Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

- 35 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqanıstan müxalifətinin daha fəal şəkildə dəstəklənəcəyi anla-
mına gəlirdi.
Əfqanıstan üçün digər mühüm ölkə – İran da ƏXDP haki-
miyyətinə mənfi münasibətini gizlətmədi. Şah rejimi inqilabdan 
sonra Əfqanıstanla sərhədlərini bağladı və əvvəllər imzalanmış 
müqavilələrin (o cümlədən, neft və neft məhsullarının satışına 
dair) yerinə yetirilməsini dayandırdı. İslam inqilabından sonra 
isə yeni İran hakimiyyəti ƏDR-ə qarşı daha kəskin mövqe sər-
giləməyə başladı. Əfqanıstan hökumətinin əməkdaşlıq təklifini 
rədd edən teokratik rejim ƏXDP-yə qarşı mübarizə aparan islam-
çı müxalifəti, ilk növbədə, şiə qruplaşmalarını müdafiə etmək və 
yardım göstərmək yolunu tutdu.
«Aprel inqilabından» sonrakı ilk aylarda yeni hakimiyyətə 
nisbətən loyal yanaşan Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın 
mövqeyində də tədricən sərtləşmə müşahidə edilməyə başladı. 
İlkin mərhələdə bir növ gözləmə taktikası seçən ABŞ rəhbərliyi 
ƏXDP-nin daxili və xarici siyasətinin getdikcə aydınlaşan kontur-
larını gördükdə, tədricən ona qarşı mübarizənin əsas təşkilatçısı 
və koordinatoruna çevrildi. 1979-cu ilin fevralında Kabuldakı 
ABŞ səfirinin öldürülməsi münasibətlərin kəskinləşməsində 
önəmli amil rolunu oynadı. ABŞ-ın ardınca onun Qərbdəki müt-
təfiqləri – İngiltərə, Fransa və Almaniya Federativ Respublikası, 
eləcə də Yaponiya Əfqanıstana göstərdikləri maliyyə-iqtisadi və 
texniki yardımları dayandırdılar.
Regional və qlobal oyunçular tərəfindən sıxışdırılmaqda olan 
ƏDR hökuməti getdikcə daha çox SSRİ-yə sığınır, onun göstərdi-
yi yardımların artırılması, yeni, hətta açıq müdaxilə formasında 
reallaşdırılması barədə istəklərini dilə gətirirdi. Münasibətlərin 
məntiqi yekunu olaraq, 1978-ci il dekabrın 5-də Tərəki başda ol-
maqla Əfqanıstan nümayəndə heyətinin Moskvaya səfəri zamanı 
SSRİ ilə ƏDR arasında dostluq, mehriban qonşuluq və əməkdaş-
lıq haqqında müqavilə imzalandı. Müqavilə üstüörtülü şəkildə 


- 36 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
olsa da, ƏDR-in düşdüyü vəziyyəti və gələcək ssenariləri özündə 
əks etdirirdi. Qeyd olunurdu ki, “tərəflər iki ölkənin təhlükəsiz-
liyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etmək məqsə-
dilə məsləhətləşmələr aparacaq və müvafiq tədbirlər görəcəklər”, 
həmçinin “uyğun razılaşmalar əsasında hərbi əməkdaşlığı davam 
etdirəcəklər”. Bununla da gələcək hərbi təcavüzə bir növ hüquqi 
baza yaradılmış oldu.
Bütün qeyd olunanlarla yanaşı, ƏXDP hakimiyyətinin üzləş-
diyi ciddi çətinliklər və uğursuzluqlarda bir amilin də həlledici 
rolu oldu. Bu da əzəli və əbədi «Xəlq» – «Pərçəm» rəqabəti və 
qarşıdurması idi.
Patiyadaxili və cinahlararası mübarizə “inqilab”ın ilk saat-
larından özünü göstərməyə başladı və məlum oldu  ki, çevriliş 
ərəfəsində ƏXDP-də təşkilati birlik barədə razılaşma siyasi şəra-
itin diktəsi və xarici qüvvənin (SSRİ-nin) təzyiqi ilə əldə edilmiş 
müvəqqəti (taktiki!) addımdan başqa bir şey deyilmiş. Hakimiy-
yətinin ilk günlərindən ƏXDP fraksiyalar arasında uzunmüddətli 
amansız və üzücü mübarizə girdabına yuvarlandı.
Qeyd olunduğu kimi, “inqilab”dan bir neçə gün sonra for-
malaşmış hökumətdə nazir postları təqribən bərabər nisbətdə 
(«Xəlq»çilərin müəyyən üstünlüyü ilə) iki fraksiyanın təmsil-
çiləri arasında bölüşdürülmüşdü. Lakin “onlar nazirliklərə gedən 
kimi, «Xəlq»çilər öz cinahlarının, «Pərçəm»çilər də öz cinahla-
rının üzvlərini dövlət orqanlarında yerləşdirməyə başladılar. Çox 
keçmədən nazirliklər rəqabət səngərlərinə çevrildilər. Xarici işlər 
nazirliyi Həfizulla Əminin ixtiyarına verilmişdi, ona görə «Pər-
çəm» fraksiyasından olan heç kəsə orada yer yox idi. Bu vəziyyət 
dövlət hakimiyyətinin yuxarı eşelonlarına da mənfi təsir göstərdi, 
Əmin ilə Bəbrək Karməl arasında gizli təbliğata əsaslanan düş-
mənçilik atmosferi meydana gəldi» [121].
«Xəlq» – «Pərçəm» ixtilaflarını körükləyən, qarşıdurmanı 
qızışdıran və dərinləşdirən əsas şəxs Həfizulla Əmin idi. Özünü 


- 37 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
inqilabın komandanı və qəhrəmanı sayan Əmin «Pərçəm»in 
hakimiyyətdən pay almağa haqqı çatmadığı fikrini hər vəchlə ya-
yırdı. Karməl tərəfdarları da onu avantürist, partiyanın birlik və 
vəhdətini pozan bir şəxs kimi dəyərləndirirdilər.
Hadisələrin sonrakı gedişi göstərdi ki, «Pərçəm»ə qarşı apar-
dığı kampaniya sadəcə Əminin avantürizminin təzahürü deyil, 
düşünülmüş xəttinin nəticəsi idi. «Xəlq»in radikal qanadına rəh-
bərlik edən Əmin ilkin mərhələdə «Şərqin dahisi», «Böyük us-
tad», «Xalqın yaradıcı lideri» kimi epitetlərlə öydüyü Tərəkinin 
köməyi ilə «Pərçəm» üzvlərini siyasi səhnədən uzaqlaşdırmaq, 
sonrakı mərhələdə isə Tərəki və tərəfdarlarını da sıradan çıxarıb 
hakimiyyəti tam şəkildə öz əlinə keçirmək niyyətində idi. Bu niy-
yəti gerçəkləşdirmək üçün ona il yarımdan da az vaxt lazım oldu.  
«Xəlq» ilə «Pərçəm» arasında qarşıdurmanın qızışmasında 
və ixtilafın açıq müstəviyə keçməsində 1978-ci il mayın 22-də 
ƏXDP tərəfindən nəşr olunmuş «Aprel inqilabı haqqında» adlı 
kitabça xüsusi rol oynadı. Burada hələ üstündən bir ay keçməmiş 
“inqilab”a Əminin baxışı öz əksini tapmışdı: “inqilab”da əsas rolu 
«Xəlq»çi zabit və əsgərlərin oynadığı, Əminin isə Davud rejimi-
nin devrilməsinə bilavasitə  rəhbərlik etdiyi vurğulanmışdı. Parti-
yanın rəsmi nəşri olan broşürada Karməl və «Pərçəm» üzvü olan 
hərbçilərin adları belə çəkilməmişdi. Bu azmış kimi «Tərəkinin 
ətrafında olan bəzi şəxslərin qiyamın uğuruna inanmadığı, pas-
sivlik nümayiş etdirdiyi, Davudu öldürməməyə çağırdığı» qeyd 
olunmuşdu. Əfqan cəmiyyəti, xüsusən partiya üzvləri burada 
Karmələ işarə olunduğunu yaxşı bilirdilər.
Bundan cəmi iki gün sonra ƏXDP MK-nın partiyadaxili bir-
liyə həsr olunmuş xüsusi iclası keçirildi. İclasda partiyada fraksi-
yaçılığı pisləyən, ƏXDP üzvlərini «Xəlq»çi və «Pərçəm»çi ad-
landırmağın yolverilməz olduğunu bildirən qərar qəbul olundu. 
Lakin qərardakı bir məqam onun əslində hansı mahiyyət daşıdı-
ğını və mümkün nəticələrini açıq şəkildə ortaya qoyurdu. Belə ki, 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə