Səhih Dua Və Zikirlər Kitabı
27
“Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona
uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid
və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər”. (əl-Ənbiya 90).
"
"
“Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və
ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah
yolunda xərcləyirlər”.(əs-Səcdə 16).
19) Dua Edərkən Əzm Edərək Qətiyyətlə İstəmək
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç kəs “Allahım,
istəyirsən məni bağışla”, “Allahım, istərsən mənə rəhm et” deməsin. İstədiyini
əzm (qətiyyətlə) etsin. Çünki Allahı məcbur edən yoxdur”
55
.
20) Müsəlmanlar Üçün Dua Etmək
Ummu Darda rəvayət edir ki, ağam (Yəni, ərim Əbu Darda) mənə
rəvayət etdi ki, Peyğəmbərin belə buyurduğunu eşitdim: “Bir kimsə
müsəlman qardaşı üçün onun qeybində (yəni, yanında olmadığı zaman) dua
etdiyi zaman mələklər onun üçün: “(Amin), misli qədəri sənə də verilsin”
deyərlər
56
.
55
Buxari 6339, Müslim 2678, Əbu Davud 1483, 1485, İbn Məcə 3854, Tirmizi 3497.
56
Müslim 2732, 2783, 7103, Əbu Davud 1534, 1536, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
28
Ömər rəvayət edir ki, Peyğəmbər Ümrəyə getmək üçün izin
istəmişdim. O: “Ey Qardaşım! Dualarına bizi də ortaq et, bizi unutma” deyə
buyurdu
57
.
21) Müsəlman Kişi Və Qadınlar Üçün Bağışlanma Diləmək
"
"
“Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm
öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını
dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir”.
(Muhəmməd 19).
"
"
“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və
bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
(Nuh 28).
"
"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla.
Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey
Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
.
Ubadə İbn Samit rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu
eşitdim:
«Kim mömin kişilər və mömin qadınlar üçün istiğfar (Allahdan
bağışlanmalarını) diləyərsə, Allah hər mömin kişi və hər mömin qadın (sayına)
görə ona savab yazar»
58
.
22) Möminlərə Tənə Və Lənət Etməkdən Uzaq Olmaq
57
Tirmizi 3562, İbn Məcə 2894, əl-Albani “Zəif”.
58
Şəmiyeyn “Müsnəd” 2155, əl-Albani «Sahihul Cəmius Sağir» 6026, “Səhih Və Daif Cəmius Səğir” 10970.
Səhih Dua Və Zikirlər Kitabı
29
.
)
(
Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Müsəlman o
kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar”
59
.
Əbu Musa əl-Əşari rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir
müsəlmana sədəqə vermək vacibdir. Dedilər: - Ey Allahın Peyğəmbəri, əgər
tapmazsa? Dedi: - Əli ilə çalışsın, özünə mənfəət qazansın və sonra sədəqə
versin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Çətinlikdə olana kömək etsin.
Dedilər: - Əgər bacarmazsa? Dedi: - Yaxşı işləri əmr etsin. Dedilər: - Əgər
bacarmazsa? Dedi: - Şər verməkdən çəkinsin. Çünki bu onun üçün
sədəqədir”
60
.
23) Ata - Ana Və Qohum Əqrəbaya Dua Etmək
"
"
“Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də
sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha
yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir”. (əl-Ənfal 75).
Əgər valideynlər müsəlmandırlarsa onlara rəhmət və məğfirət diləmək olar.
Lakin kafir və ya müşrikdirlərsə, onlar üçün rəhmət və məğfirət diləmək
olmaz.
"
"
59
Buxari, 9, 10, 6119, 6484, Müslim, 41, 171, Əbu Davud 2481, 2483, Tirmizi 2627, Nəsəi 4996, İbn Hibban 180,
230, 399.
60
Buxari 1445, Müslim 1008