Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   2   3   4   5   6   7   8   9   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

bugünkü  ifadə  ilə  desək,  bədii  qiraət  ustasıdır.  Aşıq  –  instrumental 
ifaçıdır.  
Bütün bunların hamısı da bir nəfər, bir fərddir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Uzun-uzun əsrlər boyu aşıq sənəti, misal üçün, yaponların “Kabuki”, 
ya “No” teatrları, yaxud ispanların romanserosu kimi milli bədii təfəkkü-
rün (indiki halda Azərbaycan milli bədii təfəkkürünün) faktına çevrilib.  
Avropada  fransız  truveri  və  trubadurluğu,  yaxud  alman  minnezin-
gerliyi xalqı necə ifadə etmişdirsə, aşıq sənəti də Azərbaycanda həmin işi 
görmüşdür,  amma  fərq  ondan  ibarətdir  ki,  truverlik  və  trubadurluq  da, 
minnezingerlik də ayrı-ayrı əvvəli və sonu məlum dövrlərin, mərhələlərin 
hadisəsidirsə, aşıq sənəti əvvəli Orxon-Yeniseydən xəbər verən, sonu isə 
olmayan  bir  sənətdir,  daim  qaynayır,  daimi  dinamikaya  malikdir,  bütün 
dövrlərin müasir yaradıcılığıdır.  
 
Və min il bundan əvvəl olduğu kimi, bu gün də belədir.  
Və Aşıq Ələsgər həmin yaradıcılığın klassikidir.  
Aşıq Ələsgər – filosofdur:  
 
Günahkardı, nə ki yoldan azan var
İki mələk – xeyir-şəri yazan var.  
Əsarət var, Qıl körpü var, qazan var,  
Orda qəbul olsun niyazım mənim...  
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
10 
Aşıq Ələsgər – estetdir:  
 
Axşam-sabah, çeşmə, sənin başına, 
Bilirsənmi, necə canlar dolanır?!      
Büllur buxaq, lalə yanaq, ay qabaq, 
Şahmar zülfü pərişanlar dolanır...  
 
Yaxud:  
 
Çərşənbə günüdə, çeşmə başında, 
Gözüm bir alagöz xanıma düşdü.  
Atdı müjgan oxun, keçdi sinəmdən
Cadü qəmzələri qanıma düşdü...  
 
Aşıq Ələsgər – bədbindir:  
 
Ov keçdi bərədən, ata bilməzsən, 
Uçdu getdi əldən, tuta bilməzsən.  
Yerisən, yüyürsən çata bilməzsən, 
Görürsən ki, baxtın yatdı, sən də yat...  
 
Yaxud:  
Nə bəlaya düşdüm mən bəxtiqara
Eşqin ataşına heç olmaz çara.  
Qalmışam zindanda aciz, avara, 
Günahkar, sərgərdan, xəcalət eylə...  
 
Aşıq Ələsgər – nikbindir:  
 
Ruhun təzələnsin görəndə gərək
Sən onun könlündə, o səndə gərək.  
Haqqa şükür qılsın hər bəndə gərək
Kim nə deyir bu dövrana, gözəldi...  
 
Aşıq  Ələsgər  –  humanistdir,  metafizikdir,  moralistdir,  maarifçidir, 
ilahiyyatçıdır, materialistdir, idealistdir, romantikdir, realistdir və s., və i.a.  
Bəli, bütün bunlar belədir, amma mənim üçün Aşıq Ələsgər ilk növ-
bədə Aşiqdir (“Ələsgərəm, gözəllərdi əzbərim...”, yaxud: “Canım gözəl-
lərin  yol  qurbanıdı...”)  və  Ələsgər  poeziyasının  yaratdığı  (və  eyni 
zamanda  həmin  poeziyanı  yaradan!)  o  Aşiq,  olsun  ki,  ya  zövqünə  görə, 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
11 
ya yaşına, ya da gözlərinin rənginə görə Məcnundan fərqlidir, Romeodan 
seçilir,  Kərəmin  eyni  deyil,  amma  o  da  Leylinin,  Cüllettanın,  Əslinin 
sevgi dünyasında ən doğmalardan, ən məhrəmlərdən biridir, həmin sevgi, 
həmin sevda dünyasının sakinidir.  
Bu sözləri yazıram və fikirləşirəm: mən nə üçün bunları yazıram?  
Onsuz  da  Aşıq  Ələsgərin  Sözü  və  Sazı  nə  lazımdırsa,  hamısını  özü 
deyir.  
 
 
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
12 
 
 
 
 
 
 
Zəlimxan YAQUB 
Xalq Ģairi 
 
 
 
 
 
 
YARALI XATĠRƏ 
 
1983-cü ilin yaz fəsliydi. “Bir ay yarım növbahardan keçəndə” dağları 
gəzmək həvəsinə düşmüşdüm. Ulu ozanımız Dədə Ələsgərlə bağlı “Göy-
çədən  gələn  səslər”  adlı  poema  üzərində  işləyirdim.  O  vaxta  qədər  bir 
neçə dəfə Göyçədə olmağıma baxmayaraq yenidən bu qədim sazlı-sözlü 
mahalın  ziyarətinə  can  atırdım.  Elə  bil  ki,  qan  yerinə  damarlarımda  bu 
ləngərli misralar dolaşırdı: “Adım Ələsgərdi, Göyçə mahalım”. Bu qoşa, 
bir-birinə  yaraşan  müqəddəs  adlar  gözəgörünməz  bir  qüvvə  ilə  məni 
özünə çəkir, tarixi bir ünvana çağırırdı: 
 
Şeh düşdü göy çəmənə
Göz vurdu göy çəmənə. 
Ələsgəri səslədim, 
Səs verdi Göyçə mənə. 
 
Bu misralar ürəyimdə o zaman baş qaldırmışdı. Bir gün tale fürsət ver-
di,  qanadlandım  o  səsin  gəldiyi  tərəfə.  Kəlbəcərdən  Qazuçan  yoluyla 
aşdım Göyçəyə. Heyrətdən doğan məhəbbət, məhəbbətdən doğan heyrət 
bir-birinə  qarışmışdı.  Cığırları,  çəhlimləri,  yolları,  izləri  bir-birinə  qata-
qata  yeriyirdim.  Uçurdum  ulu  səsin,  ulu  sözün,  ulu  sazın  dərgahına 
doğru.  Heyrətlənmişdim. Bu qədim torpağımızda Ələsgərin ayağıyla ye-
riyir, qarlı zirvələrə onun gözləriylə baxır, gülə-çiçəyə, daşa-qayaya onun 
əlləriylə toxunurdum. Göyçə təbiəti də öz növbəsində Aşıq Ələsgərə dö-
nüb  məni  doğma  övladı  kimi  bağrına  basırdı.  Söhbətimiz  yaman  tut-


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə