62
«orta çağların son salnaməçisi və yeni dövrün ilk tarixşünası, ta-
rixçisi olmuşdur».
175
A.Bakıxanov «Şirvanın və Dağıstanın» ta-
rixini ən qədim zamanlardan 1813-cü ilədək izləmiş, başlıca
diqqətini
çoxəsrlik tarixin hərbi, siyasi hadisələrinə
yönəltmişdir. Lakin o, əsərin «Nəticə» hissəsində «Şirvanın və
ona qonşu olan əyalətlərin alimliyi və digər üstünlükləri ilə
fərqlənmiş yetirmələri» haqqında qısaca məlumat vermişdir.
176
Müəllif əsərinin bu qismində Baba Kuhi-Bakuvi, Məhsəti
Gəncəvi, «Həkim əl-Mənəvi Şeyx Nizami Gəncəvi», Xaqani
Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani,
Seyid Zülfüqar Şirvani, Seyid Yəhya Bakuvi, Əbdürrəşid Baku-
vi, Kəmaləddin Məsud Şirvani və digər görkəmli şəxslər
haqqında qısaca məlumat vermişdir. Əsərinin sonunda
A.Bakıxanov «bu diyardan (Şirvandan-red) olduğu üçün fəxr et-
diyini» xüsusilə qeyd etmişdir.
177
«Orta çağların son
salnaməçisinin
və yeni dövrün ilk tarixiçisinin»
(Z.M.Bünyadovun ifadəsidir) bu əsəri Azərbaycanın yeni
tarixçilər nəsli üçün parlaq örnək olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycan tarixşünaslığında
diqqəti daha çox Rəşidbəy İsmayılovun «Qafqazın qısa tarixi»
(rus dilində) və Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin 4
cilddən ibarət olan «Zübdət ət-təvarix» (1905-1913-cü illərdə
nəşr olunmuşdur) əsərləri cəlb edirdi. Hacı Mollazadənin
əsərinin IV cildinin I hissəsində Əmir Teymurun tarix səhnəsinə
çıxmasından Qacarlar sülaləsinin hakimiyyətə gəlişinədək olan
tarixi dövrün başlıca hadisələri nəzərdən keçirilmişdir.
178
Müəllif Səfəvilər sülaləsinə, xüsusilə mədəni inkişafın
himayəçisi, şair olmuş, sülalə və dövlət banisi I İsmayıla xüsusi
rəğbət hissilə yanaşmışdır. Əsər dini təbliğat ruhunda
yazılmışdır və İslam ənənələrinin dirçəldilməsi məqsədinə
xidmət edir. Azərbaycan Xalq Cümhuriyyəti illərində (1918-
1920)
xalqın tarixinin, mədəniyyətinin
öyrənilməsi
istiqamətində yeni təşəbbüslər göstərildi. Bu baxımdan M.Ə.Rə-
sulzadənin fəaliyyəti və irsi daha diqqətəlayiqdir.
179
Siyasi müstəqillik qazanmış Azərbaycan xalqının öz ta-
rixi, mədəni irsinə doğma münasibətinin formalaşmasına xeyli
63
yardım edəcək M.Ə.Rəsulzadə irsi daha diqqətlə, dərindən
öyrənilməyə möhtacdır.
XX əsrin 20-ci ilində Azərbaycan yenicə yaranmış Sovet
imperiyasının tərkibinə daxil olunduqdan sonra vətən tarixi «ye-
ni təlimatlar», «tələblər» əsasında araşdırılmağa başlandı. Lakin
etiraf etmək lazımdır ki, əsrin 20-30-cu illərində Rusiya
tədqiqatçılarının, xüsusilə mənşəcə suriyalı xristian ərəb olan,
gənc ikən Rusiyaya gəlmiş, ötən əsrin 20-40-cı illərində
Azərbaycan elmi mühitində çalışmış Panteleymon Krestoviç Ju-
zenin – Bəndəli bin Səliba əl-Cəuzinin (1871-1942) fəal yardımı
şəraitində Azərbaycan tarixinin mədəni irsinin öyrənilməsi
sahəsində xeyli iş görüldü. Arxeoloji, etnoqrafik tədqiqatlar, bir
sıra ərəb və fars dilli mənbələrin yeni nəslə anlaşıqlı olan rus və
Azərbaycan
dillərinə
tərcümə
olunması orta çağların
Azərbaycan mədəniyyətinin öyrənilməsi işini müəyyən dərəcədə
asanlaşdırdı.
180
Həmin dövrdə sayca az olan milli tarixçilərimiz
arasında V.Xuluflu, Ə.Salamzadə,
A.Məmmədov,
R.İsmayılov,
Ə.Ələkbərov,
D.Şərifov,
M.Mirbağırzadə xüsusilə seçilirdilər.
Azərbaycan tarixçisi Cahangir Zeynaloğlunun 1924-cü ildə
İstanbulda nəşr olunmuş «Müxtəsər Azərbaycan tarixi» əsəri
Sovet Azərbaycanında nəşr olunmuş, bu qəbildən olan
əsərlərdən xeyli fərqlənirdi.
181
1923-cü ildə R.İsmayılovun
«Azərbaycan tarixi», həmin ildə Y.Paxomovun «Azərbaycan ta-
rixinin qısa kursu», 1925-ci ildə isə V.Sısoyevin «Azərbaycan
(Şimal) tarixinin qısa oçerki» kitabı nəşr edilmişdi. R.İsmayılov
A.Bakıxanovun «Gülüstani-İrəmi»nin prinsipinə istinad etmiş,
V.Sısoyev yadelli əsarətini əsas götürmüş, C.Zeynaloğlu isə
Azərbaycan istiqlaliyyəti tarixini başlıca prinsip kimi istifadə
etmişdir. Türkçülük və islamçılıq prinsiplərinə əsaslanan bu
əsərdə nəzərdən keçirilən hər bir tarixi dövr mədəniyyətə aid
olan məlumatla yekunlaşdırılır. Ümumiyyətlə, təxminən XIX
əsrin ortalarından XX əsrin 40-cı illərinədək olan dövrdə
Azərbaycan tarixşünaslığının ləng inkişafı nəticəsində tariximi-
zin bir çox ümdə problemləri tədqiq olunmamış qalmışdı.
Azərbaycan tarixinin, mədəniyyətinin mühüm məsələlərinin
həlli vəzifəsi, ağırlığı keçən əsrin 40-cı illərindən sonra yetişmiş
64
milli tarixçi kadrların üzərinə düşdü. Bu dövrdə Azərbaycan
tarixçilərinin yüksək elmi səviyyədə yetişməsi sahəsində
İ.P.Petruşevskinin xidməti xüsusilə nəzərəçarpandır. İ.Hü-
seynov, Z.Yampolski, Z.İbrahimov keçən əsrin 40-cı illərinin
əvvəllərində sosial sifarişə uyğun olaraq Azərbaycan tarixinin
orta çağlarına dair bir sıra əsərlər çap etdirdilər. XX əsrin 40-cı
illərinin
sonlarında
nəşr
olunmuş
əsərlər
arasında
İ.P.Petruşevskinin əsərləri xüsusilə diqqəti cəlb edir.
182
Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin orta çağlarda
təkamülü problemləri öyrənilərkən bu tarixçinin fəaliyyəti
xüsusilə qeyd olunmalıdır. O, XX əsrin 40-60-cı illərində
Azərbaycan tarixşünaslığında əsas simalardan biri olmuşdur.
Azərbaycan tarixinin bir sıra problemlərinin həllində onun rolu
böyükdür.
İ.P.Petruşevski (1898-1977) Azərbaycan
tarixşünaslığında Səfəvilər dövlətinin yaranması, təşəkkülü və
inkişafında Azərbaycan xalqının aparıcı, həlledici rola malik
olduğunu sübut edənlərdən biridir (ona qədər bu işi V.V.Bartold,
A.E. Krımski və İ.A.Hüseynov görmüşlər). İ.P.Petruşevskinin
VII-XV əsrlərdə islam dininin Azərbaycan mədəniyyətinin
inkişafına təsiri haqqında dəyərli fikirləri vardır.
Azərbaycan tarixinə həsr olunmuş «Sbornik statey»dəki
310 səhifəlik materialdan 170 səhifəsi bilavasitə İ.P.Pet-
ruşevskiyə məxsusdur. Bu məcmuədə İ.P.Petruşevski ilk dəfə
olaraq Azərbaycan tarixinin 3 əsrinin (XV-XVII) sistemli tarix-
ini ardıcıl şəkildə şərh etmişdir. Bu dövrdə tariximizin Səfəvilər
dövrünə dair cürətli mülahizələri ilə İ.Hüseynov fərqlənirdi.
Hələ 1943-cü ildə o, Azərbaycan tarixşünaslığında ilk dəfə ola-
raq Səfəvilər dövlətini Azərbaycan dövləti kimi təqdim etmişdi.
Əsrin 50-ci illərində Azərbaycan tarixşünaslığında milli tarixçi
kadrın – Ə.Əlizadənin ilk böyük monoqrafiyası nəşr olundu.
183
1958-1963-cü illər ərzində 3 cildlik «Azərbaycan tarixi» 4
kitab halında nəşr olundu. Azərbaycan tarixinin orta çağlar
dövrü kitabın I cildində öz əksini tapmışdır. Bu cilddə
Azərbaycanın orta çağ mədəniyyəti hər fəslin sonunda, xronoloji
ardıcıllıqla nəzərdən keçirilmişdir. Əsrin 60-cı illərindən sonra
xüsusilə intensivləşmiş arxeoloji araşdırmalar orta çağlarda
Dostları ilə paylaş: |