Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə64/82
tarix31.10.2018
ölçüsü3,27 Mb.
#77459
1   ...   60   61   62   63   64   65   66   67   ...   82

 
233 
Rəvayət olunub ki, İslam Peyğəmbəri (s) merac gecəsi Musa 
ilə Adəmin mübahisəninin şahidi olmuşdur. Musa ona deyir: 
-”Ey  Adəm,  sən  deyildin  ki,  Allah  səni  öz  qüdrəti  ilə 
yaratdı,  öz  ruhundan  üfürdü,  mələklərə  sənə  səcdə  etməyə 
əmr  etdi,  behişti  sənə  halal  etdi,  öz  rəhmətində  sənə  yer 
verdi,  onda  sənə  bir  ağacı  qadağan  etdi,  lakin  sən  özünü 
saxlaya  bilmədin,  İblisə  aldanaraq  yerə  nazil  olundun  və 
bununla  belə  bizim  də  behiştdən  çıxarılmağımıza  səbəb 
oldun.” 
Adəm dedi: 
-”Övladım,  mənimlə  ehtiyatla  danış,  düşmən  hiylə  ilə 
mənim  üçün  and  içdi  və  ürəyiyanan  xeyirxah  şəxs  kimi 
mənim  yanıma  gələrək  “Mən  sənin  dərdini  çəkirəm”  -deyə 
söylədi.  “Niyə?”  deyə  soruşdum.  Dedi:  -“Çünki  mən  sənə 
alışmışam  və  səninlə  birlikdə  yaşamaqdan  bəhrələnirəm, 
amma sənin buradan getməyini və pis vəziyyətə düşəcəyini 
bilirəm.” “Çıxış yolu nədir?” -deyə soruşdum. Dedi: -“Çıxış 
yolu öz əlindədir. İstəyirsən sənə əbədilik ağacını və fənaya 
uğramayan  mülkü  göstərim.  Sən  və  həyat  yoldaşın  ondan 
yeyərək həmişəlik mənimlə behiştdə qalın.” Bunun ardınca 
bu sözləri xeyirxahlıq üzündən deməsinə yalandan and içdi. 
“Ey  Musa,  mən  bir  kəsin  yalandan  Allaha  and  içməsinə 
inana bilmirdim...” 
Hər yolla olursa olsun Adəmi o ağaca yaxınlaşmağa, ona əl 
vurmağa məcbur etdi. İndi görək o ağaca əl vurub-vurmamış 
Allahın əmrinə qarşı bir iş görmüşdü, ya heç bir əmrə zidd iş 
görməmişdir, amma o bu işi görməsəydi daha  yaxşı olardı. 
Amma Allahın ona bu ağacdan yeməyi qadağan etməsini bir 
növ  xatırlama  və  həqiqətdə  irşad  (yol  göstərmə)  idi,  yəni 


 
234 
əgər  əl  vursaydılar  behiştin  nemətlərindən  məhrum 
olacaqdılar.  Necə  ki,  Allah  taala  özü  buyurdu:  -
“Zalımlardan olardılar” ya “Bədbəxtçiliyə düşəcəklər”. 
İslam terminologiyasında buna “Ən-nəhyul-irşadi” yəni  yol 
göstərici  nəhy  deyilir.  Hər  halda  bu  əməl  onların  behişt 
nemətlərindən  məhruma  və  oradan  qovulmaqlarına  səbəb 
oldu və ardınca belə xitab gəldi: 
-“Hamınız  aşağı  düşün,  sizin  bəziləriniz  bir-birinizlə 
düşmənsiniz.  Əgər  mən  tərəfdən  sizə  hidayət  (işığı)  saçsa, 
hər kim ondan itaət etsə, heç vaxt azmaz və bədbəxtçilik ona 
üz verməz. Amma əgər mənim zikrimdən üz döndərsə onun 
üçün çox ağır yaşayış və Qiyamət günü kor halında məhşur 
olacaq (məhşər ayağına çəkiləcək).” 
Behiştin  harada  olmasını  yerdə,  yoxsa  göydə,  ya  onun 
mövud (bizə vəd edilmiş), yoxsa başqa bir şey olmasının və 
ya o ağacın maddi, yoxsa mənəvi olmasını Allah bilir. 
Bəziləri  behiştin  harada  olursa  olsun  mövud  (vəd  edilmiş) 
olmamasını  deyirlər.  Çünki  mövud  behişt  və  əbədi  cənnət 
olsaydı  şeytan  ora  yol  tapa  bilməzdi  və  orada  yeyib-içmək 
söhbəti olmazdı, çünki ora daxil olan heç vaxt çıxarılmaz. 
Bunlara zidd olaraq bəziləri onun mövud olmasına inanırlar. 
Çünki  hər  yerdə  behişt  adı  gəlib,  məqsəd  həmin  mövud 
behiştdir  və  ora  girən  çıxmaz,  hesab-kitab  və  Qiyamət 
günündən (savab əhli daxil olandan) sonrakı zamana aiddir. 
Ağac  haqqında  çox  sayda  fikir  ayrılığı  vardır.  Bəziləri 
buğda  tayası,  başqaları  isə  üzüm,  alma  ya  əncir  ağacı 
olmasını  yazırlar.  Şeyx  Tusi  (rəhmətullah  ələyh)  isə 
“Tibyan”  kitabında  kafur  ağacı  olmasını  qeyd  edir.  Başqa 


 
235 
bir  dəstə  innab  ağacı  olduğunu  deyirlər.  Bəzi  rəvayətlərdə 
isə  həsəd,  ya  elm  ağacı  olması  göstərilmişdir.  Doğrusunu 
Allah bilir. 
Şeytan  hər  nə  idi,  behişt  nemətlərinin,  oradakı  məskənin, 
əmin-amanlıq yerinin o iki nəfərin əlindən çıxmasına və bu 
giriftarçılıqla  dolu  olan  dünyaya  gəlmələrinə  səbəb  oldu. 
Şeytan bununla ən böyük intiqam zərbəsini Adəmə vuraraq 
öz  düşmənçiliyini  hamıya  göstərdi.  Allah  taala  da  bir  neçə 
yerdə  Adəmin  əhvalatını  nəql  edəndən  sonra  bütün  Adəm 
övladlarına  da  xatırladır  ki,  siz  də  ata-ananız  kimi  ona 
aldanıb hiylələrinə uymayın. Bu haqda Quranda buyurur: 
“Ey  Adəm  övladları,  şeytan  sizi  aldatmasın,  necə  ki,  ata-
ananızı behiştdən çıxartdı.” 
Bir sözlə Adəmlə Həvva yerə endirildilər. Adəmin Sərandib 
dağına  və  Həvvanın  isə  Ciddəyə  düşməsini  Təbəri  və 
başqaları yazırlar. 
Bir müddət keçdikdə Adəm və Həvva etdiklərindən peşman 
oldular  və  behiştin  hədsiz  nemətlərinin  həsrətində  qaldılar. 
Xüsusi  ilə  yerdə  məskunlaşanda  və  onun  çətinlikləri  ilə 
üzləşəndə. Allah bilir neçə illər tövbə ilə məşğul olub onun 
ayrılığına  ağladılar  və  nə  qədər  ahu-nalələr  çəkdilər.  Allah 
taala  onlara  xitab  edərək  dedi:  -Mən  sizi  o  ağacdan  nəhy 
etmədimmi  və  sizə  demədimmi  şeytan  sizin  açıq-aşkar 
düşməninizdir?” 
Onlar öz təqsirlərini etiraf etdilər. Tövbə və bəxşiş istəyərək 
dedilər: 
-”Pərvərdigara,  biz  özümüzə  zülm  etdik.  Əgər  sən  bizi 
bağışlamasan ziyankarlardan olacağıq.” 


 
236 
Amma  iş-işdən  keçmiş  və  yerə  enmə  fərmanı  verilmişdir. 
Adəm  və  Həvva  yer  üzündə  məskunlaşaraq  təəssüf  və 
həsrətin  onları  əvvəlki  yerlərinə  qaytara  bilmədiyini  başa 
düşdülər. 
Yenə  də  Allah  öz  rəhməti  ilə  onların  səadətə  yetişməsi  və 
onları özünə cəlb etməsi üçün başqa qapı açdı. O, da tövbə, 
istiğfar və əfv istəmə qapısı idi. Bəzi alimlərin dediyinə görə 
tövbə və istiğfarın günahı aradan aparması, Allahın Adəmə 
təlim verdiyi əsma elminin bir hissəsidir. 
İndi  artıq  Adəm  və  Həvva  yerdə  məskunlaşaraq  dünyanın 
əzab-əziyyətinə  qatlaşdılar.  Behiştdən  fərqli  olaraq  aclıq, 
yemək  bişirmək,  su  tapmaq,  geyim,  yaşayış  yeri  kimi 
problemlərlə  üzləşirdilər.  İndi  isə  artıq  behişt  deyil,  onlar 
dünyadadırlar. Gərək hər şeyi özləri hazırlasınlar və yaşayış 
uğrunda  mübarizə  aparsınlar.  Bu  işdə  birinci  lazım  olan 
alətlərə,  ikincisi  isə  yemək,  geyim  yaşayış  yeri  və  bu  kimi 
lazım  olan  şeyləri  əldəetmə  yollarına  ehtiyac  duyulurdu. 
Həmçinin alətlərin işlətmə qaydasını da öyrənmək lazım idi. 
Allah  taala  bütün  bu  vasitələri  hazırlayaraq  onlardan 
istifadəetmə qaydasını, yemək, içmək, yaşayış yeri əldəetmə 
yollarını, qısaca olaraq bütün yaşayış tərzini ona öyrətdi. 
Maddi  yaşayış  və  cismi  ehtiyacları  aradan  qaldırmaq  üçün 
lazım  olan  tövsiyələri  ona  verdi.  Ola  bilsin  bu  əhvalatda 
əsmanı  da  ona  təlim  verdi.  Amma  Adəm  və  onun 
övladlarının  ruhi  cəhətdən  də  (bəzi  tədqiqatçıların  dili  ilə 
desək asimani  yaşayış üçün) ehtiyacları olduğundan, səadət 
və  şəqavət  (bədbəxtçlik)  yollarını  da  tanımaqları  lazım  idi. 
Ona  görə  də  Allah  taala  onları  yerəenmə  əmrini  verəndən 
sonra bu cümləni onlara öyrətdi: 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə