Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə31/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

- 64 - 
Azərbaycanda  Distant  təhsilin  rəsmi  yaranması  19  iyun  2009-cu  il  hesab  olunur.  “Təsil 
haqqında”  Qanunun  13-cü  maddəsinə  əsasən  Azərbaycanda  təhsil  almanın  4  forması  mövcuddur. 
Bunlar əyani, qiyabi, distant (məsafəli) və eksternat (sərbəst) təhsil formalarıdır.  
 Azərbaycanda  ilk  dəfə  olaraq  Naxçıvan  Muxtar  Respublikasında  Ali  Məclisinin  Sədri  Cənab 
Vasif  Talıbovun  təşəbbüsü  ilə  17  yanvar  2018-ci  il  tarixdə  Naxçıvan  Dövlət  Universitetində  Distant 
Təhsil  Mərkəzinin  açılışı  olmuşdur.  Ali  Məclisin  sədri  Vasif  Talıbov  demişdir:  Naxçıvan  Dövlət 
Universiteti  yüksək  ixtisaslı  kadrların  yetişdirilməsində  müstəsna  xidməti  olan  bir  ali  təhsil  ocağıdır. 
Qeyd  etmək  yerinə  düşərdi  ki,  ölkəmizin  ali  təhsil  müəssisələri  arasında  ilk  dəfə  Naxçıvan  Dövlət 
Universitetində  Distant  Təhsilin  əsasının  qoyulması  Naxçıvan  Dövlət  Universitetinin  dünya  təhsil 
siteminə inteqrasiyasını daha da sürətləndirəcəyinə əyani sübutdur.  
Təhsil  hər  bir  millətin  gələcəyidir  deyən  Ümummilli  lider  Heydər  Əliyevin  sözləri  ilə  desək: 
Azərbaycanda  elm,  təhsil  və  mədəniyyətin  inkişafında  Naxçıvan  Dövlət  Universitetinin  özünəməxsus 
yeri  və  böyük  xidmətləri  vardır.  Zəngin  maarifçılık  ənənələrinin  layiqli  davamçısı  olan  bu  universitet 
muxtar respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. Fərəhli 
haldır  ki,  bu  təhsil  ocağının  yetirmələri  həm  Naxçıvanın  müxtəlif  guşələrində,  həm  də  onun 
hüdudlarından kənarda uğurla çalışırlar.  
Ali təhsilli kadr yetişdirmək şübhəsiz ki, böyük təhsil, eyni zamanda böyük əmək tələb edir. Ali 
təhsil sahəsində çalışan hər bir şəxs fədakar insandır və onların əməyini həmişə xalq qiymətləndirir və 
ali təhsil ocaqlarında çalışan adamlara həmişə xalq arasında böyük hörmət və ehtiram var.  Hələ 1996-cı 
ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə fəaliyyət göstərən 37 universitet arasında 36-cı yerdə idisə, 
2016-2017-ci tədris ilində yeni texnologiyaların tədbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə 
görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə laiq görülmüşdür.  
Hazırda Naxçıvan Dövlət Universiteti 58 ixtisas üzrə bakalavr təhsili 4 ixtisas üzrə (İngilis, Rus, 
Fransız, Alman dili) isə Distant Təhsil həyata keçirir. Naxçıvan Dövlət Universitetində Distant Təhsil 
almaq  istəyən  əcnəbi  vətəndaşlar  Universitetin  ndu.edu.az  portalına  müraciət  edərək  “Distant  təhsil” 
bölməsinə daxil olmalıdırlar. Vətəndaşlar burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları 
ilə  tanış  olduqdan  sonra  tələb  olunan  sənədləri  elektron  formada  Universitetə  göndərilir  və  
qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi 
kabinet ayrılır. Bu da onu göstərir ki, tələbə məzun olduqdan sonra da  öz istifadəçi adı və şifrəsi ilə 
sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verir.   
Çoxfunksiyalı təhsil sistemində dərslər offlayn və onlayn rejimdə tədrsi olunur. Tədris planları, 
ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənmiş, müəllimlərin mühazirələrinin elektron 
variantı və video-dərslər hazırlanmışdır. Tələbəbələr əvvəlcədən dərs proqramları, müəllimlərin verdiyi 
tapşırıqlar və mühazirələrlə tanış olaraq həm offlayn həmdə onlayn rejimdə sual cavab apara bilərlər. 
Bununla  yanaşı  tələbələr  arasında  diskussiyalar  təşkil  etmək,  onlayn  sorğu  və  müzakirələr  aparmaq 
mümkündür.  Həmçinin  tələbələr  video  və  yazılı  formada  təqdim  edilən  dərsləri  öz  kompüterlərinə 
yükləmək  və  istənilən  vaxt  yararlanmaq  imkanına  da  malikdirlər.  Tələbələr  bu  təhsil  sistemində 
istənilən  ölkədən  kompüter,  mobil  telefon  və  planşetlər  vasitəsi  ilə  proqrama  qoşulma  imkanına 
malikdirlər.  Distant  təhsil  üzrə  məzunlara  Azərbaycan  və  İngilis  dillərində  təhsili  bitirmək  haqqında 
elektron sertifikatlar təqdim olunur.  
Naxçıvan  Dövlət  Universitetinin  Distant  Təhsil  Mərkəzində  keçirilən  dərslərin  yaxşı 
mənimsənilməsi  üçün  Naxçıvan  Dövlət  Universitetinin  elektron  kitabxanasının  portalı  da  bu 
sistemə  inteqrasiya  olunmuşdur.  Elektron  kitabxanaya  müraciət  internet  üzərindən  həyata 
keçirilir.Kitabxana  istifadəçilərinin  əksəriyyəti  kitabxanaya  müraciət  etmədən  virtual  kitabxana 
vasitəsilə  kitabxana  resurslarından  daha  çox  və  səmərəli  istifadə  edəcəkdir.Bu  da  onu  göstərir  ki, 
gələcəkdə  tələbələrin  böyük  əksəriyyəti  Distant  təhsilə  daha  çox  önəm  verəcək  və  fiziki  olaraq 
elektron  kitabxanada  olan  çap  materiallarının  asan  və  surətli  əldə  edə  biləcəklər.Elektron 
kitabxanalar öz istifadəçilərini zəruri olan informasiya ilə təmin etməli, İnformasiya Kommunika-
siya  Texnologiyalarının  yeniliklərini  kitabxanaya  tətbiq  etməli,  təhsildə  fürsət  bərabərliyini 
yaratmalı, təhsil və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün kitabxana xidmətlərinin göstərilməsini 
və  müasir  İKT  vasitələrinin  tətbiqini  həyata  keçirilməlidir.  Universitet  Kitabxanasında  da  ənənəvi 
texnologiyalardan  yeni  İKT  texnologiyalarına  keçid  dövrü  hələ  1999-2000-ci  illərdə  başladı.  İlk 


- 65 - 
olaraq  kitabxanaçı  kadrların  hazırlanması  sahəsində  ilk  addımlar  atıldı.  Buna  görə  də  NDU 
kitabxanaçıları  üçün  xüsusi  kompüter  kursları  təşkil  edildi.  ABŞ-da  kitabxanaçılar  üçün  təşkil 
olunmuş beynəlxalq konfransda kitabxananın nümayəndəsi Zülfiyyə Məmmədova iştirak etmişdir. 
Həmçinin  kitabxana  əməkdaşları  kitabxana  proseslərinin  avtomatlaşdırılması  və  digər  mövzularda 
müxtəlif  illərdə  ABŞ,  Rusiya,  Türkiyə  və  Bakıda  keçirilmiş  bir  sıra  beynəlxalq  elmi  konfrans  və 
simpoziumlarda  iştirak  etmişdir.  Bugün  heç  şübhə  etmirik  ki,  Distant  təhsilin  elektron  çap 
materialları ilə təmin olunmasını qarşılayan, həm həcmcə, həm də Muxtar Respublikada ən böyük 
kitabxana  olan      Naxçıvan  Dövlət  Universitetinin  elektron  kitabxanası  təmin  etmə  imkanına 
malikdir.  Kitabxana  xidmətlərini  web  portala  daşıyaraq  elektron  kitabxananın  yaranması  həm 
Naxçıvan Dövlət Universitetinə gələrək təhsil alan tələbələrin, həm portal üzərindən istifadə edən 
oxucuların, həm də Distant təhsil alan tələbələrin kitabxanadan  istifadə imkanını təmin edir.Bu gün 
ənənəvi  və  ya  Distant  təhsil  alan  oxucular  istədikləri  hər  hansı  bir  yerdən  internet  vasitəsilə 
kitabxana  portalına    daxil  ola  bilər,  kitabxana  hüquqları  çərçivəsində  istədikləri  çap  materialından 
istifadə edə bilərlər. 
 
ƏDƏBİYYAT 
 1.Salamlı.S. Elektron məlumat bazasının yaradılması və virtual xidmətlər. Metodik tövsiyə. B., 
M.F.Axundzadə adına Milli Kitabxana, 2012, 46 s 
 2. Rzayev S.M. Kitabxana Xidməti.-B., “Baki Universiteti” nəşriyyatı, 2008, 333 s 
 3. 
http://referat.ilkaddimlar.com
 
 4. az.wikipedia.org 
ABSTRACT 
PERSPECTIVES OF DISTANCE EDUCATION AND INTEGRATION OF ELECTRONIC 
LIBRARY INTO THIS EDUCATIONAL SYSTEM AT NAKHCHIVAN STATE 
UNIVERSITY 
The article deals with the distance leaming system, comparison of remote education with the 
traditional education system, the history of distant education, as well as, the opening of the Distant 
Leaming Center at Nakhchivan State University for the first time in Azerbaijan. It also explains the 
use of this educational system by students and integration of electronic library of Nakhchivan State 
University  into  this  educational  system.  The  article  explains  how  students  of  both  distance 
education and traditional education systems are provided with the opportunity to access any of the 
printed materials included in the library portal                                                                                                                                                                     
 
РЕЗЮМЕ 
ПЕРСПЕКТИВЫ ДИСТАНЦИОННОГО ОБРАЗОВАНИЯ В НАХЧЫВАНСКОМ 
ГОСУДАРСТВЕННОМ УНИВЕРСИТЕТЕ И ИНТЕГРАЦИЯ ЭЛЕКТРОННОЙ 
БИБЛИОТЕКИ В ЭТУ СИСТЕМУ 
В  статье  рассматриваются  такие  проблемы,  как  проблема  системы  дистанционного 
образования,  сравнения  дистанционного  образования  с  традиционным  образованием, 
истории  образования  дистанционного  образования.  Автор  статьи  ведет  речь  о  впервые  в 
Азербайджане  открытом  Центре  Дистанционного  образования  в  Нахчыванском 
Государственном  Университете,  об  использовании  студентов  этой  системой  образования, 
интеграции  данной  системе  образования  электронной  библиотеки  Нахчыванского 
Государственного  Университета,  а  также  о  возможностях  использования  студентами 
традиционного  и  дистанционного  образования,  которые  будут  входить  в  данный  портал 
библиотеки с целью изучения необходимых литератур по их специальности.           
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
                            Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə