133
Əlincə qalası, Amaras monastırı (təqribən IX əsrdə inşa
olunduğu ehtimal edilir) da bu dövrün diqqətəlayiq memarlıq
incilərindəndir. Qazax bölgəsinin Əskipara kəndi yaxınlığında,
meşədə-əlçatmaz dağlıq yerdə V-XI əsrlər ərzində formalaşmış
monastır kompleksi bu zaman Azərbaycanda alban-xristian
mədəni dəyərlərinin yaşadığından xəbər verir.
Səlcuq yürüşləri Azərbaycanda şəhər həyatının ümumi
inkişaf meylinin qarşısını ala bilmədi. Bu dövr Azərbaycanda
şəhərlərin və şəhər mədəniyyətinin çiçəklənməsi, memarlığın
tərəqqisi ilə səciyyəvi olmuşdur. Yeni «səlcuq üslubu»
incəsənətin memarlıq sahəsində xüsusilə nəzərə çarpırdı.
Azərbaycan memarlığının 3 üslub istiqaməti (Şirvan-Abşeron,
Naxçıvan-Marağa, Arran memarlıq məktəbləri) mövcud idi. «Bu
dövrdə Azərbaycan memarlığında iki istiqamət təşəkkül tapdı.
Lokal (yerli) memarlıq məktəblərinin Azərbaycan memarlığının
sonrakı inkişafında mühüm rol oynamış Naxçıvan və Şirvan-
Abşeron məktəblərinin yaranması prosesi başa çatdı».
129
Abşeronda inşası tarixi dəqiq müəyyən olunmuş ən erkən
memarlıq abidəsi olan, xalq arasında «Sınıqqala» adı ilə
tanınmış, 1078/79-cu ildə inşa olunmuş məscid Şirvan-Abşeron
memarlıq məktəbinin nadir incilərindəndir. Bu məscid ustad-rəis
Məhəmməd ibn Əbubəkrin göstərişi ilə tikilmişdir. Abidənin daş
kitabəsində «əl-ustad əl-rəis» ifadəsinin olması XI əsrin II
yarısında Şirvan və Arran şəhərlərində şəhər rəislərinin ictimai-
siyasi həyatdakı rolunun yüksək olduğunu sübut edən örnəkdir.
Bu dövrdə rəislər şəhər tacirlərinin və sənətkarlarının mənafeləri
naminə fəaliyyət göstərmiş, siyasi mübarizədə onlara arxalanmış
şəxslər olmuşlar. Daş kitabədə Şirvanşahın adının olmaması I
Fəribürzün Səlcuqilərə tabe olduğunu və rəislərin siyasi
mövqeyinin bu zaman gücləndiyini göstərir. XII əsrin 30-cu
illərində Azərbaycan Atabəyləri dövlətinin tərkibində olmuş
İraqi-Əcəm vilayətinin Həmədan və Qəzvin şəhərləri ətrafında
təşəkkül tapmış Qəzvin-Həmədan memarlıq məktəbi də
Azərbaycan memarlığının ümumi inkişaf prosesinə öz təsirini
göstərmişdir. Azərbaycan memarlıq məktəblərinin başlıca
materialları əhəngdaşı (Şirvan-Abşeron), daş və kərpic (Arran)
134
və bişmiş kərpic (Naxçıvan-Marağa) olmuşdur. Daha dayanıqlı,
sadə və çox zaman asimmetrik (qeyri-mütənasib) kompozisiya-
lar Şirvan-Abşeron məktəbi abidələrinə, yaraşıqlı kompozisiya,
daha zərif ayrıntılar və incə görkəm Arran məktəbi memarlıq
obyektlərinə, hər yandan fasadlı olması, bəzəkdə həndəsi orna-
mentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın ro-
lunun artması, gövdənin karkas sxemi, üzləmə bloklarının
işlədilməsi, memarlıq obyektinin əsas tikinti kütləsinə və üzlük
örtüyünə
ayrılması
Naxçıvan
abidələrinə xas olan
cəhətlərdəndir. Memarlıq obyektlərinin bəzəyində həndəsi,
nəbati naxışlardan (habelə ərəb qrafikasından) həmin dövrədək
görünməmiş miqyasda istifadə olunması zamanın sənətlərində
dekorativliyə və rəmziliyə olan güclü tələbatla bağlı idi. Bu isə
islam ehkamlarının tələblərindən törənmiş gerçəklik kimi mey-
dana çıxmışdı. Bu dövr «məscidləri mehrablarının önündə
günbəzli salonun-məqsurənin olması Səlcuq dövrünün monu-
mental dini tikililəri üçün səciyyəvidir».
130
Məhz buna görə də
Səlcuq
dövrünün
məscidləri
«səlcuq
köşkü», «səlcuq
məqsurəsi» adları
ilə
tanınmışdı.
Əsrin
əvvəllərində
Azərbaycanda olmuş Yaqut əl-Həməvi olkədə mövcud olan
«çoxlu qalalar»dan bəhs etmişdir. Qalaların çoxluğu isə
ölkədəki siyasi qeyri-sabitliyin göstəricisi idi və ərəb səyyahı
bunu xüsusilə qeyd edirdi. Bu dövrün müdafiə qurğularını iki
qrupa bölmək olar: Qala divarları və qalalar (qəsrlər). «Yaqutun
bir çox Azərbaycan qalaları haqqında məlumatı orijinal və
əvəzsizdir. Belə ki, vəfatından sonra baş vermiş ikinci monqol
yürüşü, eləcə də sonrakı əsrlərdə olmuş başqa hadisələr Yaqutun
olduğu və gördüyü qalalardan çoxunu yerlə-yeksan etmiş, onlar
haqqında bizə yalnız Yaqut kimi alimlərin məlumatı
qalmışdır».
131
Bir cəhəti qeyd etmək lazımdır ki, Yaqut yalnız
ölkənin cənub qismində olmuşdur. Bu ərəb səyyahı qeyd edir:
«Bu ölkədə qarışıqlıq və müharibələrin araları kəsilmir. Buna
görə də şəhərlərinin çoxu xaraba, kəndlər isə boş (əhalisiz)
dir».
132
Dövrün Azərbaycan şəhərlərinin əksəriyyəti (Şamaxı,
Bakı, Gəncə, Təbriz və b.) qala divarları ilə əhatə olunmuşdu.
Qala-qəsrlərin ən mühüm obyektləri bu dövrdə Abşeron
135
yarımadasında inşa edilmişdi. «Abşeron qəsrləri» adlanan həmin
kompleksə saray, məscid və müvəqqəti sığınacaq üçün nəzərdə
tutulmuş qala daxil idi. Mərdəkan qəsri bunlardan ən qədimidir
və 1187-ci ildə tikildiyi abidədəki daş kitabədə qeyd edilmişdir.
Buradakı qala isə daş lövhədəki yazıya əsasən 1204-cü ildə
tikilmişdir.
133
XII əsrdə Bakı şəhəri qala divarları ilə əhatə olun-
du. Belə güman da vardır ki, bu işi I Əxsitanın atası III
Mənuçöhr gördürmüşdü: ya qala divarları tikdirilmiş, ya da
mövcud qala divarları bərpa etdirilmişdi.
134
XII yüzillikdə-XIII
yüzilliyin əvvəllərində Şirvan memarlığında çiçəklənmə baş
verdi. Mənbələrin çoxunda Şamaxı yaxınlığında XII əsrdən də
xeyli əvvəl inşa olunmuş Gülüstan qalası xatırlanır. «Bakı
şəhərinin qala hissəsində XI əsrdən əvvələ aid olan yerüstü
memarlıq abidələri qalmamışdır. VIII əsrə və daha əvvələ aid
olan müxtəlif tikililərin qalıqları şəhərin daha qədim hissəsində-
Bakı təpəsinin zirvəsində, torpaq altında qalmışdır».
135
Bakıdakı Qız qalasını Şumer dövründən eramızın XII
əsrinədək aid olan bir zamana aid edirlər. Bu abidənin tikilməsi
tarixi, təyinatı barəsindəki mübahisələr hələ də davam
etməkdədir. Araşdırıcıların əsas qrupu bu obyekti müdafiə
məqsədilə tikilmiş qüllə – qala hesab edir. Onun XII əsrdən
Bakının müdafiə sisteminə daxil olduğu şübhəsizdir.
136
28 metr
ucalığı olan bu memarlıq obyekti Bakı və onun ətrafında
yerləşən müdafiə qurğuları sistemində mərkəzi mövqeyə malik
idi. Araşdırıcıların müəyyən qismi bu abidənin islamaqədərki
dövrdə inşa olunduğunu və səcdəgah rolunu oynadığını qeyd
edir.
137
Hər bir halda Qız qalası bənzərsiz və nadir memarlıq
abidəsi kimi Azərbaycan memarlığında müstəsna mövqeyi olan
obyektlərdəndir.
1148-ci ildə Marağada tikilmiş qülləvari Qırmızı günbəz
türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman
xatirə tikililərindən biridir. Azərbaycan memarlıq bəzəyində kaşı
işlədilməsinin ilk məlum nümunəsi bu türbədədir. 1186-cı ildə
Naxçıvan şəhərinin qərbində ucaldılmış, «Atabəy günbəzi» adı
ilə tanınan «Möminə Xatun türbəsi» bişmiş kərpiclə
hörülmüşdür. Abidənin memarı Əcəmi Naxçıvani olmuşdur.
Dostları ilə paylaş: |