olmasını ilk ortaya atan və təbliği edən Abdullah bin Səba olmuşdur. Bu fərziyyə bir qrup tarixçilərin, o cümlədən
ibn Xəldunun, İbn Kəsirin, İbn Əsirin və digər tarixçilərin əsərlərində özünü göstərməkdədir.
Şiəliyin meydana gəlməsinin digər səbəblərindən biri də guya şiəlik iranlıların qohumluq əlaqəsi nəticəsində
olmuşdur fərziyyəsidir. Belə ki, ərəb ordusu Sasanilər imperatorluğunu yıxdıqdan sonra sonuncu imperator III
Yəzdəgirdin qızı Şəhrəbanunun Əlinin (ə) oğlu Hüseynlə (ə) evlənməsi guya iranlıların Əlinin (ə) ətrafında
toplanmasına səbəb olmuşdur.
Şiəliyin meydana gəlməsinin digər səbəblərindən biri də bu məzhəbi Səfəvilərinqurduğu iddiasıdır. Bu
fərziyyəni möhkəm müdafıə edən Muhəmməd Rza «əs-Sünnətü vəş-şiə» əsərində yazır: «Sasani dövlətinin etiqad
və ayinləri şiə adı ilə meydana gəldi. Sonralar yaranan Səfəvi dövləti əslində islam libasını geymiş Sasani dövləti
idi».
Şiəliyin meydana gəlməsinin digər səbəbləri də tarix kitablarında qeyd olunmuşdur. Lakin bu elmdən uzaq
olan fərziyyələri burada toplu olaraq qeyd etmək imkan xaricindədir. Həmçinin bu fərziyyələr yersiz və mənasız
sözlərdən ibarət olduğundan onların üstündən keçib yuxarıda qeyd olan fərziyyələrə münasib bildirmək istərdik.
Belə ki, ilk tənqidimiz və iradımız İbn Xəldunun fərziyyəsidir ki, o, deyir: «Şiəlik Peyğəmbərin vəfatmdan sonra
yarandı».
Bu fərziyyəni şiə-imamiyyə alimləri əsaslı dəlillərlə puça çıxarmışlar. Həqiqətən də buradan belə bir sual
yaranır: Əgər Peyğəmbər (s) Əliyə (ə) tərəfdar olmağı səhabələrinə tapşırmamışdırsa, bəs nə üçün bir qurup səhabə
beyət vaxtı Əlinin (ə) evinə toplaşıb onun tərəfıni saxlayırdılar?
Həmçinin burada məşhur əhli-sünnət tarixçisi İbn Quteybənin sözü yada düşür: «Əbu Zər Əbu Bəkr üçün
beyət alındığı zaman orada yox idi və gəlib vəziyyətlə tanış olduqdan sonra dedi: «Az bir şeyə qane olub
Peyğəmbərin (s) Əhli-beytindən uzaq düşdünüz? Əgər xilafəti əhli-beytə həvalə etsəydiniz, aranızda heç bir ixtilaf
baş verməzdi
39
».
Digər irad və tənqidimiz isə İbn Nədimin yuxarıda irəli sürdüyü fərziyyəsidir ki, bu fərziyyəyə görə şiəlik
Siffeyn və Cəməl döyüşlərində meydana gəlmişdir. Bu tamamilə əsassız fərziyyədir. Çünki əvvəla Əli (ə) ilə
Siffeyn və Cəməl müharibələrində muxalif olan şəxslərin ixtilafları əwəlcədən var idi. Belə olan halda necə ola
bilər ki, birdən-birə bu müharibələrdə yeni bir məzhəb ortaya çıxsın. İkinci tərəfdən ibn Nədimin özünün də qeyd
etdiyi kimi Salman, Əbu Zər və bir çox səhabilər ilk vaxtdan Əlinin (ə) şiələrindən idi, halbuki, bunlar Cəməl və
Siffeyn vaxtı dünyadan getmişdilər.
Şiəliyin meydana gəlməsinin səbəblərindən biri də Abdullah bin Səbanın adına bağlı olmasıdır. Bu fərziyyə
əvvəlki fərziyyələrdən daha da zəif və əsassız görünür. Bunu müxtəlif yöndən izah etmək olar. Belə ki, əvvəla
Abdullah bin Səba həm əhli-sünnət, həm də əhli-şiə alimləri tərəfındən rədd edilmiş və lənətlənmiş bir şəxsdir. Belə
olduğu təqdirdə onun sözünə əsaslanmaq olarmı? İkinci tərəfdən Abdullah bin Səba haqqında qədim tarix
kitablarından yalnız Təbərinin tarixində məlumat vardır. Onun haqqında nə Bəlazuri, nədə İbn Səd heç bir məlumat
vermir. Belə olan halda yalnız Təbərinin məlumatına güvənmək olarmı? Digər tərəfdən Abdullah bin Səbanın
harada doğulması və haraya mənsub olması haqqında dəqiq məlumat yoxdur və olan məlumatlar tam ziddiyyətlidir.
Belə olduğu halda əsl nəsəbi və məkanı bilinməyən bir şəxsin həyatda mövcud olmasına inanmaq olarmı? Eyni
zamanda, əgər fərz etsək ki, belə bir şəxs İslam regionlannı gəzib xürafı əqidə yaymaqla yeni bir məzhəb qurur. Bəs
belə şəxsin qarşısı nə üçün müsəlmanların xəlifəsi tərəfindən alınmır? Yoxsa bu işin qarşısında həyası ilə məşhur
olan xəlifə Osman bin Affan aciz qalmışdı? Yaxud da xəlifə özü buna şərait yaradırdı? Xəlifənin bu iş qarşısında
aciz qalması, yaxud belə bir şeyə şərait yaratması bizcə mümkün deyildir.
Şiəliyin meydana gəlməsi fərziyyəsindən biri də dedik ki, qohumluq əlaqələri nəticəsində olmasıdır. Bu
fərziyyə də əsassızlığı və elmə zidd olması baxımından heç də əwəlkilərindən geri qalmır. Bu fərziyyə də tamamilə
puç və cəfəngiyyatdır. Buna görə də ona bir neçə yerdən irad bildiririk. Birincisi budur ki, sonuncu Sasani padşası
III Yəzdəgirdin qızı ilə İmam Hüseynin (ə) evlənməsi tam təsdiqini tapmayıb. Hətta bəzi şiə alimləri bunu qəbul
etmirlər. Buna misal Əllamə Murtəza Mutəhhərini göstərmək olar. İkinci tərəfdən əgər evlənmək məsələsini qəbul
etsək belə güclü dəlil istəyən sual meydana çıxar. III Yəzdəgirdin digər iki qızı, hansı ki, onun birini Muhəmməd
bin Əbu Bəkr bin Əbu Quhafə, digərini isə Abdullah bin Ömər bin Xəttab almışdır. Belə olan halda iki xəlifənin
iranlılara kürəkən olması nə üçün İranlıların məzhəbinə təsir etmədi? Bundan əlavə sonuncu Əməvi xəlifəsi Mərvan
bin Məhəmmədin anası da İranlı bir qadın idi, bəs nə üçün iranlılar Bəni Uməyya sülaləsinə nifrət edir, onları
dəstəkləmirlər?
Həmçinin şiəliyin meydana gəlməsinin biri də Səfəvilər tərəfındən olması iddiasıdır. Bu əwəlki
fərziyyələrdən daha da gülünc görsənir. Çünki Səfəvilər hicrətin 905-ci ilində hakimiyyətə gəldilər, halbuki bu
zamanadək çoxlu sayda şiə məzhəbinə aid əsərlər yazılmış, müxtəlif regionlarda şiəlik yaşamış, onlar din elmlərinin
müxtəlif sahələrinə mənsub olduqları məzhəbin görüşlərinə uyğun şəkildə təsir etmişlər. Buna misal Kuleynini,
Şeyx Səduqu, Şeyx Mufıdi, Şeyx Mürtəzam, Şeyx Tusini və başqalarını göstərmək olar. hansı ki, bunlar hicri IV və
V əsrin alimləridir. Belə olan halda şiəliyin Səfəvilər tərəfındən medana gətirilməsinin heç bir elmi əsası yoxdur.
Bütün bu deyilənlərdən başqa şiəlik Peyğəmbərin (s) vəfatından sonra necə yarana bilərdi, halbu ki, biz
hədislərdə çoxlu sayda şiə sözünə rast gəldik ki, bunun da hamısı Əlinin (ə) ətrafına toplaşıb, onu tək qoymamağı
39 (Imamul-fəqih Əbu Muhəmməd Muslim bin Quteybə əd-Dinuri, Əl-İmaməTu vəs-Siyasəт, Hələbi nəşriyyatı, nəşr ili və yeri yoxdur, cild
I, səh-23)