Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

133
Bilirəm,  onun  da  bu  evə  gəlməsi  istirahət  və  ya  rəsmiyyət 
xatirinədir. Ancaq hər halda biz necə olsa da rəsmi şəkildə ər­
arvadıq.  Bizim  hər  birimizə  aid  olan  şeylərin  dəqiq  siyahısı 
olsa da, birgə fəaliyyət göstərən kapitalımız vardır. Mən inanı­
ram ki, elə bizim açılması mümkün olan, açarı göz qabağında 
olan bir kilid kimi bir­birimizə bağlayan vasitə də budur. Ya­
şadığımız kapitalizm cəmiyyətində isə belə vasitələrlə bizim 
kimi  biri­birinə  bağlananlar  az  deyildir.  Öz  hissi  ehtiyacları 
üçün yox, maddi ehtiyacları üçün, sərvət üçün biri­birinə bağ­
lananların sonu ayrılıq olmalıdır. Bu mənə gün kimi aydındır. 
Lakin bütün bunları bilə­bilə buna qarşı bir tədbir görməyə 
çalışıram. Hiss edirəm ki, öz qadınlıq tələbatımdan doğan eh­
tiyaclarımı ürəyim istəyən kimi, başqaları ilə bölə bilərəmsə, 
belə bir rəsmi ər­arvadlığın mənə nə ziyanı var? Bir də ki, belə 
bir kəbin kağızının olması insan cəmiyyətinin bəzi qaydala­
rına qarşı mənim üçün primitiv də olsa müqavimət göstərə 
biləcəyim bir silahdır. Taleyi öz əlində olduğu üçün insan heç 
də  öz  taleyindən  şikayətlənməməlidir.  İnsan  başqa  canlılar­
dan fərqli olaraq, yaxşı və xoşbəxt yaşamaq imkanına malik­
dir. Belə bir yaşayış üçün isə özün öz hərəkətlərinə nəzarət 
etməlisən. Mənim üçün həyat yalnız əyləncələrdən ibarətdir, 
Seara. Mən zövq aldığım bu həyatda gülür, danışır, əylənir və 
günümü keçirirəm. 
Seara  bütün  bu  deyilənləri  daxili  bir  ehtirasla  dinləyirdi. 
Çünki Searanın öz həyatı da belə hadisələrlə zəngin idi. Çün­
ki Seara da bacısı kimi ərinə bir oynaş nəzəri ilə baxırdı. Bəlkə 
də buna səbəb ərlərinin də onlara bir məşuqə nəzərləri ilə bax­
maları idi. Nə isə… Qızların hər ikisinin ər evinə köçməsinə 
səbəb həm özlərinin cehizi, həm də ərlərinin sərvəti olmuş­
dur. Bəli, Seara da ər evində belə bir hissi xaosla üzləşmişdi. 
Bacısı kimi, ər evi onun da ruhunu oxşamırdı. O da rəsmiyyət 


134
xatirinə qraf Şokla gecələr bir otaqda nəfəs alırdı. Öz həyatının 
get­gedə puç olduğunu, məhvə yuvarlandığını duyan bir in­
san üçün həyatda yaşamaq nə qədər çətin idisə, Seara üçün də 
yaşamaq bir o qədər əzablı və dözülməz idi. Bəli, Seara bütün 
bunları hiss edirdi. Hiss edirdi ki, qraf Şokla onun arasında 
müqavilə rəsmi sənəddən başqa bir şey deyildi. Bütün bunla­
rın fərqinə varmayan Seara nəhayət ki, dilləndi: 
– Həyat bizi cəmiyyətin bir çox üzvlərindən heç də fərqlən­
dirməmişdir,  Klara.  Bu  aydındır.  Bizim  ərlərimizlə  aramız­
da olan başlıca dəhşətli münasibət isə ondan ibarətdir ki, biz 
mənəvi cəhətdən öz hissi ehtiyaclarımızı bir ailə üzvü kimi, 
bir həyat yoldaşı kimi bir­birimizlə bölüşmürük. Bax, budur 
məsələnin ən həll olunmalı və həll olunmamış cəhəti. Axı, nə 
üçün bizim ər­arvadlıq hissi yalnız var­dövlət telləri ilə bir­
birinə bağlansın? Axı, nə üçün bu hisslər daim parçalanmaq, 
ayrılmaq  təhlükəsi  qarşısında  qalsın?  Səbəb  birdir,  Klara. 
Təkrar edirəm, bu hisslər yalnız var­dövlət telləri ilə bir­birinə 
bağlanmışdır. O da məlumdur ki, sərvət üzərində qurulmuş 
ailə həyatı gec­tez məhv olmalıdır. Biz isə bu məhvi kef etməklə, 
şənliklərdə, ballarda, teatrlarda günlərimizi keçirməklə, müx­
təlif əyləncələrdən zövq almaqla səbirlə gözləyirik. Yaşayırıq 
cəmiyyətimizin – kapitalizm cəmiyyətinin əksər üzvləri kimi, 
lakin  nə  cür:  sabahımıza  inamımız  olmadan,  keçmişimizi 
xatırlamağa  çalışmadan,  bu  günümüzün  bir  anına  belə  eti­
barımız  olmadan.  Əylənirik,  gülürük,  danışırıq,  süniliklərlə 
dolu bu məharətlə, saxtakarlıqla. Axı, nə üçün? Ona görə ki, 
cəmiyyətimizin tələbləri ilə ayaqlaşmaq üçün bu başlıca şərt­
dir. Klara, artıq mən belə bu saxtakarlıqdan cana doymuşam, 
iyrənirəm. Mən sevirəm. Gec də olsa… Mən öz varlığımı saf­
laşdırmağa  çalışıram.  Mən  öz  həyatımı  saf  və  təmiz  hisslər 
üzərində qurmaq istəyirəm. Klara, öz psixologiyanda dönüş 


135
yaratmaq üçün, öz hisslərinlə mübarizə aparmaq çətin olsa da 
bu, heç vaxt gec deyildir. İnsan insanlığını sübut etmək üçün 
öz hissləri üzərində qələbə çalmalıdır. İnsan öz psixologiyasın­
da həmişə saflığa, təmizliyə doğru meyl yaratmağa çalışma­
lıdır. Əks­təqdirdə, seçilən düzgün olmayan yolun ömürlük 
əzabına dözməyə məhkum olar. Bəli, Klara, həyatda yaşamaq 
çətin deyil, lakin insan kimi yaşamaq əzəldən çətin olmuşdur. 
İncimə, bacı, mən əvvəli sənin həyatına oxşar həyatıma nifrət 
edirəm. Sən mənim bacımsan, ona görə də mənim bu səmimi 
etirafımı qiymətləndir. Unutma ki, bir vaxt puç olmuş həyatın 
üçün təəssüflənmək olduqca acınacaqlıdır. 
Onlar hər ikisi susmuşdular. Bacılar ayrılan, parçalanmış 
bir yolun iki cığır əmələ gətirən hissəsində dayanmış yolçu­
ları xatırladırdılar. İndi hər şey bu yolçuların özlərindən asılı 
idi. Seçəcəkləri yol onları bir­birindən ayırıb uzaqlaşdıra da 
bilərdi, bir istiqamətin yolçuları da edə bilərdi. Onlarsa sus­
muşdular. 
İlıq günəş şüaları külafirəngini öz qızılı şəfəqləri ilə nura 
qərq  etmişdi.  İlıqlıq  adamı  yüngül  bir  ehtiras  kimi  xumar­
landırırdı. Ağacların hamısından erkən çiçəklənmiş alça ağa­
cının ruhoxşar ətri, quşların şən cikkiltisi, arıların vızıltısısa 
bu  xumarlığa  bir  az  da  məstlik  əlavə  edirdi.  Ümumiyyətlə, 
bu görünüşdən sonra həyat, yaz yağışından sonra yuyunmuş 
təbiəti xatırladırdı. Belə bir psixi vəziyyətlə insan nəinki yaşa­
maq istəyirdi, özü də nikbinliklə yaşamaq istəyirdi. 
Qraf  Şokun  malikanəsindən  bir  az  kənarda  isə  Parisin 
mərkəzi  küçələrindən  biri  yerləşirdi.  Qraf  Şokun  bağa  tərəf 
olan külafirəngisindən həmən o mərkəzi küçəyə nəzər salan­
da sanki özünü orta əsr şəhərlərinin birində yerləşən qüllədə 
hesab  edirsən.  Geniş  insan  kütləsini  axın  halında  özündə 
birləşdirən küçə özünün daha çox işləkliyi ilə fəxr edə bilərdi. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə