130
faktı ilə diqqəti cəlb edir. Onlar həmin tarixi dövrün Şərq, islam,
türk, Azərbaycan gerçəkliklərinin ən mütərəqqi cəhət və
xüsusiyyətlərini zəngin ədəbi yaradıcılığında maddiləşdirmiş
mütəfəkkirlər olmuşlar. Azərbaycan ədəbi-bədii, fəlsəfi, etik, es-
tetik, elmi, tarixi baxışlarının əksəriyyəti onların nəhəng
yaradıcılığında öz əksini tapmışdır. Təbiidir ki, Azərbaycan
ədəbiyyatında Xaqani və Nizami zirvələri ədəbi-bədii, elmi-
fəlsəfi fikrin XII əsrə gədərki çoxəsrlik təkamülünün labüd və
zəruri nəticəsi di.
VII-XII
yüzilliklərdə
Azərbaycan
ədəbi
mühitinin
təkamülü prosesi nəzərdən keçirilərkən «Dədə Qorqud»
dastanının yaranması, təşəkkülü və inkişafı məsələlərinə ümumi
baxış zəruridir. Əhalisinin əksəriyyəti türklərdən ibarət olan
Azərbaycanda ictimai-siyasi və əxlaqi baxışlarla zəngin olan
folklor örnəkləri Xilafət dövründə geniş yayılmışdı. «Dədə Qor-
qud» dastanı bu dövrün ən parlaq folklor nümunəsi idi. Bu das-
tan VI-VIII əsrlərdə şifahi şəkildə formalaşmağa başlamış, VII-
IX əsrlərdə isə tam təşəkkül tapmışdır. «Dədə Qorqud»da
oğuzların islamaqədərki maddi-mənəvi həyatını əks etdirən
ünsürlər, adət-ənənələr, əxlaq normaları öz əksini tapmışdır.
117
«Tərcüməçilərə görə, hadisələrin çoxu tarixidir, burada
ziddiyyətlər də var… Müəlliflər Qorqudu tarixi şəxsiyyət hesab
edirlər… Tərcüməçilər belə hesab edirlər ki, Dədə Qorqud tarixi
şəxsiyyətdir. O, oğuzların X-XI əsrlərdə Yenikənddə (paytaxt)
hökmranlığı vaxtı dövlət xadimi, diplomat olmuşdur. Kiçik
Asiyada isə o, məqəddəsləşdirilmiş, Övliya səviyyəsinə
qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir
də müdafiə olunur ki, dastanlar çox ehtimal ki, ilk dövrlərdə
şeirlə yazılmış, sonralar isə ozan olmayan bir sıra şəxslər
tərəfindən yazıya köçürülmüşdür».
118
«Kitabi-Dədə Qorqud»da
ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-ənənələr
oğuzların ibtidai dövrünə – eramızın III-IV əsrlərinə aiddir.
119
Dastanda cərəyan edən hadisələr VI-VIII əsrlərin gerçəkliklərini
əks etdirir. Bu folklor abidəsinin boylarının (hissələrinin,
fəsillərinin) ilk dəfə qələmə alınması və sonra üzünün
köçürülməsi tarixini təxmin etmək çətindir, lakin ilk qələmə
131
alınma X əsrdən (hətta VIII əsrdən də) əvvəl olmuşdur.
120
Dastanın VI əsrdə Sasani hökmdarı Ənuşirəvanın vəzirinə
məxsus olan, türkcədən fars dilinə tərcümə olunmuş bir kitab
formasında
mövcud
olduğunu
hələ XIV əsrdə
müəyyənləşdirmişlər.
«Uluxan Ata Bitikçi» dastanı
(«Oğuznamə») adlanan bu əsər VIII əsrdə Harun ər-Rəşidin
zamanında (786-809) ərəb dilinə tərcümə olunmuşdur.
121
Təbi-
idir ki, əsərin ərəb dilinə tərcümə olunması yalnız yazılı olan
əsər əsasında mümkün idi. «Dədə Qorqud» dastanının əlyazma
variantı «Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan»
adlanır. Bu sərlövhə dastanın əsas, Drezden nüsxəsinin 1-ci
səhifəsində ərəbcə yazılmışdır. Bütün boylarda oğuzlardan bəhs
olunur. «Ancaq belə işarələr də vardır ki, oğuz dövrü keçmişdir,
indi onlar ancaq xatırlanırlar, başqa zəmanədir… «Dədə Qor-
qud» kitabındakı
hadisələrin
coğrafi
koordinatları da
ümumiyyətlə Azərbaycana uyğundur…, bu boyların ən qədim
köklərində Orta Asiya motivləri olmuş olsa da belə, bunlar Qaf-
qazda, daha dəqiq desək, Azərbaycanda ümumiləşib».
122
Türkiyə Cümhuriyyətində «Dədə Qorqud» dastanı XX əsrin
əvvəllərindən etibarən elmi araşdırma obyektinə çevrilmişdir.
Araşdırıcı M.Ergin obyektiv mövqeyə yaxın olan mülahizələr
irəli sürmüş,
123
lakin Orxan Şaiq Çökyay bu böyük folklor
abidəsini ilk dəfə əhatəli, geniş və dərin tədqiq edərək belə
nəticələrə gəlmişdir ki, dastan XV əsrin sonunda yazıya
köçürülmüşdür, əsərin dili isə Azərbaycan dili deyildir.
O.Ş.Çökyayın iddiasına görə, XIV əsrdə Azərbaycan dili hələ
müstəqil dil deyildi. O, M.Erginin dastanın Azərbaycan dilində
yazıldığını iddia edən fikrini tənqid edərək abidənin «müştərək
Səlcuq dilində» yazıldığını bildirirdi.
124
«Dədə Qorqud»
dastanının məhz Azərbaycan ictimai-siyasi, mədəni zəminində
təşəkkül taparaq inkişafı inkarolunmaz tarixi gerçəklikdir. Əsər
qəhrəmanlarının Azərbaycan oğuzları olduqları bütün boyların
məzmunundan bəllidir.
Memarlıq və şəhərsalma VII-XII əsrlərdə Azərbaycan
mədəni mühitinin mühüm sahəsi olmuşdur. VII-X əsrlərin
memarlıq obyektlərinin əksəriyyəti ictimai və təbii səbəblər
132
nəticəsində tarix səhnəsini tərk etmiş, həmin memarlıq incilərinin
yalnız
fraqmentləri
qalmışdır.
Erkən islam dövründə
Azərbaycanda zərdüşti və xristian dini obyektləri məscidlərə çe-
vrilirdi, islamın ehkamları və tələbləri əsasında yenidən qurulur-
du. Bu zaman ərzində Azərbaycanda yerli xüsusiyyətlərə malik
olan məscid tipi formalaşmışdı. Şamaxıdakı Cümə məscidi,
Ağsudakı və Sündü kəndindəki məscidlər ərəb hökmranlığı
zamanındakı planlarını saxlamış məscidlərin yerində inşa
olunmuşdur. Araşdırıcılar ilk iki məscidin VIII əsrdə tikildiyini
bildirirlər. Sündü məscidi isə 920-ci ildə tikilmiş və dəfələrlə
bərpa olunmuşdur.
125
IX əsrdən XIII əsrin əvvəllərinədək
«Qəbələ bir feodal şəhəri kimi özünün ən yüksək inkişaf dövrünü
keçirmişdir. Bayır şəhər və sənətkarlar məhəlləsi məhz bu za-
manlar meydana gəlmiş və yüksəlmişdir».
126
VII-XII əsrlərin
Azərbaycan şəhərlərinin görkəmi, memarlıq obyektləri barədə
müəyyən məlumatlar bu dövrün ərəbdilli qaynaqlarında
verilmişdir. Həmin qaynaq məlumatları arxeoloji qazıntıların
nəticələri ilə də təsdiqlənmişdir. Bu dövrün Azərbaycan
şəhərlərinin əksəriyyətində örtülü su kəmərləri və saxsı borular-
dan quraşdırılmış kəhrizlərin mükəmməl şəbəkəsi fəaliyyət
göstərirdi. İri və xırda arxlar (kanallar) sisteminin varlığı ölkə
şəhərlərinin əksəriyyəti üçün səciyyəvi idi. Erkən orta çağların iri
Azərbaycan şəhərlərindən biri olmuş Gəncə şəhərgahı (şəhər ye-
ri) müasir Gəncənin şimal-şərqində yerləşirdi.
127
Orta əsr
müəllifləri (məsələn, Əl-Müqəddəsi) Bərdənin əhəmiyyətini
nəzərə alaraq onu «bu diyarın Bağdadı» adlandırırdılar.
128
Bərdənin ətrafı bağlarla əhatə olunmuşdu. Karvansaralar, ha-
mamlar, çoxsaylı örtülü bazarlar, məscidlər, kübar evləri
Bərdənin qaynar həyatının başlıca ünsürləri kimi səyyahların
diqqətini cəlb edirdi. Örtülü bazarlar və hamamlar bu dövrdə
Bərdəni daha çox məşhurlaşdırmış memarlıq obyektləri olmuşlar.
Körpülər müxtəlif yaşayış məntəqələrini bir-birinə bağlayan
qurğular olmaqla yanaşı incə memarlıq abidələri idi. Xudafərin
aşırımı üzərindəki körpülərdən biri məhz bu zaman (635-ci ildə)
inşa olunmuşdur. Bu körpü Bəkr ibn Abdullahın layihəsi
əsasında və onun başçılığı altında yaradılmışdır. Naxçıvandakı
Dostları ilə paylaş: |