Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə12/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

qandırsın ki, o, heç də feodalların cibində gəzdirdikləri qızıl pul
deyil. Onunla Fələstinə yox, əlbəttə ki, Poltavaya piyada səyahətə
çıxa bilər. Qəbul imtahanlarında özü şəxsən iştirak edə bilməsə
də, kənardan təsir göstərə bilər.
Xutora çatan kimi Marinaya dedi: “Mərhəmətli Marina, mən
Andruşinə gedirəm. Sən evdən bir yana çıxma. Əgər mən gecəni
orada qalmış olsam, narahat olma. Hər şey yaxşı olacaq”. Mər -
həmətli Marinanın hər hansı bir etirazına imkan vermədən “xu-
dahafiz” dedi və darvazadan çıxdı.
Şəhərdən keçəndə yadına düşdü ki, onun bir qəpik də pulu
yoxdur. Buna görə də geri qayıdıb bir manat pul götürdü və Mari-
naya bir daha tapşırdı ki, heç yerə getməsin. Əlavə olaraq
bildirdi, əgər ikinci gecəni də Andruşada qalmış olsa narahat
olmasın.
Əgər Nikifor Fyodoroviç təsəvvür edirdisə ki, onun sadiq
Styopası arıxanadakı cökə ağacının altında uzanıb Tita Liviyanı
oxuyur, çox səhv etmiş olardı.
Stepan Martınoviç həyatda hər şeyi unutmuşdu. Yalnız öz
yetirmələrinin qəbul imtahanları barədə düşünürdü. Sürətli
addımlarıyla o, Piriyatin yolu ilə gedirdi. Yaqotinada gecələdi və
sə hər tezdən qalxıb yoluna davam etdi. Nahardan bir qədər
keçmiş o, artıq Piryatinada idi. Bir tikə çörəklə nahar edib kilsə
hasa rının altında istirahət etdi. Çox keçməmiş müqəddəs Afana -
siya kilsəsinə tərəf yollandı. Bazardan qoğal alıb yedi, hətta
N çayında əl-üzünü də yudu. Poltavaya çatana qədər istirahətin
nə olduğunu bilmədi.
Nikifor Fyodoroviçə gəldikdə, o nə özünə, nə də atına əziyyət
vermədən, necə deyərlər, ağayana gəzintisini davam etdirməkdə
idi. Yaqotinə çatmadan Kovalevkadan keçib Sviçkonun yaşadığı
şəhərə gəldi. Məqsədi köhnə dostu, istefada olan polkovnik Lev
Nikolayeviç Sviçko ilə görüşmək idi. Lev Nikolayeviç Sviçko
onunla birlikdə orduda xidmət etmiş, polkovnik rütbəsində iste-
faya çıxmışdı.
37
Əkizlər


Nikifor Fyodoroviç iki gün Qrodişşedə qonaq olduqdan sonra
üçüncü gün yola düşüb, axşamüstü Lubnaya çatdı. Lubnada onun
tanışı olmadığından Afanasi kilsəsində ibadət edib yoluna davam
etdi. 
Nikifor Fyodoroviç istəyirdi ki, Mirqorod şəhərinə gedib
məşhur kazak Troşşinskinin qəbrini ziyarət etsin. Ancaq Prasko -
viya Tarasovna onunla razılaşmadı. Arvadı ilə mübahisə eləmək
istəmədiyi üçün nəzərdə tutduğu yerlərə getməkdən imtina edib
bir həftədən sonra Poltavaya çatdılar. Bu zaman bizim cəld
pedaqoq bütün məsələləri öz yetirmələrinin xeyrinə götür-qoy
etmişdi. Poltavaya gələn kimi gimnaziyaya getdi. Qapıçıdan gim-
naziya müdirinin harada yaşadığını soruşdu. Qapıçı ona dağın
üstündəki balaca komanı göstərdi: “Deyirlər bizim himayə -
darımız orada yaşayır”. Stepan Martınoviç ona təşəkkür edib
göstərilən evə tərəf getdi. Darvazanın yanında onu uzundraz,
arıq, ağ xalatlı, başında sadə kəndli şlyapası olan bir qoca
qarşıladı və soruşdu:
– Sizə kim lazımdır?
– Mən müdiri görmək istəyirəm.
– Nəyinizə lazımdır.?
– Ondan xahiş etmək istəyirəm ki... Savvatiya Sokira gim-
naziyada imtahan verəcək. İstəyirəm onu diqqətdən kənarda
qoymasın.
Qoca gülərək soruşdu:
– Savvatiy Sokira sizin qohumunuzdur?
Qohumum deyil, şagirdimdir. Pereyaslavadan Poltavaya
ona görə gəlmişəm ki, imtahanlarda ona kömək edim.
Şagirdinə bu cür qayğı göstərməsi “Eneida” əsərinin müəl -
lifinin xoşuna gəldi. Elə bu qoca bir başqası deyildi, İvan Petroviç
Kotlyarevskinin özü idi. O, Stepan Martınoviçi evinə dəvət etdi.
Amma özünü elə göstərirdi ki, müdir o deyil. Onu mətbəxə
gətirib taxtın üstündə əyləşdirdi, özü isə stolun o biri qur 
-
taracağında əyləşib sakitcə Stepan Martınoviçin üzünə baxırdı.
38
Taras Şevçenko


39
Əkizlər
Stepan Martınoviç isə bu arada kilsə tablosunun üzərindəki yazı -
ları oxuyurdu: “Bu ev Allahın qulu N tərəfindən tikilib.1710-cu
il”. İvan Petroviç qulluqçuya tapşırıq verdi ki, nahar yeməyini
mətbəxə gətirsin. Süfrə açıldı. O, Stepan Martınoviçdən xahiş
etdi ki, süfrəyə əl uzatsın.
Dünən yediyi bublikdən sonra dilinə bir tikə də çörək vur-
mayan Stepan Martınoviç köntöy şəkildə yeməyə girişdi. Şorbanı
yeyib qurtarandan sonra dedi:
– Yaxşı şorbadır.
– Qarko, yenə də şorba ver, – deyə İvan Petroviç qulluqçuya
əmr etdi.
Qarko əmri yerinə yetirdi. Şorbanı yeyib, uzun sükutdan
sonra Stepan Martınoviç danışmağa başladı:
– İstəyirəm ki, ondan digər şagirdim Zosim Sokiranın da
xahişini edim. 
– Xahiş edin. Yəqin ki, sözünüzü yerə salmaz, – deyə İvan
Petroviç başını qaldırdı.
– Zosim Sokira kadet korpusunda xidmət etmək üçün imta-
han verəcək. O mənim yazıq şagirdimə kömək edərmi?
– Elə bilirəm, kömək edər.
Ondan xahiş edin ki, uşaqlara qarşı bir qədər diqqətcil,
mehriban olsun.
– Xahiş edərəm, deyərəm.
– Bu zaman Stepan Martınoviç dama-dama yaylığını açıb
xırda pulların içərisindən iki şahılıq qriven götürdü və İvan Petro-
viçin ovcuna qoyub pıçıldadı: “Şirin çörək almağa çatar”.
– Zəhmət çəkməyin, lazım deyil.
Stepan Martınoviç gördü ki, o, pulu qəbul etmir. Yenidən pulu
dəsmala büküb cibinə qoydu. Bir daha xahişini təkrarladı. İvan
Petroviç və Qarko ilə xudahafizləşib komadan çıxdı. İvan Petro-
viç onu darvazaya qədər ötürüb dedi: 
– Bir də yolunuz bu tərəflərə düşsə, bizə dəyməyi unutmayın.
– Sağ olun. Sizdən çox razıyam, – deyib Stepan Martınoviç
meydançanın yanındakı Lukyanoviçin evinin qabağında dayandı.


Oradan baxanda kilsə yaxşı görünürdü. O, kilsəyə və onun
ətrafındakı gözəlliyə xeyli tamaşa elədi. Günəşə baxdı. Əlini yel -
ləyib müqəddəs yerlərə aparan cığırla getməyə başladı. Burada
kilsəyə aparan cığırlar çox idi. Dayanıb düşündü ki, bu cığırların
hansı daha yaxındakı kilsəyə aparır. 
Bir neçə addım gedəndən sonra sıx budaqların arasından
Vorskli körfəzi göründü. Ətraf o qədər sakit idi ki, mənim qəhrə -
manım bu sakitlikdən üşəndi. Ölü sükutun içərisindən qəflətən
canlı səs eşidildi. Onun dolğun, bas səsi elə bil bütün körfəzin
üstünə sərilmişdi. Bu səs Stepan Martınoviçi sehrlə mişdi. Ayaq
saxladı... Görünməz adam mahnı oxumaqda davam edirdi.
Stepan Martınoviç bir neçə addım irəli gedib mahnının sözlərini
yaxından dinləmək istədi. Sıx ağacların arasından səs gələn tərəfə
doğru irəlilədi. Qocaman bədmüşk ağaclarının birinin üstünə
lövhə vurulmuşdu. Lövhənin üstündə rəngli boya ilə yazılmışdı:
“Rəqs və mahnı”.
Elə həmin ağacın kölgəsində bir adam uzanıb oxuyurdu.
Bu mənəm, mənəm
Qismətimçün gəlmişəm...
Sən oyanana qədər
Qapının ağzında gözləyəcəyəm.
Bas səsli müğənninin yanında içərisində araq olan şüşə
mehtərə (çiyindən asılan su qabı) var idi. Göy otların üstündə bir
neçə xiyar da görünürdü. Bas səsli müğənni mahnısını oxuyub
qurtardı. Uzandığı yerdən bir qədər qalxaraq öz-özünə mızıl -
dandı:
– Hə, Ovrame, indi içmək olar.
Şüşəni əlinə götürüb günəşə tərəf tutdu. Bilmək istəyirdi ki,
nə qədər araq qalıb. 
– Ay əclaf, bir şey qalmayıb ki... Ovrame, nə edəcəyik?.. 
Özünə verdiyi sualın cavabını axtarırmış kimi ora-bura baxdı.
Birdən sifəti tamam dəyişdi. O şüşəni atıb qışqırdı:
– “Yanğın!”
40
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə