www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
48 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Qarının onu qovmağa heyi qalmamışdı, bəlkə də pişik özününküydü deyən yanından
qovmurdu...
Nəhayət, ünvanı tapdım. Birinci mərtəbəsində "Ramal" mağazası yerləşən bina on üç
mərtəbəliydi. Onun yanındakı zibillikdə bir kişi ilə qadın eşələnirdi. Durub baxdım. Qadın nəsə
tapmışdı, kişi onun əlindən almaq istəyirdi.
"Bilirsən, bizimlə avropalıların arasında fərq nədir?" Bu sualı mənə bir zamanlar yaşca böyük
həmkarım vermişdi. Başımı bulamışdım. "Fərq ondadır ki, avropalılar öz vətənlərinin
zibilliyində eşələnməyi qürbətdə firavan yaşamaqdan üstün tuturlar". Həmin həmkarımın bu
fikirlərini yadıma salanda ürəyimdə Ulu Yaradana şükür elədim. Şükür elədim ki, "axırı biz də
vətənimizin zibilliyində eşələnməyi qürbətdə yaxşı yaşamaqdan üstün tuturuq". Bilirəm ki,
sarsaq fikirdi...
Binanın onbirinci qatına piyada qalxdım, lift işləmirdi. Beşinci mərtəbəyə çatanda dayanıb
nəfəsimi dərdim. Yan otaqdan qatmaqarışıq melodiya eşidilirdi. Musiqinin sözlərini anlaya
bilmədim. Deyəsən, azərbaycanca oxuyurdular.
Nəhayət, çatdım. Çin istehsalı olan dəmir qapını astaca döydüm və bir müddət gözlədim.
İçəridən səs gəlmədi. Yəqin ki, eşitmədilər. Çünki qapının səsi yaxşı çıxmırdı. Ona görə də
qapını təzədən, amma bir az bərkdən döyəsi oldum. Aha, eşitdilər. Ayaq səsləri qapıya
yaxınlaşdı və qapının o biri üzündəki adam kimliyimi xəbər aldı. Deyəsən, Fatimə xanım
özüydü. Mən kimliyimi dedim, köhnə qonşuları olduğunu yadına saldım.
O, məni xeyli sorğu-suala tutdu, kimin oğlu olduğumu, hansı işin qulpundan yapışdığımı təkrar-
təkrar soruşdu, amma xatırlamadı. Görünür, tanımaq istəmirdi, hansısa keçmiş xatirə məni
tanımaqdan çəkindirirdi. Nəhayət o:
- İndi qonşulara da etibar qalmayıb, özü də köhnəsindən ola, - dedi.
Mən onun eyhamlarını başa düşdüm. Köhnə qonşular keçmişdəki etibardan istifadə edib borc pul
alırdılar, amma qaytarmırdılar. Zəmanə dəyişmişdi. Elə adamlar da. Mən dübarə dedim ki, elə-
belə qonşu deyiləm, yazaram, bəlkə də məni televizorda görüb, amma tanımayıb. Qapının
dalındakı səs məni yenə də tanımadığını dedi.
- Məhəmməddən xəbər gətirmişəm, - dedim.
Mənim bu qəfil xəbərimdən o, özünü itirdi, səsini xırp kəsdi. Yəqin, mənə nə cavab verəcəyini
düşünürdü. Sonra asta səslə, az qala pıçıltıyla:
- Türkiyədən gəlmisən? - deyə xəbər aldı.
Onun sualına cavabında mən də astadan dedim ki, Türkiyədən gəlmişəm və Məhəmməd barədə
vacib xəbər var.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
49 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Bundan sonra o, qapını azca araladı, məni başdan ayağa qədər süzdü. Üst-başıma baxdı, deyəsən,
normal adam olduğuma inandı, qapını tamam açıb:
- Gəlin, - dedi və kənara çəkildi.
Mən içəri keçdim. Kandar qaranlığıydı. Cavan bir qız aralıda dayanmışdı. O da Fatimə xanım
kimi hicablıydı və baxışlarıyla bizi izləyirdi.
- Anam, sən get dərslərini hazırla, - deyə Fatimə xanım qıza bu cür müraciət elədi, sonra mənə
tərəf dönüb, - anamın adını qoymuşuq, onu xatırlayarsınız, yəqin.
Mən onun son sözlərini başımla təsdiqlədim. Cavan qız yan otağa keçdi, biz isə qonaq otağında
oturduq.
Qonaq otağı da yarıqaranlıq idi. Bu cür alatoran mühit adamda bədbin əhval yaradır. Uzun
müddət belə bir məkanda yaşasan, görmə qabliyyətini də itirərsən. Amma, deyəsən, bu, ev
sahiblərinin vecinə deyildi.
Oturduğum divan köhnəydi, yumşaqlığı itmişdi. Güman ki, köhnə evin yadigarıydı.
Fatimə xanım:
- İndi sizə çay gətirərəm, - deyərək, mətbəxə keçdi və mənim:
- Zəhmət çəkməyin, - sözlərimi qulaqardına vurdu.
O gələnə kimi ətrafa göz gəzdirdim. Servantda bir neçə şəkil vardı. Durub onlara yaxınlaşdım,
diqqətlə baxdım. Məhəmmədin uşaqlıq şəkli, bacısı ilə birgə dayanıb, görünür, köhnə məhlədə
çəkilib. Məhəmmədin əynində ağ, uzun alt paltarı var, belələrini qoca kişilər geyinir. Bacısının
uzunqol köynəyi və uzun tumanı var, başına yaylıq bağlayıb. Hər ikisi nəyəsə baxıb gülür,
gözlərini də azcana qıyıblar. Yusifin duşxanasının böyrü görükür, əncir ağacının kölgəsi ora
düşürdü.
Sonra Məhəmmədin cavanlıq şəkli gəlirdi. O, bu şəkli, yəqin, şərəf lövhəsi üçün çəkdiribmiş.
Mənə belə gəldi. Qaraqaş, qaragöz bu oğlan həmin vaxt nə düşünürmüş, görən? Fikirlidir, sanki,
qarşıda onu ağır döyüş gözləyir. "İndi hardadır?" - deyə özüm-özümə pıçıldadım və nədənsə
onun günahsızlığına inandım.
Fatimə xanım bir azdan məcməyiylə birgə qayıtdı. Çayı stolun üstünə qoydu, mənim şəkillərə
diqqətlə baxdığımı görüb:
- Köhnə məhləmizi tanıdınız, yəqin? - Başımla təsdiqlədim. - Məhəmməd bu şəkli Türkiyəyə
getməzdən öncə çəkdirmişdi, - deyə əlavə elədi.
- Hə... - Mən dodağımın altında mızıldandım.
- Çayınızı için. Lənkəran çayıdır, rəng qatılanlardan deyil.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
50 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən yerimə qayıtdım. Fatimə xanım böyürdəki kresloda oturdu, başını aşağı saldı. O, yəqin ki,
mənim danışmağımı gözləyirdi. Mən nədən başlayacağımı bilmirdim. Onun gözləməyə hövsələsi
çatmadı və başını qaldırıb:
- Məhəmmədi gördünüzmü? - soruşdu.
Mən cavab verməzdən öncə onun üzünə diqqətlə baxdım. Sanki hicabın altından mənə zillənən
gözlər Züleyxanınkıydı. Amma sifət o deyildi. Onda daha çox əzab vardı, mənsə Züleyxanı
sağlam və cavan kimi yadımda saxlamışdım. O, mənim diqqətlə baxdığımı görüb həyəcanlanan
kimi oldu, qızardı, yaylığını düzəltdi.
Mən:
- Orda dedilər ki, Məhəmməd yoxa çıxıb, siz bilən harda olar? - deyə suala sualla cavab verdim.
O, duruxdu. Qəribəydi ki, heç nigaran olmadı da. Sanki hər şeydən xəbəri vardı. "Bu necə
anadır?!" Özlüyümdə heyrətləndim. Sonra Fatimə xanım hüznlü səslə:
- Biz heç nə bilmirik, - dedi, - elə bilirdim, siz nəsə bilirsiniz.
- Məhəmmədin yoxa çıxmasını sizə İstanbuldan da xəbər veriblər. Heç narahat olmadınızmı?
Fatimə xanım yenə də susdu. Mən davam elədim:
- Sizin bacınız vardı, Züleyxa. Ondan xəbəriniz var?
Züleyxa adını eşidəndə sanki onu ilan vurdu, ağzı-gözü əyildi, kirpikləri səyriməyə, dodaqları və
əlləri titrəməyə başladı.
- Ondan danışma! O, kafirdir! - deyə üzümə bozardı.
- Onun haqqında keçmiş zamanda danışsanız yaxşıdır, - dedim, - çünki o, yoxdur, o, ölüb, daha
doğrusu, öldürüblər.
Mənim bu sözlərim Fatimə xanıma təsir eləmədi. Görünür, o, ölümdən xəbərdar idi, bəlkə də bu
qara xəbər onun vecinə deyildi.
- Məhəmməddən şübhələnirlər, - dedim, - onun adı bir terrorçunun gündəliyindən tapılıb.
- Məhəmmədin o qancığı öldürməsinə inanmıram. Amma öldürübsə, südümü ona halal edirəm.
- O, sizin bacınız idi, onun haqqında bu qədər qansız niyə danışırsınız ki?! - heyrətimi
gizlətmədim.
Fatimə xanım hikkə ilə:
- Siz heç nə bilmirsiniz. Siz onu tanımırsınız! - dedi. Sonra o biri otağa keçib, "Hürriyyət+"
qəzetinin bir neçə nüsxəsini gətirdi və stolun üstünə atdı. - Baxa bilərsiniz, adam onlara baxanda
özü özündən iyrənir. Əslində, mən onlara əl vurmamalıyam, kitabımız buna icazə vermir, amma
məcburam.
Qəzetləri bir-bir səhifələyib baxdım. "Hürriyyət+"in əlavələriydi. Züleyxanın yarıçılpaq şəkilləri
qəzeti "bəzəyirdi". Şəkillərin hamısı, demək olar ki, eyni pozada çəkilmişdi. O, nə istədiyini
Dostları ilə paylaş: |