Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə68/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   64   65   66   67   68   69   70   71   ...   82

 
247 
Beləliklə,  280  sutkalıq  bətndaxili  dövr  280  illik  bətnxarici 
dövrə  bərabərdir.  Başqa  sözlə,  insan  ömrünün    davamına 
cavabdeh maksimal müddət 280 ildir. 
    İnsan  ömür  boyu  ölümünə  səbəb  olan  yaşıl  ekranla 
mübarizə  aparır  –  bu  prosesə  orqanizm  hidrogen  mənbəyi 
olan  su  sərf  edir,  fotosintez  proqramının  yerinə  yetirilməsi 
qaydalarına  və  bununla  da  hidrogen  çatışmamazlığının 
yerini  doldurmasına  riayət  etmir.  Bu  səbəbdən  də  o,  ona 
nəzərdə tutulmuş 280 il ömrünü başa vura bilməyərək ölür. 
Hidrogen  insan  bədəninin  ümumi  çəkisinin  10%-ni  təşkil 
edir, yəni 7 kq. Hesab etsək ki, hidrogen bütün elementlərin 
ən  yüngülüdür,  onda  bu  çox  böyük  rəqəmdir.  Hidrogen 
protonları ömrün bir nömrəli qoruyucusudur: onlar ölümün 
yaşıl  ekranını  yox  edirlər  (biliverdin),  orqanizmin 
dağılmasına səbəb olan sərbəst radikallara malik molekul və 
molekul  hissəcikləri  ilə  mübarizə  aparırlar,  çünki 
elektronları 
olmadığından 
sərbəst 
radikalları 
olan 
molekullara birləşə bilərlər və bununla da yaxşı antioksidant 
kimi  fəaliyyət  göstərirlər.  Beləliklə  də  hidrogen  –  bizim 
orqanizmimizin  əsas  yanacağı  olmaqla  bərabər  həyatımızın 
qoruyucusudur.  Hidrogenin  tədarükünə  hüceyrələrdəki  su 
sərf olunur, buna görə də onlar zaman keçdikcə yavaş-yavaş 
bürüşürlər, və nəhayət ölürlər, həmçinin onlarla bərabər biz 
də... 
     Amma  bütün  bunlardan  sonra  yenə  mən  əvvəl 
söylədiyim fikrə qayıdıram ki, bəs nəyə görə bitkilər bizdən 
fərqli  olaraq  min  il  yaşaya  bilirlər?  Bəli,  mən  Volkovun 
biliverdin və protonun qocalmada əhəmiyyətli rol oynaması 
nəzəriyyəsini ağlabatan  hesab edirəm.  Sxemdən göründüyü 
kimi,  biliverdin  –  ölümün  yaşıl  ekranı  NADF  fermentinin 
iştirakı  ilə  özünə  proton  birləşdirərək  qırmızı  bilirubinə 
çevrilir  ki,  o  da  sonradan  öd  kisəsinə  göndərilərək  ondan 
maddələr  mübadiləsində  katalizator  kimi  istifadə  olunur. 
Axı,  orqanizmə  bilirubin  də  lazımdır,  o  isə  məhz  zərərli 


 
248 
sayılan  biliverdindən  alınmalıdır.  Başqa  yol  yoxdur.  Həm 
biliverdin  və  həm  də  bilirubin  hemoqlobinin  törəmələridir 
ki,  sonuncu  da  maksimum  120  gün  yaşaya  bilir.  Deməli, 
hemoqlobin  əvəzinə  elə bir  substansiya  mövcud  ola  bilərdi 
ki,  o,  destruksiyaya  məruz  qalmazdı  və  biliverdin  kimi 
zərərli  maddələr  də  verməzdi.  Yenə  bununla  əlaqəli  sual 
meydana  çıxır:  “Bəs  bilirubin?  Axı,  o,  olmazsa,  öd  necə 
hasil  olacaqdı”?  Öd  maddələr  mübadiləsi  –  həzm  üçün 
gərəkdir. Bəs həzm olmasaydı? Artıq mətləb aydındır. İnsan 
da bitkilər kimi  yemədən, hava və su ilə dolana bilərdi, bu 
zaman ona nə biliverdin və nə də ki, bilirubin lazım olardı. 
Məhz  bu  tip  insanlar  Yerdə  yaşayırlar  və  onları 
“Günəşiyeyənlər” adlandırırlar.  
 
İnsan da avtotrof ola bilərdi 
      
 Günəşiyeyənlər  –  bu  insanlar  başqalarından  heç  nəylə 
fərqlənməyib yalnız hava və az miqdarda su ilə qidalanırlar 
(VIII fəsildə bu haqda hərtərəfli məlumat verilmişdir). Onlar 
xüsusi  praktikaya  yiyələnmiş  və  bu  praktika  üzrə  özlərini 
yaşadıqları  mühitə  öyrətmiş,  adaptasiya  etdirmişlər.İnsanın 
qidalandığı hər bir qidanın tərkibində Günəş enerjisi maddə 
şəklində  toplanmışdır.  Sonradan  bu  maddənin  orqanizm 
daxilində  gedən  maddələr  mübadiləsi  prosesində  iştirakı 
həmin  maddəni  yenidən  enerjiyə  çevirir  və  istifadə  olunur. 
Biz,  insanların  Günəşiyeyənlərdən  fərqimiz  budur  ki,  onlar 
Günəş  enerjisini  birbaşa  Günəşdən  alırlarsa,  biz  isə  dolayı 
yolla qida maddələrindən alırıq. Deməli, onların tutduğu yol 
bizimkindən daha qısa, daha humanist, daha ədalətli və daha 
effektli  yoldur.  Həm  də  onları  qida  əldə  edə  bilmək 
problemi  narahat  etmir.  Allaha  şükür,  Günəş  də,  su  da 
əbədidir,  ən  təmizdir  və  zəhmətsiz  istifadə  olunandır. 
Onlarda  demək  olar  ki,  həzm  aparatı  işləmədiyi  üçün  (az 
miqdar  sudan  başqa)  ifrazat  da  olmur,  yəni  yuxarıda 


 
249 
söylədiyimiz  biliverdin  və  bilirubin  problemi  də  yəqin  ki, 
yox  dərəcəsindədir.  Bu  insanların  hamısı  doğrudan  da 
özlərini malik olduqları yaş dərəcəsindən 2 dəfə cavan hiss 
edirlər və həqiqətdə bu cür də görünürlər. Deməli,  yuxarıda 
söylədiyimiz  fikir  özünü  doğruldur.  Xüsusi  olaraq  həkim 
nəzarəti  və  müayinəsindən  keçdikdən  sonra  müəyyən 
olunmuşdur ki, Günəşiyeyənlər çox sağlam və gümrahdırlar, 
həm  maddi  və  həm  də  ruhi  cəhətdən  heç  bir  şikayətləri 
yoxdur.  Əksinə,  onlar  bu  həyat  yolunu  özlərinə  seçdikdən 
sonra  xəstəlikləri  də  öz-özünə  –  dərmansız-filansız  yox 
olmuşdur.  Sadəcə  olaraq  onların  yemi  –  hava  və  Günəş 
şüalarıdır.  Praktikaya  başlanandan  bir  il  keçdikdən  sonra 
onlarda  yeməyə  heç  bir  həvəs  qalmır.  İndi  dünyada  bu  tip 
insanların  sayı  on  minlərlədir  və  onların  fikrincə  yaxın 
gələcəkdə kütləvi və məcburi şəkildə bütün insanlar bu yolu 
seçəcəklər. (Məcburi şəkildə ona görə ki, artıq Yer üzərində 
ərzaq və enerji qıtlığı demək olar ki, kulminasiya nöqtəsinə 
qədər gəlib çıxmışdır). Nəhayət ki, insan özü əsl insan kimi 
həyatfəaliyyətinə  başlayır,  lap  cənnətdəki  kimi.  Artıq 
Allahın  yaratmış  olduğu  dilsiz-ağızsız  bitkilər,  heyvanlar, 
quşlar, bir sözlə – canlılar insan qəddarlığından yaxa qurtara 
biləcəklər.  İnsan  həyatında  bu  cür  transformasiya  dünyada 
ən qlobal, ən böyük sensasiyaya səbəb olan, ən fenomen bir 
hadisədir. Deməli, insan əsl haqqın yoluna qayıdır.  
      Buradan  incə  bir  mətləb  doğur:  Allah-taala  Adəm  və 
Həvva ilə bərabər İblisi də cənnətdən qovaraq Yerə endirdi. 
Bəlkə biz, əstəğfrullah, Adəm və Həvvanın deyil, elə İblisin 
övladlarıyıq?  Ona  görə  də  Allah  bizi,  bütün  zülal  və 
karbohidratların ən bəsit mənbəyi olan karbon qazı ilə deyil, 
yandırmağa həssas və zülala çevrilmək qabiliyyəti olmayan 
oksigenlə tənəffüs etməyə məcbur etdi və buna görə də hazır 
zülal və qida mənbəyi kimi Allahın yaratdığı başqa günahsız 
canlıları  qırıb  məhv  edərək  vəhşi  kimi  yaşamağa  başladıq? 
Bu fikrin  davamı olaraq söyləmək olar ki,  Yer üzərində ən 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə