Elbəyi CƏLALOĞLU
2
Kitabın ərsəyə gəlməsində göstərdiyi maddi dəstəyə
görə
Hüseyn Artıkoğluna təşəkkür edirəm.
Müəllif
Redaktorlar:
Vaqif Yusifli,
filologiya elmləri doktoru
Asif Ozan,
fəlsəfə üzrə fəlsəfə doktoru
Məsləhətçi:
Rüstəm Kamal
Elbəyi Cəlaloğlu. Eşq dənizləri qovuşanda (
dərviş-
namə)
Bakı, 2013. – 226 səh.
Şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun oxucu-
larla sayca altıncı görüşü olan bu dərvişnaməsi dahi Türk sufi
şairləri Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumiyə həsr olun-
muşdur. Müəllif bu əsərində təsəvvüf fəlsəfəsindən ətraflı söz aç-
maqla yanaşı, XIII əsr Anadolu Səlcuqlu
tarixinə də kifayət qədər
işıq salmışdır.
C 4700000000 — 097 Qrifli nəşr
057 — 12
© Elbəyi Cəlaloğlu, 2013
Elbəyi CƏLALOĞLU
4
I F Ə S İ L
Dinin günəşi
Həmin səhər Günəş, öz qızıl şəfəqləri ilə qozasından ye-
nicə çırtlamış qızılgülü xatırladırdı. Onun hər iki tərəfində
yarpağa bənzər bir əlçim bulud görünürdü. Kül rəngində
olan bu bulud topaları Günəşin istisində yanıb külə dönə-
rək, küləklə sovrulmuş gecənin qalıqlarına da bənzəyirdi.
Bu gecənin də günahı əvvəlkilərdə olduğu kimi, insanları
yuxuya verib, çox şeydən məhrum etməsində idi. İndi Gü-
nəş yenə də hər səhər olduğu kimi, ona “tövbə” dedirdirdi.
Lakin axşamüstü Günəşin üfüqlərə çəkilməsindən istifadə
edən qaranlıqlar “tövbə”sini bir daha pozacaqdı. Bu, Yara-
danın bineyi-qədimdən qoyduğu əbədi bir gərdişdir. Lakin
bundan fərqli olaraq, cəmiyyətdə kiminsə tutduğu yüksək
mövqeyindən sui-istifadə edərək niyyətinə nail olmaq üçün
insanları günün günorta çağında məcazi mənada yuxuya
verməsi, yəni aldatması məkrlilikdən xəbər verir. Çünki
orada Tanrıya xoş gəlməyən bir məqsəd var. Bu məqam
vaxt baxımından bildiyimiz gecənin yox, məhz qaranlığın
çirkin insanlıq əlaməti kimi formalaşmış mənəvi anlamıdır.
Əslində isə ulu Tanrı hər şeyi yoxdan yaradıb, deməli, yox-
luq qədər görünməz olan gecə və ya Günəşin batmasıyla
yaranan qaranlıq maddənin yaranması və gücün toplanma-
sına xidmət edır. Gündüz, yaxud işıq isə hərəkət və gəliş-
mədir. Hərəkətin meydana gəlməsi üçün gücün toplanması
vacib şərtdir, gecə və gündüzün eyni ardıcıllıqla davam et-
məsi də elə bunu göstərir. Həmişəki kimi başına buxara şiş
papaq qoyub, əyninə qara rəngli keçədən xirqə – yun libas
geymiş Məhəmməd belə bir düşüncələr içində bu
mənzərə-
Eşq dənizləri qovuşanda
5
ni xeyli seyr etdi və “Əl-Quranul-Kərim”dən “Yunus” Surə-
sinin 67-ci ayəsini dilinə gətirdi: “Gecəni dincəlməyiniz
üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün)
işıqlı edən Odur. Həqiqətən, bunda (Allahın kəlamını) eşi-
dənlər üçün (ibrətamiz) dəlillər vardır”.
O, həmişəki kimi bu səhər də erkən durub əvvəlcə dan
ulduzuna nəzər salmışdı, sonra da üfüqdə sübhün nuru gö-
rünməmişdən “sübh namazı”nı qılmışdı. İndi isə onun za-
hiri gözəlliyi Günəşin şəfəqləri altında bir az da cilalanmış-
dı. Məhəmməd əllərində açıq vəziyyətdə kitab tuturmuş ki-
mi dayanıb, pıçıltı ilə dualar oxudu və salavat çevirdi. Sonra
isə bir-iki addım atıb dayandı və bu mənzərəni bir daha nə-
zərindən keçirdi. Birdən onun dodaqlarına xəfif
təbəssüm
qondu, – mənim əcdadım olan ulu babam da milyon illər
öncə, bax beləcə, bu Günəşin doğduğu yerdən gəlmişdi, ta-
rixi yaratmışdı, Günəşə də sitayiş edərək, ona “Şərqin sulta-
nı” demiş və onun hərəkəti istiqamətində fəthlərini davam
etdirmişdi, – deyə düşündü. Sonra da, – elə ona görə də,
oğuz babalarımız özlərinə eyni zamanda “Göy oğulları” da
deyiblər, axı “göy” ifadəsi “səma” anlamına gəlməklə yana-
şı, həm də cəhət olaraq “şərq” anlamındadır, oradakı “sul-
tan” ayini isə millətimə yarandığı gündən başlayaraq bütün
zamanların əbədi sultanlığını, daimi hökmranlığını bəxş et-
di, – Məhəmməd bu cür düşünərək fikirlərinə bir az da
açıqlama gətirdi. Özünü hər yerdə, hətta ata ocağında belə
“qərib” adlandıran bu qəribə adam öz-özünə yavaş səslə, –
mən də Günəşə bənzəmək, aləmi işıqlandırmaq
istəyirəm,
insanlığın, inamın, imanın, dinin günəşinə çevrilmək üçün
ulu yaradandan sevdalı olmağı arzulayıram, Haqqa qovuş-
maq, adını daşıdığım Peyğəmbərin yoluyla meraca getmək
niyyətindəyəm, bütün çabalarım da elə bununla bağlıdır, –
dedi. Sonra isə, – mənim fəthlərim insanların düşüncəsində,
dərrakəsində olacaq, edəcəyim çevriliş isə onların təfəkkü-
ründə baş verəcək, lakin mən kimsəyə əbədi hökmranlıq
yox, bütün bəşəriyyətə Allah eşqi, Tanrı sevgisi bəxş etmək
arzusundayam, – deyə əlavə etdi... Əlbəttə, ondakı bu əla-