Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Elbəyi Cəlaloğlu 
126 
 
 
Qocalar yalvardı göyə üz tutub: 
– Ya Rəbb, sən kömək ol Mehralı bəyə! 
 
Çox da dayanmayıb burda igidlər, 
Çapdılar atları sərhədə doğru. 
Təzə hadisədən xəbər tutanda
Çar Aleksandrın yarıldı bağrı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
126 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
127 
 
 
 
Qardaşların Qaradağ səfəri 
 
O taya keçdilər yarıb Arazı, 
Gözlərdən gen durub, iraq gəzdilər. 
Gecələr kəndlərdə müsafir olub, 
Gündüzlər atlanıb uzaq gəzdilər. 
 
Qacar ölkəsində bu igidlərə
Hər yanda sevgiylə açıldı qollar. 
Bir gün də açaraq gen sinəsini, 
Çəkib Qaradağa apardı yollar. 
 
Hərdən çobanlara pənah gətirib
Binə dolaşdılar, dəyə gəzdilər. 
Bəzən də kəndlərdən saldılar yolu, 
Dostlarla çay içib, çörək kəsdilər. 
 
Qayğılı görkəmi Məmmədalının, 
Çəkdi diqqətini böyük qardaşın. 
Çimdi baxışları sonalar kimi, 
Xiffət yağmurunda kirpiyin, qaşın. 
 
Bu dəfə çağırıb kiçik qardaşı, 
Mehralı dərdini soruşdu ondan. 
Başını aşağı dikib bu gənc də, 
Söz açdı bir qıza vurulduğundan. 
127 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
128 
 
 
Mehralı bir azca düşünüb dedi: 
– Qəm yemə, Yaradan çatar dadına. 
Sənintək bir zaman mən də yanmışam, 
Alışıb sevginin, eşqin oduna. 
 
– Axşam danışaram Mürsəl dayıyla, 
Qoy elçi göndərsin Ziba xalanı. 
Kim verməz qızını belə igidə, 
Dəmirdi, poladdı elə bil canı. 
 
Elə həmin axşam Məmmədalını 
Xədicə xanımla nişanladılar. 
Vaxtı itirməyib burda igidlər, 
Toy tədarükünü düzənlədilər. 
 
Aşıqlar deyişdi üç gün, üç gecə, 
Hikmət cilalandı dodaqlarında. 
Erkəklər kəsildi bu şərafətə, 
Qazanlar qaynadı ocaqlarında. 
 
Toydan bir neçə gün keçmişdi artıq, 
Müsaidə alıb hazırlaşdılar. 
Yükləyib gəlinin cer-cehizini, 
Ağbabaya doğru dağlar aşdılar... 
 
Ozanların dili yüyürək olar, 
Qaraltı görmüşdü Hüsniyyə ana. 
128 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
129 
 
 
Əllərini qoyub gözünün üstə, 
Qəməri tanıdı o hannan-hana. 
 
Xeyli gözlərini çəkmədi yoldan, 
Gordü tələsməyir, ləng gəlir atlar. 
Başqa bir atda da nazənin sənəm
Yanlarında yüklü bir qatır da var. 
 
Hüsniyyə od saldı samovarına, 
Bu dəm köməyinə yetişdi Bahar. 
– Qızım, gəl tədarük görək, – söylədi, 
Deyəsən, qonaqla gəlir uşaqlar. 
 
Sevincə qərq oldu ev də, eşik də, 
Xəbər göndərildi dosta, tanışa. 
Gecə öz hökmünü verdiyi zaman, 
Qaçaqlar gəldilər yenə görüşə. 
 
Fərəhdən don geyib tələsdi hamı, 
Uşaqlar böyüdü bir arpa boyu. 
İmkanı olsaydı ananın bu gün, 
Zurnaçı gətirib edərdi toyu. 
 
Naşükür deyildi Hüsniyyə ana, 
Qəlbi dağa dönüb, gülürdü üzü. 
Yenə işə saldı şirin dilini, 
Oynamaq keçirdi fikrindən düzü: 
129 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
130 
 
 
Qaradağdan şam gəlib, 
Altun dolu cam gəlib, 
Şükür sənə, ya Rəbbim
Bir gözəl balam gəlib. 
 
Xallı-xallı xalçası, 
Güllü-güllü boxçası, 
Gəlnimin yanaqları, 
Qızılgülün qönçəsi. 
 
Hamının gülsün üzü, 
Sevinsin oğlu, qızı. 
Nə yaraşır gəlnimə, 
Allı-güllü cehizi. 
 
Cer-cehiz söhbəti gələndə dilə, 
Qaş-qabaq sallayıb cırnadı Bahar. 
Əliboş gəlmişdi ata evindən, 
Qızarıb-bozardı indi çar-naçar. 
 
Anladı səhvini Hüsniyyə ana, 
Gördü ki, gəlnini boğur qəm-qəhər. 
Bir də işə salıb şirin dilini, 
Baharın könlünü aldı bir təhər: 
 
Hər gəlinim bir xanım, 
Varım, şöhrətim, şanım. 
130 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
131 
 
 
Biri ruhum, nəfəsim, 
Biri ürəyim, canım. 
 
Xədicəm şahanədi, 
Gövhərdi, dürdanədi. 
Neynirəm cer-cehizi, 
Bahar bir xəzinədi. 
 
Qurbanam camalına, 
Üzündəki xalına, 
Dəyişmərəm Baharı 
Bu dünyanın malına. 
 
Arxada qoyurdu bütün hər nə var
Bu günü dünənə çevirən zaman. 
Günün şəfəqində sayrışan dağın, 
Alır zirvəsini hərdən qar, boran. 
 
Gündüzlər dağlarda gəzər Mehralı, 
Qaranlıq düşəndə gələrdi evə. 
Kəklikdən, turacdan vurub gətirər, 
Hərdənbir meylini salanda ova. 
 
Beləcə ötüşdü həftələr, aylar, 
Çatdı düşmənlərə onun sorağı. 
 
 
131 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
132 
 
 
Nə çoxdu obada ağzıgöyçəklər, 
Fürsət axtarandı kəmfürsət, yağı. 
 
Qara kölgələri duydular artıq, 
Təhlükə gözləndi koldan, gədikdən. 
Beş-üç gün düşməni çaşdırmaq üçün 
Mehralı gen düşdü evdən, eşikdən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
132 
Elbəyi Cəlaloğlu 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə