Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə80/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

 
269 
 
 
 
rus müəllifləri onların qaynaqlarıdır. Sonra da deyirik ki, düz-
gün  tərcümə  ounmayıb.  O  zaman  özümüz  tərcümə  edək  və 
bilək ki, onlar harada səhv ediblər.  
Məni xəritə məsələsi də maraqlandırır. Siz Strabonun adını 
qeyd etdiniz. Mən də Strabonla bir dövrdə yaşamış yəhudi ta-
rixçisinin  adını  çəkmək  istərdim  –  İosif  Flaviy  (I  əsr).  Onun 
böyük xəritəsi var. O, orada  Böyük Ermənistanı,  Kiçik Ermə-
nistanı  qeyd  edir.  Amma  Albaniya  haqqında  məlumat  vermir. 
Məncə,  onun  heç  bir  şəxsi-qərəzçiliyi  yox  idi.  Yəqin  ki,  belə 
bir dövlət haqqında məlumatı olsaydı, yazardı. Elmdən söhbət 
gedəndə milli hisləri kənara qoyub elmi həqiqət əsasında danış-
maq lazımdır. Əlbəttə, hər birimiz millətimizi, Vətənimizi, xal-
qımızı sevirik. Amma hər şeydən yüksəkdə duran həqiqətdir! 
Sağ olun! 
 
Professor Firudin Ağasıoğlu:  
 – Camal müəllim, çox sağ olun! 
Burada  yalnız  mütəxəssislər  olmadığını  nəzərə  alaraq,  çox 
xırdalıqlara getmədim. O ki qaldı adını çəkdiyiniz kitaba, qeyd 
etdim ki, Azərbaycan ərazisində 10-15 əlifba mövcud olub. 
Mən Alban əlifbası ətrafında gedən sperkulyasiyalara aydın-
lıq gətirmək istədim ki, orijinalda olmayan şeyləri ortaya atıb-
lar.  Mən  o  vaxt  Gürcüstan  Elmlər  Akademiyasından  xahiş  et-


 
270 
 
 
 
dim  ki,  o  yazıların  heç  olmazsa  bir  səhifəsinin  surətini  Azər-
baycana  göndərsinlər.  Dediyim odur ki,  nə qədər ki,  Azərbay-
candakı  yazılar  oxunmayıb,  onların  dilini  müəyyənləşdirmək 
olmaz. Yəni mən qeyri-adi heç nə demədim, məlum şeylərə öz 
münasibətimi bildirmişəm! 
 
Professor Süleyman Əliyarlı: 
 –  Mən  təklif  edirəm  ki,  Firudin  müəllimə  sual  verməyək. 
Kifayət  qədər  geniş  məruzə  oldu.  Burada  iki  albanşünas  alim 
iştirak  edir.  Mən  onların  bu  məruzəyə  münasibətini  gözləyi-
rəm. 
Burada kifayət qədər yeniliklər var. Məsələnin qoyuluşu isə 
tamamilə yenidir. 
Onu da qeyd edim ki, nə qədər ki, bizim akademiklərimiz öz 
əvvəlki  mövqelərində  qalacaqlar,  bu  məsələ  öz  həllini  tapma-
yacaq. Bizim tariximizin bu vəziyyətdə olmasının birinci səbə-
bi odur ki, tariximizi bizə nə şəkildə aşılamaq istəyiblərsə, elə-
cə  də  qəbul  etmişik.  Baxmayaraq  ki,  müstəqilliyimizin  17-ci 
ilidir, hələ də heç nə dəyişmir. 
Firudin  müəllim  və  ya  qeyrisi  təkbaşına  nəsə  yazacaq.  İm-
kan olsa, xaricdə nəşr etdirəcək, aparıcı universitetlərin birinin 
kürsüsündə çıxış edəcək. Amma bu, akademik təhsilimizə gəl-
məyəcək, çünki universitetlər elmi mərkəzlər deyil. Mən təkcə 
Xəzər Universitetini buradan çıxmaq istəyirəm. Xəzər Univer-
siteti istisnadır.  
Alban tarixi ilə bağlı digər bir məsələni də qeyd edim. Firu-
din müəllimin tədqiqatına dəstək olaraq bu sözləri deyirəm. 
Üç  orta  çağ  İslam  qaynağında  Qarqar  etnosunun  adı  keçir. 
Amma necə keçir? – Qarqar-Qıpçaq xanlığı. “Dədə Qorqud”da 
albanların adı qeyd olunur. Əgər belə mötəbər bir mənbələrdə 
bu cür faktlara rast gəlinirsə, tədqiqatçıların işi onu araşdırmaq-
dır.  Mən  demirəm  ki,  bu  olub,  ya  olmayıb.  Amma  tədqiqatçı 
araşdırmalıdır.  Bu  cür  biganə  şəkildə  isə  hələ  uzun  müddət 
tariximizi araya-ərsəyə gətirə bilməyəcəyik. 
 


 
271 
 
 
 
Professor Hamlet Ġsaxanlı: 
 – Çox sağ olun, Süleyman müəllim! 
Bir şey də var ki, “Dədə Qorqud”da albanlara nəsə işarə var-
sa, onu niyə albanşünaslar araşdırsınlar və ya tək albanşünaslar 
bununla  məşğul  olsunlar?  Bu,  türkoloqların  da  işi  deyilmi? 
Türkoloqlar  yazsınlar, nüfuzlu  bir jurnalda çap  etdirsinlər, ca-
maat da oxusun. 
 
Professor Süleyman Əliyarlı: 
 – Tamamilə haqlısınız. 
Mühərrem Ergin 1958-ci ildə Drezden nüsxəsində olan yazı-
nın  transkipsiyasını  vermişdi.  Amma  mətndə  deyil,  səhifə  al-
tında yazmışdı. 
“Ey, nə yatırsan? Albanlar başı Qazan Alp oğlancığı ilə sər-
xoş yatır”. Bütün türkoloqlar “Albanlar” sözünü “Alplar” kimi 
oxumuşlar. Halbuki Albanlar və Alplar sözləri bir cümlədə iş-
lənsələr də müxtəlif cür yazılır.  
 
Professor Tofiq Hacıyev:  
 – Azərbaycanda türk xalqlarının olması,  yazısı və s. məsə-
ləsini  tarixçilər  qaldırmayıblar,  dilçilər  qaldırıblar.  Firudin 
müəllim bunu məruzəsində də qeyd etdi. 
1890-cı  ildə  Bartold  öz  əsərlərində  Aristovun  “Massagetlə-
rin türk olması” ilə bağlı fikrinə rəy verərkən yazır ki, “Aristov 
bunu qeyd edir, amma ideologiya icazə vermir ki, bunu deyək”. 
Firudin müəllim bu gün çox yaxşı bir məruzə elədi. Engelsin 
bir sözü var: “Harada doğulmağından asılı olmayaraq, bu gün 
yaşadığın  ərazinin  tarixi  sənə  məxsusdur”.  Yəni  Mannanın, 
Midiyanın... tarixi bizimdir.  
Eyni mətnin müxtəlif dilçilər tərəfindən fərqli oxunmasının 
əsas səbəbi yazılarda sait hərflərin olmamasıdır. Deyək ki, “et-
rusk”  və  ya  “alp”  sözünü  birisi  bir  cür  oxuyur,  bir  başqası 
başqa cür. 
Bartold  kimi  rus  alimləri  alim  kimi  o  qədər  böyük  olublar 


 
272 
 
 
 
ki,  rus  ideologiyasına  xidmət  etsələr  də,  elm  onları  həqiqəti 
deməyə  məcbur  edib.  Bartold  əsərində  Şizenhauzen  haqqında 
yazır. Biz onun kim olduğunu sonradan bildik. Şizenhauzen öz 
əsərində  Ukrayna  ərazisində  türk  dövlətinin  olduğunu  qeyd 
edib.  Əsər ruscaya tərcümə edilib  və çar həmin əsəri qadağan 
edib. İkinci cildin tərcüməsini isə tərcüməçilər yarımçıq qoyub-
lar. Yəni onlar həqiqəti yazırdılar. Firudin müəllim bu yazıları 
tapıb, kifayət qədər çoxlu əlifbalar var orada.  
İndi  Türkiyədə  deyirlər  ki,  Orxon-Yenisey  əlifbasını  Avro-
paya etrusklardan başlayaraq, türklər gətiriblər. 
SSRİ dağılan ərəfədə qədim slavyan əlifbası ilə yazılar tapı-
lıb. Həmin yazını rusca və digər slavyan dillərində oxuyublar, 
ancaq anlaşılmayıb. Sonra türkcə olduğu məlum olub.  
İndi deyirlər ki, niyə bir qərara gələ bilmirik? Nə qədər ki, 
“gəldik, danışdıq, dağılışdıq...” olacaqsa, bu məsələlər də eləcə 
həll edilməmiş qalacaq. 
Bir  digər  səbəb  də  bu  sahəyə  yeni  alimlərin  gəlməməsidir. 
Köhnə nəsil gedir, yenisi gəlmir. 
Mən Hamlet müəllimə öz təşəkkürümü bildirirəm ki, bu cür 
elmi bir mühit yaradıb, elmi müzakirələr aparılır. 
Fürudin  müəllimə  də  təşəkkür  edirəm  ki,  bu  tədqiqatları 
davam etdirir. 
Sağ olun! 
 
Professor Firudin Ağasıoğlu:  
 – Mən burada iştirak edənlərə, öz münasibətini bildirənlərə 
öz  təşəkkürümü  bildirirəm.  Şəxsən  Hamlet  müəllimə  bu  məc-
lisi təşkil etdiyinə və burada mənim çıxışıma imkan yaratdığına 
görə dərin təşəkkürümü bildirirəm! 
 
Professor Hamlet Ġsaxanlı: 
 – Çox sağ olun! 
Çox  gözəl  fikir  mübadiləsi  və  müzakirə  oldu.  Hərçənd  ki, 
heç  bir  müzakirə  nəyəsə  nöqtə  qoymaq  deyil.  Elmdə  nöqtə 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə