Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил
11
Синтез 1,4-ди-(диэтиламинометил)-2,5-
ди-н.гексилбензола и исследование в
качестве ингибитора коррозии стали в
двухфазных системах элэктролит- уг-
леводород
РЕЗЮМЕ
Синтезирован 1,4-ди-(диэтиламиноме-
тил) - 2,5-ди-н.гексилбензол путем взаи-
модействия 1,4-дихлор - 2,5 - ди -н.гексил-
бензола с диэтиламином и исследованы
его ингибирущие свойства в двухфазных
системах элэктролит-углеводород в раз-
личных средах.
H.Z.ƏFƏNDIYEV, İ.R.HƏSƏNOV, R.T.QAFAROV, R.T.QULIYEVA
(MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu)
İQTISADİ CƏHƏTDƏN SƏMƏRƏLİ KİÇİK PEYKLƏRİN
LAYİHƏLƏNDİRİLMƏSI PRİNSİPLƏRİ
Kiçik peyklərin yaradılması və onla-
rın məsafədən zondlama məsələlərində (MZ)
tətbiqi kosmik sənayenin yeni istiqamətlə-
rindən biridir.Kiçik peyklər dedikdə kütləsi
500 kg-dan çox olmayan kosmik aparatlar
nəzərdə tutulur. Kiçik kosmik aparatların
yaradılması kosmik çəkilişlərin aparılmasın-
da, ekoloji monitoring məsələlərinin həllin-
də və kosmik məlumatların toplanmasında
yeni imkanlar açan perspektivli sahədir.
Kiçik peyklərin yaradılmasının və orbi-
tə çıxarılmasının bir sıra iqtisadi üstünlükləri
var. Kiçik peyklərin hazırlanmasına və orbi-
tə çıxarılmasına çəkilən xərclər peykin çəki-
sindən, çıxarılacağı orbitin hündürlüyündən,
raketdaşıyıcısının dəyərindən asılıdır. Yün-
gül çəkiyə malik olması kiçik peykləri daha
ucuz başa gələn yüngül və orta sinfə məxsus
raketdaşıyıcıları vasitəsilə orbitə çıxarmağa
imkan yaradır. Bundan başqa kiçik peyklər
orbitə qrup şəklində buraxıla bilir ki, bu da
orbitə çıxarılan kosmik aparatların maya də-
yərini aşağı salır. Kiçik peykləri qısa müddət
ərzində (1-3 il) hazırlamaq mümkündür. Ki-
çik peyklərin hazırlanması zamanı istifadəçi-
yə əsas lazım olan parametrlərin (ayırdetmə
qabiliyyəti, spektral kanalların sayı, çəkiliş-
lərin dövrülüyü, dəqiqliyi və s.) realizə olun-
masına diqqət verilir. Yerin məsafədən zond-
lama məsələlərində kiçik peyklərin tətbiqi
kosmik çəkilişlərin operativliyini artırmağa
imkan verir. Məsələn, Landsat - 7 peykindən
aparılan çəkilişlərin dövrülüyü 16 sutka təş-
kil edir. Kiçik peyklərin tətbiqi isə çəkilişlə-
rin dövrülüyünü 1 sutkaya endirməyə imkan
verir [1].
Kiçik peyklərin yaradılması üzrə ABŞ,
Böyük Britaniya, Almaniya, Çin, İtaliya, İs-
rail və digər ölkələr geniş layihələr həyata
keçirirlər. ABŞ orbitə çıxarılmış məsafədən
zondlama (MZ) peyk sistemlərinin sayına
görə liderlik edir. Çin son beş il ərzində çox-
məqsədli bir neçə peyklər sistemindən ibarət
MZ peyklər qrupunu yaradıb. Kiçik peyk-
lərin yaradılması sahəsində aparıcı yerlərdən
birini özəl Britaniya kampaniyası Surrey
Satellite Technology (SSTL) tutur. SSTL
kampaniyası sifarişçilərə aşağıdakı xidmət-
ləri təklif edir: peyklərin müştərək istehsalı,
peykin tam istehsalı, peyklərin yaradılması
sahəsində milli kadrların hazırlanması və
həyata keçirilməsi. Kiçik peyklərin istehsa-
lının ucuz başa gəlməsi onların hazırlanma-
sını sayı az olan mütəxəssis qruplarının cəlb
olunması ilə izah olunur. Nisbətən sadə for-
ma və konstruksiyaya malik olması kiçik
peyklərin layihələndirilməsini sürətləndrir.
Kosmik aparat kiçik ölçülərə malik olduğun-
dan bahalı sınaq sistemlərininin tətbiqinə eh-
tiyac qalmır. Eyni zamanda yerüstü seqment
(yerüstü uçuşu idarəetmə və kosmik infor-
masiyanın emalı mərkəzi) üçün nəzərdə tu-
tulmuş avadanlıqlar da sadələşir. Kosmik
informasiyanın qəbulu və emalı vasitələrini
adi personal kompyuterlərin bazasında yarat-
maq mümkün olur.
Kiçik peyklərin layihələndirilməsi və ya-
radılması dedikdə kosmik aparatın hazırlan-
ması nəzərdə tutulur. Kosmik aparat şərti
Еколоэийа вя су тясяррцфаты ъурналы, №1, феврал, 2014 - жц ил
12
olaraq iki hissədən ibarətdir: unifikasiya
olunmuş kosmik platformadan və çəkiliş
aparatlarından. Aşağıda unifikasiya olunmuş
kiçik qabaritli kosmik platformanın əsas xid-
mət sistemləri göstərilib:
- Bort idarəetmə sistemi.
- Orientasiya (istiqamətləndirmə) və stabili-
zasiya sistemləri.
- Enerji təminatı sistemləri.
- İdarəetmə-ölçmə sistemi.
- Elektrik qidalanmasının paylanma bloku.
- Günəş batareyalarının orientasiya sistemi.
- Mühərrik qurğusunun korrektirovkası.
- Peyk naviqasiya aparatları.
- Konstruksiya (kabel şəbəkəsi, antena-fider
qurğuları, günəş batareyalarının açılma və
ayrılma sistemi).
- Termotənzimləmə sistemi.
MZ kiçik peyklərinin hazırlanmasının
əsasında aşağıdakı konsepsiya dayanır:
-
Kiçik peykin orbitə çıxarılması ucuz başa
gələn konversion raket daşıyıcıları vasitə-
silə təmin olunur.
-
MZ kiçik peyklərinin əsasında unifikasiya
olunmuş kiçik qabaritli kosmik platforma
dayanır.
-
Bort xidmət və informasiya-ölçmə cihaz-
larının yerləşdiyi platforma qeyri-germe-
tik formada hazırlanır.
-
Kosmik aparatın etibarlılığı yerüstü sınaq
yoxlamaları və bort idarəetmə vasitələri-
nin optimal strukturunun seçilməsi əsa-
sında həyata keçirilir.
-
Kosmik aparatın yaradılması zamanı qa-
baqcıl texnologiyadan, miniatür kiçik qa-
barit ölçülərə və kütləyə malik bort çəki-
liş cihazlarının hazırlanmasına imkan ve-
rən komplektləşdirici elementlərdən isti-
fadə olunmalıdır.
SSTL kompaniyasının istehsal etdiyi
kiçik MZ peyklərindən Əlcəzair, Nigeriya,
Türkiyə, Çin, İspaniya kimi ölkələr istifadə
edirlər. Gələcəkdə respublikada kiçik peyk-
lərin layihələndirilməsi və istehsalında SSTL
kompaniyasının xidmətlərindən istifadə
etmək tövsiyə olunur.
Kiçik MZ peyk kompleksi kosmik apa-
ratdan, informasiyanın qəbulunun yerüstü şə-
bəkəsindən, uçuşu idarəetmə mərkəzindən
ibarətdir.
Kosmik ölkələr sırasında daimi yer tut-
maq üçün gələcəkdə bu tip peyklərin ölkədə
istehsalını təşkil etmək zərurəti meydana
çıxır. Respublikada yaradılacaq kiçik peyk
aşağıdakı texniki parametrlərə malik ola
bilər:
•
Uçuşun hündürlüyü - 500-600 km, Günəş-
sinxron orbitdə;
•
Çəkisi - 200 kq-dan çox olmamaqla;
•
Meylliyi - 97-98 dərəcə;
•
Çəkilişin dövriliyi - 4 - 5 sutka;
•
Əhatə zolağının eni - 75 - 90 km;
•
Məkan ayırdetməsi - 1 - 30 m;
•
Orbitdə fəaliyyət müddəti - 5 il
•
İşçi diapazonu
•
Transponderlər - S – diapazon (idarəetmə)
X – diapazon (verilənlər)
•
Çəkiliş cihazları - çoxkanallı optik – elek-
tron skaner və orta infraqırmızı diapazon-
lu skaner.
Yaradılacaq kiçik peykin ilk növbədə
təyinatı və tipi müəyyən olunmalıdır. MZ ki-
çik peyki aşağıdakı məsələləri həll edə bil-
məlidir [2]:
-
Torpaqdan istifadəyə və kənd təsərrüfatın-
da istehsala nəzarət;
-
Təbii və bərpa olunan təbii ehtiyatlara nə-
zarət ;
-
Fövqəladə halların
monitorinqi;
-
Neft-qaz komplekslərinə məxsus obyekt-
lərin müşahidəsi;
-
Aqrar ehtiyatların monitorinqi;
-
Su obyektlərinin monitorinqi;
-
Torpaq ehtiyatlarının monitorinqi;
-
Təbii fəlakətlərin monitorinqi;
-
Topoqrafik xəritələrin yeniləşməsi;
-
Yol və digər xəritələrin hazırlanması;
Kiçik kosmik aparatın hazırlanması
zamanı təcrübi konstruktor işlərinin (TKİ)
aparılmasına lazım olan xərcləri hesablamaq
üçün MZ kiçik kosmik aparatın təyinatı və
tipi (optik-elektron və ya radar peyki olma-
sı), texniki göstəriciləri (kosmik aparatın çə-
kisi, xüsusi və xidməti bort cihazlarının əsas
taktiki-texniki xarakteristikaları), unifikasiya
dərəcəsi (baza platformasının çəkiliş apa-
ratlarının yerləşdirilməsi üçün uyğunlaşdır-
ma dərəcəsi) haqqında ilkin informasiyalar
tələb olunur.
Vahid unifikasiya olunmuş platforma
əsasında YMZ kiçik peykinin yaradılması