Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə34/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   30   31   32   33   34   35   36   37   ...   91

- 70 - 
 
ƏDƏBİYYAT 
 
1. Şərq qapısı qəzeti, 03 may 2018 
2. Salmanov M.Э. Ekologiya və biz. B.: 1989, s.180. 
3. Abbasova E.M. - İnsan ekologiyası; biloji və sosioloji aspektlər, Monoqrafiya, Bakı, Elm-
Təhsil, 2005 Dərslik, Bakı, BDU, 2006 
4. Mustafayev S. İnsan. Sosial həyat. Sağlamlıq. B.: Elm, 1998 
5. Quliyev B.Ş. Müharibə və ekologiya. Bakı – 2004, 106 s. 
6. Философия и современная биология / Под ред. И.Т.Фролова. М.: 1973. c. 137 
7. Məmmədov Q.Ş.,Xəlilov M.Y. -Ekologiya, ətraf mühit və insan. Dərslik, Bakı, “Elm,2006 
8. http://www.virtualkarabakh.az/ 
ABSTRACT 
 
ECOLOGY AND MORALITY 
 
 The arnicle tells interesting edeas about man and nature, which are the main ingredient of 
the material world. The degradation of the world’s ecological environment forces people to think 
deeply.  People  should  realize  that  non-scientific  attitudes  toward  natural  resources,  air  pollution, 
water pollution, and soil pollution are the activities directed against human health and life. During 
both world wars and ethnic conflicts, nature and its wealth have been heavily damaged and have a 
negative  environmental  impact.  In  general,wars  and  ethnic  conflicts  have  a  profound  impact  on 
nature, and pollution of soil, water and air with pollutants, smoke, and toxic substances has a very 
strong negative effect on human health and has been reported to have
 seriously impeded the overall 
development of society. 
РЕЗЮМЕ 
 
ЕКОЛОГИЯ И НРАВСТВЕННОСТЬ 
 
В  статье  рассказывается  интересные  идеи  о  человеке  и  природе,  которые  являются 
основным  ингредиентом  материального  мира.  Деградация  экологической  среды  в  мире 
заставляет людей глубоко задуматься. Люди должны понимать, что ненаучные отношения к 
природным  ресурсам,  загрязнение  воздуха,  загрязнение  воды  и  загрязнение  почвы  -  это 
мероприятия,  направленные  против  здоровья  и  жизни  человека.  Во  время  мировых  войн  и 
этнических конфликтов природа и богатство были сильно повреждены и имеют негативное 
воздействие  на  окружающую  среду.  В  целом  войны  и  этнические  конфликты  оказывают 
глубокое  негативное  воздействие  на  природу  загрязнения  почвы,  воды  и  воздуха  пылью, 
дымом  и  химическими  токсичными  веществами  и,  как  сообщается,  серьезно  затрудняют 
общее развитие общества. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
                            Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent V.Rzayev
 
 
  
 
 
 
 
 
 


- 71 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ƏLİ HƏSƏNOV  
ÜLVİYYƏ İSGƏNDƏROVA 
Naxçıvan Dövlət Universiteti 
HƏSƏN HƏSƏNOV 
RÖYA MƏMMƏDOVA    
Heydər Əliyev adına məktəb 
UOT:37 
KURİKULUM İSLAHATINDA MOTİVASİYANIN 
APARILMASININ METODİKASI 
 
Açar sözlər:Təhsil islahatı, motivasiya, tədqiqat sualı, yönəldici suallar 
Key words: Education reform, motivation, research question, directing questions 
Ключевые  слова:  реформа  образования,  мотивация,  исследовательский  вопрос, 
вспомогательные вопросы 
Müstəqillik  əldə  edildikdən  sonra  Azərbaycan  Respublikasında    təhsil  islahatlarının 
keçirilməsinə böyük ehtiyac  yarandı. Müstəqillik dövründə artıq ənənəvi metodika ilə işləmək bir 
sıra sahələrdə çətinliklər yaradırdı. Ona görə də təhsil islahatlarının keçirilməsi zərurəti  yaranırdı. 
Azərbaycan  Respublikası  prezidenti  H.  Əliyevin  1998-ci  ilin  30  mart  tarixli  Sərəncamı  ilə  təhsil 
sahəsində islahatlar üzrə Dövlət Komissiyası  yaradılmışdır. Komissiyanın hazırladığı “Azərbaycan 
Respublikasının  təhsil  sahəsində  İslahatlar  Proqramı”  15  iyun  1999  –  ci  il  tarixli  Sərəncamı  ilə 
təsdiq  edilmişdir.  Bu  proqram  Azərbaycan  Respublikasında  təhsil  islahatının  əsasını  qoydu. 
İslahatın həyata keçirilməsi üçün 1999 – cu ilin  29 iyununda Dünya Bankının Beynəlxalq  İnkişaf 
Assosasiyası  arasında  “İnkişaf  üçün  kredit  haqqında  saziş”  imzalanmış  və  bu  sənəd  dövlət 
başçısının  Sərəncamı  ilə  təsdiq  edilmişdir  (2,  səh.  22).Təhsil  islahatlarının  həyata  keçirilməsi  3 
mərhələdə:  2001-2003,  2004-2008  və  2009-2013-cü    illərdə  nəzərdə  tutulmuşdur.  İslahatların 
proqramına uyğun olaraq 2007- ci ildən kurikulum islahatları tətbiq edilməyə başlanıldı (7, səh. 59) 
Qeyd  etmək  lazımdır  ki,  təhsil  islahatları  dövrün  tələbindən  irəli  gəlirdi.  İslahatlara  qədər  olan 
metodika, yəni ənənəvi metodika sosialist sisteminin tələblərinə uyğun yaradılmışdır və onun məqsədinə 
xidmət  edirdi.  Azərbaycan  Respublikasının  müstəqillik  əldə  etməsi,  bazar  iqtisadiyyatı  yolunu  seçməsi, 
həyata  keçirilən  islahatlar  və  s.  amillər  artıq  ənənəvi  metodika  ilə  işləməyə  uyğun  gəlmirdi.  Zəruriyyət 
yaranırdı ki, bazisə uyğun olaraq üstqurum dəyişilsin. Ona görə də respublikamızda geniş miqyaslı təhsil 
islahatlarına başlanıldı. İslahatın tətbiqi üçün  ilk növbədə ibtidai sinif müəllimlərinə 5 günlük seminarlar 
keçirildi. Sonrakı illərdə bir həftəlik müəllim hazırlığı kursları təşkil edildi ki, bununla da islahatın həyata 
keçirilməsi üçün yerlərdə kadrlar hazırlanıldı (7, səh. 58). 
Qeyd  etmək  istəyirəm  ki,  belə  bir  böyük  islahatı  həyata  keçirəcək  kadrlar  bir  həftəyə  bu 
sistemi  öyrənməli  oldular.  Ona  görə  də  bu  sistem  haqqında  müəllimlərdə  bir  o  qədər  də  geniş 
məlumatlar  olmadı.  İstər  təhsil  işçiləri,  istərsə  də  bu  islahatları  həyata  keçirən  müəllimlər  çətinlik 
qarşısında  qaldılar.  Bir  növü  kurikulum  islahatı  məsələsi  çox  problemli  məsələ  kimi  onların 
qarşısında  dururdu.  İndinin  özündə  də  bir  çox  müəllim  kurikulum  islahatının  ləğv  olunacağı 
haqqında ideyalar irəli sürürlər. Nəzərə almaq lazımdır ki, bu islahatlar ləğv olunmayacaq, əksinə 
inkişaf  fasiləsiz  olduğundan  bu  islahatlar  daha  da  dərinləşəcək  və  biz  dünya  metodikasındakı 
yeniliklərdən  bəhrələnərək  onları  öz  işimizdə  tətbiq  edəcəyik.  Ona  görə  də  kurikulum  islahatları 
dərindən öyrənilməli və ondan səmərəli istifadə yolları tapılmalıdır.  
Bir şeyi qeyd etmək istəyirəm ki, son vaxtlar dilimizin təmizliyi haqqında bəzi çıxışlar olur. Mən 
qeyd  etmək  istəyirəm  ki,  kurikulum  islahatları  ilə  əlaqədar  olaraq  dilimizə  çoxlu  kənar  sözlər  daxil 
olmuşdur. Tədricən bu sözlərin qarşılığı tapılıb dəyişilməli – dilimiz saflaşmalıdır. Məs. motivasiya sözü  


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə