- 185 -
ABSTRACT
N.Aliyarova
THE SYSTEMATIZATION AND CLASSIFICATION OF
NAKHCHIVAN MUSIC PERFORMANCE
The article by is about Nakhchivan music culture. Object of this investigation is Nakhchivan
music performance. Music-mastery art of Nakhchivan is inseparable of Azerbaijan music history.
Author investigates musicperformance kinds of Nakhchivan region. This article implementes
scientific systematization and classification of Nakhchivan music performance.
РЕЗЮМЕ
Н. Алиярова
СИСТЕМАТИЗАЦИЯ И КЛАССИФИКАЦИЯ ПРОИЗВОДИТЕЛЬНОСТИ
НАХЧИВАНСКОЙ МУЗЫКИ
В статье рассказывается о музыкальной культуре Нахчывана. Объектом этого
исследования является музыкальное представление Нахчывана. Музыкальное искусство
Нахчывана неотделимо от истории азербайджанской музыки. Автор исследует виды
музыкальной деятельности Нахчыванской области. В этой статье представлена научная
систематизация и классификация музыкальной работы Нахчывана.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı
ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 06).
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
- 186 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2018, № 1 (90)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2018, № 1 (90)
ELFANƏ QASIMOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
UOT:78
DİZAYN VƏ İNSANIN PREDMET-MƏKAN MÜHİTİ
Açar sözlər: dizayn, predmet-məkan mühiti, emosional dizayn, dizayn məhsulu, sosiomədəni
hadisə, estetik fenomen
Key words:
design, spatial environment, emotional design, design products, socio-cultural
event, esthetic phenomena
Ключевые слова: дизайн, предметно-пространственная среда, эмоциональный
дизайн, дизайнерская продукция, социокультурное событие, эстетический феномен
Dizaynda başlıca problem məkandan effektli və rasional istifadə bacarığıdır. Dizayn mühiti
insanın məişət, ictimai və istehsalat fəaliyyəti üçün məqsədəuyğun, komfort və estetik şəraitinin
daha da yaxşılaşdırılmasıdır.
Müasir dizaynerin fəaliyyəti ayrıca predmetlərin, yaxud ayrı-ayrı kommunikasiya
obyektlərinin yaradılması ilə məhdudlaşmır. Onun diqqət mərkəzində duran bütövlükdə mühit
problemidir – fərqi yoxdur, ictimai, yaxud yaşayış məkanı, ya da xarici mühit olsun. Dizayner bu
məkanı müəyyən funksional proseslərə uyğun “qurur”, buna insan üçün psixoloji baxımdan komfort
mühitin formalaşdırılması prosesi kimi yanaşır. Ona görə də bu gün predmet-məkan mühitinin
elementlərini ağıllı layihələndirmək məqsədilə insan və onun məkan əhatəsilə tələbatlarını
öyrənmək və düzgün həyata keçirmək mühüm məsələdir. Başqa sözlə, mühit dizaynı insanın
rahatlığı üçün istənilən ərazinin yaradıcı inkişafı deməkdir.
Doğrudur, dizaynın bütün növləri bütöv estetik məkanın formalaşdırılmasında iştirak edir,
mühit dizaynını isə müasir mədəniyyətin miqyaslı hadisəsi kimi qəbul etmək lazımdır.
Bu gün geniş
tələb obyekti olan mütərəqqi fəaliyyət növü kimi dizayner fəaliyyəti yeni sosial-iqtisadi və bazar
münasibətlərinin yaradılmasına xidmət edərək müxtəlif istehsalların rəqabətə davamlı
faktorlarından biri olmuşdur.
Dizaynın çoxaspektli fenomen olması məsələsini dəfələrlə qeyd etmişik. Həqiqətən də
dizaynın maddi-bədii mədəniyyətin formalarından, texnika sahəsindən predmetli bədii yaradıcılıq
növlərindən biri olması, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihə bədii-
texniki fəaliyyət olması onun insanı formalaşdırmaq potensialına malik olmasından xəbər verir. Bu
isə öz növbəsində dizaynı sistem kimi nəzərdən keçirilməsini zəruri edir.(1) Bu gün həyat
keyfiyyətinin yaxşılaşdırılmasına cəhd göstərən şəxslərin “mənə müasir dizayn lazımdır” devizini
başa düşmək çətin deyildir.
Bəşəri təcrübə göstərir ki, bir çox əsrlər ərzində insanın predmet-məkan mühiti, onu əhatə
edən bütün predmetlər yaradıcı insanların gərgin əməyinin nəticəsidir. XIX əsrin əvvəllərində hələ
mədəniyyətdə kök salmamış yeni predmetlər istehsal olunurdu ki, bu da məhsulların istehlakçıların
zövqünə
uyğunlaşdırılması
problemini
aktuallaşdırırdı.
Eyni
zamanda,
zövqlərin
proqnozlaşdırılması məsələsi də estetik amil kimi aktuallaşmağa başlayır. Bu faktor Avropada
dizayner peşəsinin formalaşmasına təkan vermiş və tezliklə məlum olmuşdur ki, dizayn mürəkkəb,
çoxaspekti prosesdir, çünki onun təyinatı hələ mövcud olmayan hadisənin, obyektin əvvəlcədən
xarakteristikaları verilən cihazların modelini yaratmaq, təsvir etməkdir. Bununla belə, olduqca
geniş, çoxsahəli fəaliyyət növü olan dizayn yaradıcılığı elmi biliklər sistemi əsasında qurulur.
Dizayner peşəsinin mürəkkəbliyi, dizayner məhsulu nəticəsində meydana çıxan
problemlərin müəyyən sistemə, qaydaya salınmasını, düzülüş və məntiqi nizamlanmasını tələb edir.
Ümumiyyətlə, sistemli yanaşma əsasında obyekti qarşılıqlı əlaqədə olan bütöv kompleks sistemi
kimi nəzərdən keçirən elmi idrak metodologiyasında istiqamətdir.(2) Sistemli yanaşmanın mühüm