|
Ədəbiyyatda multikulturalizmin zəif və güclü formalarının olamalarına dair fikirlər mövcuddur. Multikulturalizmin zaif və güclü formaları bir-birindən seçilir
|
tarix | 03.06.2022 | ölçüsü | 13,57 Kb. | | #88661 |
| Belge (6)
Ədəbiyyatda multikulturalizmin zəif və güclü formalarının olamalarına dair fikirlər mövcuddur. Multikulturalizmin zaif və güclü formaları bir-birindən seçilir. London İqtisad Məktəbinin professoru Çandran Kukatasın fikrincə, multikulturalizmin zəif və güclü formaları cəmiyyətdə mövcud olan etnik-mədəni müxtəlifliyə münasibətdə aparılan siyasətlərdəndir.
Multikulturalizmin zoif forması azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verir. Lakin azlıqlar öz imkanları ilə bu dayərlərini qorumaq iqtidarında olmurlar və nəticədə cəmiyyətdəki hakim etnik-mədəni dəyərləri qəbul etmək onlar üçün on optimal çıxış yolu olur. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilarəkdan, xarici tazyiq olmadan, öz istəkləri ilə titular xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-madəni dəyərlərini qorumaq isə çətin olur, baha başa gəlir. Mövcud vəziyyətdə onların başqa çıxış yolu olmadığına görə, onlar xoşluqla assimilyasiyaya gedirlər, yəni yaşadıqları cəmiyyəta inteqrasiya olunurlar.
Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması etnik azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadliq verməklə yanaşı onların yaşadıqları cəmiyyətə bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliya münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tarəfindən inkişaf etdirilmasini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir.
Çandran Kukatas multikulturalizmin qeyd olunan formalarının har birinin liberalizm nazəriyyəsinə əsaslandığını göstərir. Lakin zaif multikulturalizm klassik liberalizmə, güclü multikulturalizmin isə müasir liberalizmə əsaslanır.
Dostları ilə paylaş: |
|
|