Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə10/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

Styo pa sevinclə ayağa qalxdı, uşaqların əlindən tutub Nikifor
Fyo doroviçin yanına gətirib dedi:
– Əlifbanı tamamladıq. İstəyirsiniz yoxlayın.
– Heç bir imtahan keçirmədən sizə inanıram. Bizim xeyirxah
Stepan Martınoviç, bundan sonra nə edəcəyik? Siz bayrama
qədər onlara davranış qaydalarını göstərməyi öhdənizə
götürürsünüzmü?
– Bəli. Əgər əlifba olsa elə bu gündən göstərməyə
başlayaram.
– Yox. Bu gün və sabah qoy, gəzsinlər. Birisi gün başlayarıq.
– Yaxşı, – deyə Styopa günlüklü papağını götürüb şəhərə
yollandı. Onun üzündə özündən razı cizgilər yaranmışdı. Şəhərə
çatan kimi Karl Osipoviçin aptekinə gəldi və işin gedişatı barədə
ona məlumat verdi:
– Tamamladım!
Karl Osipoviç onun sümüklü əllərini dostcasına sıxdı,
xidmətinə görə təşəkkür etdi və ondan xahiş etdi ki, birlikdə
nahar etsinlər. Lakin o bilmirdi ki, Stepan Martınoviç heç vaxt
kiminləsə nahar etməyib. Hətta ümumi yeməkxanada düşbərəni
qaba yığaraq bir tərəfə çəkilərdi. O, Karl Osipoviçlə xudaha -
fizləşib, zəhməti hesabına qazandığı iki manatı əlində bərk-bərk
sıxaraq meydançaya gəldi. (Xalatı, çəkmələri və digər şeyləri o
əvvəlcədən almışdı.) Bazarda gəzərkən hərdən dayanıb ətrafına
baxır və yenə də gəzintisinə davam edirdi. Özü də hiss etmədən
bazardan çıxıb Trubejə tərəf addımladı. Ətrafına baxaraq
Zolotonoş yoluna döndü. Yavaş-yavaş ayaqlarını çəkərək Boq-
danin qəbri arxasında görünməz oldu.
Təyin olunan gündə müəllimin xutorda görünməməsi hamını
təəccübləndirdi. Bunun nə demək olduğunu heç kəs anlaya
bilmirdi.
Axşam Karl Osipoviç xutora gəldi. Onu sual atəşinə tutdular.
Karl Osipoviç suallara cavab tapa bilmirdi. O da müəllimin bu
səhlənkarlığına təəccüblənir və pərt olmuşdu. Karl Osipoviç
31
Əkizlər


semi nariyaya gəlib onu soruşanda yoldaşları öz adı ilə onu
tanımadılar.Yalnız ağıllarına bu fikir gəldi, yəqin, “isti çək mə -
lərdə yanğın”ı soruşur. Bütün auditoriya ucadan gülməyə başladı.
Təbii ki, Karl Osipoviç dayanmayıb oradan getdi.
Nəhayət, dekabrın altısında səhər tezdən müəllim Stepan
Martınoviç xutorda peyda oldu, vaxtında gələ bilmədiyi üçün üzr
istədi. Nikifor Fyodoroviç soruşdu:
– Siz harda idiniz?
– Mən Glemiyazovda yaşayan valideynlərimə pul aparmışdım.
– Hansı pulu?
– Sizdən aldığım pulu ...Valideynlərim xeyirxahlığınıza görə
sizə dua etdilər.
Nikifor Fyodoroviç rəğbətlə ona baxdı. O, heç zaman özünə
rəva bilməzdi ki, onunla zarafat etsin. Glemiyazova səfərindan
sonra ona hörmətlə yanaşırdı. Məşğələlər adi qaydada gedirdi.
Artıq bayrama yaxın uşaqlar hərfləri sürətlə oxuyurdular. Hətta
bayram təbrikini əzbərdən deyirdilər. (Bu, Praskoviya Tarasov -
nanın yaradıcılığı idi.)
Nəhayət, gözlənilən müqəddəs gecə gəldi. Onu axşam süfrə
arxasında özləri ilə birgə əyləşməyə dəvət etdilər. Etiraz edə
bilmədi. Stol arxasında əyləşməzdən əvvəl Nikifor Fyodoroviç
onu öz otağına çağırdı, əyninə pambıq parçadan tikilmiş təzə uzun
pencək (sürtük) geyindirdi və ona üç manat pul verdi. Styopanın
gözləri yaşardı, lakin özünü tez ələ alıb süfrə arxasına keçdi.
Yeni il gecəsində bütün xristian xalqları uşaqlar üçün müxtəlif
mərasimlər icra edirlər. Məsələn, almanlarla velikoruslar küknar
ağacı bəzəyirlər. Bizlər isə təntənəli şam yeməyindən sonra
xonçaya çörək, balıq və şirniyyat qoyub uşaqlara veririk ki, yaxın
qohumların görüşünə getsinlər. Uşaqlar evə daxil olan kimi
deyirlər: “Müqəddəs gecəniz xeyirli olsun! Atamız, anamız bizi
göndərib ki, sizi müqəddəs gecə münasibətilə təbrik edək!”
Bundan sonra ev sahibləri uşaqları öpüb əzizləyir, onları
böyüklər kimi bayram süfrəsinin arxasında əyləşdirib, ləziz
yeməklərə, şirniyyata qonaq edirlər. Sonra da onların xonçasına
32
Taras Şevçenko


balıq, çörək və şirniyyat yığıb təntənəli surətdə yola salırlar. Əgər
qohum-əqrəba çoxdusa, uşaqlar səhərə yaxın bayram sovqatı ilə
evə qayıdırlar.
Bu gözəl adət mənim xoşuma gəlir. Bizim qohumlarımız çox
idi. Olurdu ki, bizi kirşəyə mindirib bütün gecəni qohumlarla
görüşə aparırdılar.
Şam yeməyindən sonra Nikifor Fyodoroviçlə Praskoviya
Tarasovna Stepan Martınoviçdən xahiş etdilər ki, uşaqları Karl
Osipoviçin görüşünə aparsın. Əlbəttə ki, o etiraz etmədi, həm də
təzə geyimini göstərə bilərdi.
Uşaqlarla sağ-salamat evə qayıdandan sonra onu səhər
ibadətinə getməyə dəvət etdilər. Pokrovada səhər ibadəti
bitdikdən sonra o, günorta ibadətinə çatmaq üçün kilsəyə getdi.
Orada evlərinə gedə bilməyən seminariya tələbələri topla 
-
şacaqdılar. Styopa geyimini nümayiş etdirmək xatirinə keşişdən
xahiş etdi ki, günorta ibadəti zamanı yandırmaq üçün ona şam
versin. Artıq Styopada həvəs yaranmağa başlamışdı.
Bayramdan sonra Styopa xutora gələndə onu tanımaq ol-
murdu. Elə bil yenidən doğulmuşdu, əməlli-başlı danışmağa
başlamışdı. Soruşanda ki, bayramı necə keçirdin, “Yaxşı” – deyə
cavab verdi. “Kimi gördün?” – “Valideynlərimlə görüşdüm”.
O yenə də Qlemyazova səfər edib, bayram münasibətilə ona
hədiyyə edilən üç manat pulu valideynlərinə vermişdi. Bununla
yanaşı, təzə geyimini də nümayiş etdirmişdi.
Yavaş-yavaş onda yeni biliklər üzə çıxmağa başladı. Demə,
cəbrin dörd qaydasını beş barmağı kimi bilirmiş. Rus dilinin
qrammatikasını heç də professordan pis bilmirmiş. Müəllim üçün
bu, çox yaxşı keyfiyyətdir. Mükafat böyük işdir. Yalnız dahi
şəxsiyyətlər soyuq insan eqoizmini öz gücü ilə aradan qaldıra
bilər və kütlənin gözündə ucalar. Ancaq adi insanlar üçün
mükafat yaz yağışı kimi bir şeydir. Styopada mürgüləyən eqoizm
sadə diqqət nəticəsində bir şirin söz ilə alışıb yana bilər. Bağış -
lanan təzə paltar və Nikifor Fyodoroviçin bəslədiyi isti münasi -
33
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə