Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

MEHRALI BƏY 
119 
 
 
 
 
119 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
120 
 
 
Onlara bir ömür işıq salacaq, 
Bu ata ruhunun “xeyir-duası”. 
 
Ayrılıb endilər üzüaşağı, 
Gəldilər üstünə Quyubulağın. 
Elə bil yenidən həyat verirdi
Boğazı keyidən suyu bulağın. 
 
Əl-ələ bulağa əyilən zaman, 
Bulaq öz payını əsirgəmədi. 
Görsədib onlara əkslərini, 
Rəssamın adını susub demədi. 
 
Xeyli durmadılar bu sirli yerdən, 
Nə bir kəs demədi onlara, – çəkil! 
Yaddaşına köçdü hər iki gəncin, 
Tanrı fırçasıyla çəkilən şəkil. 
 
Göydə uçurdular bu gün cavanlar
Bu xoş duyğuların qanadlarında. 
Onlar Ağbabaya çatanda Günəş, 
Çırpındı üfüqün son qatlarında. 
 
Öpüb üz-gözündən təzə gəlinin
Telini oxşadı Hüsniyyə ana. 
Məmmədalı durub xəbər yetirdi, 
Kor İsmayıla, Kələninoğluna. 
120 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
121 
 
 
Gecə yığışdılar qaçaq dostları, 
Hamı sevincindən qaynadı, coşdu. 
Hüsniyyə ana da ilhama gəlib, 
Bu bəylə gəlinə bayatı qoşdu: 
 
Allah, əritdin qarı, 
Açdın yazı, baharı. 
Sən özün xoşbəxt eylə, 
Mehralıyla Baharı. 
 
Evimdə oldu nələr, 
Gəlinlə ziynət gələr. 
Ayağında ruzisi, 
Başında dövlət gələr. 
 
Arzum budur dünyada, 
Sovuşaydı qan-qada. 
Hamının balasına, 
Qismət olsun bu sevda. 
 
Soraq yayılmamış kəndə-kəsəyə, 
Gecəylə dağıldı hərə bir yana. 
Sevincdən gecəni səhərə kimi 
Özünə sığmadı Hüsniyyə ana. 
 
 
 
121 


Elbəyi Cəlaloğlu 
122 
 
 
Mehralı bəyin qardaşı Məmmədalı 
ilə Dərəçiçəyə və İrana getməsi 
 
Çöllərdə dolaşıb gündüz birtəhər, 
Axşamlar gəlirdi Mehralı evə. 
Xiffəti qəlbini deşirdi onun, 
Dönmüşdü taleyi qara bir divə. 
 
Heç uzun sürmədi bu sakit həyat, 
Dimdiyi titrədi yenə leylərin. 
Gəlib topa-topa qara buludlar
Üzünü örtürdü mavi göylərin. 
 
Məsləhət etdilər Məmmədalıyla, 
Çıxsınlar dağların gen sinəsinə. 
Bəlkə buludlar da o vaxta kimi, 
Çəkilib yığıla öz qəfəsinə. 
 
Altdan qıfıllanıb üstdən geyindi, 
Üstdən qıfıllandı hər iki qardaş. 
Yol boyu atların əzəmətindən, 
Silkələnir qaya, titrəyirdi daş. 
 
Yolda bir qaranlıq tutdu onları, 
Sel axdı göylərdən çöllər uzunu. 
Hirsindən intiqam alırmış kimi, 
Dağladı şimşəklər onun gözünü. 
122 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
123 
 
 
Bir azdan təbiət çəkib qılıncı, 
Qopardı pisliyi göyün tağından. 
Həzz aldı boynunda mirvari kimi, 
Yeddi rəngə çalan göy qurşağından. 
 
Bu an təklif gəldi Məmmədalıdan, 
Çapdılar atları Dərəçiçəyə. 
Günorta üstündə dayanan Günəş, 
Pay verdi nurundan burda hərəyə. 
 
Payız öz sözünü deyirdi artıq, 
Heyva saralırdı budaqlarında. 
Gözəl təbiəti Dərəçiçəyin
Xoş ovqat yaratdı qonaqlarında. 
 
Görüb atlıları tanıdı dərhal, 
Açdı qapıları Səlimxan ağa. 
Onun da bir vaxtlar Məmli kişiylə, 
İzləri düşmüşdü dərəyə, dağa. 
 
Ocağın çathaçat düşürdü közü, 
Kəsilib asıldı qarmaqdan quzu. 
Köhnə xatirələr təzələndikcə, 
Səlimxan ağanın qurtarmır sözü. 
 
Birdən gülümsəmiş durdu yerindən, 
Görək nə düşündü Səlimxan bu an, 
123 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
124 
 
 
Götürüb sazını dedi, – ay oğul, 
“Atüstü” havası sevərdi atan. 
 
Söhbətlər uzandı qaş qaralınca, 
Təbiət gözlərdə lap daralınca. 
Gecəni daş kimi yatdı igidlər, 
Günəş üfüqlərdən öpüş alınca. 
 
Samovar dəmlənib gəldi süfrəyə
Bal da naz eylədi qaymağa sarı. 
Arası pendirli fətir dürməyi, 
Oldu şirin çayın istəkli yarı. 
 
Son qurtum çayı da çəkib başına, 
Durdular əl basıb saxsı fincana. 
Hallalaşıb çıxdı igidlər ordan, 
Atlar qoşalaşıb getdi yan-yana. 
 
Bir kəndin yanından keçirdi onlar, 
Vay-şivən səsləri düşdü araya. 
Dara çəkirdilər kimisə sanki, 
Bir adam yoxdumu çata haraya? 
 
Bir az yaxınlaşıb dinşədi onlar, 
Bu dəm eşidildi səsi məmurun: 
– Ya indi vergini ödəməlisən, 
Ya şallaq altında bitəcək ömrün! 
124 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
125 
 
 
Mələşdi uşaqlar, yalvardı arvad, 
Məmurun söyüşü kəsmədi qəti. 
– Məmmədalı, məni gözlə burada, – 
Deyərək Mehralı səyirtdi atı. 
 
Qırğı tək şığıdı bu çaxnaşmaya, 
Məmur əllərində sərçəyə döndü. 
Alova bürünmüş kazak dəstəsi
Elə bil sellərin ağzında söndü. 
 
Alıb şallağını vurdu nə ki var, 
Məmurun naləsi göylərə çıxdı. 
Çəkib qulağını üzdü yerindən, 
– Götür, vergi budur, – deyib buraxdı. 
 
Tökdürdü kəndlərdən yığdıqlarını, 
Hər kəsin pulunu özünə verdi. 
Yox oldu kazaklar göz qırpımında 
Camaat mat qaldı, – bu necə sirdi? 
 
– Ayə, bu Mehralı bəydi, ay oğul, – 
Söylədi ucadan el ağsaqqalı. 
Cibindən bir neçə sikkə çıxardıb, 
Daxma sahibinə verdi Mehralı. 
 
Yönəldi üzünə heyran baxışlar, 
Axışıb aldılar onu dövrəyə. 
125 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə