Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə65/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   61   62   63   64   65   66   67   68   ...   82

 
237 
-“Mən  öz  hidayət  yolumu  sizə  göstərdim.  Hər  kəs  hidayət 
yolunda tabeçilik etsə, ona qorxu yoxdur və heç vaxt qəm-
qüssə çəkməz.” 
Bu  kiçik  cümlə  ilə  Allah  taala  onlara  böyük  bir  məsələni 
xatırlatmaq istəyirdi. O, da budur ki, təkcə yaşayış və maddi 
ehtiyacları  aradan  qaldırma  yollarını  öyrənmək  kifayət 
etmir,  bəlkə  mənəvi,  daxili  qorxu  və  nigarançılığı  aradan 
aparmaq  üçün  Allahın  hidayət  yolunda  tabeçilik  etmək 
lazımdır.  Çünki,  bütün  bu  ehtiyacları  təlim  etməklə  və 
maddi yaşayışın bütün yollarını öyrənməklə bərabər yenə də 
yaşayış insana çətin və darıxdırıcı olacaqdır. Necə ki, Allah 
taala başqa yerdə Adəm və Həvvanın  yerəenmə məsələsinə 
işarə edərək buyurur: 
-”Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslini-
zə)  düşmən  kəsilərək  hamınız  oradan  (Cənnətdən  Yerə) 
enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, ya-
xud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu 
tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bəd-
bəxt  olar!  Hər  kəs  Mənim  öyüd-nəsihətimdən  (Qur'andan) 
üz  döndərsə,  güzəranı  daralar  (yaxud  qəbir  evində  şiddətli 
əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor ola-
raq gətirərik!” 
Lakin hər bir yaratdığına rəhm edən Allah Yerdə də Adəm, 
Həvva  və  ondan  sonra  gələn  bütün  insan  nəsli  üçün  ən 
əlverişli,  optimal  şərait  yaratdı.  Amma  cənnətdən  fərqli 
olaraq burada onlar özlərinin həyatı naminə yalnız və yalnız 
zəhmət  çəkməklə,  əmək  sərf  etməklə  vəziyyətdən  çıxa 
bilərdilər.  Onlara  Yer  üzərində  həyati  əhəmiyyətli  vacib 
qida  maddələrini  –  su  və  havanı  da  peşkəş  etmişdi.  O  ki, 
qaldı yemək qida maddələrinə, bu bir az müşkül məsələ idi. 
İş  ondadır  ki,  yemək  üçün  yeganə  qida  mənbəyi  –  Allahın 


 
238 
yaratmış  olduğu  başqa  növ  canlılar  –  bitkilər,  heyvanlar, 
quşlar və balıqlar idi. Lakin baxın, burada fikirlər haçalanır. 
Çox  mənbələrdə  yazılır  ki,  bu  sadaladığımız  qida 
mənbələrini Allah elə insan üçün  yaratmışdır. Mən, şəxsən 
bu fikirlə qətiyyən razılaşa bilmirəm. Nə fərqi var ki, onlar 
da  canlıdır,  onların  da  yaşamaq  hüququ  vardır,  onlar  da 
şübhə  yoxdur  ki,  öz  əcəlləri  ilə  ölmək  istəyirlər.  Bizi 
onlardan ayıran bir əlamət varsa, o da yüksək təşəkkül etmiş 
materiyaya – beyinə malikik, yəni ağıl, şüur bizdə üstünlük 
təşkil  edir.  Amma  bəzən  bu  canlılardan  elələri  də  var  ki, 
onların edə biləcəyini insan edə bilmir. Onlar da insan kimi 
özlərinə  yuva  qururlar,  bala  əmələ  gətirib  bəsləyirlər, 
böyüdürlər.  Məgər  bunu  ona  görə  edirlər  ki,  biz,  insanlar 
onları  öldürüb  özümüz  üçün  yem  edək,  eləmi?  Bunun  özü 
elə  əsl  vəhşilik  deyilmi?  Axı,  Allahın  verdiyi  canı  O  da 
almalıdır,  biz  yox!  Çoxları  məni  tənqid  hədəfinə  tutub 
deyəcəklər  ki,  biz  o  dediyin  heyvan,  quş,  balıq  və  bitkiləri 
bəsləyib,  böyüdüb  kəsirik,  buna  ixtiyarımız  var.  Belə  olan 
təqdirdə, bu heyvanlar da öz balalarını bəsləyib böyüdürlər. 
Sizin  mühakimənizə  görə,  görəsən  onlar  niyə  balalarını 
yemirlər? Xeyr! Bu ədalətsizlikdir! Siz onları açın, buraxın, 
qoyun  çıxıb  meşələrə  getsinlər,  özləri  sərbəst  yaşasınlar, 
meşədəki heyvanlar kimi.  Yenə belə bir sual meydana çıxır: 
bəs  onlardan  istifadə  etməsək  biz  özümüz  ölərik  ki?  Xeyr, 
ölmərik. Bu qlobal problemdən çox gözəl  çıxış  yolu  vardır 
ki,  elə  bu  yazılan  kitabın  məqsəd  və  məramı  da  bu 
məsələyə həsr olunub.     
      İnsan  ilk  yarandığı  gündən  görünür  ki,  bəzi  vəhşi 
heyvanlar  kimi,  ağır  zəhmət  tələb  edən  işlərdən  qaçaraq, 
yüngül  yolla  mənfəət  əldə  etmək  istəmişdir.  Çünki  onun 
həmçinin  pisi  yaxşıdan,  əyrini  düzdən,  sevinci  kədərdən, 
güclünü  gücsüzdən  ayıra  bilmək  qabiliyyətinə  malik  zehni 
vardır.  Buna  görə  də  baxmayaraq  ki,  adı  “insandır”,  o  da 


 
239 
başqalarını  məhv  etməklə  (heterotrof  üsulla)  özünün 
yaşamasını təmin etmişdir. 
      Bitkilər  də  bizim  kimi  canlıdırlar.  Çox  maraqlı  bir 
məsələ ondan ibarətdir ki,  amma onlar bizdən fərqli olaraq 
heç  bir  canlıya  ziyan  vurmadan  (avtotrof)  özləri  üçün 
yaşayırlar.  Onlar  da  bizim  kimi  Günəş  enerjisi  ilə 
qidalanırlar. Fotosintez prosesi onlar üçün həyat mənbəyidir. 
Torpaqdan  su  və  mineral  maddələri,  havadan  isə  Günəş 
işığının  aktiv  təsiri  ilə  karbon  qazını  yarpaqları  vasitəsilə 
udaraq    VII  fəsildə  bəhs  etdiyimiz  kimi,  biokimyəvi 
mexanizm  proseduru  ilə  oduncağa  –  selülozaya  çevirirlər. 
Göründüyü kimi, bitki mənşəli canlılar heç bir başqa canlıya 
zərər yetirmədən, öldürmədən bəsit qeyri-üzvi maddələrdən 
yem kimi istifadə edərək üzvi maddələrə çevirirlər (abiogen 
sintez), inkişaf edirlər, böyüyürlər və hətta dadlı-dadlı bəhər 
verirlər.  Mənim  fikrimcə,  Allahın  Ona  ən  sevimli  olanı, 
yaratdığı  bitkilərdir  ki,  ədalətsiz  hərəkət  etmirlər.  Bir  kiçik 
palıd  qozası  torpağa  düşdükdə  tez  bir  zaman  ərzində 
yüksəkliyi  30-40  metrə  çatan  qollu-budaqlı,  iri  gövdəli, 
nəhəng  bir  ağaca  çevrilir.  Möcüzədir,  elə  deyilmi?  Bu 
nəhəng ağac Günəşin  işıq şüalarının enerjisi və sadə qeyri-
üzvi  birləşmələrdən  –  sudan  və  karbon  qazından  əmələ 
gəlmişdir.  Çox  qəribədir,  60  yaşlı  insan  isə  bu  illər  ərzində 
hər  cür  nemətdən  istədiyi  miqdarda  istifadə  etməsinə 
baxmayaraq  (eninə-uzununa),  onun  boyu  vur-tut  1,6-2 
metrdən yüksək deyildir. Həm də palıd ağacı 500, bəzən də 
1000 il yaşadığı halda, insanın maksimal yaşama dövrü 100 
yaşı aşmayır. Görəsən bu niyə belədir? Bir atalar sözü burda 
öz  yerindədir:”Allah  adi  qarğaya  300  il  ömür  vermişdir, 
insana  isə  100”.  Əgər  insan  ilk  yarandığı  andan  bitkilər 
kimi,  ona  məsləhət  olan  əsl  qida  mənbəyindən  (sudan  və 
havadan) istifadə etsəydi, yəqin o da bitkilər qədər  yaşamış 
olardı və yırtıcı heyvan kimi vəhşilik etməzdi. Bu baxımdan 
Yer  kürəsində  günahsız  adam  tapmaq  qeyri-mümkündür. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə