124
Xaqani 1173-cü ildə Şirvanı ailəsi ilə birgə həmişəlik tərk etdi.
Şair 1184-cü ildə Təbrizdə məskunlaşmış və ömrünün
sonunadək burada yaşamışdır. Təbiidir ki, Xaqani mədhiyyə
janrında tam uzaqlaşa bilmədi. Onun Xarəzmşahlardan Atsıza və
Təkişə, Səlcuq sultanları Məsuda və III Toğrula, Azərbaycan
atabəyi Qızıl Arslana ithaf etdiyi mədhiyyələri vardır.
95
Xaqani
Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik nümunələrdən
sayılan «Töfhətül-İraqeyn» (1157) məsnəvisində özü, əsil-
nəsəbi, ailəsi haqqında geniş məlumat vermişdir. Onun
«Qəsideyi-Şinniyyə» («Dinləyənlərin qəsidəsi») adlı qəsidəsinə
30-dan artıq məşhur Yaxın və Orta Şərq şairi (Ə.X.Dəhləvi,
Ə.Cami, M.Füzuli və b.) nəzirələr yazmışdır. Yaradıcılığının
«saray dövrünün» mədhiyyələrinə görə peşmançılıq hissini şair
«Xaqani» deyil, «Xəlqani» olduğunu poetik şəkildə bildirmişdir.
Onun «Həbsiyyə» adlanan qəsidələr və mərsiyələr toplusu
Şabran həbsxanasında yaşanmış poetik hisslərin inikasıdır. Şair
20 yaşlı oğlunu itirdikdən sonra yaradıcılığında mərsiyələrə çox
meylli olmuşdur. «Bədii-fəlsəfi söz sərrafları ona «Xəllaqe-
məani» («Mənaların
yaradıcısı») ləqəbini
vermişlər.
96
«Fəxriyyə», «Həbsiyyə», şeirlər, qəzəllər, qitələr, rübailər,
mərsiyələr onun çoxşaxəli,
fəlsəfi
məzmunlu
ədəbi
yaradıcılığının tərkib hissələridir. Şairin «Divan»ında dövrün
tarixi hadisələrinin real təsviri vardır.
Məhsəti Gəncəvi (1089-1182/83) Nizami Gəncəvinin
müasiri olmuşdur. O, mükəmməl təhsil almış, Şərq ədəbiyyatı
və musiqisini öyrənmiş, gözəl şətrənc (şahmat) oynamışdır.
Məhsəti 1118-ci ildə Gəncə taxtına çıxmış sultan Mahmudun
sarayında, sultan Səncərin Mərvdəki sarayında keçirilmiş şeir
məclislərində iştirak etmiş, uzun ömür sürmüş, həyatı dastana
dönmüşdür (XV-XVI əsrlərin məhsulu olan «Məhsəti və Əmir
Əhməd» dastanının ona və həyat yoldaşına həsr olunması). Bir
neçə il Mərvdə yaşamış, əsasən farsca rübailər yazmış şairənin
yaradıcılığı əsasən Gəncə mədəni mühiti ilə bağlı olmuşdur.
Şirvan ədəbi məktəbinin yetirməsi olmuş, məlik əş-şüəra
Əbülməkarim Mücirəddin Beyləqani (1197/98-ci ildə vəfat
etmişdir) qəsidələrinin əksəriyyətini ona himayəçilik etmiş
125
Azərbaycan Atabəylərinə və səlcuq sultanı II Toğrulun oğlu
sultan Arslanşaha həsr etmişdir. Şair Dərbənd hakimlərinə də
mədhiyyələr yazmışdır. O, tənqidi məzmunlu şeirlərinə görə
qətlə yetirilmişdir.
Qəvami Mütərrizi Gəncə şairi idi. Dövlətşah Səmər-
qəndinin məlumatına görə, Mütərrizinin Nizami Gəncəvi ilə
qohumluq əlaqələri vardı. Bu şair qəsidələrində Azərbaycan
Atabəyləri Qızıl Arslanı, Məhəmməd Cahan Pəhləvanı mədh
etmişdir. Gəncə ədəbi mühitinin yetirməsi, Nizami Gəncəvinin
dostu Əbubəkr ibn Xosrov əl-Ustadın yaradıcılığı bu dövrün
diqqətəlayiq mədəni faktlarındandır. Ədibin bizə gəlib çatmış
yeganə əsəri «Munisnamə»dir. Onun həyatı və yaradıcılığı
haqqında məlumatlar isə məhz «Munisnamə» əsərindədir. Bu
məlumata görə, şair Azərbaycan Atabəylərinə xidmət etmiş,
gənc şahzadələrin müəllimi və tərbiyəçisi olmuş, əsərlərini
Məhəmməd Cahan Pəhləvana, Qızıl Arslana və Əbubəkrə ithaf
etmişdir. Müəllif əsərin «Giriş» hissəsində Eldənizlərin adı ilə
bağlı olan 6 erkən əsərinin adını çəkmişdir.
97
17 fəsildən ibarət
olan «Munisnamə» əsərində maraqlı hekayə, novella, ibrətamiz
hədis və məsəllər toplanmışdır. əsərin mətninə xeyli şeir parçası
daxil olunmuşdur. «Munisnamə» farsdilli ədəbiyyatda qafiyəli
bədii nəsrin erkən və parlaq örnəklərindəndir. «Bu dövrdə fars
dili özünün inkişafı və təkmilləşməsində məhz Azərbaycan
poetik məktəbinin nümayəndələrinə borcludur. Fars dilinin
Azərbaycan hökmdarlarının, Şirvandan başqa, ana dili
olmamasına baxmayaraq, Azərbaycan poetik məktəbinin
Nizamidən başqa bütün nümayəndələri Səlcuq sultanlarının,
sonralar isə Azərbaycan Atabəylərinin saray şairləri olmuşlar».
98
Camal (Nizami) əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif
ibn Zəki Müəyyəd Nizami Gəncəvi (1141-1209) dünya şöhrətli
Azərbaycan şairi-mütəffəkkiridir. «Nizami Qum şəhərində
doğulmuşdur. («Mən mirvari kimi Gəncə dənizində qərq olsam
da, dağda yerləşən Qum şəhərindənəm»). Qum kəndi hazırda
Azərbaycanın…Qax rayonunda yerləşir. Nizaminin İran
Qumundan olduğu fikrini bir kənara atmaq lazımdır. Eyni
126
zamanda məlumdur ki, Nizami heç bir vaxt öz vətənini tərk
etməmişdir».
99
İlyas ibn Yusif sənətkar ailəsində anadan
olmuşdur. O, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütaliəsi
sayəsində Şərqin orta çağ elmlərini mükəmməl səviyyədə
öyrənmişdir. Şair türk, ərəb, fars dillərinin dərin bilicisi idi.
Onun yunan və erməni dillərini də bildiyi, yunan fəlsəfəsini və
tarixini, qədim hind fəlsəfəsini, astronomiyanı, təbabəti və
həndəsəni mükəmməl səviyyədə mənimsədiyi öz əsərlərindən
bəlli olur. Nizami saray şairi olmaqdan qətiyyətlə imtina etmiş,
lakin bir sıra hökmdarların sifarişi ilə poetik əsərlər yaratmış,
həmin əsərlərin müqabilində layiqli haqq və hədiyyələr almışdır.
Şair təqribən 1169/70-ci ildə Dərbənd hökmdarı Seyfəddin
Müzəffərin hədiyyə, kəniz kimi göndərdiyi qıpçaq qızı Afaqla
(Appaqla) evlənmişdir. 1174-cü ildə bu izdivacdan oğlu
(Məhəmməd) dünyaya gəlmişdir. O, yaradıcılığa lirik şeirlər
yazmaqla başlamışdır. Nizami böyük şeirlər «Divan»ının
müəllifidir. Şərq təzkirəçiləri onun 20 min beyt həcmində divan
yaratdığını bildirmişlər, lakin bu şeirlərin az bir qismi qalmışdır.
Şair dünya tarixinə məsnəvi formasında yazdığı beş poemadan
ibarət olan «Xəmsə» («Beşlik») müəllifi kimi daxil olmuşdur.
Nizami «Məxzənül-əsrar» («Sirlər xəzinəsi») əsərini 1177-ci
ildə yazmışdır. 2263 beytdən ibarət olan
100
bu poema Ərzincanın
Səlcuq valisi (hakimi) Fəxrəddin Bəhramşah ibn Mənkuçəkə
(1162-1225) ithaf olunmuş, şair bu əsərinin müqabilində 5 min
dinar pul hədiyyə almışdır.
101
Sonuncu İraq Səlcuq Sultanı III
Toğrulun sifarişi ilə yazılmış «Xosrov və Şirin» poemasını
Nizami 1180-cı ildə bitirmişdir. Şair 6966 beytdən ibarət olan
bu poemanı
102
Azərbaycan Atabəyi Məhəmməd Cahan
Pəhləvanın ünvanına göndərmiş, lakin atabəy 1186-cı ildə vəfat
etdiyinə görə əsərin mədhiyyə hissəsi Qızıl Arslana həsr
olunmuşdur. 1188-cı ildə Şirvanşah I Əxsitan şairə «Leyli və
Məcnun» poemasını yazmağı sifariş etdi. Şair Şirvan
hökmdarının sifarişini yerinə yetirməkdən boyun qaçırmaq
istəmiş, lakin oğlunun təkidi ilə Şərqdə ilk dəfə bu mövzuda
poemanı yazmışdır. Onun bu poeması 4613 beytdən ibarətdir.
103
Nizami 1196-cı ildə yazdığı 4968 beytlik
104
«Həft peykər»
Dostları ilə paylaş: |