118
ərəbdilli
şərhçilik
ədəbiyyatının
görkəmli
nümayəndəsi
olmuşdur. «Şərh ət-tənvir» («İşıqlandırmanın şərhi») əsəri onun
yaradıcılığın parlaq nümunələrindən biridir. Bu əsər ərəb şairi-
mütəfəkkiri Əbül Əla əl-Məərrinin poetik irsinə həsr
olunmuşdur. Alim təbabət, psixologiya, astronomiya və həndəsə
ilə məşğul olmuşdur. Yaqut əl-Həməvi Yusif əl-Xuveyyi
haqqında belə məlumat vermişdir: «Ədibdir. Əbu Yaqub Xoy
sakinidir. Əla ədib, bacarıqlı fəqih, saçlı, nizam-intizamlıdır.
Onun ədəbiyyat haqqında bir sıra əsərləri vardır… Əbu Səad
demişdir ki, Tusda 549 (1154/55-ci ildə ərəblərin qiyamı vaxtı
və ya ondan əvvəl əsir qullar tərəfindən öldürülmüşdür».
77
Bu
dövrün məşhur alimlərindən biri də Fəridəddin Şirvani
olmuşdur. O, 30 il ərzində zəmanəsinin mütərəqqi mədəni
uğurlarını mənimsəmiş, araşdırmalarının obyekti kimi səma
cisimlərini seçmişdi. Alim bir neçə ulduz cədvəlinin müəllifidir.
Şamaxı şəhəri yaxınlığındakı Məlhəm kəndində «Tibb
mədrəsəsi»
(«Mədrəseye-tibb») və
müalicəxana
açmış
Kafiəddin Ömər ibn Osman (məşhur şair Xaqani Şirvaninin
əmisi idi) həkim və filosof kimi tanınmışdı. Mühzəbəddin
Təbrizi XII əsrdə Təbrizin tanınmış həkimlərindən olmuşdur. Bu
şəxs «əl-Müxtar» («Seçilmiş») və «Kitabi-tibb əl-Camali»
(«Gözəl tibb kitabı») əsərlərini yazmışdır. Həmin əsərlərdə bir
çox xəstəliklərin müalicə üsulları nəzərdən keçirilmişdir. Digər
bir təbib və alim-Mahmud ibn İlyas öz əsərində əczaçılıq və bir
sıra xəstəliklərin müalicə prinsiplərindən bəhs etmişdir. XI-XII
əsrlərin tarixi, filoloji, fəlsəfi (professional filosofların əsərləri
nəzərdə tutulur) əsərlərin çoxu zamanımıza qədər gəlib
çatmamışdır. Lakin bu cür əsərlərin yazılması, onların həmin
dövrdə mövcudluğu haqqında ilkin qaynaqlarda xeyli məlumat
vardır. Həmin qaynaqlardan məlumdur ki, Fəxrəddin Əbülfəzail
İsmayıl ibn Müsənna ət-Təbrizi irihəcmli «Tarixi – Azərbaycan»
(«Azərbaycan tarixi») əsərini yazmışdır. Bu alim Bağdaddakı
«Nizamiyyə» mədrəsəsində mühazirələr oxumuş, 1185-cı ilidə
Təbrizdə vəfat etmişdir.
Ədəbiyyat VII-XII əsrlərin Azərbaycan mədəni həyatında
müstəsna mövqeyi olan spesifik incəsənət sahəsi kimi diqqəti
119
cəlb edir. Xilafət dövrünün yazılı ədəbiyyatı ərəb dilində inkişaf
edirdi. Lakin ədəbiyyatın ərəb dilində inkişafı o demək deyildi
ki, qeyri-ərəb xalqları əski keçmişindən, mədəni-mənəvi
dəyərlərindən əl çəkmişdilər. Tədricən ədəbiyyatda «Şüubilik»
(«xalqçılıq») meylləri aşkara çıxmağa başladı. Ədəbiyyatda bu
meyllər özünü islamaqədərki, yerli mədəni ənənələri ərəb
mədəniyyəti sisteminə daxil etmək yolu ilə qorumaq cəhdlərində
göstərirdi. Bu meyl VIII əsrdən IX əsrin ilk rübünün sonunadək
ərəb (ərəbdilli) ədəbiyyatının inkişafı dövrünü əhatə etmişdir və
ədəbiyyatda
«yeniləşdirmə
hərəkatı» («əl-hərəkət
ət-
təcdidiyyə») adlandırılımış dövrünü «şüubilik» olmadan
təsəvvür etmək qeyri-mümkündür. Azərbaycanın ən erkən
ərəbdilli ədiblərinin yaradıcılığı VII-VIII əsrlərin qovşağına
təsadüf etmişdir. Musa Şəhəvat, Əbülabbas əl-Əma, İsmayıl ibn
Yaşar, İbrahim ibn İsmayıl, Məhəmməd ibn Yaşar bu dövrün
ərəbdilli Azərbaycan ədibləri olmuşlar. Məkkədə yaşamış,
ömrünün sonunadək Əməvilər sülaləsinə sadiq qalmış, Əməvi
xəlifələrini mədh etmiş Əbülabbas əl-Əma hədislərin mahir
bilicisi kimi də tanınmışdı. Ərəbdilli Azərbaycan ədibləri
dövrün ədəbi prosesində fəal mövqelərdə olmuş, ictimai-siyasi
həyatda layiqli yer tutmuşlar.
X-XII əsrlər ərəb-müsəlman ədəbiyyatının (ümumiyyətlə
mədəniyyətinin) təkamülü tarixində ən məhsuldar dövrlərdən
biri kimi qiymətləndirilir. IX əsrdən etibarən Xilafətin tənəzzülü
prosesi ilə bağlı olaraq «şüubilik» meylləri daha da gücləndi.
İran tarixinə, ədəbiyyatına, fars dilinə ədəbiyyatda qayıdış
faktları artmağa başladı. X əsrin II yarısında İran mənşəli
Buveyhilərin Bağdadı ələ keçirmələri Abbasilərin zahiri siyasi
hökmranlığına son qoyulması, içtimai-siyasi və mədəni həyatda
İran ünsürünün güclənməsi ilə nəticələndi. Əbülqasim
Firdovsinin (934-1024) «Şahnamə» poeması İran poeziyasında
fars dilinin ərəb dilinə üstün gəlməsi prosesini güçləndirdi. Bu
əsər yeni-farsdilli ədəbiyyatın yaranmasına, dövlətçilikdə
irançılıq ənənələrinin artmasına təkan vetmiş mühüm amil oldu.
«Məhz bu zaman Azərbaycan ərazisində deyləmi Salarilərin,
mənşəcə kürd olan Şəddadilərin, əsilləri ərəb olsa da artıq
120
yerliləşmiş Rəvvadilərin müstəqil hökmranlıq dövrləri başlanır;
hələ IX əsrin 60-cı illərində Şirvan və Layzanda hakimiyyəti ələ
keçirmiş ərəb mənşəli Məzyədilər də … iranlaşdılar. Hətta
Şirvanşahların ərəb adları obyektiv və subyektiv amillər
üzündən fars adları ilə əvəz edildi».
78
Beləliklə, Azərbaycanda
da farsdilli poeziyanın inkişafı üçün əlverişli içtimai-siyasi,
mədəni şərait yaranmışdı. Lakin fars dili elmi yaradıcılıq
prosesində ərəb dilini əvəz edə bilmədi. XI əsrin 70-ci illərinin
əvvəllərində Yusif Balasaquninin (1017-1077) Firdovsinin
«Şahnamə»sinə cavab olaraq yazdığı, artıq o zaman
«Şahnameyi-türki» («Türk
Şahnaməsi») adlandırılmış
«Qutadqu-bilik» («Xöşbəxtliyə aparan elm») əsəri türk milli
şüurunun oyanışı faktlarından biri idi. Lakin Azərbaycanda
hakim dairələrin tarixi obyektivlik üzündən irançılığa daha artıq
meyl etməsi türk dilinin bu dövrdə türk xalqlarının ümumi ədəbi
dilinə çevrilməsinə əngəllər yaratdı. 1055-ci ildə Bağdadı fəth
etmiş Səlcuqilər zamanında da türk dili ədəbi, habelə rəsmi dilə
çevrilmədi. Səlcuqilər imperiyasının geniş ərazisində fars dilinin
mövqelərinin daha da möhkəmlənməsinin başlıca səbəbi «yalnız
yürüşlər və vergi toplamaq qayğısına qalmış səlcuq sultanlarının
savadsızlığı»
79
və «farslardan ibarət məmurlara arxalanması»
olmuşdur. Səlcuqilər dövründə vəzir vəzifəsində ənənəvi olaraq
yalnız İran mənşəli şəxslər olmuşlar. Azərbaycan Atabəylərinin
də vəzirləri qeyri-türklər idilər.
80
Fars dili XIV əsrədək Yaxın və
Orta Şərqdə bədii-ədəbi dil funksiyasını yerinə yetirmişdir. XI-
XII əsrlərdən bizə Azərbaycan türkcəsində yazılmış əsər
çatmamışdır, lakin bir sıra qaynaqlarda buna dair məlumatlar
vardır. Məsələn, XI əsrdə Məsud ibn Namdarın ərəb və fars
(əcəmi) dilləri ilə yanaşı türkcə və zimmicə (yəni yerli dildə)
şeirlər yazmasına dair mənbə məlumatı bunu təsdiqləyir.
Şirvanşah I Əxsitanın Nizami Gəncəviyə «Leyli və Məcnun»
əfsanəsini türkcə deyil, farsca və ya ərəbcə yazmasını sifariş
etməsi də təsdiqləyir ki, həmin dövrdə türkcə bədii əsərlər
yazılması ənənəsi də mövcud olmuşdur. Bu tarixi faktla Nizami
Gəncəvinin də türkcə yazdığı, azərbaycanlı olduğu vasitəli
surətdə təsdiqlənir. Ədəbi prosesdə mövcud olan yeni meyllər
Dostları ilə paylaş: |