Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

MEHRALI BƏY 
51 
 
 
Çatıb meşəliyə, itirdi izi, 
Kənd uzaqda qaldı qaralı-ağlı. 
Amma itirmədi sədaqətini, 
Qalmışdı Qəməri tövlədə bağlı. 
 
Atı hörükləyib, sildi tərini, 
Uzanıb göylərə saldı bir nəzər. 
Əlini çataraq başının altda, 
Fikri uzaqlara getdi bir qədər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
51 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
52 
 
 
Qəmər at 
 
Allahverdi baba düşdü yadına, 
Sevib əzizlərdi onu hər dəfə. 
Alıb aparardı özüylə hərdən, 
Şindi dağlarına çıxanda ova. 
 
Yapışardı yəhərindən köhlənin, 
Ovçu Əhməd qayasına çıxardı. 
Bu zirvədə Mehralının qəlbinə 
Ulu göydən sevgi seli axardı. 
 
Qaya üstdən seyr edərdi elləri
Fərəhindən qanad açar quş kimi. 
Pərvazlanıb bu dağların sehrində, 
Mətinləşdi qaya kimi, daş kimi. 
 
Dolaşardı obaları aramla, 
Sədaqətli bir Qarabağ atında. 
Bu dağların hər enişi, hər yalı, 
Hər bulağı həkk olunub yadında. 
 
Ərəb madyanı da vardı babanın, 
Döllük saxlayardı onu tövlədə. 
Düşsə də elçilər satın almağa, 
Dəyişmədi onu vara-dövlətə. 
 
52 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
53 
 
 
Bir gün madyan səkil bir dayça verdi, 
Sanki ayaqları təptəzə qardı. 
Burnundan gözünün üstə uzanan, 
Aypara şəklində qaşqası vardı. 
 
Baxıb ayparaya söylədi baba: 
– Bu day madyanımın ilkin dayıdır. 
Onu “Qəmər”deyə çağırarsınız, 
Bu da Mehralının baba payıdır. 
 
Baba madyanına vurduqca qaşov, 
Oxşardı Mehralı öz Qəmərini. 
Onu igidlərə bənzətmək üçün, 
Bağlardı belinə boz kəmərini. 
 
Beləcə bir yerdə böyümüşdülər
Mehralı ər kimi, day kəhər kimi. 
Bircə gün görməsə dostunu Qəmər, 
Yıxırdı axuru dəli nər kimi... 
 
Birdən yuxulardan oyanmış təki, 
Mehralı sıçrayıb, durdu yerindən. 
Axşamı gözlədi səbrini basıb, 
Yanğılı bir ah da çəkdi dərindən. 
 
Canından sel kimi isti tər axdı, 
Ah-vay şölələndi onun dilində. 
53 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
54 
 
 
Deyindi, dalaşdı özü-özüylə, 
Qalmışdı Qəməri düşmən əlində. 
 
Atı yorğa sürüb çıxdı meşədən, 
O, kəndə yetişdi qaş qaralanda. 
Boş görüb tövləni, duruxdu bir az, 
Ağrı hiss elədi elə bil canda. 
 
Dərvişlibas olub durdu yerindən, 
İlxısına doğru yollandı bəyin. 
Yerə-göyə sığmır gördü Qəməri, 
Heç kəsin əlinə vermir ətəyin. 
 
Gahdan şahə qalxır, gah qəfil təpir
Yaxın düşə bilmir heç bir kəs ona. 
Bu dəm yaxınlaşıb bu “Dərviş baba”, 
Buraxın, – söylədi, – bu atı mənə. 
 
Əvvəlcə xoş sözlər söylədi “Dərviş”, 
Atın ünvanına, atın adına. 
Qəmər duyan kimi onun səsini, 
Sanki su tökdülər yanan oduna. 
 
“Dərviş” yaxınlaşıb oxşadı onu, 
– Mənim Ayım, – dedi, – Qəmərim, – dedi. 
Basıb üzəngini, durdu yəhərdə, 
– A mənim köhlənim, kəhərim, – dedi. 
54 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
55 
 
 
At ildırım kimi çıxdı ilxıdan, 
Zülmət qaranlıqlar ona yar oldu. 
Nə ağa kəsdirdi, nə bəy anladı, 
Dünya başlarına tamam dar oldu. 
 
Yolları ölçdülər bir gecə, bir gün, 
Bu çınqıl sənindir, bu qaya mənim. 
Sərhəd tanımırlar “türkəm” deyənlər, 
Mehralıkimilər düşmənə qənim. 
 
Keçdi İrəvandan, keçdi Gümrüdən
Ucaltdı qayalar doğma səsini. 
Ondan əsirgəməz güllər içində, 
Ellərin sevgisi öz nəşəsini. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
55 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
56 
 
 
 
 
Tanrı bu dağları sənə yazıbdı 
 
Yetişdi Darvaza şər qarışanda, 
Evin qarşısında endi atından. 
Lampa işığında sevgi daraşdı, 
Üstünə daxmanın neçə qatından. 

Yığışdı bir anda başına onun, 
Gəldi görüşünə bacı-qardaşı. 
Hisslər hökm edəndə ana qəlbinə, 
Yanaqda iz açdı gözünün yaşı. 
 
Vaxtı sərf etməyib dedi Mehralı: 
– Yığışın, köç vaxtı çatıbdır, axı! 
 Elə həmin gecə yola düşdülər, 
Kəndə bihuşdarı verəndə yuxu. 
 
Dalınca araba cırıldadıqca, 
Qəmər yarıb keçdi qaranlıqları. 
Ananın gözləri arxada qalıb, 
Unuda bilmirdi “viranlıq”ları. 
 
Öpüb əllərindən Mehralı onun, 
– Ana, bir dərk eylə həyatı, – dedi. 
 
56 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
57 
 
 
Bükərək boynunu çiyninin üstə, 
Ana yana-yana bayatı dedi: 
 
Könlümə düşdü yara, 
Parçalandım qollara. 
Günahımız nəydi ki, 
Dağılmışıq yollara. 
 
Qəmərim, çat savaba, 
Yordu səni araba. 
Kim qoydu, ay ocağım, 
Səni viran, xaraba? 
 
Görsən qalamı, Qəmər, 
Yetir salamı, Qəmər! 
Allaha and verirəm 
Qoru balamı, Qəmər! 
 
Gedib Ağbabada daxma qurdular, 
Bir qədər yad gözdən, nəzərdən uzaq. 
Sərinlik düşürdü ürəklərinə, 
Əsdikcə ətrafda sərin meh, sazaq. 
 
Təşvişlər içində bir səhər erkən
Yalvardı anası, – oğlum, durma, get! 
Tanrı bu dağları sənə yazıbdı, 
Bəlalı başıma oyun qurma, get! 
57 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə