ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 

35

 



IV 

Lakin bu istiqamətdə atmalı olduğumuz başqa addım daha vacibdir. Bu, Azərbaycanda diqqəti cəlb edən 

nə varsa, hamısının öz əksini tapdığı illüstrasiyalı  nəşrin buraxılmasıdır. Gürcülər artıq belə bir iş görüblər 

(Əlavə 8). Biz də ayda bir dəfə  çıxan "L'İmage" jurnalının naşiri ilə razılıq  əldə etmişik. Biz həmin jurnalın 

noyabr nömrəsinin Azərbaycana həsr olunmasını istəyirdik. Lakin fotoşəkillər, açıqcalar və s. baxımından 

əlimizin altındakı materialı gözdən keçirəndə jurnalın illüstrasiya nöqteyi-nəzərindən çox solğun görünəcəyi 

qənaətinə gəldik. Xüsusilə ordumuza dair fotoşəkillərin yoxluğu özünü daha kəskin şəkildə büruzə verir. Bizdə 

General Mehmandarovun bir dənə də olsun şəkli yoxdur. Adını çəkdiyim jurnalın bütün nömrələri isə, demək 

olar ki, hərbi xarakterli şəkillərlə doludur. Bu, bir tərəfdən yaşanan dövrün səciyyəsi ilə bağlıdır, o biri tərəfdən 

isə ölkənin müdafiə qüdrətinin, onun hərbi gücünün göstəricisidir. Bütün bu mülahizələr bizi jurnalın noyabr 

nömrəsi ilə bağlı fikrimizdən daşındırdı. Biz indi noyabr əvəzinə, dekabr, yaxud növbəti ilin yanvar nömrəsini 

götürmək istəyirik. Ümid edirəm ki, o zamana qədər siyahısını  əlavə etdiyimiz fotoşəkilləri və digər zəruri 

illüstrasiya materiallarını Sizdən alacağıq (Əlavə 9). 

Söz yox ki, siyahı minimum tələbləri əhatə edir. Əgər burada göstərilənlərdən əlavə şəkillər və açıqcalar 

göndərsəniz, bizi yalnız sevindirərsiniz. Ancaq xahiş edirəm, bu məsələdə  tələsin ki, cənab Berlin həmin 

materialları özü ilə gətirə bilsin. Biz və "L'İmage" jurnalının naşiri səbirsizliklə gözləyəcəyik. 

 

Mən artıq mətbuat vasitəsilə  təbliğat barəsində Sizə yazmışdım. Bu baxımdan mətbuatın bura yeni 

gəldiyimiz vaxtla müqayisədə indi Azərbaycan haqqında daha tez-tez söz açmasını və ölkəmizin adını daha tez-

tez çəkməsini qeyd etmək zəruridir. Doğrudur, haqqında Hacınskinin Sizə ətraflı məlumat verəcəyi planı həyata 

keçirə bilmədik. Bu da əsas etibarilə dəfələrlə Sizə yazdığım maddi vəsait çatışmazlığı üzündən baş verdi. Lakin 

bütün bunlara baxmayaraq indi heç olmazsa, bizə rəğbət bəsləyən çap orqanları vardır. 

İlk növbədə biz öz bülletenimizin nəşrini davam etdiririk. Artıq üç nömrə  çıxıb, dördüncü isə çapa 

hazırlanır və bu günlərdə  işıq üzü görəcək. Biz bu bülletenləri məlumat orqanı kimi həm burada, həm də 

İngiltərədə və Amerikada hər yerə göndəririk. Eyni zamanda ingilis və fransız dillərindəki memorandumlarımız 

da xəritələr və əhali diaqramları əlavə olunmaqla iqtisadi broşüralarla birlikdə müxtəlif yerlərə göndərilir. 

Bundan başqa biz fransız və ingilis dilində iki həftə-də bir dəfə çıxan "L'Europe Orientale" jurnalından 

istifadə edirik. Bizim haqqımızdakı  məlumatlar "Revue de Monde musulman", "Revue Cantempoiraine" 

jurnallarında, habelə "Le Temps", "L'Humanite", "La Depeche" qəzetlərində  də  çıxır. Son vaxtlar isə özünün 

açıq-aşkar antirus xarakteri ilə seçilən və keçmiş Rusiyanın "yadellilər" adlandırılan əhalisinə rəğbətlə yanaşan 

"Le dernier Nouvelles demidi" qəzeti də bizimlə yaxından maraqlanır. 

Yuxarıda adını çəkdiyim mətbuat orqanlarından bəzilərinin nüsxələri başqa qəzetlərlə birlikdə ayrıca bir 

zərfdə Sizə göndərilir. 

Əvvəldə xatırlatdığım plana gəldikdə isə, biz onu heç vaxt diqqətdən yayındırmırıq. Hökumətdən zəruri 

maddi vəsait alan kimi həmin planı həyata keçirəcəyik. 

Yeri gəlmişkən, indi buradakı bütün mətbuat orqanları mütəşəkkil surətdə Parlament seçkiləri ilə 

məşğuldur (noyabrın 16-da keçiriləcək). 

Ən son momentdə yenə də sözün geniş mənasında mətbuat məsələsi ilə bağlı təzə bir sual ortaya çıxdı. 

Məsələ buradadır ki, "L'Europe Orientale" jurnalının rəhbərləri hələ lap başlanğıcdan onu İsveçrədə çap etmək 

istəyirdilər. Yanvar ayından başlayaraq onlar özlərinin bu niyyətlərini həyata keçirmək fikrindədirlər və jurnalın 

nəşri Cenevrəyə köçürüləcək. Məsələ yalnız jurnalda deyil. Söhbət Cenevrədə keçmiş Rusiya ərazisində 

meydana gəlmiş bütün respublikaların müdafiəsini öz üzərinə götürən bir mərkəzin yaradılmasından gedir. Elə 

dünən bu məsələ ilə bağlı Ukraynanın tanınmış xadimi, keçmiş gimnaziya yoldaşım professor Qruşevski ilə 

geniş söhbətimiz oldu. Onun fikrincə, Cenevrədə hər respublikanın öz mərkəzi yaradılmalıdır, çünki Millətlər 

Cəmiyyəti fəaliyyətini burada davam etdirəcəkdir. Az tanınan xalqlar üçün isə belə  mərkəzlər daha zəruridir. 

Ukraynalılar, estonlar, gürcülər artıq İsveçrədə əməlli-başlı məskunlaşıblar. Əlbəttə bu işlər böyük vəsait tələb 

edir. Yeni yaranan respublikaların hamısı isə, təəssüf ki, belə vəsaitə malik deyil. Qruşevskinin sözlərindən belə 

çıxdı ki, hamının yeganə ümidi Ukraynaya və Azərbaycanadır. Bizdən əhəmiyyətli yardım gözləyirlər. həm öz 

mənafeyimizi, həm də ümumi mənafeyi nəzərə alaraq, belə hesab edirəm ki, bu məsələdə  əlimizdən gələn 

yardımı göstərməliyik. Ən başlıcası isə Cenevrədə özümüzə yer eləməyə tələsməliyik. 

Bu işə  mən partiya məsələsi kimi deyil, ümumi işimiz kimi böyük əhəmiyyət verirəm. Lakin hələ 

məsələ sona qədər aydınlaşdırılmamışdır. Ona görə  də ideyanı  həyata keçirmək üçün zəruri olan planın 

şərhindən özümü saxlayıram.  İndi bir məsələ aydındır ki, biz "L'Europe Orientale" jurnalına yardım 

göstərməliyik. Nümayəndə heyətimiz jurnala yardım məqsədi ilə 10 min frank ayırıb. Həmin məbləğdən 5 min 

frank artıq onun hesabına köçürülüb, qalan məbləğ isə bu günlərdə ödəniləcək. Digər tərəfdən, qarşıdan gələn 

1920-ci il üçün ya 20 min frank ödəməliyik, ya da jurnalın 20 min nüsxəsinə abunə yazılmalıyıq.  Şübhə 




 

36

etmirəm ki, Nümayəndə heyəti hökumətdən tələb olunan vəsaiti alacaq və 1920-ci ildə jurnala lazımi miqdarda 



maddi yardım göstərmək imkanını əldən verməyəcək. 

Təkrar edirəm: jurnal gələcəkdə də bizim üçün çox faydalı bir orqan olacaqdır. Gələcəkdə Cenevrədə, 

Millətlər Cəmiyyətinin gözü qarşısında öz Mərkəzimizi yaradanda isə o, artıq bizim üçün zərurətə çevriləcəkdir. 

Bunu da nəzərə almaq lazımdır ki, İsveçrənin mətbuat orqanlarının səsinə  həmişə diqqətlə qulaq asırlar. Yeri 

gəlmişkən, bizim Nümayəndə heyəti ilə  əlaqə saxlayan professor Broşe "Jurnal de Jenev"də Azərbaycan 

haqqında iki məqalə çap etdirmişdir. Onun özünün Lozannada nəşr etdiyi "Les peuples Libres" jurnalında da 6 

və 7-ci nömrələrdə Azərbaycan haqqında iki yazı verilmişdir. Bütün bu materialların hər birindən bir neçə nüsxə 

olmaqla ayrıca qovluqda Sizə göndərilir. Nəhayət professor Broşe bizim haqqımızda ingilis və amerikan 

qəzetlərinə də məqalələr yazmışdır. Təəssüf ki, hələlik onların nüsxələrini almamışıq. 

 

VI 

Amerika Nümayəndə heyətinin keçmiş tərkibindən burada yalnız cənab Morqentau qalmışdır. Üç həftə 

əvvəl o da gəldi (mətndə diqqətsizliyə yol verilmişdir.  Əslində "getdi" olmalıdır - tərc.). Yola düşməmişdən 

əvvəl mən cənab Morqentaunun yanında oldum, bizim Amerikadakı müvəkkilimiz cənab Çendlerə  əlindən 

gələn yardımı göstərməsini xahiş etdim. O, Çendleri yaxşı tanıyır. Cənab Morqentau bacardığını edəcəyinə söz 

verdi, ancaq bildirdi ki, Amerikada öz təmsilçilərimizin olması daha yerinə düşərdi: "Biz bütün kiçik xalqların 

dostuyuq, lakin sizə kömək etməyə ürəkdən can atsaq da, beynəlxalq siyasətdə hər şeyi təkbaşına həll etmirik. 

Mən artıq Sizin memorandumla tanış olmuşam və görürəm ki, Azərbaycan zəngin ölkədir, o, müstəqil yaşaya 

bilər. Sizi Amerikada yaxşı qarşılayarlar, çox güman ki, sərvətlərinizin üzə çıxarılması üçün kapital da tapılar". 

Vidalaşmamışdan əvvəl o, ərazi məsələləri ilə məşğul olan bölmənin başçısı cənab Bukleri yanına çağırdı, məni 

onunla tanış etdi və bildirdi ki, cənab Bukler hər zaman bizim işlərimizə yaraya bilər. 

Bir gün sonra Buklerin yanında oldum. O, öz həmkarı ilə (adını xatırlamıram) birlikdə  məni 

ümumiyyətlə Qafqaz və xüsusən də Qafqaz xalqlarının münasibətləri haqqında uzun-uzadı sorğu-suala tutdu. 

Verdiyim məlumatların çoxu, xüsusən də ermənilər barəsində söylədiklərim onun üçün Yenilik idi. Söhbətin 

sonunda cənab Bukler bu məlumatlara görə mənə minnətdarlığını bildirdi və xahiş etdi ki, ona ölkəmizin siyasi 

və iqtisadi xəritələrini göndərim. O dedi: "Sizi inandırmaq istəyirəm ki, qonşularınızı müəyyən dərəcədə 

tanıyırıq və onları qətiyyən mələk hesab etmirik. İndi ölkənizdə olan missiyamızdan xəbər gözləyirik". 

Bir həftə bundan əvvəl Qafqazdakı amerikan missiyasının başçısı general Harbord Parisdən keçərək 

Amerikaya getdi. O, burada yalnız iki gün qaldı. Mən iki dəfə görüş üçün vaxt təyin etməsi məqsədi ilə 

kuryerimizi onun yanına göndərdim. Adyutantı bildirdi ki, general özü bizimlə görüşməyə  məmnun olacaq, 

təyin edilmiş saat barəsində isə, özü telefonla xəbər çatdıracaqdır. Lakin təəssüf ki, bu dəfə onunla görüşmək 

mümkün olmadı. General Hahrbord gəlişi münasibəti ilə qəzetlərdə 

("Le Temps") bildirilirdi ki, o məruzəsini birbaşa prezident Vilsonun özünə  təqdim edəcək, Amerikanın 

Ermənistan üzərində mandat almasının  əleyhinədir, yalnız Amerikanın Türkiyə üzərində mandat sahibi 

olmasına razıdır və çox məşğul olduğundan heç kəsi qəbul etmir. 

Əlavə edim ki, onun səfəri ilə bağlı Amerikanın özündən müəyyən məlumatlar alacağımıza ümidimi 

itirirəm. 

Polkovnik Haske1 də bir neçə günlüyə bura gəlib. Mən dünən ondan məktub aldım. O, məktubunda 

hörmətkaranə bir tərzdə görüşmək istəyini bildirirdi. Bu gün cənab Məhərrəmovla birlikdə onun yanında olduq. 

O, ilk növbədə polkovnik Rey-n Tiflisdən salamını və Kanada Qırmızı Xaç Cəmiyyətinin bizə verdiyi 200 yeşik 

müxtəlif xəstəxana materiallarının (bu barədə Sizə daha əvvəl məlumat çatdırmışdım) Amerika gəmisində 

Batuma göndərilməsi ilə  əlaqədar sifarişini mənə yetirdi. Sonra cənab Haske1 ölkəmizdə müşahidə etdiyi 

qayda-qanun barəsində tərifli sözlər dedi. O, özünün Bakıda ehtiramla qəbul olunmasından çox razıdır. Bizim 

sadə camaat xoşuna gəlib, "xalqınız sülhsevər xalqdır və  qətiyyən ermənilərin düşməni deyil". "Əgər siyasət 

adamları (Hommens Politiciens) olmasaydı, ermənilər də sakit yaşayardılar" - deyir. Naxçıvan və  Şərur 

dairələrində indi sakitlikdir. Amerikalı qubernatorun idarə etdiyi neytral zona yaradılmışdır. 

Mən Naxçıvan və Şərur dairələrində Ermənistanla bizim əhali arasında qarşılıqlı münasibətlərin nizama 

salınmasında onun neçə mühüm rol oynadığı barəsində hökumətimizin artıq Nümayəndə heyətinə  xəbər 

verdiyini polkovnikə dedim və eyni zamanda öz adımdan da ona minnətdarlığımızı bildirdim. Sonra xatırlatdım 

ki, hökumətimizdən bizə çox xoş olan bir xəbər almışam. Bu da Naxçıvanda və Şərurda baş verən hadisələrdə 

guya müsəlmanların günahkar olması barəsində ermənilərin burada yaydıqları yanlış  məlumatlarla bağlıdır. 

Ermənilər guya bu barədə polkovnik Haske1-in Ermənistan Parlamentindəki çıxışında məlumat verdiyini iddia 

edirlər.  Əslində isə, hökumətimizin də bildirdiyinə görə, həmin yalan xəbəri polkovnik özü təkzib edib. 

Polkovnik Haske1 dediklərimlə razılaşdı. 

Bizim suallarımıza cavab verərkən polkovnik əmin olduğunu qeyd etdi ki, Zaqafqaziya xalqları, hətta 

bütün Qafqaz xalqları birlikdə yaşaya bilərlər. Çünki onlar hər  şeydən  əvvəl iqtisadi cəhətdən biri-birləri ilə 

möhkəm bağlıdırlar. Lakin başlanğıc mərhələdə hər hansı qüdrətli dövlətin onlara himayədarlıq etməsi zəruridir. 

Həmin dövlət ilk növbədə bütün regionda maliyyə vəziyyətinin yaxşılaşmasına yardım göstərməlidir. Bir neçə 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə