Səhih Dua Və Zikirlər Kitabı
30
“Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra,
qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək
yaraşmaz”. (ət-Tövbə 113).
24) Allahdan Saleh Həyat Yoldaşı Və Saleh Övladlar İstəmək
.
Sovban rəvayət edir ki, bu ayə nazil olduğu zaman:
“Qızıl-gümüş yığıb
onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ” (ət-
Tövbə 34)
mən Peyğəmbər ilə bərabər səfərlərin birində idim. Bəzi səhabələr:
“Bu ayə nazil oldu, bəs hansı mal daha xeyirlidir onu götürək?” dedilər.
Peyğəmbər: “Ən xeyirli (mal) zikr edən dil, şükr edən qəlb və imanı artırmağa
yardımçı olan möminə zövcədir”
61
.
25) Müsəlman Rəhbərlər Üçün Dua Etmək
Əbu Ruqayyə Təmim b. Əvus əd-Dari rəvayət edir ki, Peyğəmbər
buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulullah!) deyə soruşduq.
(Peyğəmbər) buyurdu: «Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərləri-
nə və bütün müsəlmanlara»
62
. Fudeyl İbn İyad deyir ki: “Əgər mənim qəbul
olunası bir duam olsaydı o duanı başçı üçün edərdim. Çünki başçı islah və
saleh olarsa ölkə və camaat əmin-amanlıqda olar”
63
.
26) Duanı Sakit Və Gizli Etmək
"
"
“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları
sevmir”. (əl-Əraf 55).
61
Tirmizi 3994, İbn Macə 1856, əl-Albani “Səhih Tərğib” 1499.
62
Müslim 55.
63
Əbu Nueym “Hilyə” 8/91, Lələkəi “Şərhu Usulul Etiqad” 1/197.
Səhih Dua Və Zikirlər Kitabı
31
"
"
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan
Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).
)
(
.
Əbu Musa əl-Əşaridən demişdir: «(Bir gün) Allah Elçisi ilə bir döyüşdə
idik. Biz yol gedərkən hər dəfə yüksək bir yerə qalxdıqda və hər hansı bir
vadidən endikdə yüksək səslə (qışqıraraq, bağıraraq) təkbir (
Allahu Əkbər
)
edərdik. (Başqa rəvayətdə:
Lə İləhə İlləllah Vallahu Əkbər
) Allah Elçisi bizə
yaxınlaşıb belə buyurdu: «Ey insanlar! Özünüzə yazığınız gəlsin. Həqiqətən
siz nə kar, nə də uzaq olana dua edirsiniz. Siz yalnız hər şeyi Eşidənə, hər şeyi
Görənə dua edirsiniz». Sonra o: «Ey Abdullah İbn Qeys! (Başqa rəvayətdə: Ey
Əbu Musa) Sənə Cənnət xəzinələrindən olan bir kəlimə öyrədimmi? (Sənə
Cənnət qapılarından bir qapını göstərimmi?)»
64
Bu: «
Lə Həulə Və Lə Quvvətə
Illə Billəh -
Qüdrət və güc yalnız Allahdadır! - kəliməsidir»
65
. Həsənul Basri
deyir ki: “...Müsəlmanlar dua etməkdə çox çalışardılar. Lakin onların səsləri
eşidilməzdi. Yalnız özləri və Rəbləri arasında bir pıçıltı olardı”.
27) İnsanın Özünə, Yaxud Qeyrilərinə Bəd Dua (Qarğış) Etməməsi
"
"
“İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir”.
(əl-İsra 11).
"
"
“Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi,
əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid
etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik”.
(Yunus 11).
Mücahid bu ayənin təfsirində demişdir: “Şər dua insanın
64
Tirmizi 3581, Əhməd 14932, əl-Albani “Səhih”.
65
Buxari 2992, 4205, Muslim 2704, 6120, 7037, Əbu Davud 1526, 1528, 1529, 1530,
Səhih Dua Və Zikirlər Kitabı
32
tələsərək övladına yaxud həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd
duanın həyata keçməsini istəməz”
66
.
.
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbər buyurdu: “Özünüzə (bəd)
dua etməyin, uşaqlarınıza (bəd) dua etməyin, xidmətçilərinizə (bəd) dua
etməyin, mallarınıza (bəd) dua etməyin. Ola bilər ki, Allahdan istənilənlərin
qəbul edildiyi bir zamana yetişsin Allah da dilədiyinizi qəbul etsin”
67
.
28) Allahın Geniş Rəhmətini Heç Kəsdən Əsirgəməmək
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər namaza durdu və biz də
durduq. Bir bədəvi namazın içində belə dedi: “Allahım, mənə və Muhəmmədə
rəhm et, bizdən başqa heç bir kəsə rəhm etmə!”. Peyğəmbər salam verib
namazı bitirərək bədəviyə dedi: “Artıq geniş olanı – Allahın rəhmətini -
daraltdın”
68
.
.
Abdullah İbn Amr rəvayət edir ki, bir kişi dedi: “Allahım! Yalnız Məni və
Muhəmmədi bağışla”. Peyğəmbər: “Sən artıq məğfirəti çox insanlardan
məhrum etdin”
69
.
29) İnsanın Özünü Çətinliyə Salaraq Duasını Qafiyə İlə Deməsi
Dua edərkən dua edənin özünü çətinliyə salaraq duasını qafiyə ilə deməsi
məkruh olan əməldir. Çünki bunu nə Peyğəmbər , nə də səhabələri etmişlər.
66
İbn Cərir “Cəmiul Bəyan” 9/47, 48.
67
Muxtəsər Müslim 1537, 3009, 7705, Əbu Davud 1532, 1534, əl-Albani “Səhih”.
68
Buxari 5664, 6010, Əbu Davud 380, 882, Nəsəi 1216, 1217, Əhməd 7802.
69
Buxari “Ədəbul Mufrad” 626, əl-Albani “Səhih”.