- 68 -
aksiyaları bütün bu kimi hadisələri kölgədə qoyur. Mənfur erməni vandalları dəfələrlə Azərbaycana
qarşı məkrli, ədalətsiz, düşmənçilik və vandalizm siyasətini həyata keçirmişdir. Belə ki, məkrli
ermənilər xarici havadarlarının köməyi ilə 1991-1993-cü illərdə işğal etdikləri Azərbaycanın
ərazilərində vandalizm törətmişlər. Ermənilər işğal olunmuş ərazilərdəki bütün tarixi abidələri,
mədəniyyət mərkəzlərini və qəbiristanlıqları tamamilə dağıtmış, oradakı qiymətli materialları, hətta
məzarların mərmər daşlarını, tikinti materiallarını qarət və talan etmişlər. Bununla kifayətlənməyən
düşmən işğal olunmuş ərazilərdəki meşələri, qiymətli ağacları həm talan etmiş, həm də vəhşicəsinə
yandıraraq Azərbaycanın təbiətinə, maddi sərvətlərinə və ekoloji durumuna böyük zərbə
vurmuşdur. Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində onların ekoloji duruma və
maddi sərvətlərə vurduqları analoqu olmayan zərbələri yalnız ekoloji terrorizm, soyqırım, ekosid və
vandalizm kimi qiymətləndirmək olar. Ermənilərin 26 fevral 1992-ci ildə Xocalı şəhərinin dinc
sakinlərinə və şəhərə tutduğu divan bütün beynəlxalq arenada analoqu olmayan vandalizm kimi
qiymətləndirilir. Onlar qışın çox soyuq, qarlı-şaxtalı gecəsinin zülmət qaranlığında öz
havadarlarının hərbi köməyi ilə Xocalını xarabalığa çevirərək dinc, günahsız əhaliyə qarşı vandal-
barbar siyasəti yeritmiş, qadınlara, qocalara, körpə uşaqlara bəşər tarixində görünməmiş işgəncələr
vermiş və onları güllə-borana tutmuşlar. Bu tarixi faciəni unutmağa bizim heç birimizin,
bütövlükdə
isə bütün türk dünyasının mənəvi haqqı yoxdur. Erməni vandalizminə məruz qalan təkcə tarixi və
mədəni abidələrimiz deyil, həm də işğal olunmuş ərazinin ekoloji durumu və təbii ətraf mühit
abidələridir. Təbiətə, onun yeraltı və yerüstü sərvətlərinə, biosferə, ekosistemlərə göstərilən
vandalizmin fəsadları isə daha ağır olur. Çünki ekoloji vandalizm təbiətin, ətraf mühitin və onun
amillərinin-toıpaq, su, hava, flora, fauna və s. normal ahənginin pozulması, onların dayanıqlığının
itməsi, davamlı inkişafı üçün yararlığını itirməsi, bir sözlə, xarabalığa çevrilməsi, dağıdılması ilə
səciyyələnir.
Hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu
təbiət abidələrinin əksəriyyətini talan, məhv etmiş və xarabalığa çevirmişlər. Kəlbəcər rayonunda
«Qırmızı kitab»a daxil edilmiş ağacları da kütləvi şəkildə qıraraq xaricə satırlar. İşğal olunmuş
ərazidə 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri
olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xarici ölkələrə daşınır. Bu
isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur. Şuşa şəhərindən cənubda, dəniz
səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114
metr olan «Xan Mağarası» mühafizə olunurdu. Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə,
həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur.
Ermənistanın hərbi təcəvüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar
ərazisi işğal olunmuşdur. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı
qazıntı yataqları, o cümlədən; 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 misar
daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və
vulkan külü, 10 gil, 9 qum- çınqıl, 5 tikinti qumu, 9 gips, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı
su və 10 mineral su yataqları və s. yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm
əhəmiyyət kəsb edirdi. İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan
tərəfindən həddindən artıq çirklənməyə məruz qalmaqdadır. Ermənilər tərəfindən işğal olunmuş
Azərbaycan rayonlarının ərazilərindəki meşəliklər, təbii kolluqlar, otlaq və biçənək sahələri hər il
mütəmadi olaraq düşünülmüş şəkildə od vurularaq yandırılmış, təsərrüfat əhəmiyyətini itirmiş və
yararsız vəziyyətə salınmışdır.
Yuxarıda deyilənlərə baxmayaraq çox acınacaqlı haldır ki, meşələrin qırılması, yaş odunun
daşınması regionlarımızda da baş verir. Meşələr və yaşıllıqları qıran hər bir kəs kimliyindən asılı
olmayaraq, cinayət
məsuliyyətinə cəlb edilməli, cəzalandırılmalıdır.
Müasir dövrdə Azərbaycanın ekologiyasının tənzimlənməsində bir sıra mühüm problemlər
mövcuddur və bu problemləri vaxtında aradan qaldırılmaq gərəkdir. Azərbaycanın füsunkar təbiəti
vardır və bu təbiətin qorunması, insanların sağlam olması ekoloji biliklərdən asılıdır. İnsan
ekologiyası insan– təbiət– cəmiyyət münasibətlərində təbiətin insana təsirlərinin metodoloji
cəhətlərini öyrənir. Ekoloji biliklər sistemi məntiqli şəkildə təxirə salınmadan inkişaf etdirilməlidir.
Ekoloji mədəniyyətin bərqərar olunması yüksək sivilizasiyalı cəmiyyətin formalaşması deməkdir.