Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə66/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   62   63   64   65   66   67   68   69   ...   82

 
240 
Bəs,  insanın  hal-hazırkı  vəziyyətində  tez  qocalmasına  və 
ölümünə  səbəb  olan  əsas  amil  nədir?    Bu  barədə  dünyanın 
bir sıra regionlarında elmi tədqiqat işləri davam edir və bəzi 
tutarlı nəticələr də alınmışdır. 
    Məsələn, məşhur Amerika alimi, Nobel mükafatı laureatı  
Rey  Kurzveyl  insan  qocalığı  və  ölümünün  yaxın  10-15  il 
müddətində  qarşısını  almağın  nanotexnologiya  elminin  bir 
sıra 
nəaliyyətləri 
ilə 
mümkün  olduğunu  irəli 
sürmüşdür  {174}.  “Yaxın 
yüzillikdə  çoxlu  sayda 
yeni  kəşflər,  olacaqdır. 
Qabaqcıl  texnologiyalar 
daha  da  təkmilləşəcək  və 
yaxın  yüzillik  gələcək 
bəşəriyyətin keçmiş olduğu onlarca  yüzilliklərdən çox  yeni 
tapıntılar,  kəşflər  gətirəcəkdir..,  qocalma  prosesini 
ləngitmək,  onu  geriyə  çəkmək  və  başqa  növ  yeniliklər 
olacaqdır”  -  futuroloji  fikirləri  Rey  Kurzveyl  söyləmişdir. 
    1974-cü  ildə  o,  kor  insanlar  üçün  nəzərdə  tutulan  oxu 
aparatı  kəşf  etmişdir.  Yazının  surətini  çıxaran  maşının 
prinsiplərinə  əsaslanan  kompyuter  yazı  tekstini  səhifədən 
skanə  edərək  onu  adi  insan  səsi  ilə  oxuyur.  Bu  kəşf  bütün 
dünya  miqyasında  korlar  üçün  inqilabi  dönüş  oldu.  Korlar 
üçün  istənilən  növ  kitab,  hətta  onlar  üçün  istifadə  olunan 
şriftlərə  tərcümə  olunmadan  belə  asanlıqla  oxuna  bilir.  Bu 
şəxs  skanerin,  sintezatorun  istənilən  tekstin  vokal 
tanınmasının  atası  hesab  olunur.  Məhz  o,  1990-cı  ildə  çap 
olunmuş  “Ağıllı  maşınlar  əsri”  adlanan  ilk  kitabında 
öncədən  İnternetin  əmələ  gəlməsini  söyləmişdir.  Həmin 
ildəcə  yazdığı  “Ruhi  maşınlar  əsri”  kitabında  sonrakı 
təkamülü belə xarakterizə edir:”İnsan Yer üzərində ən ağıllı 
və yüksəkməhsuldar varlıq kimi özünün mərkəzi mövqeyini 
itirməyə  başlayır.  Yaxın  100  ildə  çoxlu  şeylər  baş 


 
241 
verəcəkdir. 2099-cu ilə qədər insan beyninin skanə edilməsi 
prosesi  aydınlaşacaqdır.  Məsələn,  mən  öz  beynimi  skanə 
edərək,  hər  bir  sinir  hüceyrələri  çoxluğunu,  bütün 
neyromediatorların  yığımını,  hər  bir  sinaptik  girinti-
çıxıntıları,  hər  bir  hüceyrəni  çox-çox  kiçik  bir  subyekt 
üzərində yaza biləcəyəm. Bundan sonra mənim fikirlərimin, 
təsəvvürlərimin,  bir  sözlə,  mən  nə  edə  bilirəmsə,  hamısını, 
mümkün  qədər  güclü  neyron  kompyuterində  beynin  əksini 
alaraq  –  hamısını  olduğu  kimi  canlandıra  bilərik...” 
    2002-ci  ildə  müəllif  başqa  formada  yazılmış  “Biz  ruhi 
maşınlarıqmı?”  adlı  kitabını  dərc  etdirir.  Bu  kitabda 
Diskaveri  institutunun  təşəbbüsü  ilə  1999-cu  ildə  onun 
silahdaşlarından  biri  tərəfindən  yazılmış  elmi  əsərlərin 
yenidən  yazılışı  verilmişdir.  Bu  kitabın  məqsədi  elmi 
məsələlərin  müzakirəsinin  əhəmiyyətindən,  həmçinin 
oxucuların  ümumi  mədəniyyətinin  yüksəldilməsindən 
ibarətdir.  Həmin  ildəcə  onun  yeni  kəşfi  ingilis  dilindən 
alman  dilinə  sinxron  tərcümə  prosesini  heyranedici  şəkildə 
yüksək  keyfiyyət  baxımından  həyata  keçirir.  Nəticə:  biz 
maşınlarla 
və 
maşınlar 
da 
bizimlə 
danışırlar. 
     2004-cü  ildə  o,  həkim  Terri  Qrosmanla  birlikdə  “Uzun 
müddət yaşamaq, əbədi yaşamaq” ideyalarından bəhs edən, 
tibbi tədqiqatlara əsaslanan “Fantastik səyahət” adlı kitabın 
üzərində  işləyir.  Burada  müəlliflər  izah  edirlər  ki, 
nanotexnologiya  sahəsinin  proqresini  nəzərə  alaraq 
(Millimetrin  milyonda  biri  olan  texnologiya)  orqanizmin 
fəaliyyətini  yeniləşdirmək,  qocalma  prosesini  ləngitmək  və 
hətta  onu  geriyə  çəkmək  məqsədi  ilə,    biz  bədənimizə 
eritrositlərin  ölçüsünə  bərabər  “nanorobotlar”  daxil  edə 
bilərik.  Onlar  göstərirlər  ki,  bu  prosesin  həyata  keçirilməsi 
yaxın  gələcəkdə,  10-15  il  müddətində  baş  verəcəkdir. 
     Rey  Kurzveylin  60  yaşı  olmasına  baxmayaraq,  40  yaşlı 
insanı xatırladır. O buna necə nail olmuşdur? Çox sadə! O, 
özünün  yazdığı  kitabında  özünə  münasib  xüsusi  proqramla 


 
242 
hərəkət  edir.  Onun  özünün  özünə  tələbatı  ümumi  qəbul 
edilmiş  normativlərdən  üstündür.  O,  yeməyinə    və  içdiyi 
suya diqqətlə fikir verir (yaşıl çay və pH göstəricisi düzgün 
balanslaşdırılmış  su  içir)  və  bununla  da  orqanizminin 
sağlam  qalması  üçün  ciddi  şəkildə  mübarizə  aparır.  
 Digər  bir  rus  alimi  –  tibb  və  fəlsəfə  elmləri  doktoru
Rusiyada  İnsan  ömrünün  uzadılması  üzrə  Ümumrusiya 
mərkəzinin  yaradıcılarından  biri  Vladimir  Volkov  20  ildir 
ki, “ölümsüzlük” uğrunda mübarizə 
aparır  {175,176}.    Bu  alimin  çox 
maraqlı elmi və astronomik fikirləri 
vardır  və  belə  bir  sualla  müraciət 
edir:”Nəyə  görə  biz  280  il 
yaşamırıq, 
axı, 
bu 
realdır”? 
Volkovun  bu  məsələyə  dair  irəli 
surduyu  nəzəriyyənin  mahiyyəti 
barədə tanış olaq. 
 
Nə üçün ölürük? 
İnsan  və  bütün  canlılar  fotosintez  qanunlarına  –  yəni 
maddənin  günəş  şüaları  vasitəsilə  yaradılmasına  tabedir. 
İnsanda  fotosintezin  əsasını  təşkil  edən,  qanda  olan 
eritrositlərin  tərkibindəki  hüceyrələri  hava  ilə  təmin  edən 
hemoqlobindir. 
Eritrositlərdəki 
hemoqlobinə 
dəmir 
atomunun köməyi ilə oksigen birləşərək ağ ciyərə daşınır ki, 
bu  da  bizim  tənəffüsümüz  adlanır.  Günəş  şüaları 
parçalanaraq  orqanizm  tərəfindən  qeyri-bərabər  istifadə 
olunur.  Özündə  istiliyi  daşıyan  qırmızı  şüalar  hemoqlobinə 
qaz  mübadiləsi  zamanı  kömək  edir.  Hemoqlobin  oksigeni 
qəbul  edərək  və  orqanizmin  qırmızı  şüalarla  yanmasına 
(oksidləşməsinə)  imkan  verməmək  məqsədi  ilə  isti  qırmızı 
şüaların  bir  hissəsini  qaytararaq  bədənin  müdafiə 
funksiyasını  da  həyata  keçirir.  Ömrünü  başa  sürmüş, 
oksidləşmiş  hemoqlobin  qara  ciyərdə,  dalaqda  və  sümük 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə