BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4 Təbiət elmləri seriyası 2014
EKOLOGİYA
UOT 598. 2/9-15
H
ƏR MEŞƏNİN ÖZ QUŞU VAR
Ş.M.CƏFƏROVA
Bakı Dövlət Universiteti
shafiqamaharramova@mail.ru
Mövzunun
ən çox önəmli problemi ərazidə landşaftın və ya hər hansı təbii biotopun
antropogen d
əyişdirilməsi və onun quşlara təsiridir. Biz bu problemin həllini populyasiya
s
əviyyəsində, hətta fərd səviyyəsində dərk etmək istərdik. Meşənin dəyişməsi oradakı bio-
senozun, o cüml
ədən quşların kəmiyyətcə, sonda isə keyfiyyətcə dəyişməsi ilə müşayiət olunur.
T
əbii landşaftın antropogen dəyişdirilməsi 2 mərhələ keçirir – modifikasiya və tam trans-
formasiya (Mustafayev, 1985). Quba v
ə Altıağac meşələrində bu proseslərin hər ikisi olub.
Tam tr
ansformasiya Altıağac meşələrində daha çox olub (Vereşagin, 1959). Ərazidə bu
d
əyişmələrin reproduktiv quşlara təsirinin araşdırılması ilk təşəbbüsdür.
Açar sözl
ər: landşaft, biotop, modifikasiya, transformasiya, kəmiyyət, keyfiyyət,
uy
ğunlaşma.
Modifik
asiya meşənin mal-qaraya otarılması, talalardan ot biçilməsi,
meşədən torpaq yol keçməsi nəticəsində olur və faunada kəmiyyət dəyişmələri
yaradır. Quba meşələrindəki antropogen dəyişmələrin çoxu modifikasiya
xarakterlidir. Meşənin tam transformasiyasına onun qırılması, meşə yanğını,
meşənin yerində seliteb biotop qrupu və təsərrüfat yaradılması, daimi döşəməli
yol ç
əkilməsi səbəb olur (Mustafayev, 1985). Tam transformasiya xarakterli
antropogen d
əyişmələr Altıağac meşələrində Quba meşələrinə nisbətən çoxdur.
N
əticələr və onların müzakirəsi
İndi artıq məktəbli də bilir ki, dünyanın müxtəlif ölkələrində olduğu
kimi, Az
ərbaycanda əhali qədim vaxtlardan başlayaraq meşələrdən kor-koranə
istifad
ə edib, onu qırıb dəyişdirib və öz gələcəyinə böyük zərbə vurub. Bunu
Quba-
Altıağac meşələrinin müqayisəli strukturundan dərk etmək çətin deyil.
Altıağac meşələri pozulmuş təbii landşaft kompleksi adlandırılıb (Məmmədov,
X
əlilov, 2002. Meşənin strukturuna biz nisbi yanaşırıq ona görə ki, dünyada 2
76
adam eyni olmadığı kimi, eyni quruluşlu meşə, hətta eyni ağac da yoxdur
(Mustafayev, 2012).
Quba v
ə Altıağac meşələri zoocoğrafi baxımdan Şərqi-Qafqaz meşələri
rayonunun dağ meşələri sahəsinə daxildir (Mustafayev, 1985, 2012; Mustafa-
yev, Sadıqova və b., 2011), hər ikisi dağ meşəsinin orta qurşağında yerləşib.
D
əniz səviyyəsindən hündürlüyü 800-1700 m-dir. Dağ meşələri torpağının 3
əsas tipi məlumdur: qonur torpaq, çürüntülü torpaq, qəhvəyi torpaq. Çürüntülü
–
karbonatlı torpaqlar üstünlük təşkil edir (Əliyev, Həsənov, 1993).
C
ədvəl 1
Quba-
Altıağac meşələrinin müasir landşaftları və biotopları
Landşaft və biotoplar
Quba meşəsində
Altıağac
meşəsində
Çoxyaşlı palıd, vələs, fıstıq meşəsi (30 il <)
a)
təbii kol yaruslu meşə
b)
ot və ya xəzəl döşəməli meşə
Cavan palıd, vələs, fıstıq meşəsi (30 il >)
a)
kol qarışıqlı cavan meşə
b)
kolsuz cavan meşə (pöhrəlik)
Qarışıq kolluq
Ağacların kol forması
Meşə talası (otluq, seyrək kol)
Otluq və seyrək kolluqda meşə qalığı
Tarla arasında meşə qalığı
Meşə yerində seliteb landşaft
Meşə çayları, kiçik hövzə, bulaqlar
Cəmi: Az
Cəmi: Çox
Çox
Çox
Az
Az
Az
Az
Az
Az
Az
Az
Çox
4
9
8
3
Az
Az
Çox
Çox
Çox
Çox
Çox
Çox
Çox
Çox
Az
9
4
3
8
Geomorfoloji baxımdan ərazidə üst və alt tabaşir dövrünün terrogen və
karbonatlı fassiyaları, qismən də orta yura dövrünün terrogen – tuf, poleogen
dövrünün terrogen karbonatlı çöküntüləri var. Çöküntü materialları üstünlük
t
əşkil edir (Prilipko, 1970).
Quba-
Altıağac dağ meşələrinin relyefi qabarıq formalı dağ silsiləsindən
ibar
ətdir. Meşə ilə örtülü qayalıqlar, yarğanlar, uçqunlar və sürüşgənlər biri
dig
ərini əvəz edir. Yarğanların əmələ gəlməsinə əsas səbəb qalın qar örtüyünün
sürüşməsi və güclü yağışlardır. Bu meşələrin yerləşdiyi relyefin əsası dördüncü
dövrün
əvvəlində formalaşıb, hələ indi də davam edir (Prilipko, 1970). Orta
illik temperatur 5-6
0
C-
dir, yağıntı isə 800-2000 mm arasında dəyişir (Səfərov,
Qlisayev, 1991). Müasir dövrd
ə Quba dağ meşələrinin bitki örtüyü Altıağac
meşələrinə nisbətən zəngindir, Azərbaycan florasından 40% təşkil edir (Əliyev,
B
ədəlov və b., 2012). Enliyarpaq meşələrin əsasını fıstıq, vələs və palıd təşkil
edir. Bunlar çox yerd
ə qarışıqdır (vələsli-fıstıq, palıdlı-vələs, fıstıqlı-vələs).
Quzey yamaclarda fıstıq dominantdır. Burada fısdığın çətirləri birləşərək
77
gün
əşin qarşısını kəsir. Belə yerdə kol yarusu və ot döşəməsi yox səviyyəsində-
dir. Bunların əvəzində qalın xəzəl döşəməsi var. Amma güney yamaclarda fıs-
tıqlı vələs, palıd, göyrüş və ağcaqayın iştirak edir. Tək-tək və kiçik sahəli şam
da bitir. İkinci yarus əzgil, yemişan, zoğal, itburnu və s. kollardan ibarətdir.
Dendroflora z
əngin olduğu üçün meşələrin tipoloji tərkibi müxtəlifdir.
Ərazinin torpaq - iqlim rejimi meşənin tərkibcə müxtəlifliyinə imkan verir.
Ad
ətən ayrı-ayrı yamacda meşənin tərkibi mozaikdir. Şaquli istiqamətdə fıstıq
meşəsi palıd və vələs meşəsi ilə əlaqəlidir. Palıd daha çox hündürə qalxır.
Amma orta dağ qurşağında quzey və güney yamacların hər ikisində fıstıq
meşəsi üstünlük təşkil edir. Bəzi hissəsində heç bir kol və ot yarusu bitmir.
Burada b
əzi fıstıq ağacı 30-40 m hündürlüyə, 1,5 m-ə qədər diametrə malik
olur. B
əzi yamacda fıstıq meşəsinə ağcaqayın – Acer də qarışır. Bəzi yerdə
böyürtk
ən – Fagetum rubosum bitir. Fagetum taxosum ikinci yarusda iştirak
edir. Floranın zənginliyi quşların müxtəlifliyinə müsbət təsir edir.
Palıd meşəsi arandan subalp qurşağına qədər yayılıb, 24 % təşkil edir
(Prilipko, 1970). V
ələs fısdığın peyki adlanır. Onun orta yaşlı ağaclarının Azər-
baycan üzr
ə yayılması 70 % təşkil edir. Vələs qarışıqlı palıd meşəsi başlıca
olaraq karbonat torpaqlı yamaclarda bitir. Vələsin antropik və antropogen
deqradasiya yerl
ərində kserofit ot və kol yayılır. Bəzi yerdə vələs 2-ci yarus
koluna çevrilir. Bel
ə hallar, meşənin qırıldığı yerlərə daha çox xasdır. Vələs
meşəsinin ot yarusu kol yarusundan yaxşı inkişaf edir. Amma palıd meşəsində
kol yarusu daha uğurlu inkişaf edir.
V
ələsin özünübərpa bacarığı palıda və fıstığa nisbətən yüksəkdir. Ona
gör
ə ki, reproduksiyası intensiv və uğurlu gedir. Palıd-vələs meşəsində tam
qırıntı aparılması palıdın özünübərpasını çoxaldır, seçmə qırıntı aparılması isə
v
ələsin özünü bərpa etməsinə daha çox uğur gətirir. Ona görə bizim tədqiqat
apardığımız ərazidə vələs üstünlük təşkil edir (palıd qırılıb, vələs çoxalıb).
Kolluq qarışıq fitosenozun həyat formasıdır, onun əsas qurucusu kollar-
dır. Ağacdan fərqli olaraq kol öz fərdi həyatının yalnız əvvəlində ümumi göv-
d
əyə malik olur, sonralar isə torpaqdan çıxdığı yerdən başlayaraq əmələ gələn
budaqlar
əsas gövdədən heç nə ilə fərqlənmir (Serebryakov, 1962). Kol fito-
senozunda qaratikan (Paliurus spina) kimi t
ək-tək növlər ayrıca cəngəllik
əmələ gətirir, qalanlar isə başqa növlər ilə qarışıq formasiyalar halında bitirlər
(Prilipko, 1970). Bizim t
ədqiq etdiyimiz orta dağ meşələri qurşağında bitən
kollar meşə altlığı və tala bitkiləridir. Bir sıra ağaclar pis şəraitdə dəyişib kol
olublar (palıd, vələs, cır armud və b.). Qırılmış meşənin yerində yemişan, əzgil,
alça, itburnu, iyd
ə və s. qarışıq kolluq formalaşıb. Qarışıq kolluq daha çox quş
c
əlb edir.
Quba dağlarına nisbətən Altıağac dağlarının iqlimi quraqlıqdır, torpağı
karbonatlı boz, münbitliyi zəifdir. Əsas çayı Ataçaydır, onun kiçik bir gölü var
(adsız). Bulaqlar da az və zəifdir. Ona görə qırılmış meşə özünü çətin bərpa
edir. Çox yerd
ə tək-tək palıd, vələs ağacları ətrafında kolluq formalaşıb. Bəzi
yamaclar güclü eroziyaya uğrayıb, yerində çılpaq boz qayalar qalıb. Dərələrdə
78
hündür otluq v
ə çəmənlik yox kimidir. Qubanın dağ kəndlərində tək-tək palıd,
v
ələs, hətta fıstıq kimi meşə ağacları qalıb, alma, armud, gilas kimi meyvə
ağacları çox olduğu halda, Altıağac kəndləri ətrafında qarışıq kollar və kol for-
ması almış ağaclar çoxluq təşkil edir. Yemişan - Crataegus pentaqyna, Cr.
kyrtostila,
əzgil – Mespilus germanica dominantdır. Kolluqların deqradasiyası
qaratikanın – Paliurus spina inkişafına səbəb olub. Bəzi yerdə nar kolu –
Punica qranatun bitir, h
ətta sumax kolluğu – Rhus coriaria əmələ gəlib.
Böyürtk
ən kolluğu – Rubus sanquineus və yulğun – Tamarix növləri dərələrdə
bitir. Onların arasında kol formalı söyüd – Salix caprea və zoğal – Cotoneaster
bitir. B
əzi yerdə alçaq boylu kollar görünür: ağacvari şorəngə - Salsola, bö-
yürtk
ən – Anabasis və s. Altıağac meşələri orta qurşağında arid yamaclarda kol
formalı ağaclar çoxdur: vələs – Fagus orientalis, ağcaqayın – Betula pendula,
palıd - Quercus növləri, ardıc – Juniperus və s. Tək-tək qalmış palıd ağacları
ətrafında yemişan – Cratacus və əzgil – Mespilus qermanica kimi ikinci yarus
qalıqları adi haldır.
Bel
əliklə, qarışıq kolluqlar inkişaf xarakterinə görə başlıca olaraq qırılmış
meşənin yerində əmələ gəlib. Belə kolluqda qaratikan yoxdur və ya azdır.
Üstünlük t
əşkil edənlər yemişan, əzgil, itburnu, zoğal kimi kollardır. Bunlar
meşənin işıqlı seyrək yerlərində də bitirlər.
T
əbiidir ki, meşələrdə landşaft və biotop dəyişmələri quşlara kəmiyyət,
qism
ən də keyfiyyət baxımından təsir edir. Yaşlı (30 ildən çox) ağaclarda
qabığın gövdədən qopub aralanması, gövdənin çatlaması, koğuş əmələ gəlməsi
örtülü şəraitdə nəsil verən bayquşları – Striqidae, ağacdələnləri – Piccidae,
arıquşları – Paridae, cilovlular – Sittidae kimi quşları cəlb edir. Həmin me-
şələrin kol yarusu sərçəkimilərin – Passeriformes nəsil verməsinə yararlıdır.
Kol qarışıqlı cavan meşələrə nisbətən kolsuz cavan meşələr quşları az cəlb edir.
Köhn
ə hündür ağacların budaqları üzərində leyləkkimilər – Ciconiformes,
qızılquşkimilər – Falconiformes, göyərçinkimilər – Columbiformes, qarğalar –
Corvidae v
ə qaratoyuqlar – Turdudae kimi böyük və ortaboy quşlar yuva tikir,
yeml
ənmək üçün isə çoxu ətrafdakı açıq landşafta uçurlar. Qarışıq kolluqlar
xırda quşların nəsil verməsinə, gizlənməsinə və yemlənməsinə yarayır (ala-
çöhr
ələr – Lanidae, pöhrəçillər - Sylvidae, hörücülər – Fringillidae və b.).
Lakin kol formasına çevrilmiş ağaclar quşları az cəlb edir, onları olsa-olsa
gizl
ədir.
Meşə talalarında bildirçin – Coturnix və turağaylar – Alaudidae məskun-
laşıb nəsil verirlər. Açıq landşaftda qalmış seyrək kol və ağaclar dendrofil və
kolluq quşlarının dincəlməsinə və gizlənməsinə kömək edir. Eyni sözü tarlada
qalmış ağaclar və kollara da aid etmək olar. Dağ meşələrinin orta qurşağında
meşənin tam transformasiyası nəticəsində yaranmış seliteb landşaftda sinan-
trop
laşma prosesinin müxtəlif mərhələsində olan quşlar nəsil verirlər: muymulu
qızılquş - Falco tinnunclus –, çöl göyərçini – Columba livia, xarabacıl bayquş –
Athene noctua, qara oraqqanad – Apus apus, adi k
əndqaranquşu – Hirundo
79
rustica, ad
i şəhərqaranquşu – Delikhon urbica, kəkilli turağay – Galerida cris-
tata, qara sığırçın – Sturnus vulqaris, dam sərçəsi – Passer domesticus və s.
Meşə çayları, kiçik hövzələr və meşə bulaqları bəzi sahil quşlarını cəlb
edirl
ər: qara leylək – Ciconia niqra, dağ titrəkquyruğu – Motacilla cinerea, ağ
titr
əkquyruq – M.alba, adi sudaçapar – Cinclus cinclus.
Quba v
ə Altıağac dağ meşələrinin müasir vəziyyəti ilə tanışlıq 3 əsas
n
əticə çıxarmağa imkan verir:
● Quba meşələrinin təbii kompleksi Altıağac meşələrinə nisbətən az də-
yişdirilib. Altıağac meşələri pozulmuş təbii kompleksdir.
● Quba-Altıağac meşələrində quşların reproduktiv populyasiyası indiyə qədər
öyr
ənilməyib.
● Quba-Altıağac meşələrinin bərpası onun quşlarını və başqa heyvanlarını
populyasiya s
əviyyəsində çoxparametrli öyrənməyi tələb edir.
ƏDƏBİYYAT
1.
Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002, 175 s.
2.
Əliyev H.Ə., Həsənov X.N. Təbiətin keşiyində. Bakı: Maarif, 1993, 310 s.
3.
M
əmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycan meşələri. Bakı: Elm, 2002, 472 s.
4.
Mustafayev
Q.T., Sadıqova N.A. və b. Onurğalı heyvanların ekologiyası (dərslik). Bakı,
BDU, 2011, 342 s.
5.
Верещагин Н.К. Млекопитающие Кавказа. М-Л., АН СССР, 1959, 703 с.
6.
Мустафаев Г.Т. Птицы наземных экосистем Азербайджана. М.: МГУ, 1985, 54 с.
7.
Мустафаев Г.Т. Взаимосвязи позвоночных животных и людей. Баку: Элм, 2012, 268 с.
8.
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 170 с.
9.
Сафаров И.С., Олисаев В.А. Леса Кавказа. Владикавказ: ИР, 1991, 270 с.
10.
Серебряков И.Г. Жизненные формы высших растений и их изучение. Полевая геобо-
таника, т. ІІІ, М-Л.: Наука, 1964, 530 с.
КАЖДОМУ ЛЕСУ СВОИ ПТИЦЫ
Ш.М.ДЖАФАРОВА
РЕЗЮМЕ
Антропогенное изменение биотопов и его влияние на птиц составляют основу
данной статьи. Мы пытались решать эти проблемы на уровне популяции. Изменение
природного ландшафта проходит 2 стадии – модификация и полная трансформация. В
изучаемых нами лесах имеют место и то и другое. Полная трансформация наиболее ха-
рактерна для Алтыагачских лесов. Восстановление лесов требует изучение биосеноза на
уровне популяции.
Ключевые слова: ландшафт, биотоп, модификация, трансформация, количество,
качество, адаптация.
80
EVERY FOREST HAS ITS BIRDS
Sh.M.JAFAROVA
SUMMARY
Anthropogenic changes of biotypes and their effects on birds form the basis of this arti-
cle. We tried to solve this problem at the population level. Changing of the natural landscape
take 2 stages: modification and transformation. Both of them occur in the studied forests. Total
transformation is most common in Altiağac forests.
Reforestation requires studying biosenosis at the population level.
Key words: landscape, biotope, modification, transformation, quantity, quality,
adaptation.
Redaksiyaya daxil oldu: 18.11.2014-cü il.
Çapa imzalandı: 22.01.2015-ci il.
81
Document Outline - Результаты и обсуждение
- 18. Guliev N.M., Babaev G.G., Bairamov Sh.M., Aliev D.A. // Russian Journal of Plant Physiology, 2003, v. 50, № 2, p. 213-219.
Dostları ilə paylaş: |