68
tədqiqinə yardım edən araşdırmalar sırasında O.Əfəndiyevin ye-
ni əsəri
206
(bu əsər 1993-cü ildə Azərbaycan dilinə tərcümə
edilərək nəşr olunmuşdur) mühüm yer tutur. Monoqrafiyada
XVI əsrdə Azərbaycanın siyasi, ictimai-iqtisadi inkişafı ətraflı
şəkildə tədqiq olunur. Mənbə zəmininin genişliyi əsərin mühüm
xüsusiyyətlərindəndir. Müəllif Səfəvilər dövlətinin etnik
mənşəyi, müəyyənliyi və mənsubiyyəti barədəki problemi tam
həll etmiş, bu dövlətin Azərbaycan xalqının konsolidasiyası
(bütövləşməsi) prosesində, mədəni təkamülündə həlledici rolu-
nu
207
elmi dəlillərlə əsaslandırmışdır. Təbiidir ki, əsas diqqəti
mühüm
problemlərin
məcmusuna
yönəlmiş
müəllif
Azərbaycanın XVI əsrdəki mədəni inkişafına konkret tədqiqat
obyekti kimi yanaşa bilməzdi.
Ə.Rəhmaninin əsərləri
208
Azərbaycanın 1590-1700-cü
illərdəki ictimai-siyasi, iqtisadi inkişafı prosesinin tədqiqindən
ibarətdir. Müəllifin ikinci əsərinin bir fəslində XVII əsrdə
Azərbaycanda elmin, incəsənətin, maarifin, ədəbiyyatın inkişafı
probleminə toxunulmuşdur.
209
Orta çağlarda Azərbaycan mədəniyyətinin tərəqqisi
probleminə S.Aşurbəylinin əsərində
210
də toxunulmuşdur. Lakin
«Şirvanşahlar dövləti» monoqrafiyasının geniş tarixi dövrü
əhatə etməsi (VI-XVI əsrlər), siyasi, ictimai, iqtisadi
problemlərin başlıca tədqiqat obyekti olması S.Aşurbəyliyə
mədəni inkişaf məsələlərinə daha çox diqqət yetirməyə imkan
verməmişdir. Lakin müəllif orta çağların
Azərbaycan
mədəniyyətinin başlıca fakt və hadisələrinə Şirvanşahlar dövləti
hüdudlarında, kifayətedici səviyyədə nəzər yetirə bilmişdir.
Həmin müəllifin digər əsərlərində
211
orta əsrlərdə Bakının
inkişafı, Azərbaycanın Hindistanla iqtisadi və mədəni
əlaqələrinin gedişi tədqiq olunmuşdur. Son monoqrafiyada Mo-
qol-Səfəvi mədəni əlaqələrinin xüsusilə güclənməsi faktı bir da-
ha təsdiq edilir. S.Aşurbəylinin Bakı şəhərinin orta çağlardakı
inkişaf tarixinə həsr etdiyi yeni əsərində Azərbaycan
mədəniyyətinə dair xeyli material vardır.
212
Orta əsrlər ərzində Azərbaycan şəhərlərinin ziddiyyətli
inkişafı, mədəniyyət potensialının cəmləşdiyi şəhərlərdə ictimai-
69
iqtisadi proseslər M.X.Heydərovun əsərlərinin
213
başlıca
tədqiqat obyektləridir. Keçən əsrin 60-cı illərinin əvvəllərində
ilk məqalələrlə tarix elminə qədəm qoymuş bu müəllifin əsaslı
səciyyə daşıyan monoqrafiyaları çox əhəmiyyətlidir. Dövrün
(XIII-XVII əsrlərin) farsdilli mənbələrinə istinadən yazılmış
həmin əsərlərdə ictimai, iqtisadi, siyasi, mədəni kompleks, daim
dəyişən gerçəklik kimi Azərbaycan şəhərlərinin əksəriyyətinin
ətraflı mənzərəsi verilmişdir.
Son dövrdə orta əsr Azərbaycan şəhərlərinə həsr olunmuş
xüsusi əsərlərin say və keyfiyyəti artmışdır. Bu baxımdan S.M.
Onullahinin, H.Ciddinin, V.Muradovun əsərləri
214
diqqəti cəlb
edir. Kollektiv elmi fəaliyyətin nəticəsi olan «Gəncə (tarixi
oçerk)» əsəri
215
Azərbaycanın qədim şəhərlərindən biri olan
Gəncənin ictimai-iqtisadi, siyasi, mədəni tarixinə həsr
olunmuşdur. Əsərin şəhərin qədim və orta əsrlərinə aid olan ta-
rixini əks etdirən qismində
216
memarlıq abidələri, digər
mədəniyyət faktları haqqında bəhs olunur. Qasım Hacıyevin
monoqrafiyasında
217
Bərdə şəhərinin bizim eradan əvvəl III
əsrdən eramızın XVIII əsrinin sonunadək olan təkamül tarixi
araşdırılmışdır. Əsərin IV fəslində
218
nəzərdən keçirilən dövrün
Bərdə mədəni mühitinə aid olan faktlardan bəhs olunur. Mono-
qrafiyada əslən bərdəli olan görkəmli alimlərin, din xadimlərinin
haqqında da məlumatlar verilir.
219
A.Nuriyevin və Ə.Babayevin
monoqrafiyası
220
da Bərdə şəhərinin tarixini əks etdirir. Arxeo-
loji tədqiqatın nəticəsi olan bu əsərin III fəslində
221
Bərdə
şəhərinin tarixi-memarlıq abidələrindən, şəhərdə yetişmiş
görkəmli şəxsiyyətlərdən və elm xadimlərindən bəhs olunur.
A.Məmmədlinin Balakən, Şəki, Zaqatala bölgələrinin tarixinə,
etnoqrafiyasına, həmin bölgədə yaşayan əhalinin adət və
ənənələrinə, islamaqədərki mədəniyyət faktlarına, əsasən təsadüf
nəticəsində aşkara çıxmış yeraltı tarixi abidələrinə, yerüstü
mədəniyyət faktlarına həsr olunmuş 2 monoqrafiyası
222
(elmi-
publisistik üslubda yazılmasına baxmayaraq) Azərbaycanın orta
çağlar mədəni mühiti haqqında müəyyən təsəvvür yaratmağa
imkan verir.
70
Keçən əsrin 90-cı illərindən indiyədək S.Aşurbəylinin,
N.Vəlixanlının, V.Piriyevin, Ş.Fərzəlibəylinin, N.Əliyevanın,
M.Seyidbəylinin, Y.Mahmudovun, T.Nəcəflinin, E.Mirzəyeva-
nın, X.Qasımovun monoqrafiyaları
223
nəşr olunmuşdur. Qeyd
olunmuş əsərlərin hamısında Azərbaycan mədəniyyətinin orta
çağlardakı inkişaf məsələlərinə az və ya çox dərəcədə
toxunulmuşdur. X.Qasımovun monoqrafiyasında
224
başlıca
tədqiqat obyekti XVI-XVII əsrlərin Azərbaycan mədəniyyətidir
(müəllif bu mövzuda namizədlik dissertasiyasını 1992-ci ildə
müdafiə etmişdir). X.Qasımovun bu monoqrafiyası Azərbaycan
tarixşünaslığında orta çağların milli mədəniyyətinin əsas
tədqiqat obyektinə çevrildiyi ilk əsər kimi diqqəti cəlb edir.
Tarixşünaslığın icmalından görünür ki, keçən əsrin 90-cı
illərinin əvvəllərinədək Azərbaycan mədəniyyətinin orta
çağlardakı təkamül tarixi araşdırıcılarımızın əsas tədqiqat obyek-
ti olmamışdır. Bu hal obyektiv gerçəklikdən doğmuşdu:
Azərbaycan tarixi problemlərinin çoxluğu, bu problemlərin
mürəkkəbliyi, onları həll etmək zərurəti tarixçilərimizi
mədəniyyət tariximizə əsas tədqiqat obyekti kimi yanaşmaq
imkanından məhrum etmişdi. Bir sıra elmi problemlərin uğurlu
həlli sayəsində əsrin sonlarına doğru Azərbaycan mədəniyyəti
tarixinə başlıca araşdırma predmeti kimi yanaşmaq imkanı
yarandı. XX əsrin sonlarına doğru çoxcildlik «Azərbaycan tarix-
i»nin ilk cildləri nəşr olundu. «Azərbaycan tarixi»nin II və III
cildləri
225
vətənimizin orta çağlarda ictimai-iqtisadi, siyasi,
mədəni təkamülü prosesini işıqlandırır. Həmin cildlərdə
Azərbaycanın orta əsr mədəniyyəti məsələləri də öz əksini
tapmışdır. Lakin orta çağların Azərbaycan mədəniyyətinin
ardıcıl surətdə, kompleks şəkildə araşdırılması problemi hələ də
aktualdır və bu əsər müəllifinin qarşısında duran başlıca
vəzifədir.
Azərbaycan mədəniyyəti, onun mühüm elementləri-
ədəbiyyat, incəsənət, din və maarif, elm, fəlsəfə, memarlıq,
təsviri incəsənət və s. haqqında müxtəlif tədqiqatçıların əsərləri
vardır. Lakin orta əsrlərdə Azərbaycanda ədəbiyyatın, dilin və
ədəbi dilin, dinin rolu, mövqeyi və maarifin inkişafı,
Dostları ilə paylaş: |