Elbəyi Cəlaloğlu
106
Ruslardan danışıb deyinərdilər:
– Bunlarla barışmır ürəyim düzü.
– Gördün ki, ay Arsen nələr olurmuş,
Qacarın əlindən aldılar bizi.
– Səbr et, Allahverdi, bu qalmaz belə,
Qayıdar haqqımız bir gün bizim də.
– Nə səbr, ay Arsen, aldı yerimi,
Nə unum, nə dənim qaldı evimdə.
Evə qayıdanda sordum babadan:
– Bu günkü qonağın kimiydi, barı?
– Marabdalı Arsen budur, – söylədi,
– Çəkirlər əlindən kazaklar zarı...
106
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
107
Mehralı bəylə Qərib ağanın döyüşü
Qəmər kişnəməyə başladı birdən,
Gah sağa vurnuxdu, gah sola baxdı.
Mehralı ayıldı xəyallarından,
At kişnərtisini duyub qalxdı.
Meşənin dalından çıxanda dəstə,
O, Qərib ağanı tanıdı öncə.
Basıb üzəngini sıçradı ata,
Tərpəndi kazaklar ona yetincə.
Gözü aldı onu Qərib ağanın,
Atı mahmızlayıb yana döyükdü.
Diri tutmaq idi məqsədi, çünki,
Bunun mükafatı daha böyükdü.
Çatdı Qərib ağa ona arxadan,
Atları yan-yana qaçırdı indi.
Üzünü çevirib qışqırdı bərkdən,
Mehralıya tərəf şərt ilə dindi:
Qərib ağa: Çək atıyın yüyənini,
Təslim ol, deyirəm sənə!
Hələ əzməmiş əngini,
Təslim ol, deyirəm sənə!
107
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
108
Mehralı bəy: Bir yarasız, xalqa yara,
Gətirmisiz məni zara,
Yaltaqlandız siz ruslara,
Çıx get burdan, Qərib ağa!
Qərib ağa: Dəyişmirsən inadını,
Ləkələyirsən adını,
Qıracağam qanadını,
Təslim ol, deyirəm sənə!
Mehralı bəy: Dost sayırdı atam səni,
Tanımaq olmur insanı,
Qırmamış qol-qabırğanı,
Çıx get burdan, Qərib ağa!
Qərib ağa: Sındıraram mən dişini,
İmanıyın kirişini,
Saymadınmı bu kişini?
Təslim ol, deyirəm sənə!
Mehralı bəy: Unutmusan dünənini,
Korlamısan imanını,
Hələ almamış canını,
Çıx get burdan, Qərib ağa!
Qərib ağa: Lovğa-lovğa danışma gəl,
Açaram başına əngəl.
108
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
109
Tiflisdə gözləyir çəngəl,
Təslim ol, deyirəm sənə!
Mehralı bəy: Gücün yox tutasan məni,
Sil gözündən duman, çəni,
Xata hərləməsin səni,
Çıx get burdan, Qərib ağa!
Qərib ağa: Gəl bir yaxşı-yaxşı düşün,
Qəriblə olmasın işin,
Hələ kəsilməmiş başın,
Təslim ol, deyirəm sənə!
Mehralı bəy: Mehralıya sən asisən,
Malın, pulun hərisisən.
Yaramazın birisisən,
Çıx get burdan, Qərib ağa!
Söz yaman toxundu Qərib ağaya,
Mehralıya tərəf qopdu yerindən.
Qılınclar toqquşub şaqqıldaşanda,
Atlar da sıçradı, sapdı yerindən.
Mehralı gördü ki, yetişib dəstə,
Kəsdirib solunu, tutub sağını.
Çəkib qılıncını, Qərib ağanın
Qopardı dizindən sol ayağını.
109
MEHRALI BƏY
Elbəyi Cəlaloğlu
110
Aşdı, Qərib ağa yıxıldı atdan,
Yerdə çabalayıb fəryad eylədi.
Quşdan qanad alıb uçurdu Qəmər,
O da bu döyüşdə bir ad eylədi.
Xəbər Moskvaya yetişən kimi,
Ciddi töhmət aldı Melikov çardan.
Mehralını tutub gətirən kəsi,
Qane edəcəkdi dövlətdən, vardan.
110
Elbəyi Cəlaloğlu
MEHRALI BƏY
111
Mehralı bəyin Baharı qaçırması
Unuda bilmirdi son döyüşləri,
Gecə Mehralı bəy yal aşa-aşa.
Qəlbən yamanlayıb bu dönükləri,
Atı Ağbabaya sürdü birbaşa.
Qəmərin səsini duyub oyandı,
Qapıya yüyürdü Hüsniyyə ana.
Qaldırıb lampanın işığın, dedi:
– Hardasan, ay oğul, gəlib çıxsana!
Qolları boynuna dolandı onun,
Titrək əlləriylə sildi gözünü.
Sonra da qazanı ocağa qoyub,
Yellədi altının solğun közünü.
Bacısı oyandı, qardaşı durdu,
Görüşdü Mehralı onlarla bir-bir.
Onun bu gecəki gəlişi ilə,
Qonmuşdu üzlərə bir sevinc, bir nur.
Səsləndi qab-qacaq, açıldı süfrə,
Evdə halaylanıb bardaş qurdular.
Olub keçənləri muncuq misallı,
İpə yüklədilər, sapa vurdular.
111
MEHRALI BƏY
Dostları ilə paylaş: |