İslam dini müxtəlif regionlarda necə təbliğatsız və məcburiyyətsiz yayılırdısa, şiəlik də bölgələrdə eləcə heç bir
siyasi təbliğat, məcburiyyət və digər amillər olmadan yayılırdı. Bəlkə də bu səbəbdəndir ki, şiəlik ta qədimdən bu
günədək yer üzünün müxtəlif bölgələrində surətlə yayılmaqdadır. Hətta şiəliyin sıxışdırıldığı regionlarda bu məzhəb
daha da sürətlə yayılırdı. Bunu Həzrət Əlinin (ə) İraqda sakin olmasından sonra, oranın əhalisinin az bir müddət
içərisində necə şiələşdiyini görməkdəyik. Həmçinin Həmdanilərin (1099-1174) Mosul və Cəzirədə hakim olduqları
müddətdə şiəlik orada geniş yayılmışdı.
Şiəliyin Yəməndə yayılmasının tarixi qədimdir. Bu məqama toxunan Əllamə Muhsin əl-Əmin yazır: «Şiəlik
Yəməndə Peyğəmbərin (s) dövründə Əlinin (ə) oraya fateh, qazi kimi getməsi ilə intişar tapdı»
52
. «Misirə gəldikdə
isə xəlifə Osmanın dövründəki fıtnənin ortaya çıxmasından əvvəl artıq şiəlik orada yayılmışdı»
53
Şiəliyin Məğrib və ətraf regionlarda yayılması İdrisilərin zamanında (789926/974) olmuşdur. Şiəlik
İspaniyada da onların dövründə yayılmışdı. Bu məzhəbin İran və ətraf bölgələrdə yayılması isə islam fəthi zamanı
olmuşdur. Bu ərazilərdə şiəliyin genişlənməsi isə İmam Rzanın (ə) Xorasana Məmun tərəfındən vali təyin
edilməsindən (təxminən 816 miladi) sonraya təsadüf edir. Həmçinin şiəlik Qum və ətraf bölgələrdə İmam Baqir (ə)
və İmam Sadiq (ə) dövründə olmuşdur. Şiəliyin bütün İran ərazisində yayılması isə Buveyhilər dövründə
(935-1055) başa çatmışdır. Sonralar bu məzhəbin intişar ərazisi Səfəvilər dövründə (1501-1736) daha da
genişlənmişdir. Hələ Buveyhilər dönəmində Əfqanıstan ərazisində yayılmış şiəlik Səfəvilər dövründə isə daha da
genişlənmişdir. Səfəvilər şiəliyin coğrafı ərazisini bir az da genişləndirərək Hindistan, Tibet və qonşu ərazilərdə
yayılmasına zəmin yaratmışdır.
Bəhreyndə də şiəliyin yayılması qədimdir. Bu hətta islamın başlanğıc dövrünə təsadüf edir.
İSLAM ELMLƏRİNİN İNKİŞAFINDA ŞİƏLƏRİN ROLU
İslam elmlərinin inkişafında digər məzhəb alimlərinin rolu olduğu kimi, şiə alimlərinin də müstəsna rolu
danılmazdır. Mötəbər mənbələrin məlumatlarına görə İslamda ilk əsər yazan şəxs Əli (ə) və oğlu Həsəndir (ə).
Bunu Suyuti «TədriburRavi», Möhsin Əmin «Əyanuş-şiə», Şəhr Aşub «Məalimul-Uləma» əsərlərində qeyd
etmişlər. Şəhr Aşub deyir:«Həqiqətən islamda ilk əsər yazan Əlidir (ə). O, Allahın kitabını toplamışdı. Sonra əsər
yazan Salman Farsi, sonra Əbu-Zər əl-Qiffari, sonra Əsbəğ bin Nəbatə, sonra Abdullah bin əbi Rafı, sonra İmam
Zeynul-Abidin (ə) olmuşdur».
Doğrudan da islam elmlərinin tarixinə nəzər salan hər kəsə məlumdur ki, islamda ilk əsər meydana gətirən
Əli (ə) və onun tərəfdarlarıdır. Əli (ə) başının qarışıq olduğu, fıtnələr zühur etdiyi bir dövrdə bir əlində qılınc, digər
əlində isə qələm tutaraq islama xidmət göstərmişdi. Bunu onun yazdığı əsərlər sübuta yetirir. Belə ki, Onun
mübarək qələmindən çıxan hələlik bizə bəlli olan əsərlər aşağıdakılardır:
1)
Cəmul-Quranil-Kərim və təviluhu.
2)
Kitabu-Əmali.
3)
əl-Camia
4)
əl-Cifr
5)
Səhifətul-Kitabil-fəraiz
6)
Kitab fi Zəkatin-Niam
7)
Kitab fi Əbvabil-Fiqh
8)
əl-Fiqh
9)
Ahdun lil-Əştər
10)
Vəsiyyətun li Muhəmməd bin Hənəfiyyə
1l) Kitabu Əcaibul-Əhkam.
Bütün bunlardan əlavə o Həzrətin (ə) adına bağlı olan «Nəhcul-Bəlağa» əsəri müsəlman aləmində məşhurdur
ki, orada çox mühüm elmi incəliklər vardır.
İslam elmlərinin inkişafında digər əhli-beyt imamlarının (ə) da çox mühüm rolları olmuşdur. Onlar həmişə
xalq içərisində olmuş, öz babalarının sünnəsini yaymış və çoxlu sayda müxtəlif elmlər sahəsində tələbələr
yetirdirmişdilər. Lakin burada onların hamısına işarə etmək imkan xaricindədir. Buna görə də burada yalnız şiə
alimlərinin müxtəlif elmlər sahəsində meydana gətirdiklərini ixtisarla qeyd edəcəyik.
Məlumdur ki, şiə məzhəbli alimlər islam dininin müxtəlif sahələrində, xüsusən də din elmlərinin inkişafında
mühüm rol oynamışdır. Hətta mənbələrdən də göründüyü kimi islamda ilk əsər yazan məhz şiə alimləri olmuşdur.
Onların digər məzhəb alimlərindən üstün cəhətləri budur ki, onlar daim əhli-beyt (ə) imamlarının yanında olmuş,
beləliklə ilahi vəhy ocağından daha yaxından və daha da dərindən qidalana bilmişlər. Bunun bariz numunəsini
islam ədəbiyyatı sahəsində öncül olan alimlərin həyatını araşdırarkən görməkdəyik. Belə ki, təkcə İmam Sadiqin (ə)
ətrafında dörd min tələbənin toplanması onların müxtəlif elmlərlə məşğul olub əsərlər yazması buna misaldır. Hətta
mənbələr məşhur alim, görkəmli fəqih və hənəfı məzhəbinin banisi Əbu Hənifə Nöman bin Sabitin İmam Sadiqin
(ə) yanında iki il dərs aldığını xəbər verirlər.
Şiə hədis ədəbiyyatında Peyğəmbərin (s) qızı Həzrət Fatimənin (ə) də «Mushəfi-Fatimə» deyə əsəri vardır. O,
52
(Əyanuş-şiə, I cild, səh-87)
53
(Bax: Muhsin əl-Əmin, Əyanuş-şiə, I cild)
burada Qurandan heç bir ayə qeyd etməmiş, ancaq atasından eşitdiyi hədisləri cəm etmişdir.
Ümumiyyətlə islam elmlərinin inkişafında əhli-beyt imamlarının (ə) rolu xüsusi qeyd edilməlidir. Bu
inkişafın təmlini Əli (ə) qoysa da sonralar bunu onun övladları (ə) davam və inkişaf etdirmişlər. Bunun bariz
nümunəsini onların zaman-zaman dəhrilərlə, qeyri-islami din ardıcıllarilə apardıqlan mübahisələrdə görmək olar.
İlk əsərlər Əli (ə) və oğlu Həsən (ə) tərəfindən yazılsa da sonra bu iş İmam Hüseyn tərəfindən davam
etdirilmişdir. Onun təkcə əməvi xilafətinin iç üzünü açıb xalqa göstərməsi dünya tarixinin ən ədalətli və misli
görünməmiş inqilabıdır.
İmam Hüseyndən (ə) sonra İmam Zeynul-Abidin (ə) bu yolda fədakarlıqlar göstərmiş və çoxlu sayda
tələbələr yetişdirmişdir. Mənbələrin verdikləri məlumatlara görə ondan Zöhri, Sufyan bin Uyeynə, Nafı, Əvzai,
Məqatil, Əl-Vaqidi, Muhəmməd bin İshaq, həmçinin ondan vasitə ilə Təbəri, İbn əl-Bey, Əhməd bin Hənbəl, Əbu
Davud və başqaları rəvayət etmişlər. Bütün bunlardan başqa səhabələr içərisində Cabir bin Abdullah əl-Ənsari, Əbu
Tufeyl Amir bin Vasilə, Səid bin Museyyib və digərləri ondan rəvayət etmişlər. Həmçinin tabiundan Səid bin
Cubeyr, Əbu Xalid əl-Kabuli, Səlmə bin Dinar və digərləri rəvayət etmişlər. Bu gün əlimizdə olan «Səhifeyi
Səccadiyyə» əsəri İmamın (ə) elm və təqvasının bariz nümunəsidir. Bundan sonra şiələrin beşinci imamı olan İmam
Muhəmməd Baqir (ə) yaranmış vəziyyətdən daha da fəal surətdə bəhrələnərək islam elmlərinin inkişafına mühüm
xidmətlər göstərmişdir. İbn Həcər özünün məşhur «əs-Səvaiqul-Muhriqə» əsərində onun elmini, dərin bəlağət və
fəsahətini, elmlər xəzinəsi olmasını qeyd etmişdir. Həqiqətən də səhabilərdən, tabiunlardan və digər şəxslərdən
onun yanında öyrənmiş və ondan hədislər rəvayət etmişlər. Şeyx Mufid «İrşad-əl-Qulub» əsərində yazır: «Həsən və
Hüseyn övladlarından heç birində ondan zahir olan elmlər zahir olmamışdı. O, din elmlərinin müxtəlif sahələrinə, o
cümlədən təfsir, kəlam, sünnə, Quran elmləri,ədəbiyyat elmləri və s. haqqında məlumatlar vermişdi. Ondan qalan
səhabələr, tabiun böyükləri və müsəlmanlann fəqihlərinin böyükləri rəvayət etmişlər».
İbn Şəhr Aşub yazır: «Ondan səhabilərdən Cabir bin Abdullah, Cəfi, Keysan əs-Səxtiyani, fəqihlərdən İbn
Mübarək, Zöhri, Əvzai, Əbu Hənifə, Malik, Şafıi, Ziyad bin Munzir ən Nəhdi, musənniflərdən Təbəri, Bəlazuri,
Xətib öz tarix kitablannda, Əbu Davud sünən, Əbu Hənifə əl-Mərvəzi musnəd, Nəqqaş və Zəməxşəri təfsirdə,
Səmani usuli-hədis və risaləsində rəvayətlər etmişlər».
İmam Baqirdən (ə) sonra şiələrin altıncı imamı İmam Sadiq (ə) islam elmlərini son və zirvə inkişaf dövrünə
çatdırdı. Belə ki, İslam aləmində ilk universitet tipli mədrəsə bina etdi və orada dörd min tələbə müxtəlif elmlər
sahəsində dərs aldılar. Onun xidmətləri ata-babalarının xidmətlərindən daha da aşikar və geniş tipli idi. Çünki, onun
həyatının bir hissəsi Əməvilər (661-750), digər hissəsi isə Abbasilər (750-1258) xilafəti dövrünə təsadüf edir.
Əməvi Abbasi çəkişməsi nəticəsində əhli-beytə təzyiqlər azalmış və bundan məharətlə istifadə edən İmam Sadiq (ə)
elmi fəaliyyətini genişləndirmişdir. Bu məqama işarə edən Əllamə Möhsin Əmin deyir: «Onun dövrü əhli-beytin (ə)
ən az sıxışdırıldığı dövr idi. Buna görə də onun dövründə ravilər və şiə əsər yazanlan ata-babasının dövründəkinə
nisbətən daha da çox idi. Hətta İmam Rzanın (ə) əshabından olan Həsən bin Əli əl-Vəşa deyir: «Kufə məscidində
doqquz yüz şeyx gördüm ki, hamısı; Cəfər bin Muhəmməd (ə) bizə hədis dedi deyirdi»
54
Əlbəttə ki, İmam Cəfər Sadiqin (ə) islam elmlərinin inkişafındakı xidmət və kəşfləri danılmazdı. Hətta
mötəbər mənbələr görkəmli əhli-sünnət fəqihi və hənəfılik məzhəbinin banisi Əbu Hənifə Nöman bin Sabitin iki il
onun yanında oxuduğunu və sonda Əbu Hənifənin: «Əgər o iki olmasaydı Nöman həlak olardı» sözünü qeyd
edirlər.
Bütün bu deyilənlərdən başqa şübhəsiz ki, digər əhli-beyt imamları (ə) da islam elmlərinin inkişaf və
yayılmasında xidmətlər göstərmişlər. Lakin onların hamısını burada qeyd etmək imkan xaricində olduğundan yalnız
burada bəzi şiə alimlərinin dini və dünyəvi elmlər sahəsindəki xidmət və kəşflərinə işarə edəcəyik.
İslamda ilk əsərin şiələrin rəhbəri və ilk imamı İmam Əli (ə) tərəfindən yazıldığını qeyd etmişdik. Ondan
sonra bu iş onun övladları (ə) ilə yanaşı digər şiə alimləri tərəfindən də həyata keçirilmişdi. Bu məqamı açıqlayan
Əllamə Möhsin əl-Əmin deyir: «Əlidən (ə) sonra bu işi Əbu Rafi, onun oğlanları Ubeydullah və Əli, Rəbiə bin
Səmi «Zəkatun-Niam», Səlim bin Qeys Hilali, Əsbəğ bin Nəbatə əl-Məcaşi, Abdullah bin Hürr əl Cəfı olmuşdur»
55
TƏFSİRƏ AİD ŞİƏ ƏSƏRLƏRİ
Təfsirə aid ilk əsərin müəllifı Əlidir (ə) və ilk olaraq «Cəmul-Quran və təviluhu» əsərini yazmışdı. O, burada
ayələri nazil olma ardıcıllığı ilə düzmüşdür. Əli (ə) burada 60 növ Quran elmlərindən bəhs etmişdir. Suyuti onun
təfsir elmindəki bilgisinə işarə edərək deyir: «O, səhabilər içərisində təfsir haqqında ən çox rəvayət edəndir». İbn
Abbas demişdi: «Əli (ə) Quranın batininə və zahirinə bələddir». Əkbəri isə deyir: «Peyğəmbərdən (s) sonra heç kəs
Əli (ə) qədər Allahın kitabına bələd deyildir»
Bundan sonra şiə təfsir ədəbiyyatında İbn Kəəb əl-Ənsari məşhur təfsirçilərdən biri kimi qiymətləndirilir. O,
hicri 30-cu ildə vəfat etmişdir.
Təfsir elminin inkişafında İbn Abbasın da müstəsna xidmətləri vardır. O, Əlidən (ə) sonra ilk olaraq təfsirə
aid əsər imla etmişdir. O, səhabilər içərisində təfsir elmində məşhur hesab olunan on nəfərdən biridir. Mənbələrə
görə Quranın təfsiri haqqında ona 200 sual ünvanlamış O, bütün suallara şeir formasında cavab vermişdir. O, hicri
54
(Əyanuş-şiə,I cild səh-100)
55
(Əyanuş-şiə, I cild, səh-122. Şəhr Aşub, Məalimul-Uləma, Nəcaşi, Rical əsərləri)