5
ĠÇĠNDƏKĠLƏR
Elm və Sənət Məclisi – ünsiyyət ehtiyacı
(
Redaktordan) ..................................................... 7
11-ci məclis. Nəsillərin
mənəvi varisliyi
(Məruzəçi:
Camal Mustafayev) ............................ 10
12-ci məclis. Qloballaşan dünyada İslam
(Məruzəçi:
Mustafa İslamoğlu) .......................... 25
13-cü məclis. Avrasiyada hunlar. Tarix,
mədəniyyət və kimlik
(Məruzəçi:
Hamlet İsaxanlı) ................................ 45
14-cü məclis. Şəms Təbrizi və Cəlaləddin Rumi: mif və
gerçəklik
(Məruzəçi:
Elnur Nəsirov) ................................... 90
15-ci məclis. Şəhər mədəniyyəti. Tarix, bu
gün və gələcək
(Məruzəçi:
İsmail Serageldin) ............................. 136
16-cı məclis. “Erməni genosidi” məsələsi haqqında
(Məruzəçi
: Norman Stone) .................................. 169
17-ci məclis. Edvard Səid, orientalizm və postkolonial
araşdırmalar
(Məruzəçi:
Turac Atabaki) ................................... 188
18-ci məclis. Türkiyədə Azərbaycan ədəbiyyatının və
mədəniyyətinin araşdırılması tarixi
(Məruzəçi:
Yavuz Akpınar) .................................. 204
19-cu məclis. Azərbaycan-Alban tarixinə aid qədim yazıların
oxunuşu
(Məruzəçi:
Firudin Ağasıoğlu) ............................ 242
20-ci məclis. Azərbaycan mədəniyyəti elektron
məkanda
(Məruzəçilər:
Tariyel Məmmədov, Aydın Xan) ... 276
Assembly of Science and Art – the Need for Communication
(
From Editor) ....................................................... 305
Contents .................................................................................... 308
7
Elm və sənət məclisi – ünsiyyət ehtiyacı
Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar tək-
likdə yazıb-yaradır, uzun illər öz içində, beynində, ürəyində
gəzdirir, bəsləyib yetişdirir və bir gün, sanki qeyri-ixtiyari su-
rətdə, qəflətən üzə çıxarır. Elm və sənət
nümunələri bəzən kiçik
bir kollektivin, bir neçə nəfərin birgə səyləri nəticəsində də
meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı-
ayrılıqda düşüncələrə dalır, öz iştirakını fərdi bilik, qabiliyyət
və enerjisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əl-
bəttə, yenə də ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş
tutur.
Elm və sənət adamları, ümumiyyətlə, yaradıcı, ziyalı in-
sanlar həmişə öz aralarında ünsiyyətə ehtiyac duymuş, buna
həmişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamı-
zı, yeni əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə bən-
zər birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı
bölüşmək ehtiyacı danılmazdır. Peşəkar bir insanla ünsiyyətdə
olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni ta-
pıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu
sevindirdiyimiz, yaxşı mənada təəccübləndirdiyimiz üçün özü-
müz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alı-
rıq... Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim da-
ha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha ya-
xın olmaq imkanımızı artırır.