- 179 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
CƏLALƏDDİN ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
djelal63@ mail.ru
UOT:78
TƏRBİYƏ PROSESİNDƏ XALQ MUSİQİSİNDƏN İSTİFADƏ ETMƏKLƏ
YENİYETMƏLƏRİN ƏMƏYƏ VƏ VƏTƏNƏ MƏHƏBBƏT RUHUNDA
TƏRBİYƏSİNİN BİRGƏ İMKANLARI
Açar sözlər: Azərbaycan xalq musiqisi, muğam, xanəndə,
mədəniyyət, bəstəkar
Key words: Azerbaijan folk music, mugam, singer, culture, komproser
Ключевые слова: Азербайджанския народная музыка, мугам, певец культура,
композитор
Azərbaycan xalqı öz tarixi etibarilə çox qədim bir xalqdır və həm də zəngin bir musiqi
irsinə malikdir. Musiqi sənəti hər bir xalqın, hər bir ölkənin mədəniyyət tarixinin tərkib hissəsini
təşkil edir. Kökləri uzun keçmişlərə gedib çıxan çoxjanrlı Azərbaycan xalq musiqisi ölkəmizin
ictimai siyasi quruluşu ilə sıx əlaqədə yaranmışdır. Qədim bir tarixə malik olan Azərbaycan xalqı öz
zəngin incəsənəti, musiqi mədəniyyəti ilə dünya xalqlarının diqqətini daim cəlb etmiş və bu gün də
etməkdədir.
Xalqımıza məxsusu olan muğamlar, mahnılar, musiqi alətləri və sazəndələr haqqında
məlumatlar bizə musiqimizin kökünü yüz- yüz illərin deyil, min – min illərin arxasında axtarmağa
ixtiyar verir.
Təkcə ölkəmizdə deyil ölkəmizin hüdudlarından kənarda belə Nizaminin “Xəmsəsi”,
Məhsəti xanımın “Rübailəri”, Nəsiminin, Füzulinin “Qəzəlləri” tanınmış, Seyfəddin Urmavi,
Əbdülqadir Maraği, Mir Mövsün Nəvvab kimi alimlərin xəbəri geniş yayılmışdır.
Azərbaycan xalq musiqisi məzmunca janr etibarı ilə rəngarəngdir. XIX əsrin axırları XX
əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyəti, sözün əsl mənasında çiçəklənmiş, misilsiz
nailiyyətlər qazanmışdır. Yeni azad dövran musiqi folklorumuzda onu yaradanlara, xalq
bəstəkarlarına geniş yaradıcılıq imkanları vermişdir.
İnsanlarda xoş - əhval ruhiyyə, həyata sevgi aşılayan bir çox amillər vardır. Burada başlıca
yeri istirahət tutur. İstirahətin isə müxtəlif formaları var. Boş vaxtlarda idmanla məşğul olmaq,
məzuniyyət zamanı ölkə daxilində və ölkə xaricində istirahət etməyə, səyahət etməyə üstünlük
verənlər çoxdur. Amma istirahətin bir növü də vardır ki, ondan aldığımız mədəni qidanı başqa heç
nədən almaq mümkün deyildir. Bu, musiqidir. Ürəyinizə yatan, könlünüzü oxşayan musiqidən
aldığın qida itirilən enerjini bərpa edən ən böyük vasitədir. Bu mənada xalq musiqisinin əvəzi
yoxdur. Yaşı bəlli olmayan, müəllifi tanınmayan xalq mahnılarımız mənəvi sirlər xəzinəsidir. Xalq
mahnıları yeri gəldikdə könül həmdəmimiz, yeri gəldikdə isə mənəvi sirdaşımızdır. Xalq
mahnılarımızı dinləyib könül rahatlığı tapırıq. Bəzən ürəyimizdəki qəm – qüssəni bu mahnılara
qulaq asmaqla özümüzdən uzaqlaşırıq. Bir sözlə, bu mahnılardan zövq alırıq. Onlar bizə mənəvi
güc verir. Xalq mahnıları hər zaman bizim həyatımıza daxil olan, həyatımızın hər anında maraqla
dinlədiyimiz bir janrdır. Hər bir xalq mahnısının özünün yaranma tarixi var. Bunlar isə mühitlə,
məkanla, tariximizlə bağlıdır. Xalq mahnılarıyla onun digər peşəkar qolu sayılan muğamat arasında
qarşılıqlı əlaqə təsiri də maraqlıdır. Muğamatları məclislərdə məşhur peşəkar xanəndələr
oxuyardılar. Muğamatın da öz siridarları öz nəzəriyyəçiləri var idi. Orta əsrlərdə muğamatı
dərindən öyrənən təhlil edən nəzəriyyəçilər də onu hətta yazıya köçürməyə təşəbbüz göstərmişlər,
xüsusi not işarələri yaratmışlar. Buna görə də muğamat bir növ şifahi xalq yaradıcılıq çərçivəsindən
kənara çıxmışdır. Amma bütün bunlar muğamatın xalqımızın ürəyində kök salmasına mane
olmamasıdır. Axı muğamatın da yaradıcısı, ifaçısı, xanəndələr, bunları müşayət edən, kamança,
kanon çalanlar xalqın içərisindən çıxanlardır. Bunlar xalq ritmlərinin, intonasiyaları muğamata
- 180 -
gətirir, muğam dəstgahlarında mahnılar onun havaları ilə bağlı güşələrin, təsniflərin, rənglərin
meydana gəlməsinə səbəb olurdular. Beləliklə də muğamat, xalq mahnıları və onun havaları ilə
birləşdirən əlaqələndirici körpü yaradırlar.
XX əsrin əvvəllərində Azərbaycanın musiqi həyatını təsvir edən yazılardan və yaxud
qocaların söhbətlərindən öyrənirik ki, hələ onda aşıqlarla birgə, xanəndələrin də iştirak etdikləri
toylarda muğamatlarda çox oxunardı. Muğamatlarla aşıq musiqisi arasında tamam uzaq olan fərq
məhz bu yolla tədricən aradan götürülürdü. Xalqın zehnində köks salmış aşıq havaları kimi təsniflər
rənglərdə ürəklərə yol tapır, dərhal yayılırdı. Üstəlik əminik ki, lirik mahnıların çoxlarını elə
xanəndələr özləri bəstələyirdi. Belə bəstəkar xanəndələrdən məşhur Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski,
Mahir Tarzan, Qurban Primovu və s. göstərmək olar.
Əsrimizin əvvəllərində ilk Azərbaycan şərq operası “Leyli və Məcnun”u yaradan Üzeyir
Hacıbəyov məhz muğamata əsaslanmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində muğamat
Azərbaycan xalqının vokal və instrumental mədəniyyətindəki ən gözəl keyfiyyətləri özündə əks
etdirirdi. Eyni zamanda, Üzeyir bəy muğamata əsl yaradıcı kimi yanaşmış, musiqimizin bu ayrı
formasında dərin drammatizmi görüb onu səhnə əsərində açmış, bu drammatizmini operanı əsasına
çevirmiş, bu yolla da muğamatın tarixi mövqeyini xeyli genişləndirmişdir. Üzeyir bəy “Leyli və
Məcnun” operasında muğamatlardan savayı xalq mahnılarından və instrumental havalardan da
geniş istifadə etmişdir.
Beləliklə, xalq mahnılarımız Azərbaycanda peşəkar – bəstəkarlıq sənətinin lap
başlanğıcından onun əsasına çevrilib. Xalqımızın ilk klassiki Üzeyir Hacıbəyovun bəstəkarlıq
tərcümeyi halında adətən yazılışı kimi deyil, xalq mahnılarımıza uşaqlıqdan doğma Şuşa şəhərində
maraq yaranıb. Müasirlərinin dediklərinə görə, elə bu şəhərdə də ilk yaradıcılıq uğurlarını qazanıb.
Muğamatı və Azərbaycan xalq musiqisinin digər formalarına məhəbbət getdikcə atırmış, nəhayət
onun nadir yaradıcılıq üslubuna çevrilmişdir. Üzeyir bəyin xor üçün istədiyi xalq mahnıları onun
bu sahədə neçə ustad sənətkar olduğunu, necə həssaslıqla çalışdığını əyani surətdə göstərir.
Bəstəkarlarımızdan Sultan Hacıbəyov, C.Hacıyev, Q. Qarayev, F.Əmirov, S. Rüstəmov, F.
Quliyev, C.Cahangirov, Q.Hüseynli, A.Məlikov və A.Əlizadə, bir sözlə bütün yaşlı nəsil bəstəkarlar
özlərinin yaradıcılığından böyük ustalıqla istifadə etmişlər.
Başqa sözlə desək, Azərbaycan xalq musiqi mədəniyyəti xəzinəsinə əsaslanmaq milli
bəstəkarlıq məktəbinin başlıca xüsusiyyətlərindəndir. Xalq ənənələrini bəstəkarların əsərlərində
işlənməsi isə həmin müəlliflərin yaradıcılıq üslubunu müəyyənləşdirən amilə çevrilir. Əlbəttə,
məsələ yalnız xalq mahnılarını işləməkdə deyil, Azərbaycan bəstəkarları xalq ladlarına ritmik,
melodik, lirik xüsusiyyətlərə əsaslanan xalq mahnılarının “ətrini” canına toplayan operalar və
simfoniyalar, xor əsərləri və kamera instrumental mahnılarını bəstələmişlər. Onlar xalq
sənətkarlarının təcrübəsindən istifadə edərək, ruhən üslubca xalq mahnılarına yaxın olan vokal
əsərlərini də bəstələyiblər. Belə əsərlərdən bəziləri öz müəllifini itirərək xalq mahnıları kimi
dillərdə əzbərə çevrilmişdir.
ƏDƏBİYYAT
1. Karaoke. Azərbaycan xalq mahnıları və klassik romansları, “Apostrof” çap evi, Bakı 2011
2. Səfərova Z.Nəvvab və onun “Vüzühül - əzqam” risaləsi, Azərbaycan SSR.E.A. Xəbərlər
(ədəbiyyat, dil və incəsənət seriyası)
3. Şuşinski F.Azərbaycan xalq musiqiçiləri, Bakı, 1985
4. Hacıbəyov Ü. əsərləri, cild 2.Bakı, 1965
5. Hacıbəyov Ü. əsərləri, Bakı, Yazıçı, 1985.
6. İsmayılova Q.
Müslüm Maqomayev, Bakı,1975