91
İspaniyadan Hindistanadək bir çox ölkələri və xalqları
tabe etmiş ərəblər fəth olunmuş yerlərdə yeni tipli idarəçilik sis-
temi qura bilmədilər və yerlərdə mövcud olan idarəçilik sistemi
saxlanıldı. Ərəb Xilafəti Azərbaycanda da əldə olunmuş
mövqelərini qorumaq, gücləndirmək məqsədilə fəal köçürmə
siyasəti yeridirdi. Öncə Ərəbistan yarımadasının şimal
hissəsində yaşayan bir sıra ərəb tayfaları (Abbasi sülaləsinin
hakimiyyətə gəlişinədək), sonra isə həmin yarımadanın cənub
qismində yaşayan ərəb tayfaları Azərbaycana köçürülərək
məskunlaşdırıldı. «Ərəblərin Azərbaycanda köçürmə siyasəti IX
yüzilin birinci rübünə qədər davam etdi. Ancaq Harun ər-
Rəşidin dövründə baş qaldıran və əl-Məmun dövründə ən
yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox
ərazilərin Xilafət tərkibindən çıxması ərəb tayfalarının Qafqaza
mühacirətinə təsir etdi və nəhayət, onu tamamilə dayandırdı»
5
.
Ərəblərin gəlişi və yeni ərazilərdə qərarlaşması ilə Azərbaycanın
dini, mənəvi həyatında əsaslı dəyişikliklər baş verdi. «Ərəb
işğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı
münasibət çox mürəkkəb idi və əsasən işğal prosesində
bağlanılmış müqavilələrlə tənzimlənirdi».
6
Azərbaycanda da
yalnız bütpərəstlər zorla müsəlmanlaşdırıldı, «əhli-kitab»a (xris-
tianlara, yəhudilərə, atəşpərəstlərə) etiqad və adətlərini icra
etmək icazəsi verilmişdi. Bu icazə müqabilində həmin əhali can
vergisi-cizyə ödəyirdi. Cizyəni yalnız «sağlam kişilər»
ödəyirdilər, əhalinin qalan qismi bu vergidən azad olunmuşdu.
Lakin çox keçmədən islam ideoloqları bütpərəstliklə yanaşı
atəşpərəstliyi də aradan qaldırmaq xəttini yeritməyə başladılar.
Mənbələr və arxeoloji materiallar sübut edir ki, islam dini
Azərbaycanın Şimalında cənub vilayətlərinə nisbətən daha gec
mənimsənilmişdir. Şəhərlilər islamı kənd əhalisinə nisbətən da-
ha «həvəslə» qəbul edirdilər. Lakin bu «həvəsin» iqtisadi səbəbi
vardı: Ərəb işğalı dövründə kəndlilərə nisbətən daha ağır cizyə
vergisi ilə yüklənmiş şəhərlilərin, xüsusilə tacir və sənətkarların
islamı ilk növbədə qəbul etməsi onların öz varidatını qorumaq
cəhdindən, ərəb üsuli-idarəsinin isə tacir və sənətkarlara daha
böyük güzəştlər verməsindən irəli gəlirdi.
7
Artıq X əsrdə
92
Azərbaycanın təqribən bütün şəhərlərində came məscidlərinin
olması bu qarşılıqlı iqtisadi marağın ideoloji təzahürü idi.
Ərəblər Azərbaycanı yalnız fəth etmək deyil, uzun müddət
ərzində burada qərarlaşmaq, ölkənin iqtisadi potensialından
maksimum dərəcədə bəhrələnmək məqsədini güdürdülər və bu
məqsədlərin gerçəkləşməsi naminə müəyyən güzəştlərə getmək
məcburiyyətində idilər. VIII-X əsrlər ərzində Dərbənd
Azərbaycanın şimal vilayətlərində islamın yayılmasının mərkəzi
olmuşdur. Təbiidir ki, Azərbaycan əhalisi də yeni dini (islamı)
sürətlə və qeyd-şərtsiz qəbul etmədi. Əsrlər boyu islamaqədərki
dinlərə, dini baxışlara bağlı olmuş Azərbaycan əhalisinin yeni
dinlə tanış olması üçün zaman tələb olunurdu. Mənbələrin və
elmi ədəbiyyatın nəzərdən keçirilməsi əsasında belə qənaətə
gəlmək olar ki, Azərbaycan
əhalisinin
əksəriyyətinin
islamlaşması prosesi ilk ərəb işğallarından keçən təqribən 3 əsr
ərzində baş vermişdir. Ölkə miqyasında islamın qərarlaşması
Azərbaycanın mədəni təkamülündə əsaslı dönüşün başlanğıcını
qoydu.
Ərəb yürüşləri ərəfəsində Azərbaycanda onlarla müxtəlif
miqyaslı şəhər vardı. Lakin ərəb işğalı ərəfəsində Azərbaycanın
bütün şəhərləri ticarət və sənətkarlıq mərkəzləri deyildi. Yalnız
beynəlxalq tiranzit ticarətinin başlıca yolları üzərində olan
Bərdə,
8
Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi
iri şəhərlər bu çür mərkəzlərdən idilər. Bu şəhərlərdə dünyəvi və
ruhani əyanlar, sələmçilər, tacirlər, əkinçiliklə əlaqəsini üzmüş
sənətkarlar yaşayırdılar. Həmin şəhərlər hərbi-inzibati mərkəzlər
olduğu üçün daha geniş inikşaf imkanlarına malik idilər. Əsasən
ticarət-sənətkarlıq mərkəzləri olan şəhərləri (Şəki, Qəbələ,
Naxçıvan, Ərdəbil, Çirdiman, Amaras) ikinci kateqoriyaya aid
etmək mümkündür. Kənd tipli şəhərlər üçüncü kateqoriyaya aid
oluna bilər. Bu kateqoriyaya aid etdiyimiz şəhərlər xırda feodal
mülklərinin inzibati mərkəzləri olduğuna baxmayaraq, natural
həyat tərzinə, əkinçiliyə mail idilər. VIII əsrdən təqribən X əsrin
II yarısınadək (təqribən 150 il) Azərbaycanın şəhər həyatında
nisbi iqtisadi durğunluq hökm sürmüşdür: Ərəb işğalı, xəzər
yürüşləri, ərəb-xəzər hərbi qarşıdurması, yerli əhalinin Xilafətə
93
qarşı çıxışları bu durğunluğun başlıca səbəblərindən olmuşdur.
Ərəb işğallarından sonra qədim Albaniyanın Şəki, Qəbələ, Ama-
ras şəhərləri beynəlxalq ticarətdəki mövqelərini itirdilər və
Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Gəncə, Şamaxı bu ticarətdə
aparıcı mövqelər qazandılar. Ərəb canişinlərinin iqamətgahı
uzun müddət ərzində Bərdədə yerləşmiş, bu isə həmin şəhərin
daha üstün inikşafını təmin etmişdir. Şəhər xəlifə Osmanın (644-
656) hakimiyyəti dövründə ərəb işğalına məruz qalmış, 654-cü
ildə Xilafətin Şimal vilayətlərinin canişini öz iqamətgahını
Dvindən Bərdəyə köçürmüş, şəhər ərəblərin Qafqazdakı canişin-
liyinin
mərkəzinə
çevrilmişdi. Lakin ərəblərin
Arranı
işğalınadək Sasani mərzbanlarının (canişinlərinin) iqamətgahı və
alban katolikoslarının patriarxlıq taxtı burada yerləşdiyinə görə
9
şəhərin yüksəliş meylli təkamülündə təqribən fasilə olmamışdır.
Sasani-Bizans
müharibələri
zamanı
xəzərlər
tərəfindən
dağıdılmış Bərdə Əməvi xəlifələri dövründə bərpa olundu.
Xilafətdə Abbasi sülaləsinin hakimiyyətə gəlişindən sonra
Bərdənin inzibati-siyasi mərkəz kimi rolu daha da artdı. Ərəb
Xilafətinin
zəifləməsi,
separatçı
meyllərin
güclənməsi
nəticəsində Bərdə şəhəri Cənubi Qafqazdakı inzibati mərkəz sta-
tusunu itirdi. Sonralar isə şəhər Sacilərin, 942-ci ildən
Salarilərin başlıca şəhərlərindən birinə çevrildi. Bərdənin
yüksəlişi X əsrin II yarısınadək davam etdi. «Qapılar qapısı-Bab
əl-Əbvab (Dərbənd) bu dövrdə Arranın ikinci böyük şəhəri
olmuşdur. Ərəblər Dərbəndin strateji və ticarət əhəmiyyətini
nəzərə alaraq onun azad şəhər statusunu saxladılar. Şəhəri
əmirlər və ya rəislər şurası idarə edirdi. Tiflis ərəb mənbələrində
Arranın üç böyük şəhəri sırasında sadalanır. 944-cü ildə ruslar
Bərdəni dağıntılara, talanlara məruz qoydular. Bu hadisədən so-
nra Beyləqanın rolu və əhəmiyyəti yüksəldi. Bərdənin
tənəzzülüdən sonra Gəncə şəhəri Arran vilayətinin mərkəzinə
çevrildi.
10
Şəmkir (əl-Mütəvəkkiliyyə), Şamaxı (əl-Yəzidiyyə),
Bakı, Ərdəbil, Marağa, Urmiyə bu dövrün mühüm sənətkarlıq,
ticarət və mədəniyyət mərkəzlərindən olmuşdur. Ərəb işğalı
dövründə Ərdəbil cənubi Azərbaycanın ən böyük və əsas şəhəri
idi. Yaqut əl-Həməvi şəhərin əhəmiyətini qeyd edərək göstərirdi
Dostları ilə paylaş: |