Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə22/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Xlorlu əhəng CaOCl2. Xlorlu əhəngə ağardıcı əhəng də deyilir. Xlor iyi verən ağ rəngli toz halında maddədir. Xlorlu əhəng sönmüş əhənglə Ca(OH)2 xlorun qarşılıqlı təsirindən alınır:
2Ca(OH)2+2Cl2Ca(OCl)2+CaCl2+H2O

Xlorlu əhəngin əsas təsir edən hissəsi kalsium-hipoxloriddir Ca(OCl)2. Bu duzun hidrolizindən və ya havanın karbon qazının təsirindən davamsız, asan parçalanan hipoxlorit turşusu HClO alınır:


H2O+CO2+Ca(ClO)2CaCO3+2HClO


Əmələ gələn HClO turşusu davamsız olduğu üçün asanlıqla parçalanır və atomar oksigen ayrılır. O güclü oksidləşdirici, ağardıcı və dezinfeksiyaedici xassə göstərir:


HClOHCl+O
Kalsiumun mühüm birləşmələrindən olan gipsin aşağıdakı növləri vardır:
1) CaSO4. 2H2O - təbii gips;
2) (CaSO4)2 . H2O - yandırılmış gips (alebastr);
3) CaSO4 - susuz və ya ölü gips.
Təbii gipsi CaSO4. 2H2O 150-1800C-də qızdırdıqda yanmış gips (alebastr) alınır:
2CaSO4 . 2H2O (CaSO4)2. H2O+3H2O
təbii gips alebastr

Alebastrın bərkimə xassəsindən inşaatda suvaq kimi, təbabətdə isə gips sarğılarının qoyulmasında istifadə olunur.


Təbii gipsi daha yüksək temperaturda qızdırdıqda o, tamamilə suyunu itirir və susuz gipsə çevrilir:

CaSO4 . 2H2O CaSO4 + 2H2O


CaSO4 suyu birləşdirmək qabiliyyətinə malik olmadığına görə ona «ölü gips» deyilir.


Kalsium xlorid - CaCl2. 6H2O. Onun qar və buzla qarışığı
(1,5 hissə CaCl2. 6H2O+1 hissə buz) 500C-yə qədər soyuqluq verir. CaCl2. 6H2O-dan susuz halda quruducu maddə kimi, məhlul halında isə tibb­də qanın laxtalanma qabiliyyətini artırmaq üçün istifadə olunur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə