Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   28   29   30   31   32   33   34   35   36

203 
 
Onun sayəsində gözəldir bəşər! 
Qələmdən süzülüb dillərə düşər... 
Əbədə qovuşar, ölümsüzləşər, 
Əzəldir, əfzəldir, uludur şeir. 
 
 
QÜRBƏT 
  
Bu dünyada, cəhənnəmin   
Başqa bir üzüdür qürbət! 
Öz elindən gen düşənin   
Ağlayan gözüdür qürbət! 
  
Havası buz, yeli sazaq, 
Hər döngəsi kələk, duzaq. 
Bacıdan, qardaşdan uzaq 
Bir çölün düzüdür qürbət! 
  
Qara saça ələnən qar
Baxışlara çökən qubar... 
Ürəklərdə cadar-cadar 
Həsrətin izidir qürbət! 
  
Ötən günü nisgil dolu, 
İtməz dərdi, bitməz yolu... 
Ümidin qırılan qolu, 
Bükülən dizidir qürbət! 
  


204 
 
Qara üzü qardan bəyaz, 
Nə qəm bitər, nə də ayaz. 
Qərib ömrə gəlməz ki, yaz, – 
Payızın özüdür qürbət! 
 
 
BİR KÖRPƏYDİM 
   
Bir körpəydim – anasının balası, 
İstədiyim – ana südü, laylası. 
Eşitdiyim – əzizləmə, oxşama, 
Fərq qoymurdum heç səhərə, axşama. 
   
Uşaq oldum – ayaqları yalıncaq, 
İstədiyim – şirni, şəkər, oyuncaq. 
Tökdüklərim – sandıq içi, bağlama, 
Eşitdiyim – “canım, gözüm, ağlama!” 
   
Gəncliyimin çoşub-daşan illəri, 
Zümzüməylə keçirirdim günləri. 
Gördüklərim – yazı-pozu, qiraət, 
Gizlədiyim – qəlbimdəki məhəbbət. 
   
Qoymadı ki, yumub-açam gözümü, 
Cavanlığım tez yetirdi özünü. 
Çəkdiklərim – oğul-uşaq qayğısı, 
Oxuduğum – həzin ana laylası. 
 


205 
 
 
ÖMRÜMÜN BEŞİNCİ FƏSLİ 
   
Unutma, mən səni unutmamışam! 
Yurd salıb getmisən ürəyimdə sən. 
Qəlbimi kimləsə ovutmamışam, 
Çünki, həmişəlik ürəyimdəsən. 
   
Unutma, mən səni sevirəm hələ, 
Bu sevgi azalmır, artır günbəgün. 
Bir daha qayıdıb dönməsən belə
Ruhum qovuşacaq ruhuna bir gün. 
   
Sən – yağış ətirli, Günəş nəfəsli, 
Qəlbimdə ötəri naxış deyilsən! 
Sən – mənim ömrümün beşinci fəsli, 
Nə bahar deyilsən, nə qış deyilsən... 
   
Bilmirəm, heç nələr dəyişdi səni... 
Durub-düşünürəm hər səhər-axşam.   
Bircə istəyim var: Unutma məni! 
Unutma, mən səni unutmamışam! 
   
   
   
 
 


206 
 
QADINLAR 
   
Sevgisi, sevdası – dəniz misalı, 
Gah sevinclə üzür, gah da boğulur; 
Bəxtin yanlışını qəlbinə salır... 
Qadın neyləsin ki, qadın doğulur?! 
   
Fikrin sürətinə yetişmir izi, 
Hər anı – bir ömrün səadətidir. 
Dünyanın ən güclü, ən zərif hissi 
Sadiq qadınların məhəbbətidir! 
   
Kim verər həyatda onun yerini? 
Solan baxışında bir alov yatır. 
Gizləyib köksündə öz kədərini
Özgənin dərdinə, hoyuna çatır. 
   
Yüz işin qulpundan tutmada əli, 
Kövrək ürəyində qaya sərtliyi. 
Bəzən qadınlardan öyrənilməli 
Kişi dəyanəti, kişi mərdliyi! 
   
Sevib-sevilməsi – talenin işi, 
Bəxtinin xoş çağı qəlbi dağ olur. 
Qadınlıq – Tanrının bir bəxşeyişi! 
Ən xoşbəxt bəndələr qadın doğulur! 
   
 


207 
 
İSTƏYİRƏM HƏRDƏN SƏNDƏN DANIŞALAR 
   
Zaman-zaman 
Söz salıram ordan-burdan – 
Bəlkə kimsə səndən deyə, 
Adın dəyə qulağıma. 
Darıxıram... 
Dalğınlıqlar məskən salıb otağıma. 
Ümidisizlik alsa belə ağuşuna 
Gələcəkdən ayan kimi, 
Yenə ərklə sığınıram xəyalına 
Doğma kimi,   
Həyan kimi. 
Gözlərimi yumsam belə, 
Məhəbbətin yaşla dolu baxışları mənə baxır... 
Nə ağ günə çıxır bəxtim, 
Nə xatirən yaddan çıxır. 
   
... İstəyirəm hərdən səndən danışalar, 
Adın dəyə qulağıma. 
Bəlkə sözlər sığal çəkə 
Əllərinə həsrət, islaq yanağıma... 
 
 
 
 


208 
 
BU GÜN DÜNƏN OLANDA... 
   
Bu gün dünən olanda,   
Keçmişə dönəndə biz, 
Ömür-gün yollarından itəndə izlərimiz, 
Nəfəsimiz,   
Səsimiz   
Heç vaxt olmamış kimi silinəndə havadan, 
Bizə məxsus nə varsa   
Bir-bir yoxa çıxanda qurduğumuz yuvadan, 
Bax, o zaman   
Qurtulub qürbət əsarətindən,   
Ruhlarımız dönəcək 
Öz yurduna, elinə. 
Qəlbimin odu ilə yazdığım   
Bu kitab da, 
Təsadüfən, düşəcək kiminsə də əlinə
Bizim olan duyğular ona tanış gələcək, 
Canlanacaq sətirlər. 
Oxuyacaq, biləcək: 
  “Onlar bir-birilərini yaman çox sevirdilər...” 
  Ruhlarımız göylərdə   
Hiss edəcək, duyacaq o bəxtəvər anları... 
Yenə biz olacağıq   
Yüz il bundan sonranın   
Sevgi qəhrəmanları! 
 
 


209 
 
SƏNİ ARZULADIM... 
   
Səni arzuladım 
ömrüm uzunu 
Xoş günə bir çiçək dəstəsi kimi. 
Sevgidən yazılan ən gözəl şeir, 
Həyatın ən lirik bəstəsi kimi. 
 
Səni arzuladım 
ömrüm uzunu 
Səhrada bir yağış damlası kimi. 
Bəxtimin xoşbəxtlik ifadəsitək
Məhəbbət mətninin imlası kimi. 
 
Sən oldun naməlum, əlçatmaz, uzaq 
Uydurma dünyamın ünlü həkimi. 
Səni arzuladım, 
səni istədim, 
Gözlədim illərin xəstəsi kimi... 
 
 
QÜRBƏT TÜRKÜSÜ... 
   
Məcrası – zindanı, məlul gölmüşəm... 
Kimsələr duymaz ki, inləyəndə mən! 
Təklikdən özümü iki bölmüşəm, 
Danışan da mənəm, dinləyən də mən. 
   


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə