- 177 -
dramatik patetikası ilə fərqlənir. Bu xarakterin əsas daşıyıcısı özünün qeyri-bərabər ritmi, tək
ölçüləri qammaşəkilli və sıçrayışlı hərəkətlərin sərbəst müqayisəsi, eləcə də, gərgin döyünməsi
(pulsasiya etməsi) və hərdənbir kəskin dissonant akkomponomenti ilə meydana çıxan əsas
partiyanın mövzusudur.
V.Adıgözəlovun bu konsertini başqalarından fərqləndirən əsas cəhət odur ki, müəllif burada
əsərin məzmununun “ağırlıq mərkəzini” finala keçirir ki, bununla da onun əhəmiyyətini və
orijinallığını qabarıq şəkildə nəzərə çarpdırır.
1964-cü ildə Nəriman Məmmədov da Konsert yazır. Konsert elə ilk xanələrindən orkestrin
və solo verən instrumentin özünəməxsus parlaq səslənməsi ilə diqqəti cəlb edir. Bu, bəstəkarın
harmoniya və orkestrovkasının xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, ənənəvi “aşıq” akkordları
əsasında müəllif “çoxpilləli” sekunda kompleksi qurur, eyni zamanda qısaldılmış (kiçildilmiş)
oktava intervalından da geniş istifadə edir.
Birinci hissə iradəli, cəsarətli və bununla birlikdə dramatik münaqişə ilə dolğun olan obrazın
geniş girişi ilə başlanır. Ekspozisiyanın kontrastı isə bir qədər başqadır. Solo instrumentinin partiyasında
tokkata xarakterli musiqi meydana çıxır ki, bu da saz səsinin bir növ imitasiyası kimi verilir.
İkinci hissə özünə məxsus noktürndür. Burada müxtəlif vasitələrlə təmsil olunmuş təsviri
səsyazmaları üstünlük təşkil edir. Birinci
hissədə olduğu kimi, burada da tempin
dəyişilməsi diqqətə
layiqdir.
Finalda enerji və hərəkət hökmranlıq edir. Solo instrumenti ilə bütün registrlərdə təkrar
olunan orkestrin giriş akkordlarından sonra finalın fəal, hərəkətli və çevik baş mövzusu başlayır.
Mövzu final üçün xas olan xarakterdə qəbul olunur.
Konsertin son səhifələri təntənəli apofeoz, cəsarətli həyat mənbəyinin inamlı təsdiqi kimi
xarakterizə edilir.
1963-cü ildə Azər Rzayev tərəfindən də bir Konsert yazılmışdır. Bu, Azər Rzayevin do
major Konsertidir ki, Azərbaycanın gənc ifaçılarına ünvanlanmış ilk fortepiano Konsertidir.
Birinci hissənin əsas partiyası üçhissəli formadadır. Əsas partiyanın hamısı qırx xanədən
artıq davam edir. Əlaqələndirici partiya isə cəmi səkkiz xanədir. Bu isə bəstəkarın tematik
materialın ifadəsinin məhz ilk plana çıxarmaq cəhdini sübut edir.
İkinci hissə dərin düşüncə xarakteri daşıyır. Musiqi özünün melodikliyi, səmimiliyi və daxili
mərhəməti ilə özünü göstərir.
Konsertin finalı bir növ birinci və ikinci hissələrə qarşı qoyulur. Bütövlükdə isə final
gülməli karnaval şənliyi təsiri bağışlayır.
Zakir Bağırovun 1965-ci ildə yazdığı Konsert üç hissədən ibarətdir: başlanğıc sonata
Sostenuto, nisbətən böyük olmayan Andante cantabile və final Andante assai. Konsertin bütün
tematizmi bilavasitə xalq-mahnı və xalq-rəqs mənşəi ilə əlaqəsinə görə fərqlənir. Bəstəkar, hər
şeydən əvvəl Azərbaycan xalq musiqisinin lad, melodik, metroritmik xüsusiyyətlərini onların ilkin
vəziyyətində çatdırmağa çalışır.
Birinci hissə mahnı xarakterli iki temanın müqayisəsi əsasında qurulmuşdur. Hadisələrin
inkişafı janr və formanın qəbul olunmuş normaları əsasında baş verir. Birinci hissənin sonunda,
reprizada köməkçi partiyadan əvvəl kadensiya verilmişdir ki, burada da demək olar ki, əsas
partiyanın teması inkişaf etdirilir.
Mahnı melodiyası ikinci hissədə verilmişdir. Onun müxtəlif ifadələrlə dəfələrlə işlənməsi bütün
hissənin ümumi dalğavari formasını yaradır və bunun da zirvəsi fa diyez minor variasiyası ilə başa çatır.
Əvvəlki iki “mahnı” hissələrindən fərqli olaraq finalın janr əsasını rəqs təşkil edir. Musiqinin
sərbəst şərh olunmuş rondo forması da onun janrına tamamilə uyğun şəkildə verilmişdir. Bu parlaq,
bayramsayağı musiqi bütün Konsertin böyük kodasının birinci bölməsi rolunu oynayır. Onun ikinci
bölməsi yönəldilən yüksəliş (piu mosso), üçüncüsü isə finalın son refren (Presto) variantıdır.
Z.Bağırovun Konserti, müəyyən çatışmazlıqlarına baxmayaraq, Azərbaycan pianistlərinin
repertuarında öz lazımi yerini tutmağa layiqdir.
Ötən əsrin baxdığımız dövrünün 60-80-cı illərinin fortepiano musiqisi əsasən iki istiqamətdə
inkişaf etmişdir. Onlardan birincisində lad-intonasiya və ritmik, eləcə də forma yaradan olmaqla,
xalq musiqisinin yaradıcı şəkildə işlənməsi xətti davam etdirilir. İkincisində isə müəlliflərin,
- 178 -
xüsusilə də gənc müəlliflərin müasir dil və faktura stilistik priyomlarına açıq şəkildə üstünlük
vermələri müşahidə olunur.
ƏDƏBİYYAT
1.
Məhərrəmova İ. Vasif Adıgözəlovun fortepiano ilə simfonik orkestr üçün bir nömrəli konserti,
NDU, Qeyrət, Naxçıvan-2007.
2.
Адигезалов В. Концерт – 136-139, 144; Концерт с оркестром азербайджанских народных
инструментов – 139, 144, Пьесы для детей –120, 121, Соната – 33, 64, 67, 85, 1992
3.
Назирова Е. Вариации – 25, 121; Концерт – 33, 84, Концерт на арабские темы (соавтор
Ф.Амиров)–33, 77-83, 84, 85, Пять детских пьес – 25, Пять прелюдий – 10, 23-25,
Сонатина-71; Сюита на албанские народные темы для двух фортепиано (соавтор
Ф.Амиров) – 33, 46-51, 78, Четыре етюда – 25, 1980.
4.
Сеидов T. Азербайджанская советская фортепианная музыка, Язычы, Баку 1980.
ABSTRACT
Aynur Safarova
Composing of large size musical compositions for piano, using of folk music, mugham
(eastern melody), songs, rhythmic music, tasnifs have been studied in this article. Honorable places
of these compositions in Azerbaijan and abroad have been studied and notified the remarks and
opinions of the world famous composers. Have been studied of the stylistically reflection of the
piano compositions of the Azerbaijan composers in XX century world music.
РЕЗЮМЕ
Айнур Сафарова
Предлагаемая статья посвящена произведениям крупных форм в азербайджанской
фортепианной музыке. В статье анализированы жанровые и стилистические особенности
этих произведений, выявлены пути использования примеров народного творчества –
мугамов, песен, рянг и тэснифов.
В статье освещены своеобразные различия этих произведений в творчестве наших
композиторов, одновременно были исследованы взгляды не только специалистов нашей
республики, но и зарубежных композиторов мирового уровня. Подчеркнуто применение
всесторонних стилистических тенденций музыкального искусства фортепианной музыки
Азербайджана ХХ века в этих произведениях.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa
tövsiyyə
olunmuşdur. (protokol № 06).
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova