Səhih Dua Və Zikirlər Kitabı
33
...
.
İbn Abbas deyir ki: “Qafiyə ilə dua etməyi tərk et. Həqiqətən də, mən
Peyğəmbərin və səhabələrinin onu tərk etdiklərini gördüm, onlar bundan
başqa heç bir şeyi tərk etmirdilər”
70
.
30) Allaha Hər Bir Kiçik Və Böyük İşlərdə Dua Edərək, Ondan Kömək
İstəmək
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən hər biriniz
ehtiyaclarını Allahdan istəsin, hətta qopan ayaqqabısının bağını belə”
71
.
31) Duadan Öncə Günahlardan Tövbə Etmək
Həqiqətən də, dua etmyin ədəblərindən və qəbul olmasının səbəblərindən
biri də qulun duadan əvvəl günahlarını etiraf edib, etdiyi xətalarına
peşmançılıq çəkərək Rəbbinə səmimi qəlbdən tövbə etməsidir. Çünki
günahların çox olması duanın qəbul olmasına mane olur. Yəhya İbn Muaz ər-
Razi deyir ki: “Dua etdikdə Onun gecikdiyini demə! Çünki sən artıq Onun
yollarına günahlarınla sədd çəkmisən”
72
.
"
"
“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə
yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim
çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”.
(əl-Bəqərə 186).
32) Duanı Dinləyənin Duadan Sonra Amin Deməsi
70
Buxari 6337.
71
İbn Hibban 866, 894, 895, əl-Albani “Zəif” 1362.
72
Beyhəqi 2/54.
Səhih Dua Və Zikirlər Kitabı
34
Amin sözünün mənası “Allahım, qəbul et” və ya “cavab ver” deməkdir.
Duaya amin deyən dua etmiş kimidir. Necə ki, Musa və Harun Firona bəd
dua etdikləri zaman Allah buyurdu:
"
"
“Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və
nadanların yoluna uymayın!". (Yunus” 89).
İbn Kəsir deyir ki: “Musa
dua edərkən, Harun amin deyirdi”
73
.
33) Duanı Aminlə Bitirmək
Əbu Musbih əl-Məqarai deyir ki, biz səhabə olan sözlərin ən gözəlini
söyləyən Əbu Zuheyr ən-Numeyri ilə birlikdə oturmuşduq. Bizdən biri dua
etdiyi zaman o, dedi: “Duanı – Aminlə bitir. Həqiqətən Amin səhifənin üzərinə
vurulan möhür kimidir”. Əbu Zuheyr: “Sizlərə bir şeyi xəbər verim” dedi. Bir
gecə Rəsulullah
ilə bərabər çıxmışdıq. Davamlı və israrla dua edən bir
kimsənin yanına gəldik. Peyğəmbər
dayanıb onu dinləməyə başladı və:
“Əgər xətm verərsə (Cənnət) ona vacib olar” deyə buyurdu. Bizdən bir kişi:
“Nə ilə xətm verəcək?” deyə soruşdu. O: “Aminlə, əgər Aminlə xətm verərəsə
(Cənnət) vacib olar” deyə cavab verdi. Peyğəmbərə
sual verən kimsə getdi
(və o dua edən) kimsəyə yaxınlaşaraq buyurdu: “Ey Filan! Aminlə bitir və
müjdələn”
74
.
ءاعدلا اهيف باجتسي نكامأو لاوحأو تاقوأ
DUANIN QƏBUL OLAN VAXTLARI, YERLƏRİ VƏ
HALLARI
1. Azan Verilərkən
73
“Təfsirul Quranil Azim” 2/411.
74
Əbu Davud 938, 939, əl-Albani “Zəif”.
Səhih Dua Və Zikirlər Kitabı
35
Səhl İbn Sad rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki şey (dua) vardır
ki, rədd edilməz və ya çox az, nadir hallarda geri qaytarılar: Azan oxunduğu
zaman və döyüş zamanı iki ordunun bir-biri ilə üzləşərək döyüşdükləri an
edilən dua (Başqa rəvayətdə: Yağış zamanı)”
75
.
Səhl İbn Sad rəvayət edir ki: “İki saat vardır ki, o saatlarda göy qapıları
açılır və dua edən çox az adamın duası qəbul olunmaz: Azan oxunarkən və
Allah yolunda (olan cihaddakı) səflərdə yer tutarkən”
76
.
2. Azan Və İqamə Arasında Edilən Dua
Ənəs İbn Məlik rəvayət edir ki, Allahın Elçisi buyurdu: “Azan və
İqamə arasında edilən dua rədd edilməz”
77
.
3. Səcdədə Olarkən Edilən Dua
İbn Abbas rəvayət edir ki, Peyğəmbər (Ruku və Səcdədə Quran
oxumağı yasaq edərək) buyurdu: “Mən rüku və səcdədə Quran oxumaqdan
qadağan edildim. Rükuda siz Allahı təzim edin, səcdədə çoxlu dua edin. Belə
etsəniz cavab almağa layiqsiniz»
78
.
75
Əbu Davud, 2540, 2542, Albani “Sahihul Cəmi” 3079.
76
Buxari “Ədəbul Mufrad” 661, əl-Albani “Səhih Tərğib” 266.
77
Tirmizi 212, 3595, Əbu Davud 521, əl-Albani “Sahihul Cəmi” 3408.
78
Müslim 1102, 479, Əbu Davud 876, Nəsəi 1045, Əhməd 1900, əl-Albani “Səhih Kəlimə” 72.