Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə57/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

 
208 
- Necə izah etmək olar ki, Günəş işığı insanın aktiv fəaliyyəti 
üçün bütün lazımi maddələri vermək iqtidarına malikdir? 
- Günəş və uzaq ulduzların işığı cütlü elementar hissəciklər 
sisteminin  (parapozitron  və  ortopozitron)  daşıyıcılarıdırlar. 
Bu hissəciklər orqanizmin hüceyrə hissəcikləri ilə rezonansa 
girərək    və  insana  qida  kimi  lazım  olan  bütün  kimyəvi 
elementləri  yarada bilərlər. Yəni,  “fabrik” insanın özündə  - 
onun  dərisinin  hüceyrələrindədir.  Xülasə,  Kainatda  bir  növ 
qida  vardır.  Bu  maddənin  paylanması  və  yaxud  enerjidir. 
Daha yüksək enerjisi olan bütün sistemlər az enerjiyə malik 
sistemləri  udaraq  öz  kütlələrini  və  enerjilərini  artırırlar. 
İnsan  da  belədir.  Ya  enerjisini  artıraraq  böyüyür,  ya  da 
kiçildərək  məhv  olur.  Təbii  seçmə  baş  verir  və  güclü 
yaşayır.  İnsan  da  bütün  canlı  və  cansızlar  kimi  yalnız 
qidalanma  yolu  ilə  inkişaf  edə  bilər.  Kütlə  və  enerjisi 
artmayan sistemlər inkişaf edə bilməzlər. 
-  İnsanların  əksəriyyəti  öz  çəkilərini  azaltmağa  çalışırlar. 
Aktiv  yaşamaq  üçün  isə  enerji  lazımdır  ki,  bu  da  bədənin 
kütləsi ilə birbaşa əlaqəlidir... 
-  İnsan  və  ya  Kainatın  istənilən  canlı  sistemləri  müəyyən 
momentlərdə açıq  və qapalı olmaqla universal  sistemlərdir. 
Həqiqətən  də,  istənilən  sistemin  enerjisi  artma  istiqamətinə 
yönəlməzsə,  o  gec-tez  dağılacaqdır.  Buna  görə  də  müxtəlif 
metodların  tətbiqi  zamanı  məsələ  insan  çəkisinin 
azalmasından  deyil,  onun  fiziki  bədəninin  həcminin 
azalmasından  (çəkini  və  enerjini  saxlamaqla)  ibarət 
olmalıdır.  Buna  görə  də  biz  “günəşiyeyənlər”  ac  qalan 
insanlara  bənzəmirik.  Çəkini  birdən-birə  azaltmaq  –  bu  öz 
enerjini  bir  anlığa  “tullamaq”  deməkdir.  İnsan  bədəni  boş 
deyil, körpə bədəni kimi sıx olmalıdır. 


 
209 
-  Qidalanma  reıimini  dəyişən  zaman  insanın  daxili 
sistemlərinin  balansı  pozulur,  bu  xəstəliyə  gətirib 
çıxarmazmı? 
-  Düzgün,  rəvan,  yavaş-yavaş  başqa  sistemə  keçid  zamanı 
balans  pozğunluğu  baş  vermir.  Biz  özümüzdə  ağrı  və  ya 
xəstəlik  hiss  edəndə  orqanizmin  iki  sistem  hüceyrələri 
arasında potensiallar fərqini hiss edirik, yəni, onlar arasında 
enerjinin  qeyri-bərabər  paylanmasını.  Dəri  vasitəsi  ilə  işıq 
enerjisini  qəbul  etdikdə,  əksinə,  onu  balanslaşdırırıq.  Yeri 
gəlmişkən,  yoqları  –  çakraların  enerjisini  qaldırmağın  şərq 
metodları  ilə müalicə edənləri  xatırlayaq. Statistikaya  görə, 
bütün  bu  insanlar  yalnız  və  yalnız  onkoloji  xəstəliklərdən 
ölürlər. Nə üçün belə olur?  Çakralar – insan orqanizmində 
fizioloji  cəhətdən  yüksək  enerjili  düyünlərdir.  Çakralarda 
onsuz  da  yüksək  enerj  vardır  (onların  sahələrində  qan 
damarları  və  sinir  sonluqları  cəmləşmişdir),  insanlar  isə 
müxtəlif  metodlarla  onu  bir  az  da  artırırlar.  Əgər  müəyyən 
hüceyrələr  arasında  potensiallar  fərqi  75%-ə  çatırsa,  onda 
xərçəng  hüceyrələri  əmələ  gəlməyə  başlayır.  Xərçəngi 
müalicə  etmək  məqsədi  ilə  hüceyrə  enerjisini  artıran  masaj 
və  şüalanmadan  istifadə  olunur.  Lakin  şüalanmanı  təkcə 
xəstə  hüceyrələr  deyil,  həm  də  qonşuluqdakı  sağlam 
hüceyrələr  üzərində  də,  onları  yedizdirmək  və  bununla 
əlaqədar  olaraq  xəstə  və  sağlam  hüceyrələr  arasındakı 
potensiallar fərqini azaltmaq  məqsədi ilə aparmaq lazımdır. 
Onda  xəstə  hüceyrələr  baryeri  aşa  bilərlər  və  öz 
“qüvvələrini”  digər  hüceyrələrə  verərək  əriyərlər.  Şəkildə 
baş  beyinin  neyron  modeli  təsvir  olunmuşdur,  mərkəzdəki 
yüksək  enerjiyə  malik  neyrondur,  o  böyümüş  və 
həyəcanlıdır.  Bu  vəziyyətdə  insan  bədənin  müəyyən 
sahəsində xəstəlik əlamətləri hiss edir. Digər hüceyrələrlə də 
bu  cür  hallar  baş  verir.  Ümumi  enerjinin  böyüdülməsi, 
düzləndirilməsi,  səlisləşdirilməsi  gərəkdir.  Dəri  vasitəsi  ilə 


 
210 
qidalanma  da  bədəni  sağlam,  təmiz  və  güclü  etmək 
metodlarından biridir. 
- İstənilən adam “günəşiyeyən” ola bilərmi? 
- Tam fizioloji cəhətdən – hə. Əgər insan tam ürəkdən arzu 
edərsə, onda o, ilkin, təbii qida rejiminə –   “homo sapiens” 
–  keçərək  özünü  tamamlə  mədə  vasitəsi  ilə  qidalanmadan 
azad edər. Elə zənn etməyin ki, “günəşiyeyənlər” tamamilə 
qeyri-adi insanlardır. Avstraliyalı Casmuhin öz təcrübəsində 
Günəş işığı  ilə qidalanmağa keçərək kitab nəşr etdirmişdir. 
Onun  tərəfdarlarının  sayı  artıq  minlərlədir.  Bu  metodika 
insan  üçün  əziyyətli  deyildir,  orqanizm  təbii  yolla 
qidalanmasına  qayıtmaq  istəyir,  nə  vaxt  nəyi  yemək  və  nə 
vaxt yeməkdən imtina etməyi  özü deyəcəkdir.  
-  Lakin  bəzi  inkişaf  etmiş  ölkələrdə  kulinariya  həmişə 
mədəniyyətin  bir  hissəsi  olmuşdur.  Günəş  yeməyinə  keçid 
çoxlu  sayda  gözəl  ənənələrin  yox  olmasına  gətirib 
çıxaracaqdır... 
-  Yox,  çox  güman  ki,  bu  yeni  inkişaf  pilləsində  qədim 
mədəniyyətə qayıtmaq olacaqdır. Xatırlayın, Adəm, Cənnət 
bağı  və  bəşəriyyəti  indiki  vəziyyətə  gətirən  alma  nifaqı. 
İnsan bütün keçmiş həyatı boyu öz normal həyatından aram-
aram  uzaqlaşaraq,  ona  yalnız  xəyallarında  qayıdaraq, 
sadəcə,  deqradasiya  etmişdir.  Kulinariya  doğrudan  da 
müxtəlif  dövrlərdə  mədəniyyətin  bir  hissəsi  olmuş  və 
cəmiyyətin  deqradasiyası  ilə  bərabər  o  da  buna  məruz 
qalmışdır. 
Bütün  fəaliyyətlərin  və  yemək  hazırlamağın  əhəmiyyəti 
qədim  zamanlarda  başqa  məna  daşımışdır.  Yemək 
hazırlamaq  xüsusi  qaydalar  üzrə  onun  enerjisini  yüksək 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə