir busə, ey yar.  
İsmin üç hərf ilə eylərəm aşkar, 
Biri “kaf”dı, biri “lam”dı, biri – “sad”. 
 
ÇƏKMƏYƏ 
 
İnsan payız ölə, yazda dirilə,  
Zimistanda boran-qarı çəkmiyə.  
Günü-gündən işi düşər müşgülə, 
Hər kəs namus, qeyrət, arı çəkmiyə.  
 
İncik olma qoca aşığın yaşından,  
Vaqif ol könlünün eşq ataşından.  
Bülbül gül yolunda keçər başından, 
Əgər gül köysünə xarı çəkmiyə.  
 
Eşq ucundan tapdı xatalar məni,  
Qul deyə Həbəşdə satalar məni.  
Qoyub top ağzına atalar məni, 
Bəlkə, canım bu azarı çəkmiyə.  
 
Xəstə könül gəzir bu təmənnada,  
Möminlər pənahı, sən yetiş dada.  
Mərd iyidə ölüm haqdı dünyada, 
Yoxsul olub ahü-zarı çəkmiyə.  
 
Ələsgər, dəstini üzmə damandan, 
İstə mətləbini Sahib-zamandan.  
Məhəmməd ümməti çıxmaz zindandan, 
Ta ki, Ağam Zülfüqarı çəkmiyə.  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
21 
DAĞLAR 
 
Bahar fəsli, yaz ayları gələndə, 
Süsənli, sünbüllü, lalalı dağlar.  
Yoxsulu, ərbabı, şahı, gədanı, 
Tutmaz bir-birindən alalı dağlar. 
 
Xəstə üçün təpəsində qar olur, 
Hər cür çiçək açır, laləzar olur.  
Çeşməsindən abi-həyat car olur,  
Dağıdır möhnəti, məlalı dağlar.  
 
Yazın bir ayıdı çox yaxşı çağın, 
Kəsilməz çeşməndən gözəl yığnağın.  
Axtarma motalın, yağın, qaymağın... 
Zənbur çiçəyindən bal alı, dağlar!  
 
Yayın əvvəlində dönərsən xana, 
Son ayda bənzərsən yetkin bostana.  
Payızın zəmhəri qoyur virana,  
Dağıdır üstündən calalı, dağlar.  
 
Gahdan çiskin tökər, gah duman eylər, 
Gah gəlib-gedəni peşiman eylər.  
Gahdan qeyzə gələr, nahaq qan eylər, 
Dinşəməz haramı, halalı dağlar.  
 
Ağ xalat bürünər, zərnişan geyməz,  
Heç kəsi dindirib xətrinə dəyməz.  
Sərdara söz deməz, şaha baş əyməz,  
Qüdrətdən səngərli, qalalı dağlar.   
 
Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül-nərgizin saralı.  
Ələsgər Məcnun tək yardan yaralı,  
Gəzər səndə dərdli, nalalı, dağlar!  
 
DƏYMƏMĠġ 
 
Dad sənin əlindən, a qanlı fələk, 
Könül həsrət qaldı yara dəyməmiş.  
Köhnə yaram qövr eylədi təzədən, 
Təbib neştər vurdu yara dəyməmiş.  
 
Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də, 
Yaradanım, kömək eylə ya sində.  
Qaldım səməndər tək qəm dəryasında, 
Yandı balü pərim nara dəyməmiş.  
 
Ələsgər, üsyanın çıxıbdı sandan,  
Öldürsən zənburu, əl çəkməz şandan.  
Hərcayıdan, müxənnəsdən, nadandan, 
Nə söz qaldı sənətkara dəyməmiş.  
 
 
DÖNÜBDÜ 
 
Fələyin qəhrindən, el töhmətindən, 
Dərdim artıb bir ümmana dönübdü. 
Dostun firqətindən, yar həsrətindən
Bahar mana zimistana dönübdü.  
 
Eşqin girdabında düşmüşəm ləngə, 
Torbakeşlər tənə qılır  peşəngə.  
Gürbə şirə dönüb, muşlar pələngə, 
Bəqə qızıb kərgədana dönübdü.  
 
Arif, bu sözləri fikr eylə dərin,  
Artırma dərdini sən Ələsgərin.  
Qiblənüma məhəbbəti dilbərin, 
Meyli bizdən qeyri yana dönübdü.  
 
 
EYLƏ 
 
Yeri, göyü, ərşi, kürsü yaradan, 
Adil padişahsan, ədalət eylə.  
Könlümün nöqtəsin çıxart qaradan, 
Məni doğru yola dəlalət eylə.  
 
Bir bəlaya düşdüm, candan usandım,  
Heç kəsə demədim, ürəkdən yandım.  
Bir təmiz ad ilə ellər dolandım, 
Nə “çor” deyən oldu, nə “qələt eylə”.  
 
Qəddim əyib qəm xirqəsin geyirəm, 
Məhəbbət odundan taam yeyirəm.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
22 
Leylü-nəhar “ya hu!”, “ya hu!” deyirəm, 
Çıxıbdı qəlbimdən “ibadət eylə”.  
 
Nə bəlaya düşdüm mən baxtı qara, 
Eşqin ataşına heç olmaz çara.  
Qalmışam zindanda aciz, avara, 
Günahkar, sərgərdan, xəcalət eylə.  
 
Xəstə könül, sürün dost irahına, 
İslam sərdarına, din pənahına.  
Ələsgər, yön çevir şahlar şahına, 
Yapış ətəyindən şikayət eylə.  
 
GƏRƏKDĠ 
 
Aşıq olub diyar-diyar gəzənin
Əvvəl, başda pür kamalı gərəkdi. 
Oturub durmaqda ədəbin bilə,  
Mərifət elmində dolu gərəkdi.  
 
Xalqa həqiqətdən mətləb qandıra,  
Şeytanı öldürə, nəfsin yandıra.  
El içində pak otura, pak dura, 
Dalısınca xoş sədalı gərəkdi.  
 
Danışdığı sözün qiymətin bilə, 
Kəlməsindən ləlü-gövhər süzülə.  
Məcazi danışa, məcazi gülə, 
Tamam sözü müəmmalı gərəkdi.  
 
Arif ola, eyham ilə söz qana,  
Naməhrəmdən şərm eyləyə, utana.  
Saat kimi meyli haqqa dolana, 
Doğru qəlbi, doğru yolu gərəkdi.  
 
Ələsgər haqq sözün isbatın verə, 
Əməlin mələklər yaza dəftərə.  
Hər yanı istəsə, baxanda görə, 
Təriqətdə bu sevdalı gərəkdi.  
 
 
 
 
 
GÖZƏLLƏR 
  
Gözüm gördü, könlüm qəmdən ayıldı,  
Çıxdınız qarşıma dəstə, gözəllər!  
Camalın şöləsi nuri-təcəlla
Görsə şəfa tapar xəstə, gözəllər! 
 
Qəmgin idim, sizi görüb gülürəm, 
Qaşınız qiblədi, səcdə qılıram.  
İkram ilə sizə sarı gəlirəm, 
Siz də gəlin asta-asta, gözəllər! 
 
Minəş Günə bənzər, Əsli bir Aya, 
Şəms olub, aləmə salıbdı saya.  
İncimərəm, qəsəm olsun xudaya, 
Qədəm bassa gözüm üstə gözəllər.  
 
Sizi gördüm, çaşdı ağlım, kamalım, 
Güllüyə qurbandı dövlətim, malım.  
Olmayaydı bir qocalıq, bir ölüm
Yaşayaydı bu həvəslə gözəllər.  
 
Pərzad məlakədi, Gövhər bir xanım,  
Görən kimi getdi dinim, imanım. 
Yazıq Ələsgərəm, sərgərdan canım, 
Qurban sizin kimi dosta, gözəllər!  
 
QOCA BAXTIM 
 
Nə sevda tapıbsan, nəyə talıbsan,  
Hansı qəflətdəsən, gəl, qoca baxtım.  
Ya məndən küsübsən, ya qocalıbsan,  
Bu sınıq könlümü al, qoca baxtım.  
 
Çəkilib pünhana deyirsən: “Sən döz”,  
Qiyamət odundan pisdi tənə söz.  
Gümüşüm tunc oldu, zərü-zibam bez,  
Qəlp çıxır aldığım mal, qoca baxtım.  
 
Özüm aşıq oldum, oğlum gülləçi,  
Bildim ki, qalacaq dövlətin üçü.  
Qırıldı mal-qoyun, qalmadı keçi,  
İndi də yıxılıb kal, qoca baxtım.   
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə