Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə56/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

 
205 
Pavloviç  Avramenko,  Tatyana  Jadan  və  onlarca 
başqalarının adlarını sadalamaq mümkündür.  
Tədqiqatçı  Aleksandr  Komarov  da  Casmuhin  kimi  öz 
mədəsinə  yemək  qəbul  etməsindən  imtina  məqsədi  ilə 
xüsusi  metodika  işləyib  hazırlamış  və  iki  il  müddətində 
yalnız 4 gün 100 qram qida qəbul etmişdir {160}. Bu zaman 
o da yorğun, əldəndüşmüş və arıq görünmür. Onun sözlərinə 
görə  özünü  əla  və  tam  qüvvəsi  ilə  hiss  edir.  Onun  da  bu 
sahədə  proqressiv  fikirləri  olduğundan  müxbir  ilə 
müsahibəsini təqdim edirik: 
-  Aleksandr  Viktoroviç,  insan  fiziologiyası  yeməkdən 
imtinaya zidd çıxmırmı? 
-  Qətiyyən  yox!  Əksinə,  indiki  insan  ki,  bu  qədər  yeyir, 
bunun  özü  fiziologiyaya  biganəlikdir.  İnsanın  qida  qəbul 
etməsinin  3  növü  vardır:  dəri,  ağ  ciyərlər  və  mədə  vasitəsi 
ilə.  Hal-hazırda  qida  qəbul  etmənin  əsas  növü  mədə,  sonra 
ağ  ciyərlər  və  nəhayət  axırıncı  dəri  vasitəsilədir.  Lakin  bu, 
köklü  cəhətdən  belə  deyildir.  Lap  qədim  zamanlardan 
insanın  qidanı  qəbul  etməsinin  əsas  növü  xaricdən  dəri 
vasitəsilə,  əlavə  olaraq  ağ  ciyərlər  və  ən  axırda  mədə  ilə 
olmuşdur. Insanları müqayisə edin: eləsi var ki, çox, eləsi də 
var  ki,  az  yeyir.  Yaxşı  məlumdur  ki,  qarınqulunun  həzm 
orqanları güclü dartılmış, yoğunlaşmış və deformasiya etmiş 
olur.  Nə  qədər  yeyirsənsə  ye,  onsuz  da  yediyin  yeməyin 
yalnız  1,5%-i  orqanizm  tərəfindən  sorulur,  qalan  98,5%-in 
bir  hissəsi  fekal  şəklində  orqanizmdən  kənara  tullanır  və 
qalan  hissəsi  isə  tamamilə  yararsız  və  ziyanlı  şlaklar 
şəklində orqanizmdə yığılır ki, bunlar da sonradan cürbəcür 
xəstəliklər  –  fəsadlar  yaradır.  “Azyeyənlərin”  həzm 
orqanları  kiçilərək  daha  düz  forma  alır  və  buna  görə  də 
yeyilən  qida  15-20  dəqiqədən  sonra  bağırsaqlardan  xaric 


 
206 
olunur. Həqiqətən, insan az miqdar qida qəbul etməlidir ki, 
onun çox hissəsi orqanizm tərəfindən mənimsənilə bilinsin.  
-Ağ ciyərlər və dəri vasitəsi ilə qida qəbul etməni necə başa 
düşmək olar?  
-  Ağ  ciyərlər  vasitəsi  ilə  qidalanmaq  –  bu  orqanizmi 
təmizləməkdən  ötrü  havada  olan  maddələrin  udulmasıdır. 
Çünki  mədə  vasitəsi  ilə  biz  çoxlu  miqdarda  yad  maddələr 
qəbul edirik ki, sonradan onları xaric etməyə çalışırıq. Nəfəs 
aldığımız  oksigen  qana  düşərək  lazım  olmayan  maddələri 
“yandırır”,  onların  “ölü  cəmdəkləri”  isə  onurğa  beyni 
tərəfindən  hasil  olunan  qırmızı  qan  cisimcikləri  ilə  kənar 
olunurlar  (?).  Əgər  orqanizm  tamamilə  şlaklardan  azad 
olmuş  olarsa,  onda  ideal  halda  qırmızı  qan  cisimciklərinin 
istehsalı  kəsilərdi,  insanın  qanı  isə  maviyəçalan  rəngdə 
yalnız limfadan ibarət ola bilərdi. Dəri vasitəsi ilə qidalanma 
onsuz  da  müasir  qarınqulu  insanın  bədənində  də  baş  verir, 
lakin  lazım  olduğundan  az  miqdarda.  Bu  növ  qidalanma 
mədə  yolu  ilə  qidalanmanı  büsbütün  əvəz  edə  bilər  və  onu 
“ehtiyatda  olan”  –  ikinci  dərəcəli  edə  bilər.  Bu  yol  insana 
imkan verir ki,  onu əhatə edən mühitdən nə vaciblisi varsa 
özünə  mənimsəyə  bilsin  və  təbii  ki,  insanı  əlavə  olaraq 
məhsul  dalınca  qaçmaqdan  və  onu  bişirib  hazırlamaqdan 
azad  edir.  Bəlkə  bu  bir  az  qeyri-adi  görünsün,  lakin  fakt 
faktlığında  qalır  ki,  insan  müəyyən  metodikaya  yiyələnsə, 
yüz dəfə bəlkə az qida qəbul edər ki, bu da onun səhhətinin 
yaxşılaşmasına xidmət edər. 
- Lakin buna baxmayaraq insanlar aclıqdan və susuzluqdan 
ölürlər... 
-  Dəri  ilə  qidalanmağa  birdən-birə  deyil,  yavaş-yavaş, 
tədrici  keçmək  lazımdır.  Keçmə  metodunu  da  bilmək 


 
207 
gərəkdir.  Acından  və  susuzluqdan  ölən  insanlar  bu  kecid 
formasını bilmirlər, onlar lazımi qida məhsullarından təcrid 
olunublarsa,  deməli  qeyri-adi  şəraitə  düşmüşlər.  Qorxu, 
bədbəxtçilik,  köməksizlik  hissləri  onlardan  çoxlu  miqdarda 
enerjini  alır  və  vəziyyətlərini  daha  da  dərinləşdirir.  Bizim 
vəziyyətimizdə  insan  öz  iradəsi  ilə  mədə  vasitəsi  ilə 
qidalanmadan  üz  döndərir  və  yavaş-yavaş  özünü  bu  hala 
adaptasiya etdirir. Birinci həftədə o, yalnız sutkanın yarısını, 
ikinci  həftə  bir  günü,  sonra  isə  1,5  günü  yemir.  Belə  ki,  o 
belə  bir  qənaətə  gəlir  ki,  yalnız  az-az  hallarda  su  içərək 
yeməkdən  tam  imtina  edə  bilər.  Həzm  orqanlarının 
deqradasiyası  çox  uzun  illərin  məhsuludur  və  fiziki  bədən 
indi  mövcud  olan  qida  sisteminə  transformasiya 
olunmuşdur.  Bizim  məqsədimiz  –  orqanizmə  onun  qədim 
dövrlərini xatırlatmaqdır.  
- Mən belə başa düşdüm ki, siz mədə ilə qidalanmaqdan tam 
imtina  etməmisiniz,  iki  il  ərzində  miqdarı  100  qram  olmaq 
etibarı ilə 4 gün ərzində bir dəfə yemisiniz... Niyə? 
-  İş  ondadır  ki,  dəri  vasitəsi  ilə  qidalanmağa  tam  keçid 
zamanı  insan  qeyri-adi  xüsusiyyət  əldə  edir.  Onun  yalnız 
görmə  və  eşitməsinin  güclənməsi  deyil  və  həm  də 
başqalarının fikrini və qeyri-ixtiyari istəklərini yerinə yetirir. 
Bu imkanlara qarşı çox hazır olmaq gərəkdir, yoxsa insanlar 
arasında  “çox  odun  yarılmış”  olar.  Bu  səbəbdən  mən  az 
miqdar  yeməkdən  istifadə  etdim.  Yeri  gəlmişkən,  aclıq 
çəkən  mühəndis  Manekin  sağlamlığını  müşahidə  edən 
qabaqcıl  hindli  nevroloq  Sudrih  Şah  inkar  etmir  ki, 
orqanizmin  oxşar  adaptasiyası  zamanı  parapsixoloji 
aktivliyə  cavabdeh  olan  beyinin  alın  hissəsi  aktivləşir.  Bu 
zaman  beyinin  bütün  qalan  hissələri,  o  cümlədən, 
hipotalamus,  hipofiz,  uzunsov  beyin  heç  bir  dəyişikliyə 
məruz qalmırlar. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə