ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 

37

ildən sonra hər bir xalq mandat sahibi olan dövlətin himayədarlığından tədricən qurtararaq öz müstəqil həyatını 



təmin edə bilər. "Qəyyumluqdan birinci növbədə sizin Azərbaycan qurtarmalıdır!" deyə polkovnik Haske1 

xəritədə Azərbaycanı göstərərək bildirdi. - Görünür, ölkəmiz onda çox yaxşı təəssürat yaradıb. Əlbəttə, bütün 

bunları görmək bizim üçün çox xoş idi. 

Denikin tərəfdən gözlənilən təhdidlərlə bağlı  həyəcanımızın müqabilində polkovnik bildirdi ki, onun 

fikrincə, Denikin ordusu nəinki bizə, heç Dağıstana və Şimali Qafqaza da təhlükə törədə bilməz. "Əlbəttə, onun 

qoşunları  həmin rayonları, o cümlədən də  Dərbəndi tutacaq, lakin bu müvəqqəti xarakter daşıyacaqdır. 

Rusiyanın mərkəzi hissələrində Denikinin kifayət qədər çox işi var və Sizi inandıra bilərəm ki, Sülh Konfransı 

artıq  Şimali Qafqazda Denikin üçün demarkasiya xətti müəyyənləşdirib və o, həmin xətdən cənuba doğru 

hərəkət edə bilməz". 

Ermənilərlə bağlı məsələyə qayıdaraq polkovnik Haske1 izah etdi ki, amerikalılar indiyə qədər "erməni" 

deyəndə gözləri önünə yalnız Amerikada yaşayan erməniləri gətirirdilər. Hamı bu ermənilərdən danışırdı, hamı 

onları  əzabkeş sayırdı. "Bizim missiyaların Türkiyəyə  və Qafqaza göndərilməsi, onların tərkibində çoxlu 

amerikalının iştirakı faydalı olub. İndi artıq inanırıq ki, "nə bütün ermənilər yaxşıdırlar, nə  də eyni dərəcədə 

bütün Türklər pisdirlər". Daha sonra o, xəritədə Türkiyə  və Qafqazı göstərərək  əlavə etdi: "Bax bu ölkələri 

ümumi bir mandat altında birləşdirmək olardı. Lakin Amerika həmin mandata sahib çıxmayacaq". 

Vidalaşmamışdan  əvvəl polkovnik dedi ki, gələn həftənin ya çərşənbə, ya da cümə axşamı Tiflisə 

qayıdacaq və əgər məktublarımız olarsa, onları məmnuniyyətlə özü ilə götürə bilər. Cavabında polkovnik Rey-ə 

məktub göndərəcəyimi dedim. Daha sonra ona öz minnətdarlığımı bildirdim və ümid etdiyimi söylədim ki, yola 

düşənə qədər hələ onunla görüşmək və yaşadığımız oteldə duz-çörək kəsmək imkanımız olacaq. 

Gördüyünüz kimi, bütün bu müddət  ərzində (sentyabrın 26-dan başlayaraq) biz əsas etibarı ilə 

amerikalılarla görüşməli olmuşuq. Tanınmış ingilislərlə, təbii ki, ünsiyyət imkanı tapa bilməmişik. Amma 

bunun öz səbəbləri var və həmin səbəblərdən aşağıda bəhs edəcəyəm. 

Digər ünsürlərə gəldikdə - ötəri şəkildə Milyukovu görmüşəm. Lakin bu ötəriliyin müqabilində məşhur 

rus sosialisti Çaykovski ilə yaxından tanış olmuşam. Onun əvvəlki fəaliyyəti və rus sosializminin rəhbərlərindən 

biri kimi cəmiyyətdə tutduğu görkəmli mövqe məni Rusiyanın keçmiş ögey oğullarına münasibətdə 

Çaykovskinin fikirlərini bilməyə vadar edirdi. Lakin təəssüf ki, Şimali Arxangelsk hökumətinin sədri adlanan 

bu adam bütün keçmiş çar səfirləri və elçiləri kimi (onların barəsində artıq Sizə yazmışam) "vahid və bölünməz 

Rusiya" ideyasının qızğın tərəfdarlarından, hətta mən deyərdim ki, apoloketlərindən biridir. Tez-tez özünün 

xalis demokratizmi və sosializminə istinad edən cənab Çaykovski Ümumrusiya Müəssislər Məclisinin 

çağırılması üçün Kolçakın və Denikinin "qələbələrini" gözləyir. Bu Məclisi o, Rusiyanın xilas edilməsinin və 

ayrılmış hissələrin yenidən "ana vətənin" ağuşuna qaytarılmasının alfa və omeqası sayır. "Siz bolşeviklərlə bu 

cür çılğınlıqla döyüşən generallarımıza inanmırsınız, lakin bolşeviklər məğlub ediləndən sonra generallar 

çəkilib gedəcəklər, Rusiyanı isə Demokratiya idarə edəcək". 

Hadisələrə bu şəkildə yanaşan cənab Çaykovski Xəzər donanmasının Denikinə verilməsini daha doğru 

sayır: "Axı bu Azərbaycan donanması deyil, rus donanmasıdır". O, məni səhər yeməyinə dəvət etmişdi. Burada 

bilirsinizmi, kimə rast gəldim? Rostovdan Dövlət Dumasının keçmiş üzvü, naxçıvanlı erməni Əçəmova! Həmin 

Əçəmov bütün cəbhələrə işləyir (özü etiraf etdi). O, öz "məsləhətləri" ilə ermənilərə kömək edir, lakin bununla 

bir sırada və eyni zamanda həm də rus dövlətçiliyinin xilaskarları  sırasında özünə yer tutub... Ruslar ona 

minnətdardırlar. Hər halda, səhər yeməyində iştirak edən cənab Minorski (əvvəlcə Tehrandakı rus səfirliyinin 

katibi idi, kürdlər haqqında tədqiqat əsərinin müəllifidir, onu çoxdan tanıyıram) bildirdi ki, ruslar indiki şəraitdə 

Rusiyaya göstərdikləri mənəvi yardıma görə ermənilərə minnətdardırlar. Çünki ermənilər Rusiyaya qarşı  hər 

hansı bir etiraz tədbirində  iştirak etmirlər. Denikinə  və Kolçaka düşmən kimi yanaşmırlar. Bax əsl rus adamı 

olan Əçəmovun "məsləhətlərinin" dəyəri budur! Adını çəkdiyim Minorski bu yaxınlarda Tehrandan dönərkən 

Bakıda olub. Metropolda yaşayıb. Şəhərdə qayda-qanunun hökm sürdüyünü bildirir, amma onu da əlavə edir ki, 

Bakıda demək olar ki, heç bir şey dəyişməyib, şəhər əvvəlki kimi rus ruhundan xəbər verir! Buradan da o, lap 

yaxın keçmişə qədər Rusiya müsəlmanları adlandırılan indiki azərbaycanlıların Rusiyaya məhəbbəti və sədaqəti 

qənaətinə gəlir. 

"Bu yaxşı əlamətdir" - deyə cənab Minorski öz qılıqlı səsi ilə çoxmənalı şəkildə söhbətinə yekun vurdu. 

Bir neçə gündən sonra o, mənə, baş  çəkdi. Özü ilə birlikdə yeni (əlbəttə, bizim üçün yeni!) Bakı, Tiflis və 

Batumi qəzetləri gətirmişdi. Bundan sonra daha görüşmədik. O, qayınatası Şebuninin yanında yaşayır. Həmin 

Şebunin isə burada Çaykovski, Lvov, Maklakov, Savinski və Sazonovdan ibarət Rus Məclisinin, yaxud Rusiya 

Nümayəndə heyətinin baş katibidir. Maklakovla Sazonovun hələ  də rus səfirliyinin binasında yaşamalarına 

baxmayaraq onlar işdən demək olar ki, uzaqlaşdırılmışlar. Maklakov on gün bundan əvvəl bir fransız generalı 

ilə (Mangin) Denikinin yanına gedib və burada onun daha geri qayıtmayacağını söyləyirlər. Bir sözlə, bu qrup 

hələ öz xilaskarları saydıqları generalların qəti qələbəsini gözləyir, bir tərəfdən Antantanın hərəkətlərini tənqid 

edir, o biri tərəfdən isə "duz-çörək itirən" "yadellilərin" ünvanına bəzən tənələr, bəzən isə  hətta hədələr 

yağdıraraq mövcudluqlarını başqa heç bir şeylə büruzə vermir. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə