Eşq dənizləri qovuşanda
15
tıq hökm çıxıb, yerinə yetirilib, daha buna əlac edə bilmə-
rəm, lakin onun imanla ölməsi, axirət əzabı görməməsi
üçün dua edərəm, – deyir. Doğrudan da iki gün keçməmiş
o, müəzzinin dünyasını dəyişdiyini eşidir. Şəms Təbrizinin
seyfullahlığı onun bu cür kəskin haqsızlıqlarla qarşılaşdığı
zaman özünü büruzə verirdi...
Buna bənzər bir hadisə də Bağdadda baş vermişdi. Şəms
ardıcıl olaraq bunu da yaddaşında vərəqlədi. 1241-ci ildə
Bağdadda olarkən hikemiyat bilginləri ilə uzunmüddətli
mükalimələrini başa vurduqdan sonra Şəms Təbrizi mədrə-
sədən çıxıb yola düzəlir. O, bir sarayın qarşısından keçərkən
həzin saz səsi eşidir və ayağını saxlayır. Şəms Təbrizi ifaçı-
nın kim olduğunu təxmin edə bilməsə də, çaldığı “Ürfanı”
saz havasının feyzi ilə aşığın ruhlar aləminə qapıldığını yə-
qinləyir. Çünki aşıq bu havanı o qədər gözəl şövqlə, ruh
yüksəkliyi ilə ifa edirdi ki, burada dayanmamaq mümkün
deyildi. Şəms Təbrizi ürəkaçan, insanın ruhunu Haqqa
aparan musiqini dinləmək üçün ayaq saxlayır və bu zaman
onun qəlbindən belə bir hiss keçir, – bəli, diqqətlə baxdıqda
nur damlasına bənzəyən saz mənim ulu babalarımın mü-
qəddəs ruhunun görünən üzüdür... Şəms Təbrizi bu fikir-
dəykən sazın həzin səsi ovsunlayaraq özünə çəkdiyindən o,
sarayı əhatə edən hasarın qapısından içəriyə doğru bir neçə
addım atır. Sarayın sahibi onu görcək nökərlərindən birinə
əmr edib, qışqırıqla, – vur o dərvişi, qovala buradan, rədd
olub getsin! – deyir. Saray sahibinin bu nalayiq sözlərini eşi-
dən Şəms Təbrizinin içində ona qarşı nifrət baş qaldırır. Hər
an ağasının əmrində müntəzir dayanan nökər isə buyuruğu
eşidən kimi tələm-tələsik Şəms Təbriziyə yaxınlaşır və əlini
qaldırıb onu vurmaq istəyir. Lakin bu zaman ovqatı pozul-
muş Şəms Təbrizi “sizi saz vursun!” deyərək onları dərin
nifrətlə qarğıyır. Söz dərvişin ağzından çıxan kimi nökərin
qolu tutulur və o, ağasının əmrini yerinə yetirə bilmir. Bunu
görən saray sahibi digər köləsinə dərvişi qovmaq əmri verir.
Lakin kölə yaxınlaşmağa cəhd edən kimi elə yerindəcə qıc
olur. Qəlbində saray sahibinə hədsiz dərəcədə nifrət doğan
Elbəyi CƏLALOĞLU
16
Şəms Təbrizi saraydan uzaqlaşmağa başlayır. Lakin hadisə-
dən heyrətə gələn saray qulluqçularının heç biri daha onun
ardınca qaçmağa cürət etmir. Şəms Təbrizi xeyli əvvəl baş
vermiş bu xoşagəlməz hadisəni xatırlayarkən saray sahibi-
nin onu qovdurmasını bu gün olubmuş kimi yadına saldı
və bunları düşünə-düşünə hiddətindən yanaqları qızardı.
Lakin Şəmsin yaddaşına birdəfəlik həkk olunmuş bir həqi-
qət var idi. Belə ki, həmin hadisədən iki gün keçməmiş sara-
yın fironlaşmış sahibi də əvvəlki hadisədəki müəzzin kimi
keçinmişdi...
Şəms Təbrizi çoxsaylı səfərləri gedişində o dövrün ən
məşhur elm və ürfan adamları ilə görüşüb müzakirələr
aparmış, istər müasirləri, istərsə də əvvəlki dövrlərdə yaşa-
mış görkəmli şəxsiyyətlər haqqında öz fikirlərini aydın, qə-
rəzsiz, bəzən də çox sərt və kəskin şəkildə ifadə etmişdir.
Bütün bunları xatırlamaqdaykən onun yadına “ən böyük
şeyx” ləqəbi ilə tanınan, 75 il ömür sürərək cəmi dörd il
bundan qabaq – 1240-cı ildə rəhmətə getmiş Mühyiddin İbn
Ərəbi düşdü. O, böyük alimlə olan söhbətlərini təfsilatı ilə
xatırladı. Bəzən onun məntiqi qarşısında çaşıb qalan böyük
alimi düşünərək gülümsədi, dodağı qaçdı: “Sözünün əvvə-
lində də mənə “övladım!” deyirdi, axırında da. Sonra da
batini aləmlə bağlı olan düşüncələrimi, qeyri-adi fikirlərimi
heyranlıqla dinləyərək, – belə də övlad olarmı?! – deyərdi
və gülərdi. Şəms Təbrizi bununla yanaşı, İbn Ərəbinin dahi-
liyinə məftunluğunu ifadə edərək, – o, bir dağ idi, dağ!
Heyrətamiz, ibrətamiz bir kişiydi. O, həm də, yaxşı həmsöh-
bət idi, – deyə düşündü. Birdən Şəms Təbrizi ayağını saxla-
dı, ürəyindən Mühyiddin İbn Ərəbinin ruhuna “Yasin”
oxumaq keçdi. O, istəyini yerinə yetirdi...
Şəms Təbrizinin köhnə xatirələri bu gün ona yol yoldaşı
olmuşdu. İndi isə I Əlaəddin Keyqubadın 1221-ci ildə inşa
etdirdiyi Konya qalasının yaxından görüntüsü onu xəyallar-
dan tamamilə ayırmışdı. Şəms Təbrizi bir neçə gün bu şə-
hərdə qaldıqdan sonra təkrar Şama yola düşəcəyi barədə
düşünmüşdü. Lakin o, bu şəhərdə başına nələr gələcəyin-
Eşq dənizləri qovuşanda
17
dən hələ xəbərsiz idi. Bəlkə də onu bu şəhərə gətirən Haq-
qın bəlli olmayan sirli hökmü idi. Yoxsa uzaqdan Konyanın
havasını duyar-duymaz o, niyə hövlləndi? Ulu Tanrının
min bir hikmətinə vaqif olan “Dinin günəşi” bu hikməti, bu
haləti çözməkdə çətinlik çəkdi. Birdən o, harasa tələsirmiş
kimi yerişini sürətləndirdi, az qala yüyürürdü. Nədən belə
etdiyini heç onun özü də bilmirdi. Bu sirr, bu hikmət isə hə-
ləlik yalnız Haqqın özünə bəyan idi. Bəlkə də bu, Tanrının
ayırdığı müqəddəslik payının Konyaya Şəms Təbrizinin
timsalında verilməsi idi... Bax, bu baqi hökmlərdən dolayı,
Mürşidi-kamil Şəms Təbrizinin Şama getməsi hələlik təxirə
düşdü. Şəms Təbrizi bu gəlişində Konyada elə bir dahi ilə
qarşılaşacaqdı ki, bu görüş onun həyatının ən maraqlı dönə-
mi, ən qiymətli etapı olacaqdı...
Elbəyi CƏLALOĞLU
18
I I F Ə S İ L
Bəlxdən Konyaya
Mövlana Cəlaləddin Rumi səhər lap erkən durmuşdu.
Ovqatı təlx vəziyyətdə həyətdə gəzişirdi, bu gecə yuxuda
gördükləri halını bir qədər qarışdırmışdı, mədrəsəyə get-
mək belə yadına düşmürdü. Payızın son ayı olduğundan
şaxtalı hava az qala adamın üzünü qarsalayacaqdı. Mövlana
kürkünün yaxısını çəkib, göyə boylandı. Səma o qədər
şəffaf idi ki, xırdaca bir bulud ləkəsi belə onun üzünə yapışa
bilməmişdi. Saçlarını səhərin mehi dağıtmış nazlı qızlar
kimi üfüqdən boylanan Günəşin qızılı şəfəqləri göyün
aydınlığına xüsusi bir parıltı vermişdi. Mövlana Cəlaləddin
zövq oxşayan bu gözəllikləri seyr edə-edə, sanki yuxuda
gördüklərini indi canlı olaraq yenidən yaşayırdı.
Bu gecə onun yuxusuna Bəlx şəhərinə bitişik olan do-
ğulduğu Hacı Golaq kəndi girmişdi. Cəlaləddin doğma
kəndini tərk edəndə cəmi beş yaşı var idi. Bəlkə elə buna
görəydi ki, yuxusunda doğma kəndini, körpə vaxtlarında
uşaqlarla qaçdı-tutdu oynadığı məhəlləni dumanlı görmüş-
dü. İndi isə onu xiffət bürümüş, atalı-analı günləri yadına
düşmüşdü, Bəlxdən Konyaya qədər uzanan ömür yolları
gözünün qabağından keçirdi. Mövlananın atası Bahaəddin
Vələd sağlığında danışmışdı ki, bir həftə olarmış onun Sə-
mərqənddən Vaxşa, oradan da evə qayıtdığı, yol yorğunlu-
ğu canını təzəcə tərk edibmiş ki, elə bu vaxt – 1207-ci il sent-
yabrın 30-da Möminə Xatunun sancısı tutduğundan evə
əvənçi çağırılıb. Bahaəddin Vələd fikirli-fikirli evlərinin qa-
bağındakı bağda gəzişdiyi vaxt, qonşunun uşaqlarından biri
ondan “oğlun oldu” deyərək xələt istəyib. Muştuluqçu xələ-
Dostları ilə paylaş: |