121
ərəb dilinin mövqelərini tam sarsıda bilməmişdi. XI əsrin
sonunda şirvanşah I Fəribürzün sarayında ona ərəbcə
mədhiyyələr yazmış şairlərin toplandığı faktı bir çox mənbələrdə
qeyd olunur.
81
Əbu Nasr Mənsur Təbrizi, Xəttat Nizami Təbrizi,
Hüseyn Təbrizi bu dövrün tanınmış Azərbaycan şairləri
olmuşlar. Xəttat Nizami Təbrizi Nizaməlmülkün himayəçiliyi
sayəsində yaşamış, Nişapurdakı iri mədrəsədə dərs demişdir.
Ərəbcə yazmış Azərbaycan ədibləri arasında əslən beyləqanlı,
«mənşəcə kürd» olan Məsud ibn Namdar,
82
Ömər Gəncəvi,
Hüseyn Urməvi, İşkafı Zəncani xüsusilə fərqlənmişlər. şeirlər
Məsud ibn Namdarın əsərlər toplusunun üçdə birindən çoxunu
təşkil edir. Bu ədibin əlyazmaları hekayətlərdən, məktublardan
və şeirlərdən ibarətdir. Məsud ibn Namdar həyatını o dövrün bir
çox şairləri kimi rəsmi dövlət vəzifələrində keçirmiş, «Bədi əz-
zaman» («Zamanın möcüzəsi») ləqəbini qazanmışdı. Mütəfəkkir
şair Beyləqan, Gəncə və Şirvanda yaşayıb-yaratmışdır. Farsca
yazmış Əfzələddin Xaqani Şirvani və Mücirəddin Beyləqani
ərəbcə poetik örnəklər də yaratmışlar. Şihabəddin Yəhya əs-
Sührəvərdi, Eynəlqüzzat əl-Miyanəci, Yusif əl-Xuveyyi (Xoylu)
kimi peşəkar filosoflar ərəbcə şeirlər də yazmışlar. Eynəlqüzzat
əl-Miyanəci min beytdən ibarət şeirlər toplusunun müəllifidir.
Qətran Əbu Mənsur Təbrizi (1012-1088) bu dövrün farsca
yazmış görkəmli şairi olmuşdur. O, gənc yaşlarında Gəncəyə
gəlmiş Şəddadi əmirlərinin sarayında şöhrət qazanmışdı. Şair bir
müddət
Naxçıvanda
Əbu
Düləf Deyraninin sarayında
yaşamışdır. Onun yaradıcılığında hökmdarlara həsr olunmuş
qəsidələr mühüm yer tutur. Qətran Təbrizinin tarixi mövzuda
mənzumələri də vardır. Onun «Qövsnamə» (və ya «Quşnamə»)
adlı məsnəvisi, yüksək sənətkarlıqla yazılmış bir çox əsərləri
fars və türk poeziyasının inkişafına xeyli təsir etmişdir. Ədibin
tərtib etdiyi «ət-Təfasir» («Təfsirlər») adlı lüğət fars dilinin ilk
izahlı lüğətlərindən hesab olunur.
83
Qətran Təbrizi 12 min
beytdən ibarət olan şeirlər «Divan»nın müəllifidir.
84
Qətran və
onun yolunu davam etdirən, Yaxın Şərqdə ədəbi məktəb halını
alan Gəncə-Şirvan şairləri öz milli xüsusiyyətlərini, Azərbaycan
dilinin və xalq ədəbiyyatının xüsusiyyətlərini şeirlərində
122
canlandırdıqları zaman onların bədii ifadə tərzi klassik İran
şeirindən fərqlənirdi; mövzu isə Azərbaycan xalqının tarixi ilə
əlaqədar idi. Bütün bunlar fars dilində yazılmasına baxmayaraq,
Azərbaycan şeirinin xüsusi bir yol ilə inkişaf etməsinə səbəb
olmuşdur ki, bu yolun ilk böyük nümayəndəsi Qətran Təbrizi
idi.
85
Azərbaycan poeziyasında Nizami Gəncəvi zirvəsinin əzəli
Qətran Təbrizinin yaradıcılığındadır. «Biz Azərbaycanda fars
dilinin nə zamandan etibarən işlənilməyə başlandığını, onun ilk
addımlarını hələlik izləyə bilmirik. Lakin artıq XI əsrin
əvvəllərində Cənubi Azərbaycanın mərkəzi şəhəri Təbrizdə,
farsca şeirin müstəsna ustadı, məşhur Qətran ibn Mənsur kimi
bir şairin meydana gəldiyini müşahidə etməkdəyik».
86
Qətran
Təbrizinin əsərləri «mövzu etibarilə Azərbaycan xalqının tarixi,
həyat və məişətilə bağlı olduğu kimi, özünün dil xüsusiyyətlərilə
də, məhz bu xalqın canlı dili ilə bağlı idi, bu dilin
xüsusiyyətlərini əks etdirirdi. Yaradıcılığının bu qiymətli, yeni
keyfiyyətlərilə orta əsrlərdə fars dilində yaranan Azərbaycan
şeirini düzgün bir istiqamətə yönəltmiş olan Qətran, yalnız bu
cəhətləri ilə də orijinal bir şairdir».
87
Bu Azərbaycan ədibinin
«şeri özünün bədii sənətkarlıq xüsusiyyətlərilə də XI əsr
ədəbiyyatı üçün yeni idi və Samanilər, Qəznəvilər sarayında
yüksələn şairlərin yaradıcılığından tamamilə fərqlənirdi».
88
«Yeni Azərbaycan ədəbiyyatının binasını qoymuş olan Qətran
Təbrizinin»
89
yaradıcılığı Azərbaycan atalar sözləri, məsəlləri ilə
diqqəti cəlb edir. «Həkim Qətran Azərbaycanın məşhur
şairlərindən
və
Təbrizin
şirindilli,
fərasətli
şəxssiyyətlərindəndir».
90
XII yüzilliyin əvvəllərindən başlayaraq Əbüləla Gəncəvi,
Əfzələddin Xaqani Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani,
Mücirəddin Beyləqani, Nizami Gəncəvi kimi ədiblər Gəncə və
Şirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi məktəbinin
əsasını qoydular. Fars poeziyasının Xorasan-Türküstan
üslubundan (səbkindən) fərqli olan yeni poetik, «Səbki-
təmtəraqi» («təmtəraqlı üslub») adlanan Azərbaycan üslubu
yaradıldı. X əsrdən etibarən Şirvanşahlar sarayında fəaliyyət
göstərmiş şairlər məclisinə bu zaman Əbüləla Gəncəvi başçılıq
123
edirdi.
91
Müəyyən müddətdən sonra onu «Məlik əş-Şüəra»
(«şairlərin başçısı») mövqeyində Əfzələddin Xaqani əvəz etdi.
Şərq ədəbiyyatı klassiklərinin bir çoxu kimi Xaqaninin də
təvəllüd tarixi, həyatı haqqında mənbələrdə dəqiq məlumatlar
yoxdur. Ədəbiyyatşünas alimlər şairin öz əsərlərinə əsasən belə
hesab edirlər ki, o, təqribən 1120-1122-ci illər arasında
Şamaxıda anadan olmuş və 77 yaşında ikən (1199-cu ildə)
Təbrizdə vəfat etmişdir.
92
Əfzələddin İbrahim ibn Əli Nəccar
Şirvani (Xaqani) Nizami Gəncəvinin yaşca böyük müasiri
olmuşdur. O, əsərlərini dövrünün ədəbi ənənəsinə uyğun olaraq
farsca yazmışdır. Şairin öz sözlərinə əsasən anası sonralar islamı
qəbul etmiş nəsturi (xristian) qızı olmuşdur.
93
Əfzələddin 8
yaşında atasını itirmiş (atası ailəsini tərk edərək qürbətə
getmişdi), əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsi
sahəsində böyümüş, tərbiyələnmiş, təhsil almışdır. O, gənclik
çağlarında «Həqayiqi» təxəllüsü ilə şeirlər yazırdı. Əfzələddinin
25 yaşı olarkən əmisi vəfat etmiş, şair Şirvanşahların məlik əş-
şüərası Əbüləla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, Əbüləlanın
yeganə qızı ilə evlənmiş,
94
Əbüləlanın ona verdiyi «Xaqani»
təxəllüsü ilə bədii yaradıcılığını davam etdirmişdir. Əsl adı
«İbrahim», kamillik ləqəbi «Əfzələddin», təxəllüsü isə
«Xaqani» olan şairin saraydakı vəziyyəti III Mənuçöhrün (1120-
1160) vəfatı və I Əxsitanın hakimiyyətə gəlməsindən sonra
mürəkkəbləşmiş və o, saray mühitindən qurtulmaq yollarını
aramağa başlamışdı. 1156-cı ildə Xaqani Məkkə ziyarəti
bəhanəsi ilə Şirvanı tərk etmişdi. Onun Məkkə ziyarəti təqribən
bir il çəkmişdir, Şair səfər zamanı bir sıra Şərq ölkələrini
gəzmiş, Bağdad, Həmədan, Ərdəbil, Şam, Mosul, İsfahan kimi
mədəniyyət mərkəzlərində olmuşdur. Xaqani bu səfərinin
təəssüratı ilə «Mədain xərabələri» adlı qəsidəsini və «Töhfətül-
İraqeyn» («İki İraqın hədiyyəsi») adlı mənzum səfərnaməsini-
məsnəvisini yazmışdır. Şirvana qayıtmış şairi soyuq qarşıladılar.
O, özü də artıq mədhiyyə janrına deyil, ciddi fəlsəfi poeziyaya
meyl edirdi. Saraydan tamamilə uzaqlaşmağa can atan Xaqani
Şirvanşah I Əxsitanın əmrinə əsasən 1170-ci ildə həbs olunaraq
Şabran qalasına salındı. Şair 7 ay ərzində həbsxanada qaldı.
Dostları ilə paylaş: |