9
edir.
Asimmetriya əmsalı üsulu ilə Günəş və ulduz spektrində Fraunhofer xətlərinin asimmmetriya-
sına həsr olunmuş işlərin nəticələrinə görə, asimmetriya əmsalı spektral xətlərin ekvivalent eni art-
dıqca azalır və kifayət qədər intensiv xətlər üçün sıfıra yaxınlaşır [2].
Bu nəticəni fiziki olaraq izah etmək mümkün deyil. Tətbiq olunan müasir üsullarla əldə
olunan nəticələrə görə isə tərsinə, spektral xətlərin intensivliyi artdıqca inteqral asimmetriya xeyli
artır. Bunu isə fiziki olaraq izah etmək olar. Doğrudan da Fraunhofer xətlərinin asimmetrikliyi
ulduz atmosferində gedən dinamik proseslərlə bağlıdır. Güclü udulma xətləri ulduz atmosferinin
dərinliyə görə geniş bir intervalında əmələ gəldiyi halda zəif udulma xətləri kiçik bir dərinlik
bölgəsində əmələ gəlirlər [3]. Ona görə təbiidir ki, atmosferdə gedən dinamik proseslər güclü
udulma xətlərinə daha çox təsir etməlidir. Beləliklə udulma xətlərinin ekvivalent eni artdıqca
asimmetriya göstəricisi daha böyük olmalıdır.
Şəkil 1(a)-də Prosiyon ulduzunda tədqiq olunan xətlər üçün inteqral asimmetriyanın spektral
xətlərin ekvivalent enindən asılılığı göstərilmişdir. Səkildən göründüyü kimi Fraunhofer xətlərinin
ekvivalent enləri (x oxu) artdıqca inteqral asimmetriya xeyli artır.
Şəkil 1.
Şəkil 1(b)-də profillərdə bənövşəyi asimmetriya, şəkil 1(c)-də isə qırmızı asimmetriyanın
üstünlük təşkil etdiyi spektral xətlər üçün inteqral asimmetriyanın ekvivalent endən asıllığı
göstərilmişdir. Göründüyü kimi hər iki halda spektral xəttlərin ekvivalent enləri artdıqca inteqral
asimmetriya artır. Bu artma bənövşəyi asimmetriyanın üstün olduğu xətlər üçün daha güclüdür.
Yuxarıda qeyd edildiyi kimi güclü xətlər ulduzun atmosferində böyük intervalı əhatə edir.
Profilin dərinliyə görə müxtəlif hissələri fotosferin müxtəlif dərinliklərində effektiv əmələ gəlir.
Ona görə də verilmiş xəttin profilinin müxtəlif dərinliklərə uyğun gələn yerləri müxtəlif
asimmetriyalara uğrayır. Profilin müxtəlif dərinliklərində asimmetriya işarəcə bir neçə dəfə
dəyişdiyindən (bənövşəyidən qırmızıya və əksinə) yekunda bənövşəyi və qırmızı bir-birini
neytrallaşdırır və nəticədə asimmetriya əmsalı sıfıra yaxınlaşır.
Beləliklə asimmetrik profilə malik olan spektral xətt səhfən simmetrik görünür. Müasir
üsullarla inteqral asimmetriya hesablanarkən neqativ (
0
)
(
R
) və pozitiv (
0
)
(
R
)
asimmetriyaların özləri yox, onların modulları toplandığından bu səhf aradan qaldırılır [4] və
gözlənilən doğru fiziki nəticə alınır.
ƏDƏBİYYAT
1. Кули-Заде Д.М, О зависимости интегральной, остаточной и относительной асимметрии
профилей фраунгоферовых линий от интенсивности в спектре центра диска Солнца,
Материалы научной конференции посвященной 80-летию БГУ, 1998, с. 84-90
2. Кули-Заде Д.М., Шабанова З.Ф. К определению асимметрий профилей фраунгоферовых
линий в неразрешенном спектре Солнца, Вестник БГУ, 2000, №4, с. 109-114
3. C. M. Quluzadə, Atom spektroskopiyası, Bakı, Elm, 1985, 217 s
4. Minnaert M.G.J., Mulders G. F. W. and Houtgast J., Photometric Atlas of the Solar Spectrum
3332 Å to 8771 Å. Amsterdam, 1940
10
ABSTRACT
Mirhasan Tahirov
Dependence of the integral asymmetry on the intensity of spectral lines
Strong absorption lines formed in the depths of stellar atmospheres, and relatively weak
absorption lines in the upper layers. Different parts of the profile of the line, which corresponds to
different depths are various asymmetries. From - due to changes of the asymmetry sign depending
on the depth of the profile, the integral asymmetry characterizes the asymmetry of the profile of the
Fraunhofer lines in general. Clear that the strong spectral lines are longer exposed to the influence
of the dynamic processes taking place in an atmosphere of stars than weaknesses. And so, intense
lines have a high index of asymmetry.
РЕЗЮМЕ
Миргасан Таирoв
Зависимость интегральной асимметрии от интенсивности спектральных линий
Сильные линии поглощения образуются в глубинах звездных атмосфер, а слабые линии
поглощения относительно в верхних слоях. Разные части профиля данного линия, которые
соответствует разным глубинам, имеют различных асимметрий. Из - за изменения знака
асимметрии в зависимости от глубины профиля, интегральная асимметрия характеризует
асимметрию профиля Фраунгоферых линий в целом. Ясна, что сильные спектральные линии
больше подвергается влияния динамических процессов, происходящих в атмосфере звезд,
чем слабые. И так, интенсивные линии имеют высокую показатель асимметрии.
NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
F.Qocayev