Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

Elbəyi Cəlaloğlu 
58 
 
 
– Yaxşı, əziz anam, çox qəm eyləmə
Quş olub qonacam hər budağına. 
– Bilmirəm, ay oğul nədən belədir, 
Gün doğmadı sənin heç qundağına? 
 
Ananın dizinə qoyub başını, 
Körpə uşaq kimi xumarlandı o. 
Bir azdan əlini öpərək onun
Minib Qəmərini buxarlandı o. 
 
Yolunu bir daha saldı Darvaza, 
Ziyarət eylədi ata qəbrini. 
Yerdə qalmayacaq bu qan, – söyləyib, 
Təmkinlə dayanıb, basdı səbrini. 
 
Tərpənib yerindən getmək istədi, 
Aldı qulaqları vay-şivən səsi. 
Yenə də iziylə incidilirdi, 
Eldə hər görünən Allah bəndəsi. 
 
Vulkanlar püskürdü sanki içindən, 
At bircə andaca şahə qalxdı. 
Kəndin allancına yetişən kimi, 
Gülləni çavuşun alnına çaxdı. 
 
Pozuldu pərəni bu qasırğadan, 
Dağıldı əsgərlər o baş, bu başa. 
58 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
59 
 
 
Onun ilhamından oyandı kənd də, 
Cumub azğınları tutdular daşa. 
 
Cürət eləmirdi heç bir komandan
Durub Mehralıyla girəydi cəngə. 
Gündəlik aldığı məlumatlardan 
Çar Aleksandr da gəlmişdi təngə. 
 
Yenə “Allah” deyib qopdu yerindən, 
Mənası yoxuydu burda qalmağın. 
Bilirdi Tiflisə çatsa xəbəri, 
Qoşun yeriyəcək hey axın-axın. 
 
Çapdı Qəmərini dağlara doğru, 
Başkeçid elləri arxada qaldı. 
Boz dağlar Günəşi qucaqlayanda 
O Qarsı haxladı, Çıldıra daldı. 
 
 
 
 
 
 
 
 
 
 
59 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
60 
 
 
 
 
Çıldırda Şenliyə çatdı xəbəri 
 
Çıxdı pişvazına qarapapaqlar, 
Çıldırda Şenliyə çatdı xəbəri. 
Sanki bu yerlərə nur ələyirdi, 
Sonsuz kainatın gözəl ülkəri. 
 
Taybatay açıldı ona qapılar, 
Doğmalıq duydular xoş nəfəsindən. 
Bir gün də Şenliyə olmuşdu qonaq, 
Qəlbi dağa döndü sazın səsindən. 
 
Sorurdu hər biri o taydan soraq, 
Biri qohumunu, biri dostunu. 
İnsan yaşam sevər, zaman tərəqqi
Təbiət dördnala çapar atını. 
 
Bildiər – Mehralı axtarışdadı, 
Ruslar qoymayıbdı bir dəlmə-deşik. 
Ona Suharada bir otaq verib, 
– Qurbandı, – dedilər, – sənə ev-eşik. 
 
Yoxlandı birbəbir Mehralı deyə, 
Qoca Borçalıda hər kənd, hər oba. 
 
60 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
61 
 
 
Anası ölməyib hələ çuğulun, 
Osmanlı almışdı ruslardan nota. 
 
İndi də aranır Qars aram-aram
Dəyə-dəyə Çıldır, el-el Ərdəhan. 
Əzablar içində keçdi günləri, 
Heç kəs “tanımırmış” belə bir insan. 
 
Yayıldı sədaqət iniltiləri, 
Kötəklər altında, fələqqələrdə. 
İşgəncə görməyən, əzab almayan, 
Nə kəndlərdə qaldı, nə də şəhərdə. 
 
Ürəyi dözmədi bu işgəncəyə, 
Çıxıb nərə çəkdi, – yoxdumu aman? 
Xalqı incitməyin, sizinlə deyil, 
Hesabı ruslarla çəkəcəyəm mən. 
 
– Yoxmu Osmanlının qeyri düşməni? 
Öz xalqına qarşı vuruşur demək. 
Bilsəydiz nə qədər cansıxıcıdır, 
Sizi ruslar qədər amansız görmək. 
 
Çəkib qılıncını şığıyan zaman, 
Bir neçə zabiti boyadı qana. 
Nə süngü haxladı, nə güllə onu, 
Səyirtdi Qəməri o yan, bu yana. 
61 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
62 
 
 
Türk zabitlərini heyrətə saldı, 
Qopan qığılcımlar atın nalından. 
 
Kamandan sıyrılan ox kimi süzdü, 
Yapışıb Mehralı onun yalından. 
 
“Atəşi dayandır” əmrini verdi, 
Heyrət bürümüşdü bu dəm zabiti: 
– Ruhu da bizimdir, qanı da bizim, 
Heç öldürəllərmi belə igidi?! 
 
Ürəyi dinləməz, könlü səsləməz, 
Ən böyük diktator zaman özüymüş. 
Adil hökmdarı dizə çökdürən, 
Zamanın əcaib, mənfur üzüymüş. 
 
Beləcə yayıldı diyarbadiyar, 
Bütün Osmanlıya igidin adı. 
Şöhrəti sığmırdı çərçivələrə, 
Sanki əfsanədi, sanki röyadı. 
 
 
 
 
 
 
 
62 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
63 
 
 
 
 
 
Xoş günlər yaşadı dostlar içində 
 
İgid Axısqaya saldı yönünü, 
Düşməni çaşdırıb, dostu aradı. 
Görüşə tələsdi vaxt itirmədən, 
Eşidən Mehralı bu gün burdadı. 
 
Məclis düzənlədi gələnlər gecə, 
Yığışdı məclisə neçə bəy, ağa. 
Söhbətin səngiyib, seyrələn vaxtı 
Çıxartdı sazını gənc aşıq Şivğa. 
 
Mehralı soruşdu aşıq Şivğadan: 
– Ləhcəni tutmadı nədənsə zənnim? 
– Gürcü aşığıyam, – söylədi Şivğa, 
– Çıldırlı Şenlikdi ustadım mənim. 
 
– Ayə, gürcüdən də aşıq olarmı? 
Aşıq dədələrdən alar ilhamı. 
– Ustadın təkidi, tələbiylə mən, 
Qəbul eyləmişəm öncə islamı. 
 
– Yaxşı, bir hava çal onda, ay aşıq, – 
Deyib dirsəkləndi yana Mehralı. 
63 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
64 
 
 
Görüb gənc aşığın məharətini, 
“Afərin” söylədi ona Mehralı. 
 
Daha da ilhama gəlmişdi Şivğa, 
Sazının qolunu göyə teylədi. 
Barmağı pərdədə, gözü tavanda
Durub Mehralını tərif eylədi: 
 
Müsayid edin ağalar, 
Söyləyim nə çağ gəlibdi. 
Sorağı cahana çatan, 
Bir igid, qoçaq gəlibdi. 
 
Mərdlikdi dövləti, varı, 
Mat qalıbdı rusun çarı. 
Borçalı eli diyarı, 
Darvazdan qaçaq gəlibdi. 
 
Aşıq ərz edər sözünü, 
Tanrı göstərsin özünü, 
Kor qoysun çarın gözünü, 
Desinlər naçaq gəlibdi. 
 
Xoş günlər yaşadı dostlar içində, 
Gəzdi Axısqanı, Axılkələyi. 
Ana məhəbbəti, Bahar sevgisi, 
Borçalıya çəkdi Mehralı bəyi. 
64 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə