139
qədər zəiflədi ki, Beyləqan nəzarət altından çıxdı və təqribən
muxtar əyalət şəhərinə çevrildi.
146
1161-ci ildə Beyləqan
Azərbaycan Atabəylərinin nəzarəti altına keçdi. Şəhər
monqolların gəlişinədək bu hökmdarların nəzarəti altında qaldı.
XIII əsrin əvvəllərində Beyləqanda 40 minə yaxın əhali
yaşayırdı. XII əsrin sonlarına doğru Naxçıvan, Şamaxı, Təbriz
şəhərlərinin hərəsində 100 min və daha artıq əhali yaşayırdı.
Beləliklə, monqol yürüşləri ərəfəsində şəhərlər Azərbaycan
mədəni potensialının cəmləşdiyi və həmin potensialın aşkara
çıxdığı, gerçəkləşdirildiyi ictimai-iqtisadi, siyasi mərkəzlər
olmuşdur.
Dövrün dekorativ-tətbiqi sənət nümunələri Azərbaycan
ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara
çıxarılmış, araşdırıcıların elmi təhlil obyektinə çevrilmişdir. VII
əsrin II yarısından X əsrədək olan tarixi dövrün Azərbaycan
yerüstü abidələrinin cüzi qismi qalmışdır. Həmin dekorativ-
tətbiqi sənət örnəkləri Qəbələ, Beyləqan, Şamaxı, Gəncə, Bakı,
Naxçıvan, Şabran şəhərlərində, Xarabagilan, Gülüstan və Qız
qalaları sahələrində, bir sıra qədim yaşayış məskənlərinin
yerində aşkar olunmuşdur. Beyləqanda və Qəbələdə aparılmış
arxeoloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artıq
bu dövrdə xalq sənətinin keramika, misgərlik, şüşə məmulatı
istehsalı,
daşışləmə
sahələrində
müəyyən
uğurlar
qazanılmışdı.
147
Elmi araşdırmalar isbat edir ki, XI-XII əsrlərdə
Azərbaycan dekorativ-tətbiqi sənət sahələri arasında bədii kera-
mika aparıcı mövqedə olmuşdur. Monqol işğallarına qədərki
dövrdə Azərbaycanda bir neçə dulusçuluq mərkəzi var idi.
Həmin mərkəzlərdə məişət təyinatlı keramika məmulatı və
inşaat üçün zəruri olan məhsullar hazırlanırdı. Beyləqan, Bakı,
Qəbələ, Şamaxı, Naxçıvan, Şabran, Təbriz, Gəncə, Şəmkir,
Marağa bu dövrün başlıca keramika istehsalı mərkəzləri
olmuşdur.
148
Beyləqan bu mərkəzlər arasında xüsusilə seçilirdi.
Burada və ölkənin digər keramika mərkəzlərində aşkar olunmuş
maye tutumlu və tutumsuz, şirli və şirsiz dulusçuluq
məmulatında bəzək müxtəlif texniki üsullarla (möhür,
həkketmə, qabarıq yapma, kəsmə, təsvirləmə və s.) tətbiq
140
edilmişdir. Dekorativ incəsənətin başqa sahələrində olduğu ki-
mi, keramikada da məmulatın bəzədilməsi işinə təbiət, gerçək
olan mühit (quş, heyvan, bitki, məişət əşyaları, həndəsi, qrafik
ünsürlər və. s) başlıca mövzu mənbələri olmuşdur. Nəbati
naxışlar və sujetli rəsmlər də keramika məmulatının mühüm
naxışlama ünsürlərindən idi. Keramika məmulatı üzərində insan
təsviri bu dövrdə nisbətən az olmuşdur. İnsan təsviri adətən
boşqab və fincanların dibində, iri planda, naxışlar içərisində ve-
rilirdi. Azərbaycanla qonşu olan ölkələrin heç birinin keramika
sənətində rəsmlərin (xüsusilə sujetli təsvirlərin) bu cür
genişliyinə, rəngarəngliyinə təsadüf olunmamışdır.
149
Cənubi
Azərbaycan bədii keramika nümunələrinin bəzəyində quş
təsvirləri üstünlük təşkil edir.
Bu dövrdə daşın bədii oyma sənətinin ən parlaq örnəkləri
Şirvanda, xüsusilə Abşeron abidələrində yaradılmışdır. Həndəsi,
qrafik oyma naxışlarla bəzədilmiş «Sınıqqala»nın (Məhəmməd
məscidinin
– 1078-1079) minarəsi,
150
Bakı
qəbirüstü
abidələrindəki qrafik, nəbati, həndəsi naxışlar bu sənətin
bənzərsiz örnəklərindəndir. «Ölkənin şimalında başlıca inşaat
materialı əhəngdaşı olduğuna görə memarlıq obyektləri daş
üzərində oymalarla bəzədilirdi. Cənubda isə monumental
inşaatda bişmiş kərpicdən istifadə olunurdu və buna görə də bu-
rada bəzəmə materialı keramika məmulatı idi. Beləliklə,
Azərbaycan daş oyma sənətinin ən yaxşı örnəklərinə bu dövrdə
ölkənin şimalında təsadüf edilir».
151
Bu dövrdə metalın emalı
sahəsində də müəyyən uğurlar qazanılmışdı. Azərbaycan bədii
metal sənəti nümunələri arasında Şirvanda hazırlanmış fiqurlu
bürünc məmulatı böyük elmi dəyərə malikdir. Bu dövrün
Azərbaycan bürünc plastikasının elmi dəyəri ondan ibarətdir ki,
həmin nümunələrin olması ilə islam dövründə müsəlman
Şərqində fiqurlu qabların olduğunu inkar edən tətqiqatçıların
müddəaları təkzib olunur, əks müddəanın düzgünlüyü sübuta ye-
tirilir. Bu dövrdə tuncdan hazırlanmış fiqurlu məmulat
Azərbaycanın başqa bölgələrində də yayılmışdı. Qəbələ və
Örənqala (Beyləqan) şəhərgahlarında tapılmış tunc heykəlcik
buna misaldır. Yenilik kimi qiymətləndirilən bu heykəlcik insan
141
simasına malik olan əfsanəvi varlıq şəklindədir. Heykəlciyin
başında üçdişli tac vardır. Hal-hazırda Gürcüstanın Gelati
monastırında saxlanan Gəncə şəhər darvazası bədii metal
sənətinin nadir incilərindəndir. Darvazanın 1063-cü ildə
hazırlandığı kufi xətti ilə tərtib olunmuş qısa mətndən bəlli olur.
Ərəb işğalları ərəfəsində Azərbaycanda xalçaçılıq yüksək
səviyyədə inkişaf etmişdi və bunu həmin dövrün ərəbdilli
müəllifləri də qeyd etmişlər.
152
Ümumiyyətlə, xalçaçılıq və bədii
parça istehsalı milli dekorativ sənətdə mühüm yer tutur. XI-XII
əsrlərə aid olunan Azərbaycan xalça məmulatı dövrümüzə gəlib
çatmamışdır. Lakin orta əsr qaynaqlarında (əl-Müqəddəsi, Yaqut
əl-Həməvi və b.) bu sənətin varlığı, onun yüksək səviyyədə
olması barədə məlumatlar vardır. «Kitabi-Dədə Qorqud»da, Ni-
zami Gəncəvinin poetik əsərlərində də buna dair məlumatlar
mövcuddur. «Azərbaycan xalçasının tarixini araşdıranlar bədii
və texnoloji xüsusiyyətlərinə görə xalçalarımızı adətən dörd
böyük növə bölürlər: Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və
Təbriz xalçaları».
153
Böyük Britaniyada saxlanan Azərbaycan
bədii sənətkarlığı nümunələrinin təqribən 70-80 faizini xalça və
xalça məmulatlarımızın təşkil etməsi
154
bu sənətin milli mədəni
sistemdə tutduğu yeri sübut edən faktdır.
Beləliklə, ərəb işğalından XII əsrin sonunadək olan uzun,
ziddiyyətli və zəngin, dövlətlərin, imperiyaların yaranması,
inkişafı, tənəzzülü və süqutu, daxili (Azərbaycan miqyaslı) və
regional səciyyəli çəkişmələri, etnik, dini, mədəni, ideoloji xa-
rakterli prosesləri ilə fərqlənmiş tarixi mərhələdə Azərbaycan
mədəniyyəti öz təkamülünün yeni, keyfiyyətcə daha zəngin
səviyyəsinə yetmiş, dünya mədəniyyəti xəzinəsinə elmin,
ədəbiyyatın, incəsənətin müxtəlif sahələrində fərqlənmiş
dahilərinin bənzərsiz irsini əlavə etmiş, Şərq – islam, türk
mədəniyyəti
məcmusunu
Azərbaycan
özəllikləri
ilə
zənginləşdirmişdir. Azərbaycanın antik dövrünün, atəşpərəstlik
və xristianlıq mərhələsinin mədəni dəyərlər sisteminə islam də-
yərləri, ərəb dünyası vasitəsilə isə qədim yunan və Roma
mədəni faktları da əlavə olundu. Azərbaycan bu zaman
Dostları ilə paylaş: |